Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə15/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   11   12   13   14   15   16   17   18   ...   107

46
Söz mətbəxi
Osmanlı türkcəsində  də, “çanaq (yəni qab) yalayan” ifadəsi “tüfeyli” 
mənasında işlədilib. 
Aşağı mənəviyyatlı adamlara verildiyi üçün itə verilən yeməyə də “yal” 
deyilib. Çünki mənəviyyatsız adamlar da “murdar” itə bərabər tutulub. İt yalı 
isə horra kimi bir yemək olduğundan it onu dili ilə içir, sanki yalayır, yalla-
nır. İtə bərabər tutulan, mənəviyyatsız adamlar haqqında yaranan bu ifadə də 
mətbəxlə, yeməklə bağlıdır. 
37. “Yaltaq” sözü də elə “yal”, “yallanan” ifadələrilə bağlıdır. “Yala taxı-
lan” yal dalınca qaçan mənasındadır. Sonralar sərbəst ayrıca söz formasına dü-
şüb. Yalan sözünün də bununla bağlı olduğunu ehtimal edirik. Yəni yallanan 
“yal”taqlıqlanır, “yal”andan tərif deyir və ya yal verənin düşməninə qara yaxır. 
38. Yuxarıdakı ifadəyə bənzər bir ifadə isə “Hər yerdə qarnını otarır”, “qa-
rın otaran” ifadələridir. Bu ifadə əvvəlki ilə səsləşsə də, əvvəlki qədər alçaldıcı 
deyil. Qarınotaran hər halda yallanana nisbətən bir az yumşaq ifadədir. Əlbəttə 
bu ifadə də insanı alçaldır. “Qarnına ot arayan”, “Hər yerdə ot axtaran” yəni 
“heyvan” mənasında işlədilib. Amma bu yaltaqlıqla, yalanla bağlanmır. Os-
manlı türkcəsində bu ifadə əvəzinə “tüfeyli” sözü işlənirdi. Dəvətsiz ziyafət 
məclislərinə gedənlərə o dövrdə “tüfeyli” deyilirdi. İndi dilimizdə zəhmətsiz 
yaşayan, cəmiyyətin, başqalarının hesabına yaşayanlara dediyimiz tüfeyli sö-
zünün mənası da buradandır. 
39. Yuxarıdakı ifadə ilə  səsləşən “Yeri get qanqalını otla” kimi başqa 
ifadəmiz isə qarşısındakına yumşaq formada “uzunqulaq”, yaxud “dəvə” de-
mək mənasındadır. “Qanqal” tikanlı yarpaqları olan bitkidir. Qida məhsulu 
kimi daha çox təzə zoğları istifadə edilir. Dəvənin və uzunqulağın sevdiyi 
alaflardan olduğundan belə təhqiramiz ifadə yaranıb. 
40. Yenə 36, 37, 38, 39-cu bəndlərdəki ifadələrlə  səsləşən “yazıq” sözü-
müz də var ki, bu “ye” və “azıq” sözlərinin birləşməsindən əmələ gəlib. “Azıq”, 
“azuq” indi daha çox “azuqə” formasında işlətdiyimiz “yemək”, “yemək ehti-
ya tı”, “ərzaq” mənasında işlətdiyimiz sözdür. “Ye azıq” ifadəsində də “e” hərfi 
düşdüyündən “yazıq” forması əmələ gəlib. “Yazıq” özü dilənən deyil, əlac sız-
lıqdan yeməksiz qalana, özünə çörək qazana bilməyənə deyilib. Ona kömək 
olunub, “azuqə” verilib. Sonralar məcazi mənada fağır adamlara da aid edilib. 
41. Çox qəribə bir ifadəmiz də var. “Sümsük”, “it kimi sümsünən”, “süm-
sük it”, “sümsük adam” ifadələri haradasa “yallanan” ifadəsi ilə bir assosiativ 
oxşarlıq təsəvvürü yaradır və bu assosiativ fikrin özündə bir yaddaş, bir əsas var. 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
47
Axtarışlarımız göstərdi ki, sümsünmək “süm-sümə” adlı bir xörəyimizlə 
bağlıdır. Sümsünmək əslində “süm-sümə yemək” mənasında işlədilib. Süm-
sümə xörəyi bu günə  qədər də Qarabağ camaatımız tərəfindən hazırlanır. 
Xocavənd rayon Qaradağlı  kənd sakini Əliyeva Siyatel Kərim qızından al-
dığımız məlumata görə süm-sümə bişirmək üçün yağda qovrulmuş una duru 
vəziyyətə düşənə qədər üzərinə az-az qaynar su tökməklə mütəmadi qarışdırı-
lıb vam odda bişirilir. Süfrəyə veriləndə üzərinə bal əlavə edilir. 
Kosistensiyasına, hazırlanma qaydasına görə horrəyə və yala bənzədiyin-
dən yallanmaq əvəzinə sümsünmək sözü də işlədilib, sonralar məcazi mənaları 
da eyniləşib. Amma sümsünmək sözündə də yaltaqlıq yoxdur. Daha çox gəzə-
yən, bir yerdə durmayan mənasındadır. 
42. Əvvəllər tez-tez çox arıqlamış adama “anquta dönüb”, “anqutu çıxıb”, 
“boğazı anqut boğazına bənzəyir” ifadələri eşidirdik. İndi arıqlıq dəbdə oldu-
ğundan bu idioma dilimizdən silinməkdədir. 
Anqut nədir?
Sonuncu ifadədə “Boğazı anqut boğazına dönüb” deyildiyindən, anqutun 
boğazı olduğu anlaşılır. Osmanlı türkcəsində “anqut” vəhşi ördəyə deyilir. 
Vəhşi ördək əti 16-cı əsrdə Osmanlı sarayında bişirilib yeyilirdi. Bu vəhşi 
ördək (latınca Tadoma ferruginea) cinsinin boğazı nazik olduğundan “boğazı 
anqut boğazına bənzəyir” ifadəsi arıqlamış adam üçün yerinə düşür. Lakin bu 
ördəklər qışda yağlanmış kökəlmiş zamanda yeyildiyindən “anquta dönüb”, 
“anqutu çıxıb” ifadələri yerinə düşmür. 
Tədqiqatlar göstərir ki, “anqut” əslində türklərin hazırladığı nazik vərəq 
kimi bir xəmir yeməyidir. Tatarlar ona “quymaq”, ruslar “blinçik”, azərilər 
“yayma”, “yelaparan” Türkiyə türkləri isə “anqut” deyirlər. 
 Anqut o qədər nazik olur ki, o biri üzü görünür. Vəhşi ördəyin boğazının 
nazikliyindən bu quşa da ehtimal ki, osmanlı türkçəsində anqut deyilib. 
Yəqin ki, baba nənənlərimiz də “yayma”, “yelaparan” sözü ilə  bərabər 
sinonim kimi “anqut” sözü də işlədiblər. Yayma indi həm də boşqaba nazik 
təbəqə ilə yayılmış südlə, düyüylə hazırlanmış keşkəkə (kaşkaya) deyirik ki, 
türklər də buna “südlüaş” deyirlər. 
  43. Aşıq Ələsgər 
“Ləzzət verər bal qatanda qaymağa, 
Onlardan da şirin olur narın üz”


48
Söz mətbəxi
yazısındakı “narın üz” ifadəsi bütün alimlərimiz tərəfindən nədənsə yanlış 
olaraq “qaymaq” ya “süd qaymağı” mənasında izah edilir. 
Əslində isə “narın üz” elə Baba Ələsgərin özünün yazdığına görə bal qa-
rışdırılmış qaymaqdan da şirindir. “Onlardan da şirin olur narın üz”. 
Narın üz qaymaqdırsa, qaymaq, bal qarışmış qaymaqdan necə şirin ola 
bilər? Bəlkə söz ustası söz tapmadığından belə qoşub? 
Aşıq  Ələsgər yaradıcılığının təhlili belə ehtimalı yersiz edir. Bəlkə 
Ələsgərdən sonra yazanlar qoşmanı yazanda səhvə yol veriblər? Təhlillər bu 
ehtimalın da doğru olmadığını göstərir. 
Məsələni araşdırmaq üçün südün tərkibinə nəzər salaq. Süd əsasən sudan, 
zülaldan(kazein), yağdan və süd şəkərindən (laktoza) ibarətdir. Qatıq hazırla-
nan zaman süd zülalı kaoqulyasiya edir. Yəni qatıqlaşır və südün tərkibindəki 
suyu özünə çəkir. 
Süd zülalı (kazein) xüsusi çəkisinə görə  ən ağır fraksiya kimi qabın 
alt hissəsinə  yığılır. Xüsusi çəkisinə görə  ən yüngül fraksiya olan yağ üst 
qata qalxıb qaymaq əmələ gətirir. Xüsusi çəkisi yağdan ağır süd zülalından 
(kazeindən) isə yüngül olan süd şəkəri (laktoza) isə yağ və qaymaq arasında 
çox nazik pərdə, narın bir qat şəklində yayılır. Laktozanın miqdarı da çox az 
olduğundan o qaymaq kimi qalın təbəqə yarada bilmir. 
Qaymağın altında çox nazik şirin təbəqənin olduğunu təcrübəli çoban-
lar bilir. Tovuz rayon ahıllarından bəziləri də bu təbəqəni ayırd edə bilirlər. 
Əlbəttə ki, bal qaymaqla qarışanda balın  şirinliyi azalır, qaymağın  şirinliyi 
artır. Həm də bal əsasən iki şəkərin fruktoza və saxarozanın qarışıq mətindən 
ibarətdir. Laktoza isə demək olar ki, qatışıqsız şəkərdir və təmiz narın bir qat 
əmələ gətirir. Ona görə də bal qaymaqdan şirin olur. 
Beləliklə, Baba Ələsgər öz qoşmasında tam dəqiq məlumat verir. Necə 
deyərlər “Aşıq gördüyünü çağırar”. Bəlkə də əsl xalq yaradıcılığı ilə, folklo-
rumuzun əsas qolu ilə məşğul olan aşıqların içindən seçilənlər ona görə seçi-
lir ki, onların yazdıqlarında təkcə ahəng, axarlıq, gözəllik deyil həm də elmi 
məlumatlar, həqiqətlər gizlənir. Zənnimcə yalnız belə  şeirlər  şairin, aşığın 
dahiliyindən xəbər verir. 
Yəqin ki, tədqiqatçılarımız bundan sonra “narın üzü” “qaymaqla” qarış-
dırmayacaqlar. 
 44. Daha bir ifadəmiz “Paxırı üzə çıxdı” ifadəsi də mətbəximizlə bağlıdır. 
“Gizlində saxladığı pis əməli, pis fikri ya sözü üzə çıxdı” mənasında işlədilir. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə