Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə18/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   14   15   16   17   18   19   20   21   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
55
yilirdi. Büziçə  həm də  qəssab çəngəlinin də adıdır. Kəsilmiş qoyunu və ya 
keçini büziçədən asırdılar. Qəssab çəngəlinin adının da oğlaqla, keçi ilə bağlı-
lığı zərb məsəlində “Qoyun can hayında, qəssab piy axtarır” deyil, “Keçi can 
hayında, qəssab piy axtarır” kimi formalaşmasına səbəb olub. 
64. Bəzən “əşşi bezdim daha” deyirik. Məsələ ondadır ki, “bezim” hələ 
XVIII əsrlərdə içki, əyləncə, söhbət, ziyafət məclisinə deyilən, tez-tez işlədilən 
ifadə idi. Bu məclisə və məclis keçirilən yerə “bezmgah” deyilirdi. Yorulanlar, 
təkliyə çəkilmək, ikilikdə oturmaq istəyənlər, içkidən, səs-küydən, çoxluqdan 
bezənlər isə məclisin bir köşəsinə, ayrılmış hissəsinə, “bezmə” deyilən yerə 
keçirdi, buradan da “bezmək” feili əmələ gəlib. 
65. Əlibaba nağılını danışanda “Sim-sim açıl” ifadəsini işlədirik. Yenə də 
Əhməd Cavidə görə “Sim-sim – küncütdür”, dəyişdirilərək susam, şirugan və 
sözün pozulması ilə  şirlugan,  şimşək, genced, gencu adlarla tanınır.  Əslində 
gərək “küncüd açıl” deyilsin, amma görünür Əlibaba nağılı küncüdə Sim-sim 
deyilən bölgədə yaranıb. Hətta rus dilinə tərcümədə də elə Sim-sim kimi qalıb.  
66. Sən demə “ay qız sevin elçin gəlir” muştuluğunun da kökündə mətbəx 
dururmuş. Hələ XVIII əsrdə “sevin” qab-qacaq, səhəng, tac, bardaq və s. 
mənasında işlədilirdi. Bu əşyalar isə qızın o zaman əsas cehizi idi, var-dövlət he-
sab edilirdi. Beləliklə, qızlarımıza verdiyimiz Sevinc adı çoxlu qab-qacaq ver-
diyimiz cehizlə bağlıdır. Sevin, yəni qab-qacaq, cehiz nə qədər çox olsa, qız bir 
o qədər çox fərəhlənər. “Həm də sevin elçin gəlir” muştuluğunu “qab-qacağını 
(cehizini) hazırla elçin gəlir” mənasında işlədilib. Yəni hazırlaş ərə gedirsən. 
67. Xoş xəbər gətirənə “Ay səni şad olasan” deyirik. “Şad” sözü isə köhnə 
dilimizdə içki və şərab mənasındadır. Yəni xəbər gətirənə içki, şərab verilərdi. 
“Şad-hürrəm” ifadəsi də “şərabla – azad” mənasındadır. “Şad günə” döşəyə, yas-
tığa, şadice isə yorğana deyərdilər. Beləliklə, xoş xəbər gətirənə içki, azadlıq, ya-
taq, yəni kef arzulayırdılar. “Şəni” də dilimizdə yemək sinisi, qabı kimi işlənilib, 
sonra sini şəklinə düşüb. Şənlənmək ifadəsi də şəni – “sini” sözündəndir. 
68. Dilimizdə fərəhlənmək, tumarlanmaq, Türkiyə türkcəsində şimarlan-
maq sözü var, yəni tumar olmaq, şimar olmaq. Şimar isə köhnə dildə razyana 
toxumudur. Görünür ədviyya kimi o qədər ləzzətli (ləziz ətli) hesab edilib ki, 
kef, fərəh verən mənasında işlədilib. 
69. Tez-tez “bu qanundur, qanunidir” sözlərini işlədirik. Qanun əslində 
dilimizdə ocağa deyilirdi, ulu, yeməyi qaldıran, dəyişdirən hər  şeyi yoluna 
qoyan mənasından əmələ gəlib və mətbəxlə bağlı anlamdır. Həm də arxaik 


56
Söz mətbəxi
qərarlar ocaq başında verilirdi və ailə üzvləri üçün bu qərarlar qanuni, mütləq, 
yəni ocaqdan gəlmə idi. 
70. Əziyyət verənə biz “kür” deyirik. Bəlkə də çox əziyyətlə yetişdiyindən 
və ilkində yumru (kürə) şəkilli olduğundan babalarımız düyüyə “kür” deyiblər. 
“Kür” sözünün “Xur” sözü ilə bağlılığını da ehtimal etmək olar (bax 56-cı 
bənd)
71. İndi dilimizdə həyasız qadına söyüşə yaxın bir “ləçər” sözü işlədilir. 
Əslində əvvəllər bu söz özünü şirin salan qadınlara deyilib. Çünki “leyçar” 
sözü riçal, yəni bəhməzlə bişirilən mürəbbədir. Xalq arasında “leçel” də de-
yilib. Beləliklə, əslində mürəbbə bişirən yaxud mürəbbə kimi şirin qadınlara 
deyilən söz sonra söyüşə dönüb. 
72. Deyirik ki, filankəsin “malikanəsi” var. Malikanə əsasən böyük tiki li-
ləri ərazisi olan varlı mülklərə deyilir. Varlıların evində həmişə şirniyyat hal-
va olurdu. Əhməd Cavidin yazdığına görə “malikanə” Gilanda halvaya de-
yilir, qatı və quru olur, badam, ceviz, fısdıq, fındıq, qaysı, şaftalı kimi 7 içlə 
bişirildiyindən adına “yeddi iç” də deyirlər. Hər iki bayramda padşah halva-
xanasında bişirilirmiş. Bəlkə də hər iki söz xanın malik olduğu mənasındadır. 
Hər halda əlaqə göz qabağındadır. “Malikanə” halvası yeyilən yer də malikanə 
adlana ola bilərdi. 
73. Bəzən “bunun matahı nədir”, “Bu da bizə matah (matək) olub”, “Matah 
(mahtaq) qalmışıq” kimi ifadələr işlədilir. Əslində bunlar Mətək-ağacqovunu, 
narınc, turunca, yəni sitrus meyvələrinə verilmiş addır. Bahalı və az olduğun-
dan bu ifadələrin əmələ gəlməsinə səbəb olub. 
74. Dilimizdə masa sözünün sinonimi kimi “miz” sözünü də işlədirik. Miz 
üzərinə nə isə qoyulan əşyaya və ziyafətə deyilib. Əsasən üzərinə yemək sini-
si, məzə qoyulan altlığa deyilib. 
75. Əvvəllər qızlar uzun hörüklərlə gəzəndə “Saçların qulac-qulac” deyə 
oxuyardılar. Qulac əslində ərəblərdə günəfə, türklərdə isə kadaif deyilən şir-
niyyatdır. Bizdə isə nani qulac, türkiyə türkcəsində isə bəzən qullac paxlava-
sına da deyərdilər. Düşünürük ki, saç hörükləri formasınada hörülmüş bulkaya 
bənzəyən şirniyyat qənnadı məmulatına da “qulac” deyilə bilərdi və “saçların 
qulac-qulac” ifadəsi də buradan yaranıb. 
76. Tez-tez mahnılarımızda danışığımızda “həmdəm” sözünü işlədirik. 
Bir mahnımızda “Olasan mənə həmdəm” deyə oxuyuruq. Əslində söz həm-
dəm kimi defislə yazılırdı və şərab qədəhinin bir adıydı. “Yəni bir qədəhdən, 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
57
ya birgə şərab içənlərə yenə “həm-dəm” olublar”, qədəhə giriblər mənasında 
deyilib. Bu ifadə “ittifaq”, “nifaq” və “əhd-peyman” ifadələri ilə də səsləşir və 
eyni təfəkkürün məhsuludur (bax 62-ci bənd). 
77. Bəzi rayonlarda yerində rahat oturmamaq, nə isə yerində tərpənmək 
mənasında “hıncıxmaq” feili işlədilir. Əslində “hincimək” otunun yeməyini 
bişirmək (ispanaq kimi) mənasında işlədilib. 
78. Tez partlayan, alışan, artıq partlamağa hazır əsəbi vəziyyətə gəlmiş ada-
ma “bir himə bənddi” deyirik. “Him-cim eləmək” ifadəsini işlədirik. Him odun 
mə na sında işlədilirdi. Ərəblər isə mətbəxə (od yanan yerə) him deyirlər. Di gər 
tərəfdən “him” həmdə şorba adıydı. Yəni “əsəbi adam bir himə”, yəni “quru odu-
na bənddi ki, yansın” ifadəsi zaman-zaman müxtəlif mənalar kəsb edib. “Himayə 
etmək” isə ocağa götürmək, yemək, şorba, yəni him vermək mə na sındadır. 
79. Dilimizdə  nədənsə utandığımız həmişə yerinə “uşaqların anası”, 
“evin xanımı” və s. kimi ifadələr işlətdiyimiz “arvad” sözü var. Bu sözü də 
mətbəximizdən izah etməyə çalışaq. Dilimizdə “urva” sözü var. Bişirəcəyimiz 
şeyləri, məsələn balığı urvalayıb bişiririk. Urva bişmə zamanı ərzağın üst qa-
tına birdən düşən yüksək istiliyi götürüb balıq ətiylə yağ arasında istilik taraz-
laşdırıcısı rolunu oynayır. Süfrə – surfa sözündə də urfa, urva sözünü eşidirik. 
Bu da salınan, sərilən urva, mizi qaynar qab-qacaqdan qoruyan istiliyə tarazlıq 
vermək mənasında gəlir. Digər tərəfdən tərəzinin tarazlığı pozulanda və ya 
çəkdiyimiz şey nəyəsə bükülübsə hansısa qabda çəkilirsə həmin qabın ağır-
lığında tarazlaşdırıcı daşdan istifadə edirik. Bu daşa “arva”, “qabın arvası” 
yəni tarazlaşdırıcı deyirik. Arvad sözünün kökündə də bu söz dayanıb. Arvad 
əslində həyat tərəzisində kişini tarazlayır. Kişini tarazlamaq, həyatı, ailəni ta-
razlamaq üçün yaranıb, ərinin arvasıdır. Dilimizdə qadın, kişi cinsləri yoxdur. 
Bu təfəkkür tərzimizdəki qadın kişi bərabərliyindən irəli gəlir. Arvad sözü-
nün də mənşəyi təfəkkürümüzdəki bu tarazlıq duyğusundan xəbər verir. Ola 
bilsin ki, evin, damın arvası mənasında “Arva” və “dam” sözlərindən bəlkə 
də “Arva adam” sözündən əmələ gəlib. Əgər ilk kişinin adının Adəm, Adam 
olduğunu nəzərə alsaq bu söz “Arva Adam” “Adəmin tarazı” mənasını kəsb 
edir. Bu belə olan halda qadın (xatun), xanım, banu kimi sözlərə nisbətən “ar-
vad” sözünün daha arxaik, daha qədim olduğunu görürük. 
80. Belə bir ifadə işlədirik “xaraba yer”. Dilimizdə bir qarğış var “xara-
ba qalsın”. Öncə xar sözünü araşdırsaq görərik ki, “bal xarlayıb”, “xarlamış 
qarpız” kimi ifadələr işlədirik. Təzəliyini, tərliyini itirmiş mənasında “xar” sö-


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə