Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə21/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   17   18   19   20   21   22   23   24   ...   107

64
Söz mətbəxi
manı tərlədici vasitə kimi məsləhət görülür. Daha çox ilin soyuq ayları, qışda 
bişirilir. Qaşıqla yeyildiyi üçün qaşıq aşı, qaşıq xəngəli adlanır.  
93. Bir el mahnısında (Durna mahnısı) oxunur: “Mənim yarım ağca 
maya”. Bir atalar məsəlində isə “Maya bud arvad nər oğul doğar” deyilir. 
Buradakı  nər sözü güclü, erkək dəvə deməkdir. Elə dilimizdəki nərə balığı 
sözü də dəvə balığı (dəvə boyda böyük, güclü mənasında) mənasındadır. Ərəb 
səyyahları da Xəzər dənizində “dəvə balığı” olduğunu yazırlar. Maya isə dişi 
dəvəyə deyilirdi. 
Atalar sözü burada “Dişi dəvə budlu arvad erkək güclü oğul doğar” mə-
na sında işlədilib. Keçmişdə daha güclü, daha ətli-canlı qadınlara üstünlük 
verildiyindən bu ifadə yaranmışdı. Hətta “Nərə  çəkmək” ifadəsi də güclü 
erkək dəvənin qəzəblənəndə çıxardığı səs ilə bağlıdır. 
Dəvəçiliklə məşğul olan xalq erkək dəvəni güclü, dişi dəvəni isə gözəl gö-
rürdü və öz yarına maralım, ceyranım, quzum deyən igidlər ona həm də “ağca 
mayam” deyirdilər. Əslində bu ifadə “ağca maya” formasına sonradan düşüb. 
Solmaz Məhərrəmova yazır ki, iki hörgüclü dəvənin dişisi “haça maya” bir 
hörgüclü dəvənin dişisi “arvana” adlanırdı. 
İki hörgüclü dəvənin erkəyi “buğur”la haçamayanın erkək nəsli nər, dişisi 
maya “bütöv maya” adlanırdı. 
Deməli, həm atalar sözündə, həm də mahnıda söhbət iki hörgülü dəvədən 
gedir, nərə balığı da adını bir hörgülü deyil, iki hörgülü dəvədən alıb. 
Ola bilsin ki, mahnıda söhbət əkiz uşaq doğmuş qadından gedir. Məsələ 
ondadır ki, qadınlarımız uşaqlarını bellərinə  şəlləyib ev işləri görürdülər. 
Belində iki uşağı olan qadını iki hörgülü dəvəyə bənzətmək mümkündür. Hətta 
əkiz olmasalar belə uşağın birini belində, birini qucağında, yaxud hər ikisi-
ni qucağında tutan qadına da bu bənzətmə aid ola bilərdi. Uşaqları dəvənin 
hörgülərinə bənzətmə bu ifadənin əmələ gəlməsinə səbəb ola bilərdi. Qadı-
na “iki hörgülüdür” – ikiuşaqlıdır deyilə bilərdi. Digər tərəfdən bir hörgülü 
dəvənin dişisinə verilən “arvana” adı ilə “arvad” sözünün oxşarlığı hər iki sö-
zün tarazlıqla “arva” – “urva” sözü ilə bağlılığı təfəkkürdə bu sözlərin yaxın-
laşmasına arvadı, qadını sevgi ilə “haça mayaya” bənzətməyə gətirə bilərdi. 
Buna görə də mahnının ilkin variantının “Mənim yarım haça maya” olduğunu 
zənn edirik.  
94. Dilimizdə bir sıra sözlər var ki, onlar öz başlanğıcını nahar sözündən, 
daha doğrusu “ahar” sözündən götürüblər. Qeyd etmək lazımdır ki, nahar 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
65
əslində günorta yeməyinin adı deyildi, əslində səhər yeməyinə, daha doğrusu 
səhər yeməyini yeməmiş adama deyilirdi. 
Meri Prisçilla da Osmanlı Mutfak sözlüyündə ahar sözünü – qəhvəaltı 
kimi verir. 
XV əsrin birinci yarısında yazılmış İranlı şair Mövlanə Əbu İshaq Hala-
cı  Şirazinin “Kənzül  İştiha” (İştah xəzinəsi), “Dastan-i Muzafər və Buğra” 
(Zəfəranlə plov və xəngəl) dastanı, “Risale-i Наб naме”, “Esrari Çengel” və s. 
əsərlərinin toplandığı “Ferheng-i Divan-i Etime” divanının XVIII əsrdə izahlı 
lüğətini verən Ahmed Cavid “Tərcüme-i Kenzül-İştiha” əsərində göstərir ki, 
“nahar-kereste mənasındadır və kahvaltı etməmiş adama derler. Nahar sözü 
Na ilə ahardan oluşmuşdur. Na olumsuzluq (yoxluq, inkar) edatıdır. Ve ahar 
yeməkdir”. Fikrimizcə heyvana yem verilən yerə “axur” deyilməsi köhnə dili-
miz də inəyə sağır, sığır yəni süd ahar (axar) və ya sağılan ahar, axar, axur 
deyilməsi də bunu təsdiqləyir. 
Beləliklə, Nahar sözü əslində “Na ahar” formasından bir a hərfinin düş-
mə silə Nahar formasına düşüb. Bir və ya bir neçə hərfin düşməsilə sözün həc-
mi nin  azaldılması dilimizdə mövcud olan hadisələrdəndir. Məsələn, “Səni 
öyürəm” ifadəsi üç hərfi itirməklə bəzi bölgələrdə “Söyürəm” ədəbi dilimizdə 
isə “Sevirəm” formasına düşüb. Texnikanın sürətli inkişafı, urbanizasiya gün-
də lik  qidamızda səhər yeməyinin miqdarını azaldıb, günorta yeməyinin miq-
darını artırdı.  Əsrlər boyu insanlar səhər tezdən sübh namazından (saat 4-5 
radələrində) sonra möhkəm, əsaslı yemək yeyirdilər. Səhər yeməyi mütləq şor-
badan başlayırdı. Yumurta, ət yeməkləri və s. yeyilirdi, sonra insanlar tarlaya 
çıxıb gün qızana qədər işləyir, əkin-biçinə gedir, ağır zəhmətlə məşğul olurdu-
lar. İndiyə qədər səhər tezdən yeyilən ağır yeməklərimiz xaş, həlimaşı, səməni 
halvası, özbəklərdə toyplovu və s. həmin keçmiş zamanlardan xəbər verir. 
Gün orta yerinə gələndə sərinliyə çəkilər, yüngülcə öynə (öylə) yeməyini 
yeyib, günorta istisi keçənə qədər dincələrdilər. “Öynə” sözü əslində “öylə”-
“əylə”, yəni “işi  əylə”, dayandır, dayan-dur mənasındadır. Bu da əslində 
“əylənmək” – istirahət etmək, dincəlmək ifadəsinin yaranmasına səbəb olub. 
Əslində sübhün adına “səhər” deyilməsi də “Sübh ahar” kəlməsindən üç hərfin 
düşməsi ilə əmələ gəlib, “Sahar”, “Səhər” olub. Əslində mübarək Ramazan 
ayında səhər tezdən gün doğmazdan əvvəl yeyilən və adına Sahur dediyimiz 
yemək öynəsi elə sübh aharı sübh yeməyi deməkdir. Urbanizasiya ilə bağlı 
sübh yeməyinin ağırlığı günortaya keçəndə “ac adam”, ac adamı doyurmaq 


66
Söz mətbəxi
ifadəsi təfəkkürdə günortaya keçib. Nahar yeməyi, ac adamın yeməyi, gü-
norta yeməyi kimi anlam alıb, yeni məna kəsb edib, əslində urbanizasiyanın 
nəticəsində Nahar kimi, şorba da süfrədə II plana keçib. Bu köklərdən gələn 
digər sözlərin və ifadələrin izahına keçməmişdən, “ahar” sözünün mənasına 
baxaq. “Kitabi-Dədə Qorqud”da işlədilən və  əvvəlki yazılarımızda izah et-
diyimiz kimi “sağraq” sözünün bir yozumu sağılan rakı, araq mənasındadır 
ki, distillə, damıtma, sağıma yolu ilə alınan ağ içkidir. Araq sözü ar (arınmış, 
təmiz içki) və ağ (təmiz, işıqlı, alovlu) sözlərinin birləşməsindən əmələ gəlib. 
Ahar sözündə h-x-q-ğ səs keçidini nəzərə alsaq, ağar araq sözündəki hecala-
rın yer dəyişdiyini görürük, buradan araq sözünü iştahaçan kimi də tərcümə 
etmək olar. Araqların həm də spirtsiz efir yağları ilə doymuş maye olduqlarını 
nəzərə alsaq (çal araq, nanə arağı, gülab və s.) araq sözünün ətirli, iştahaçan ağ 
içki mənalarının olduğunu görürük. Dilimizdə ədviyyatla qarışdırılmış ətirli, 
rəngli duza dahar, yəni “duz ahar” deyirik. Məsələn nanədaharı kimi aharın 
ağar formasından “ağartı” sözünün əmələ gəlməsini görürük. Ahar-səhər ye-
mə yi,  əsas və başlanğıc yemək olduğu kimi də süd, qatıq, pendir, şor və s. 
“ağartı” yeməkləri də  əcdadlarımızın qida rasionunda əsas, başlıca yemək 
olduğundan ona ahartı, ağartı deyiblər. Digər tərəfdən “ağartı” sözü həm də 
inəkdən artan, əmələ gələn “ağ artıq” olduğundan ağar, ahar sözünün də əmələ 
gəlməsində əksinə öz rolunu oynaya bilərdi. İlin ilk fəslinə biz “Bahar” deyi-
rik. Türkiyə türkcəsində İlk Bahar (yaz) və Son Bahar (yay) ifadələri işlənir. 
Ərzaq bazasının əmələ gəlməsi, yetişməsi, illik yeməyin əmələ gəlməsi Bahar-
dan başlayır və “Bağışlayan ahar” (yemək bağışlayan, verən fəsil) ehtimal ki, 
hərflərin düşməsindən “Bahar” və yaxud “Başlanğıc ahar” mənasından yenə 
“Bahar” sözü əmələ gəlib. Ola bilsin ki, Novruz sözü də təkcə “Yeni gün” de-
yil, həm də “Yeni Ruzi” mənasındadır. Bu ehtimalları dilimizdə Baharın sino-
nimi olan “Yaz” sözünün “Yeni azuqə” mənasına gəlməsi daha da gücləndirir. 
Bu fikri davam etdirsək “Ayaz” (soyuq) ifadəsini də “Azaldan yeni azuqəni” 
– yəni yeni azuqəni azaldan kimi oxumaq olar. Ayaz adətən yazda olur. Bu 
soyuq həm evdə qalıb ehtiyatı yeməyə  məcbur etməklə, həm də bitkilərə, 
heyvanlara zərər verməklə azuqəni azaldır. Qışda isə “sazaq” (bərk soyuq) 
olur ki, bu da “Saxlayan azuqəni (azaq)”,“Soyudan azuqəni”,“Sonlandıran 
azuqəni”,“Saldıran azuqəni” ifadələrinin birləşməsindən hərflərin düşməsilə 
əmələ gələ bilərdi. Doğrudan da sazaqda ərzaq donurdu, uzun müddət sax-
lanırdı, həm də soyuyurdu, sonlanırdı (daha çox azalırdı), azuqəyə saldırırdı, 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə