Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə13/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   9   10   11   12   13   14   15   16   ...   107

40
Söz mətbəxi
İndiki kimi qadının xarici görünüşünə baxıb cinsəl istəklərini sevgi bilib 
evlənmirdilər. 
18. “Halva-halva deməklə  ağız  şirin olmaz” halva dedikdə  qədimdən, 
ümumiyyətlə bişirilən, hazırlanan bütün şirniyyatlar, halvaçatlar nəzərdə tu-
tulurdu. 
19. Bir atalar sözündə “Arvadı  əri saxlar, pendiri dəri” deyilir. Burada 
da ta qədimlərdən istifadə etdiyimiz “motaldan” söhbət gedir. Türkiyədə ona 
“tulum” deyirlər. Motalın içərisində pendir həm yaxşı qalır, həm fermantasiya 
olur, keyfiyyəti və dadı yaxşılaşır. 
Beləliklə bu atalar sözündə ər – motala, çöldə (bayırda) olana, “arvad” isə 
pendirə içəridə olana bənzədilir. Məcazi mənada ər cismə, bədənə, qadın isə 
ruha bənzədilir. Cism, bədən zəif, gücsüz olarsa, ruh onu tərk edər mənasını 
da vermək olar. Yəni “ruhu yerdə saxlayan candı” mənasında. Biz bunu Molla 
Nəsrəddinin lətifəsindən də görürük. 
Bir dəfə Nəsrəddin inəyini satmağa aparır və çərçiyə verir. Çərçi o qədər 
tərifləyir ki, Nəsrəddin inəyi özü alır, çərçidən gətirir. Arvada da deyir ki, inək 
çox yaxşı inəkdir, ona görə özüm aldım. Arvad da Nəsrəddinə yeməyə qaymaq 
qoyur. Deyir: “A kişi mən az pula daha çox aldım. Qaymaq satan üzünü çevirəndə 
qızıl qolbağımı tərəzinin o biri gözünə saldım”. Nəsrəddin soruşur: “Bəs qaymaq 
satan görmədi?” Arvadı: “Yox”– deyir: “elə tərəzi qarışıq götürüb apardı”. 
Nəsrəddin: “Hə arvad belə getsə mən bu evi çöldən sən də içəridən lap 
düzəldəcəyik” – deyə münasibət bildirir. Burada da ərin “çöl”, arvadın isə “iç” 
olduğu vurğulanır. Həm lətifənin, həm atalar sözünün bir milli təfəkkürdən 
gəldiyi görsənir. 
20. Nə tökərsən aşına, o da çıxar qaşığına. “Aş” dilimizdə xörəyə, plova 
verilən ad, qaşıq isə aşı yemək üçün istifadə edilən alətdir. 
21. “Harda aşdı, orda başdı”.  İfadə iki mənalıdı. 1-ci mənada  əvvəllər 
mətbəximizdə təndirdə qızardılmış başla verilən “baş plov” növü vardı. Bəzi 
türk xalqlarında indi də hazırlanır. 
22. “Molla aşı gördü, quran yadından çıxdı”. Yalnız tənqid mənasında de-
yil. Əvvəllər molla yalnız yasda deyil, toyda da iştirak edirdi. 
Bu deyim isə aşın necə ləzzətli xörək olduğunu xəbər verir. Belə düşüncə 
başqa türk mətbəxlərində də var. Məsələn, türklərdəki “imam bayıldı” xörəyi. 
Yəni xörək o qədər ləzzətlidir ki, imam (molla) özündən getdi. Türklərlə tə-
mas da  olmuş Bağdad ərəblərinin və türklərinin məsəlində də: “Görən cənnətdə 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
41
nə verirlər” sualına “kərəyağlı plov” cavabı da bu məsəllə səsləşir. Yəni plovu 
görən molla artıq cənnətdə olduğunu zənn edib, quranı unudur. 
23. “Çörəyi dizinin üstündədir” – deyimi çörək ayaqlayan, duz-çörək qədri 
bil  məyən, etibarsız adam mənasında işlədilir. Əvvəllər süfrə arxasında əyləşəndə 
diz üstə oturardılar. Məcazi mənada çörəyi dizinin üstündə olan adam süfrəyə otu-
rar kən dizi ilə çörəyi sanki tapdalayırdı (məcazi mənada). İndi süfrə arxasında 
kə til lərdə oturduğumuz üçün bu deyimin necə əmələ gəldiyini başa düşmürük. 
24. “Ağ ayranı itə tökərlər, qara kişmişi cibə”. Məcazi mənada insana xa-
rici görünüşünə görə deyil, məna tutumuna görə qiymət verilməlidir, mənasına 
gələn bu deyimdə, qara, büzüşmüş, çirkin də olsa, qara kişmişdi, həm şirin, 
həm də cibdə  gəzdirməyə münasib olduğu göstərilir. Həm də ta qədimdən 
ba  balarımız pulu kisədə, qurşaqda saxlardılar. Ciblərinə isə  dəsmala bükül-
müş qənd, kişmiş, fındıq qoyardılar. At belində səfərə gedəndə elə at üstündə 
atışdırardılar. Həm də qarşılarına çoluq-çocuq (yəni uşaq-muşaq) gələndə on-
lara da pay verər, ağızlarını şirin edərdilər. Kişmişi cibdə gəzdirmək bir növ 
dəbdəydi. Deyim də buradan yaranıb. 
25. “Düşmən səni daşnan, sən onu aşnan” öyüdündə də dərin məna var. 
Aş dilimizdə həm yeməyə, həm plova deyilir. Süfrəmizin ən ləziz yeməyi olan 
aşın düşmənə təklif edilməsi qəribə görsənsə də, süfrənin barışdırıcı, sülhda-
şı yıcı funksiyasını qabardır. Pablo Neruda, “Macarıstanın dadı” kitabında 
ya zır: “xalqlar əllərində  qılınc, dəhrə, balta, silah ilə süfrəyə gedirlər.  Əgər 
bütün xalqların ətrafında otura biləcəyi bir süfrə tapılsa, o süfrənin üzərində 
sülh göyərçinləri uçacaq”. Heç zaman ələ keçməmiş, Demokratik Almaniya 
Respublikasının kəşfiyyatının şefi Markus Volfun aşbaz olması onun işləməsi 
üçün şərait yaradırdı. Almaniyanın eks kansleri Helmut Holl da aşbaz idi və 
danışıqlarda bundan məharətlə istifadə edirdi. Xalqımız isə bütün bu siyasəti 
bir sətirlə ifadə edib. 
26. Dilimizdə belə bir deyim də var: “Süddən yanıq olub”. Adətən, zəif, 
xəstə, fiziki cəhətdən gözəl olmayan, bəzən bir az söz gec çatan və s. bu kimi 
adamlar haqqında deyilir. Bu ifadə “Yazıq uşaq süddən yanıq oldu”, “Yazıq 
süddən yanıq olub”, “Ana südündən yanıq olub” formalarında işlənir. Bütün bu 
deyimlərdə işlədilən “süd” ifadəsi ana südünə aiddir. Xalqımız uşağın iki il ana 
südü əmməsini vacib sayıb. Ana xəstə olanda uşağa “süd anası” süd verirdi. 
Ala-yarımçıq ana südündən kəsilənə “süddən yanıq” deyirdilər. Belə 
uşaq ların açıq, ya gizli formada qüsürlu olacağını xalqımız bilirdi. Ana südü 


42
Söz mətbəxi
almaması, hansısa qüsürla uşağa bir “damğa” vuracaqdı. Damğanı isə heyvan-
lara qızdırılmış əşyayla vurduqlarından, damğa vurulan yer “damğalanırdı”, 
“yandırılırdı”. Buna görə də uşaq südsüzlüklə daxildən damğalanır, yandırılır, 
“yanıq”, yəni nişanəli (qüsurlu) olurdu. Digər tərəfdən yanıq sözünü süddən 
yan keçirilmiş, süd verilməmiş kimi anlamaq olardı. Onda yanıq sözü bu hər 
iki anlamın birliyindən əmələ gəlib. 
Məsələn, “dolma” adının da doldurmaq (pomidor, bibər, badımcan və s.) 
və dolamaq (yarpaq, kələm və s.) sözlərindən əmələ gəldiyi kimi. 
 27.  Belə bir deyim də var: “Danlanmaqdan üzüm dan əppəyinə döndü”. 
“Dan əppəyi” nədir. Əppək sözünün mənası məlumdur. Çörək mənasında 
işlədilir. 
Öncə “dan” sözünün mənasını araşdıraq. Dan sözüylə bağlı aşağıdakı söz-
ləri daha çox işlədirik.
 
Dan – səhər tezdən 
Dan – qab mənasında (nəməkdan, çaydan və s.)
Dana – inəyin buzovdan böyük balası.
Danə – say mənasında (bir dənə, iki dənə)
Danə – elmli, ağıllı (danəndə) folklorumuzda işlədilən sözdür. 
Danə – dənə-dənə (buğda dənəsi mənasında)
 
Danə çörək – dənədən, taxıldan hazırlanmış çörək mənasında işlədilə bi-
lər. Lakin “danlamaq” feililə, müqəddəs olan çörək anlamı bir araya sığmır. 
Say mənasında da çörəklə birgə danə sözünü işlətmək dilimizə yatmır. 
“Danlanmaqdan çörəyim alim çörəyinə döndü” ifadəsi də qəribə səslənir. 
Bu indi alimlərin kasıb yaşamalarına işarə etsə də, məsəl indi yox, qədimdə 
yaranıb. Əvəllər isə kasıbçılığa görə arvadları ərlərini danlamazdılar, alimlər 
də pis yaşamırdılar. 
Qab çörəyi ifadəsi də ağır yüklüdür. 
Dana, buzov çörəyi düz anlamı vermir. Həm də belə halda elə “dana əp-
pəyinə”, yəni heyvan yeminə döndü ifadəsi səslənərdi. 
 Ehtimal ki, burada söhbət məhz “səhər çörəyindən” gedir. Amma səhər 
ye diyimiz  anlamında deyil. Səhər-səhər “dan yeri sökülür” deyirik. “Dan” əs-
lində “qaranlıq” mənasında işlədilir, yəni səhərlər “dan – qaranlıq sökülür”. 
Çörəyə aid ediləndə qaranlıq – dan sözü rəng mənasında işlədilib. Qaranlıq 
rəngində, yəni qara rəngdə. Yəni “Danlanmaqdan üzüm qara çörəyə dön-
dü”. Qara çörək xas undan hazırlanan çörəkdən daha aşağı keyfiyyətliydi. Bu 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə