Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə25/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

76
Söz mətbəxi
deməkdir. Ərik isə əvəllər bütün meyvələrə aid edilirdi. Bu da arağın bütün 
meyvələrdən alına biləcəyini göstərir.
107.  Əvvəlki bənddə biz araqçınla – araq arasındakı  əlaqəni açıqladıq. 
Amma dilimizdə araq sözü ilə bağlı digər sözlər də var. Sözlərdən biri də 
“arık”, “arıq”dır ki, bəzi bölgələrimizdə bu sözü “arx” kimi də işlədirlər. 
Təmizlik, aydınlıq, həyat verən, su gətirən yerdən qazılmış qurğuya tor-
paq kəmərə arık, arıq, arx deyirik ki, bu da araq sözünün kökündə duran ar-
təmiz, aq-ağ,  şəffaf sözlərinin birliyindən  əmələ  gəlib. Digər tərəfdən “ar” 
həm də təmiz, sağlam içki mənasında işlədilir. 
Digər bir söz isə “arıq” sözüdür ki, kökündə yenə “ar” sözünü eşidirik. 
Ehtimal ki, araq sözü meyvənin bitkinin distillə yolu ilə alınan  ən yüngül, 
incə fraksiyası olduğu kimi, “arıq” sözü də insanın incəsinə, arığına, naziyinə 
şamil edilib. Digər tərəfdən qımız, ya qara qımız hazırlayanda ən yüngül, incə 
fraksiya “araq” üst qata toplandığından çəkisi yüngül adama da “arıq” deyilib. 
Hər iki mənada “araq” və “arıq” sözlərində bir yaxınlıq hiss edilir.
Biz hesab edirik ki, belə ifadələrimiz, sözlərimiz çoxdur və onlar öz açı-
lışını gözləyir.  
108. Söz danışmayan, susan adam haqqında “Elə bil ağzına lal su alıb”, 
“Ağzına su alıb”deyirik. Maraqlıdır ki, niyə belə deyirik? Çox qədim bir 
adətimiz var. Su çərşənbəsində axar çayın dərin səssiz-səmirsiz lal axan 
yerindən “lal su” götürülərdi. Daşlı dayaz yerlərdə su maneələrə çarpılıb şı-
rıldayır, guruldayır, səs salır. Dərin yerdə su səssiz, “lal” olur. “Lal” su çox 
dəyərli hesab edilirdi və  dəyərinə görə “ləl” – “lal” yəni cəvahirat qədər 
qiymətliydi. “Danışmaq gümüşdürsə, susmaq qızıldır” məsəli də bu təfəkkü-
rün məhsuludur. “Lal” həm də “ləl”di. Lal suya verilən bu qiymət sözə  də 
verilib və folklorumuzda “Danışanda ağzından dürr tökülür” formasında ifadə 
olunub. Qatalara görə  Zərdüşt peyğəmbər məhz su çərşənbəsində çaydan 
“lal” su götürəndə Ahuramazda və onun altı təcəssümü Zərdüştə görünüb ona 
peyğəmbərlik veriblər. Adətə görə çaydan su çərşənbəsində lal su gətirənlər 
suyu evə gətirib lal sudan evə çiləyənə, səpənə qədər heç bir söz danışmamalı 
idilər. Xüsusi əhd edənlər isə bu lal sudan bir damcı ağızlarına alıb ağızlarında 
evə gətirirdilər, yaxud da bütün günü ağızlarında lal su gəzirdilər. Ürəyində 
sevgili yar, nə isə ağır and tutmadıqları bilinənləri dost-qohum güldürməyə 
çalışırdılar ki, danışsın. Bu da novruz oyunlarından biri idi. “Susmaq”, “susa-
maq” feilləri də ehtimal ki, buradan yaranıb. Ola bilsin, “susamaq” feilindən 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
77
“a” hərfi düşməklə susmaq feili yaranıb. Ya susuz, ya da sözsüz qalmaq ada-
mı yandırır. Bu vaxt danışmamaq, susmaq doğrudan qızıldır. Birincisi ayin 
icra olunurdu, ikincisi də bu böyük arzunun həyata keçməsinə səbəb olacaq-
dı. Buradan da “ağzına su alıb danışmamaq” lal su və s. ifadələrimiz əmələ 
gəlib. Yalnız bu düşüncəyə malik olan xalqın şairi “sözün də su kimi lətafəti 
var” yaza bilərdi. Beləliklə, dilimizdə su və söz mifoloji folklor düşüncəsi ilə 
sinonim kimi işlədilir. “Ağzına lal su almaq”, “ağzına su almaq” ifadələri də 
buradan yaranıb. 
109. Folklor və etnoqrafiya jurnalında (N 2. 2011) Bilal Alarlının verdiyi 
solo bayatıda deyilir:
Bənd:
Göydə ulduz, mah gedər,
Qaleylidir qənd ilə
Gah dayanar, gah gedər,
Qaleylidir qənd ilə. 
Qorxma ciyərim, oğlan,
Qaleylidir, qənd ilə
Üstündəndir ah gedər,
Qaleylidir qənd ilə. 
Nəqarət:
Qaleylidir qənd ilə
Yarı gördüm fənd ilə. 
Bənd:
İlana bax, ilana,
Qaleylidir, qənd ilə.
İlan göydə dolana,
Qaleylidir qənd ilə.
Bir belə zülm olar,
Qaleylidir, qənd ilə.
Yardan ayrı qalana,
Qaleylidir, qənd ilə.
Bu bayatılarda “qaleylidir, qənd ilə” ifadəsi diqqətimi çəkdi. Bilal mü əllimin 
bu bayatını Muğan zonasından topladığına görə söz, “qaleyli” formasındadır. 
Əslində sözün əsli “qalay”dır. Gəncə-Qazax bölgəsində də “Qalay” kimi işlədilir. 


78
Söz mətbəxi
Qalay  əslində misin paxırı  çıxmasın, yəni mis oksid ləş məsin deyə, mis qabın 
üzərinin qalay qatı ilə örtülməsi prosesidir. Bu zaman ərzaqla, yeməklə qabın ara-
sında nazik qoruyucu bir lay, bir qat çəkilir. Burada əslində qa (qo, qu) yemək, 
lay isə elə lay, qat, nazik təbəqə deməkdir. Lay sözü mətbəximizlə əlaqədar çox 
işlədilir. Məsələn, “bir lay yuxa, bir lay içlik”, “paxlavanın layları” və s. Beləliklə, 
“Qalay” əslində yeməyi örtən, qoruyan təbəqə mənasında işlədilir. 
“Qalaylıdır, qənd ilə” ifadəsi isə nəyinsə qənd, şəkər layı, təbəqəsi, qatı 
ilə örtülməsini göstərir. Qənd, şəkər təbəqəsi ilə örtülmüş şirniyyatlarımız isə 
məlumdur, məsələn, badam, keşniş toxumu, fındıq və s. şəkərlə örtülməklə 
rəngarəng noğullarımız, üstü şumal, parıltılı şəkər örtüyü ilə örtülmüş şirniy-
yatlarımız da çoxdur ki, onlar parıltılı ulduzları da xatırladır. Gah dayanar, gah 
gedər mərmərin üzərində qənnadı məmulatının işlənməsi prosesinə çox uyğun 
gəlir.  Əridilmiş, karamelləşmiş  qənd qaynar halda axır, soyuduqda dayanır, 
bərkiyir. Həm də toxumlar, ya ləpələr də qaynar qəndlə qalaylanmaq üçün 
əl altında (yaxud makinada) isti şəkərin içində (akidə şəkəri nəzərdə tutulur) 
diyirlətdirilir. Gah durur, gah gedir. 
Sevdiyimiz adama “canım-ciyərim” deyirik. Digər ifadədə “ciyərparə” 
deyirik. “Şəkərpara” ifadəsi də ciyərparə ilə eyni mənada işlədilir.  Şirinim, 
əzizim deməkdir. Bu da bayatının məna tutumuna uyğun gəlir. 
“Üstündən bir ah gedər” ifadəsi ola bilsin ki ilkin mənada “Üstündən ahar 
gedər”, yəni yemək mənasında işlədilir. Bu sətirdə sözün “ah” kimi getməsi də eyni 
məna kəsb edir. Sözün “ah” kimi işlənməsi ola bilsin ki, qəndlə örtülən ərzağın, 
ləpənin, toxumun kiçikliyi ilə bağlıdır. Tutaq küncüd dənəsi, günəbaxan dənəsi, 
keşniş toxumu qəndlə qalaylananda sözün belə işlənməsi yerinə düşür. 
Qaleylidir qənd ilə 
Yarı gördüm qənd ilə
Yar sözü burada sevgili kimi işləndikdə sevgilisinin necə  şirin olduğu-
na işarədir. Digər tərəfdən tutaq ki, noğulun içindəkinin nə olduğunu görmək 
üçün fənd işlətmək, onu yarı bölmək lazımdır. Yaxud şirnidə içlə qənd yarıdır 
– yarıbayarıdır. 
İlanla bağlı hissədə də şəkər pendirin hazırlanması texnologiyası göstərilir. 
Akidə  şəkəri, indi rayonlarımızda nanəli  şəkər,  şəkər pendir hazırlayarkən 
forma dartılıb uzadılır, forma kəndir kimi dolana da bilir. Bir azca soyuyub 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə