Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə20/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   16   17   18   19   20   21   22   23   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
61
85. Bir ifadəmiz də var “Yuxudan kal durmaq”. Kal bir tərəfdən yetişməmiş 
meyvəyə deyirik. Yuxudan ala yarımçıq doymamış, yetişməmiş durmaq 
mənasına gəlir. Digər tərəfdən isə “kal” – xoruza deyildiyindən “Yuxudan kal 
durmaq” tezdən xoruz banıyla durmaq mənasını da verirdi. Başqa bir tərəfdən 
kəndçi sübh tezdən kəllərlə qoşqu heyvanları ilə birlikdə yuxudan durub ya 
əkinə, ya örüşə getməli idi. Zənnimizcə hər üç versiyanın yaşamaq hüququ var. 
86. “Narazı” sözü də mətbəxdən gəlmədir. “Razı” əslində ruzidir, “na” isə 
inkar şəkilçisidir. Naruzi – narazı, yəni ruzisiz, yeməksiz, ac qalan adam yəqin 
ki, “Ac qılınca çapar” ifadəsi də elə bu təfəkkür tərzinin məhsuludur. Uzun 
müddət ac qalan adam hər şeydən narazı olacaq. 
87. Jarqon (ara) dilində  gənclər öz aralarında gənc xanımlara “mas-
ka” deyirlər.  Əgər Vladimir Dalın lüğətinə baxsaq görərik ki, “maska” qo-
yun deməkdir.  Əslində xanımların ahu balasına, ceyrana, marala, quzuya, 
dişi dəvəyə (“mənim yarım ağca maya” – mahnımızda və yaxud Vaqif “bir 
maya bud gərək” harada maya-dişi dəvə deməkdir) quzuya, ağca qoyuna 
bənzədilməsi təbiidir. Qoyunçuluqla məşğul olan, qoyuna heykəllər qoyan 
xalqın təfəkküründə bu gözəl simvol olsa da hazırda maska sözündə  mənfi 
çalarları da eşidirik. 
88. Bir qəribə ifadəmiz də var – “Bir qab ayranı (suyu, ayranı və s.) bir 
nə fəsə başına çəkdi”. Əslində indi anladığımız dildə içdi deməliydik. Bu iki 
anlamın dəyişməsi Türkiyə türkcəsində  də  məlumdur. Onlar “siqaret çəkir” 
əvəzinə “siqara içir” deyirlər. 
Çəkmək bir tərəfdən sürtmək mənasında, təəccüblənmək (içini çəkdi), ağ-
rımaq, incimək mənasında (canını çəkdi), digər tərəfdən isə içinə çəkmək (si-
qareti, tüstünü, suyu və s.) udmaq, sümürmək mənasında işlədilir. Biz üzüm-
dən şirə, tutdan araq çəkirik. Gördüyümüz kimi daha çox mayeyə aid olunur. 
Əslində  çəkmə içki, qədəh deməkdir. S.Sadıqova da çəkmənin ayaq qədəh 
olduğunu göstərir. Ayaq isə  qədəh, içki kimi Xətainin  şeirlərində  işlədilib. 
“İçki başına yox, ayağına vurdu” ifadəsi də ayağın – içki, qədəh anlamından 
yaranıb. Digər tərəfdən ay işığı soyuq olduğu, ayağını isti saxla, başını sərin 
deyimini nəzərə alsaq ayağın ay və ağ sözlərindən irəli gəldiyini, məhz so-
yuq içkilər üçün nəzərdə tutulduğunu görürük. Çəkmə isə ayaqqabıdan fərqli 
olaraq dartılıb, çəkilib geyinilən olduğu üçün ona çəkmə deyilib. Arxeolo-
ji qazıntılar zamanı tapılmış gil çəkmələrin məhz qədəh rolunu oynadığı da 
S.Sa dıqova tərəfindən yazılmışdır. Çəkmə paltar elementi kimi çəkilib yuxa-


62
Söz mətbəxi
rısı sapla bağlandığı, boğulduğu üçün sapboq – rus dilində sapoq kimi saxla-
nılıb. 
89. Belə bir ifadə var: “Gedim bazardan ayın-öyün alım”. Bir dəfə Azər-
baycan televiziyalarının birində “ayın-öyün” sözünün ərəbcədən “iki göz” 
anlamını verdiyi, ifadənin də “gedim, gözüm görənləri alım” mənasında 
işləndiyi kimi izah edildi. Lakin babalarımız bazara gözləri görəni almağa 
deyil, evdəki, ailədəki ehtiyaclarını təmin etmək məqsədilə gedirdilər. Həm 
də əhalimizə israfçılıq yad idi. Yalnız kənddə böyüyən adamlar bilir ki, kəndçi 
qazandığı hər qəpiyi səmərəli istifadə edirdi, aldığı hər əşyanı qoruyur, uzun 
müddət ondan yararlanırdı. Çünki qazanılan hər qəpik halal zəhmətin, zama-
nın, alın tərinin ekvivalenti idi. Ona görə “gedim, gözümə görünəni alım” 
düşüncəsi milli təfəkkürümüzə ziddir. 
Bu cəhətdən “ayın-öyün” deyiminin başqa mənası olmalıdır. Bu deyim 
Tovuz-Qazax bölgəsində bu gün də elə “ayın-öyün” kimi də işlədilir. Kənddə 
bazara hər gün getməzdilər. Ayda bir-iki dəfə bazara gedib evin ehtiyacları, 
əsasən taxıl, un, duz, şəkər və bu kimi ehtiyaclar bir aylıq alınardı. Əksər hal-
larda ət, süd məhsulları, göyərti, tərəvəz, meyvə ilə kəndçi öz təsərrüfatından 
özünü təmin edirdi, artığını da şəhər bazarlarına çıxarırdı. Bazardan alınan 
məhsullar ailə üçün bir aylıq, bəzən iki-üç aylıq, nadir hallarda isə yarım ay-
lıq alınırdı. Yəni “ayın” ehtiyacı, məsələn, ailənin bir ayının ehtiyacı alınırdı. 
Beləliklə, “ayın-öyün” əslində evin bir aylıq ehtiyacı, təminatı mənasındandır. 
Digər tərəfdən zaman kəsiyində aldığımız yeməyə, yeməyin miqdarına 
öynə deyirik. “Səhər öynəsi”, “günorta öynəsi”, “axşam öynəsi” dediyimiz kimi 
“həftənin öynəsi”, “ayın öynəsi” anladığımız ifadələrdir. Buradan da “ayın-
öyün” həm də “ayın öynəsini almağa gedirəm” formasından əmələ gələ bilərdi. 
Ehtimal ki, bu ifadə “ayın-öyün” və “ayın-öynə almağa gedirəm” 
deyimlərinin birləşməsindən əmələ gəlib. Bu hal dilimizdə var. Məsələn, “dol-
ma” sözünün dolma (bibər, badımcan və s. dolmalar) və dolama (yarpaq dol-
maları) sözlərinin birləşməsindən əmələ gəldiyi kimi. 
90. Bir maraqlı deyimimiz də var: “Naxırçı  qızının könlü naxır  əppəyi 
istəyir”. 2011-ci ildə Türkiyənin Ərzurum şəhərində keçirilən elmi konfrans-
da çox hörmətli ağsaqqal alimimiz Hacı Qədir Qədirzadə Naxçıvanda çörək 
bişirmə ilə bağlı gözəl bir mühazirə oxudu. Bu mühazirədə çörəklə bağlı 
bir neçə deyim, o cümlədən də bu deyim çox diqqətimizi çəkdi. Hacı Qədir 
Qədirzadə çox gözəl izah edir ki, əvvəllər camaatın mal-qarasını otaran naxır-


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
63
çıya Naxçıvanda hər bir iribuynuzlu, ya iki xırda buynuzlu heyvana görə bir 
təndir lavaşı (çörəyi, əppəyi) hesabı, ya çörək, ya un günəmuzd verilirdi. 
Beləliklə, bir iribuynuzlu, yaxud iki iribuynuzlu mal üçün ayda 30 təndir 
lavaşı, ya 4 kq un ödənilirdi (1 kq undan 7 təndir lavaşı hesabıyla). Naxırçıya 
verilən bu çörəyə naxır əppəyi deyilirdi. 
Fikrimizcə bu deyim “Qızın gözü həmişə ata evində olar” deyimi ilə daha 
çox səslənir və bir təfəkkür tərzinin məhsuludur. 
91. Hörmətli Qədir müəllim təndirə yapılan ilk çörəyin itə, pişiyə veril-
diyi, bunun inanclarımızla bağlılığı barədə gözəl məlumatlar verir. Lakin hər 
bir inancın, əfsanənin əsasında bir elmi-təcrübi, həyati fakt dayanır. Məsələn, 
Koroğlu dastanında Koroğlu bir dəfəyə yeddi qoyunun kababını, yeddi qazan 
aş və s. yeyir. Əvvəlcə inandırıcı gəlmir. Amma bir azdan təkbaşına Xotkərin 
on minlik qoşunu ilə  tək döyüşür. Bu döyüşdə  sərf edilən güc, enerji xalq 
təfəkküründə Koroğlunun yediyi yeməklə tarazlaşdırılır.  Əgər Koroğlu bir 
qab şorba yedi, sonra on minlik qoşunu yendi deyilsəydi inandırıcı olmazdı. 
Bununla bağlı deyimimiz “Yeməyənin payını yeyərlər. Mənə (yeyənə) Koroğ-
lu deyərlər” də buradan qaynaqlanır. 
Beləliklə, təndirə yapılan ilk çörəyin, kündənin itə, pişiyə verilməsinin bir 
əsası olmalıdır. 
Bununla bağlı dilimizdə əsaslı bir misal var: “Birinci kündə (birinci çörək) 
küt gedər”. Eyni bir rus məsəli də var: “Pervıy blinçik komom”  – yəni, “birin-
ci blinçik (quymaq, yelaparan) küt olur”. Bu qaynar qabın ya təndirin divarla-
rının ilk xəmirə toxunması ilə bağlı istilik hadisəsindən irəli gəlir. Küt getmiş 
xəmir o qədər də xoşagələn olmadığından onu itə, pişiyə verirdilər. 
92.  Sarı Aşığın bir bayatısı var:
Yeməyə qaşıq aşı
Bişirir qaşıq aşı
Aşığı yoldan eylər
Yaxşının qaşıq aşı 
Qaşıq aşı xırda romb şəklində doğranmış xəngəldən (yayılmış xəmir par-
çaları) bişirilən duru, sulu yeməklərimizdəndir. Tovuz bölgəsində buna qa-
şıq xəngəli, sulu xəngəl, xəngəl istisi deyirlər. Bu milli xörəyimiz çox vaxt 
süfrəyə sarımsaqlı qatıqla, qurutla verilir. Soyuqdəymə, zökəm xəstəlikləri za-


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə