Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə12/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   8   9   10   11   12   13   14   15   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
37
Bulamanın bir növü milli mətbəximizdə müalicə  məqsədilə hazırlanır. 
Boğazı, sinəsi, səsi tutulan adamlara verilir. Qaynar südə çalınmış yumurta 
qarışdırılır, bulanır və bulana-bulana bal əlavə edilir. Maye halında olduğun-
dan içilir. Bəzi türk ellərində quymaq, bulambac, dolaz, püşürük kimi adlar 
verilən bir mühəlləbi növü var. Qaynar suya un və şəkər tökülüb bulana-bu-
lana (daim qarışdırıla-qarışdırıla) üzərinə əridilmiş kərə yağı gəzdirilir. Yəni 
xəşilin bir növü kimi hazırlanır. Qaşıqla götürülüb bəhməzə batırılıb yeyilir. 
Başqa bir quymaq növümüz doğuşdan sonra qadına verilir. Quymaqda bal, ya 
bəhməz birbaşa qarışığın içərisinə tökülür, ərinmiş yağ daha çox olur. 
Naxçıvan bölgəmizdə, xüsusilə də Ordubadda və İrəvan xanlığı camaatımız 
Sucuq (bastıx) hazırlayarkən bəhməzdən (doşabdan) un, qoz unu, nişasta və s. 
qarışdırmaqla bir kütlə hazırlayır. Bu kütlə Bakı ətrafında daha da qatılaşdırılıb 
bərkidilir və ona riçal, irçal da deyilir. Qışda yağla yeyilir. İpə qoz, fındıq dü-
zülüb hazırlanır. Bu kütləyə batırılıb, çıxarılır və qurudulub, sucuq əldə edilir. 
Gürcülər sucuğa çurxçxela deyir və danışırlar ki, “çurxçxela” əvvəllər gürcü 
ordusuna verilib. Amma ipə düzülmüş qoz, fındıq batırılmış kütləyə gürcülər 
“tatara” yəni “tatarlarınkı” deyir. “Tatar” isə gürcücə azəri de məkdir. 
Beləliklə, Gürcüstanda azərilərə  məxsus tatara, bəzi Azərbaycan böl gə-
lərində isə irçal, riçal deyilən bu məhsula Naxçıvanda bulamac da deyirlər. 
Mürəbbə də bişirəndə uşaqlar hamısı barmağını salıb dadına baxdıqları kimi, 
bulamacda da eyni şeyi edirlər.
 
 Bulamacı buladım
 Buladıqca yaladım –
Ya barmaq yalanırdı, ya qarışdıran, bulayan ağac qaşığın, balaca kürəyin 
ucunda – üstündə qalan hissənin dadına baxılırdı. Qaynar kütləni bulayan 
ağac taxtanın ucunu yalayanda dil də, dodaq da yanır, bəzən də qabıq qoyur. 
Bulamac qazanı asılanda, qohum, qonşu uşaqları təzə bulamacın dadına 
baxmaq üçün qapı-bacanı basırdılar, sanki basqına gəlirdilər. Əlbətdə ki, ağzı-
nı şirin etməmiş heç bir qonaq yola salınmazdı. 
Ehtimal ki, kilimin hənadan kəsilmə vaxtı da bulamac bişən vaxta düşüb 
və bu deyim də o üzdən yaranıb. 
Əvvəllər ocağın (buxarının) kənarlarında qarmaq olurdu, qazanı bu qar-
maqdan asırdılar. Çöldə ocaq qalayanda isə iki haçalı ağac basdırılır, haçaya 


38
Söz mətbəxi
uzununa bir ağac da qoyulurdu ki, bu ağacdan qazanı ocağın üstünə asardılar. 
İndi də qazanı ocağa “qoymaq” əvəzinə qazan “asmaq” ifadəsini işlədirik. 
Osmanlı dönəmində uşaqlar üçün “qutu balı” adıyla kiçik qutularda qatılaş-
dırılmış bəhməz satılırdı. Bu bəhməzə “bulama” deyirdilər. Bulama hazırlamaq 
üçün qatı və açıq rəngli bəhməzə çövən kökü və ya yumurta ağı qatılır, əllə, 
ya ağac alətlə çalınırdı, döyülürdü. Bu bulamaya “çalma”, “telbis” də deyilirdi. 
Evliyə Çələbi, Aydıncik və Lapseki bulamasının adlarını çəkir. Zilədə hazırlanan 
bulamaya Zilə bəkməzi deyirlər. Bu gün Türkiyədə çırpma, çalma dəzgahlarında 
hazırlanıb taxta qutulara doldurulur, adına bulama, çalma bəkməzi, təlbis, qutu 
balı deyilir. Sönməz Abbaslının verdiyi deyimin ikinci hissəsində 
 
“Bərbad olsun dədəm evi
 Altda daş, üstdə aş”
Hissəsi başqa bir variantda da oxuna bilərdi:
“Bərbad oldu dədəm evi
 Altda daş, üstdə aş”
Bu halda bu bənzətmə aydınlaşır. Altda daş deyəndə söhbət ocaq daşın-
dan, üstdə aş deyəndə isə ölü aşından söhbət gedir. Ata evində böyüklərdən 
biri rəhmətə gedəndə ata evi bərbad olur, dağılır. 
Və yaxud: 
“Bərbad oldu dədə evi
Altda daş, üstdə daş” 
Variantı da ola bilər ki, bu zaman ev dağıldı, ya birbaşa mənada zəlzələdən
ya da məcazi mənada dədə evi dağıldı. Yalnız bu hallarda sözlər yerinə düşür 
və qarğış kimi səslənmir, daha inandırıcı olur. 
15. Yenə də Səyyarə Sadıqovanın topladığı deyimlərdən:
 Salmança saldım saca
 Salınca qarnım aca
Sədərəkdə salmanca deyilən bitkiyə İrəvan camaatımız da salmança, To-
vuzda, Culfada unnuca, Babəkdə (Nehrəmdə) yağlıca deyirlər. 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
39
Ehtimal ki, salamanca sac içində bişirilən xörəyə salındığı üçün belə de-
yilir, tatarlarda “salamata” olduğu kimi. Digər tərəfdən, unnuca (salamança) 
bir çox bölgələrimizdə  kətənin içərisinə vurulur. Zəngəzur, Göyçə,  İrəvan, 
Gəncə, Tovuz, Qazax, Gədəbəy və s. bölgələrdə kətə iri qutab kimi göyərtiylə 
sacda hazırlanır. Aypara şəkilində olur. Naxçıvanda isə zərf kimi bükülür. Or-
dubadda ona “xitab” deyilir. Kətə sacın üzərinə salındığı üçün bu ehtimal daha 
böyükdür. 
Ola bilsin ki, gicitkan kətəsi, Cincilim kətəsi kimi, unnuca kətəsinə “sal-
manca kətəsi” deyilib, sonra isə qısaca salmança da deyilə bilərdi. Bu deyim 
də buradan qaynaqlanır. Salmança kətəsini beləliklə  həm Sədərək, həm də 
ümumnaxçıvan yeməklərinə aid etmək olar. 
16. Daha bir bayatı qarğış: 
  Açıqıcılar yarpağı
  Astanalar torpağı
  Hər kim balamı istəmir
  Gözünə bibər yarpağı.
Açıcıqıcı (acıqımı, qıjı) – xaççiçəklilər fəsiləsindəndir. Latınca adı NOS-
TURTİUM OFFİCİNALE-dir. 
Xalq təbabətində yeməli ot kimi də  işlədilir. Kür-Araz, Samur-Dəvəçi, 
Lənkəran, Abşeronda və s. yayılmışdır. Xoşagələn ətirli dadı var, bibər yarpa-
ğı isə acılıq verdiyindən bayatıda işlənir. 
17. “Bəhməz aldım bal çıxdı” ifadəsini də çoxlarımız eşitmişik. Əlbətdə 
ki, tutdan, qarpızdan, üzümdən və s. bitkilərdən alınan şəfalı bəhməzləri, do-
şab ları da tanıyırıq. Azərbaycan balı da qədimdən yemək və müalicə məq sə-
di lə istifadə edilib. Məcazi mənada evə  gətirilən gəlinə aid edilir. Əvvəllər 
babalarımız qıza görməzə-bilməzə vurulurdular. Çünki qızlar hicabda, çadra-
da gizlindəydilər. Onlarla söhbət edərkən qızların ağlına-dərrakəsinə, şəx siy-
yə tinə vurulan babalarımız onun yaxşı xanım, həyat yoldaşı, ana olacağını 
anlayıb alırdılar. Gəlinin evdarlığını, səliqəsini və s. analar, bacılar, yengələr 
görüb bilib bəyə çatdırırdılar. Bu təriflərdən sonra görməzə-bilməzə ən azın-
dan bəkməz, yəni sağlamlıq gətirən şirin bir həyat yoldaşı gözləmində olurdu. 
Evə gətirəndən sonra onun xarici görünüşünü görür, gördüyü işləri, rəftarını 
görüb doşab deyil bal aldıqlarını deyirdilər. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə