Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə19/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   15   16   17   18   19   20   21   22   ...   107

58
Söz mətbəxi
zünü işlədirik. “Xarçıldamaq” feili də buradandır. Çünki xarlamış bal da, qar-
pız da ağzımızda xarçıldayır, xırçıldayır. Əslində “qar” da “xar” sözündəndir. 
Xarlamış ab, xarlamış sudur. Bəzi bölgələrimizdə indi də təzə qarın üzərinə 
bəhməz tökülüb yeyilməsi həm dondurmanın arxaik, həm də müasir forması-
dır (məsələn, dondurulmuş şirələr). Bu həm də “qarın” sözü “qarın” mətbəxlə, 
yeməklə bağlılığını göstərir. Əvvəllər qarın içərisində ərzaq saxlanıldığını da 
nəzərə alsaq bu ehtimal daha da güclənir. Digər tərəfdən ağ rəngli olduğunu 
nəzərə alsaq, “qar” sözünün “ahar”, “aqar”la bağlı olduğu diqqətimizi cəlb 
edəcək.  Əvvəllər izah etdiyimiz kimi “ar”, “ir” içki mənasını verir. Qar da 
əslində ağ donmuş içki xarlanmış sudur. 
Zaman keçdikcə qar da, xar da formasını dəyişir, çürüyür, əsasən mayeyə 
və torpaq maddələrinə çevrilir, xar donub daha çox su, ab olur, yəni xar və 
ab – xarab olur. 
“El içində xar olmaq” da bunlarla bağlıdır. Hamının yaxşı qarpız ya bal 
bildiyinin iç üzü açılanda onun xarlamış, dağılmaq üzrə olduğu görünür. Xa-
rab olan şey dağılır. Buna görə də dağılmış yerlərə xaraba deyirik. 
81. Dilimizdə “torba” sözü işlədirik. “Ba” dilimizdə sulu yemək (çorba- 
duzlu maye) yemək mənasında işlədilir. Torba əslində sulu yeməyi, yeməyi 
tutan, saxlayan məişət əşyasıdır. Yeməyi torbaya salır, çox vaxt suyunu çıxa-
rır, süzür, əsas hissəsini saxlayırlar, tuturlar, məsələn süzmədə olduğu kimi. 
Dəryanın suyundan balığı ayıran kimi, qatığın, ayranın suyundan əsas bərk 
hissəni tora salıb tuturlar. 
“Ba”nı, yəni sulu yeməyi sudan ayırmaq üçünsə banın torundan “torba-
dan” istifadə edilib. 
82. Dədə-babadan əksəriyyətimiz əkinçi, heyvana baxan olmuşuq. Daha 
çox bəslədiyimiz, sevdiyimiz heyvan qoyun olub. Qoyuna qoyduğu muz 
heykəllər ölkəmizin hər yerindən tapılır. Qoyunu qurban vermişik. Məlik-
məm mədi ağ və qara qoçların üzərinə mindirmişik. “Altı bulaq içərlər, üstü 
zəmi biçərlər” kimi tapmacalar düzəltmişik. Folklorumuzda tez-tez çobana, 
sürülərə, qoyuna, tütəyə üz tuturuq. Bəs qoyun sözü dilimizdə haradandır? 
Əlbəttə ki, qoyunun mətbəximizlə bağlı olduğuna heç kim şübhə etmir. Amma 
yenə də bu sözün açılışının faydalı olacağını düşünürük. 
Qoyun sözü iki hecadan ibarətdir. “Qo” və “yun”. Yun sözünü başa düşü-
rük qoyunun bir funksiyası yun verməkdir. Bəs “Qo” hecasının mənası nədir, 
necə əmələ gəlib? Folklorumuza müraciət edək. “Simurq quşu Məlikməmmədi 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
59
işıqlı dünyaya çıxarmaq üçün ona iki tuluq verib söyləyir. Bir tuluqda su o 
biri tuluqda ət var. Mən Qa deyəndə mənə su Qo (qu) deyəndə ət verərsən. 
Deməli, folklor nağıl dilimizdə Qa, qo (qu) yemək içməklə bağlıdır. Və Qo 
ətdir. Əslində elə bu təfəkkür tərzində qoyun Qa (süd), qo (ət) və yun, yəni 
süd və ət yun mənbəyidir. Amma daha çox ət və yun mənbəyidir. Dil hər şeyin 
həcmini alıb, sadələşdirib “qoyun” formasına salıb. 
Biz “qo” sözünü “qovur”, “qovurma”, “qovurğa”, “qovud” və s. mətbəx 
terminlərində, sözlərində aydın eşidirik. Mətbəxdən uzaq görünən “qoçaq” 
(igid) sözündə də “qo” yemək, “çaq” isə sağlam mənasındadır (dilimizdə daha 
çox cağ, cağbacağ kimi işlənir). Yəni qoçaq-sağlam qidaya malik və ya qi-
dası və sağlamlığı olan mənasındadır. “Qovun” sözü də Qo, av(ab-su) və un 
sözlərindən ibarətdir, yəni Qodan (ətli, lətli hissədən) sudan və suyu özünə 
çəkən una bənzər hissəni bildirən sözlərdən ibarətdir. Qo, Qa, Qu sözlərini 
mətbəximizlə bağlayan bir çox sözlərimiz, ifadələrimiz var. Qabağ (bağlı, 
örtülü yemək), Qarpız, Abqora (Ab-su, qo-yemək, ra-günəş, qaynar), qora, 
ura (bostan urası), qarın, quyruq, qarğa (qarğa-bişib qaralmış), qara (aşqara), 
balqabaq, qürrə, qurrey, qu quşu (su quşu-yeməli quş). Quzu-süd içən, quduz, 
qüdrət (yad su olan yer, suyunu dəyişən), qoç, Qobustan (yeməyin bol olduğu 
yer mənasında), qonaq və s. 
Köhnə slavyan dilində  işlədilən “qovet”, yəni yemək, aclığı  dəf etmək 
sözü də ehtimal ki, dilimizdən keçmiş əslində qovrulmuş ət (et) “qovət” for-
masından götürülmüşdür. Rus dilindəki “qodivo” (yemək), “qodnıy” (yarar-
lı), “qolod” (aclıq), “qordıy” (məğrur, yeməyi bol olan, məsələn, S. Vurğun 
“Çörək bol olarsa, basılmaz Vətən”) və s. də bu qəbildəndir. 
83. Kiminsə haqqında “od-alovdu” deyirik, “od olsa özünü yandırar” və s. 
Əslində “alov” ovu alan, onu bişirəndir. Ovçu ovu ocağa verir “bu ovu 
al bişir” deyir. Ovu alıb bişirənə “alov deyir”. Alovun digər adı isə “atəş”dir, 
daha doğrusu “ət aşdır”. “Atəş” ət, aş bişirən deməkdir. Od sözü də əslində ud, 
udmaq sözündəndir. Bunu süd (sağ və ud) sözündən də görürük. 
Odun sözü də odun yemi, odun yediyi undur, yəni əslində “udun”dur ki, 
dilimizdə odun kimi formalaşıb. Digər tərəfdən odun sözünü məxsusluğu bil-
dirən “un” şəkilçisinin artırılmasıyla udana, uda, oda məxsus olduğu mənasını 
alması ehtimalı da doğru ola bilər. Beləliklə, kiməsə “odlu alovludur” demək 
əslində bu adama “bişirib düşürəndir”, demək kiməsə “atəşli salamlar” 
deməyimiz isə qonaqlıq təklifidir ki, sonradan məna çalarlarını dəyişiblər. 


60
Söz mətbəxi
84. Belə bir uşaq oyunu var. 
  Əl əl əpənək,
  Əldən uçdu kəpənək. 
  Əpənəyin yarısı,
  Yumurtanın sarısı. 
– Əmi hara gedirsən?
– Ala dağa gedirəm. 
– Ala dağda nəyin var?
– Çaqqır-çuqqur bir oğlum, bir qızım var. 
Uşaqlıqda düşünürdüm ki, görəsən  əpənək nədir? Soruşanda da izahını 
verən olmurdu. İndi bu sözləri anlayıram və bölüşmək fikrindəyəm. 
Çaqqır-çuqqur – at nalının çıxardığı səsləri ifadə edir. Sözlərdən görün-
düyü kimi əmi Ala dağa qızının, oğlunun yanına gedir. Adətimiz üzrə özü ilə 
yola yemək götürür. Bu konteksdə əpənək, əppək (çörək) və nək sözlərinin 
birləşməsindən əmələ gəlib. Dilimizdə “qo” sözü kimi “nək” sözü də yemək, 
azuqəylə bağlı olub, digər sözlərin içərisində gizlənib “nək”, “nak”, “naq”, 
“yeməyi, içməyi tutan qab, saxlayan” mənalarında qalıb.  İndi isə daha çox 
söz  əmələ  gətirən  şəkilçi kimi işlənir. Məsələn, kəpənək, yəni kəpək tutan, 
kəpəkli. Kəpənəyin qanadlarının üzəri zərli kəpəklə örtüldüyü üçün, sənək 
(səhəng)- su tutan, qonaq – yemək içmək yeyən, tutan mənasında naqqa balığı 
– yemək tutan (naq- tutan, qa, qo- yemək), inək – içki (süd) tutan və s. Əpənək 
– yəni yemək-içmək, duz-çörək, əpənəyin yarısı, yəni çörəyin yarısı. Yumurta-
nın sarısı çörəyin yarısının arasına qoyulub yola götürülür. Yəni söhbət klassik 
dürməkdən, onun bürmələnmiş (yuxayla, lavaşla) ya cibli dürmək (xamralı ya 
təndir cörəyini yarı bölüb arasını açıb nəsə qoymaqla yaranan) formalarından 
gedir. 
Əldən uçdu kəpənək isə  təfəkkürdə  səyahətə getməklə bağlıdı. Bu da 
bu oxumanın sözlərilə məna çalarını uyğunlaşdırır. Yeri gəlmişkən kəpənək 
sözündə də kəpək və nək sözlərini  eşidirik kəpənəyin qanadları kəpəklidir. Əl 
vuranda əlimizdə də qalır. Kəpək isə unun daha kobud hissəsidir, ələkdə qalır. 
Dəyirmanda qalana isə ard unu deyilir. Çox ləzzətli sac altı kömbəsi olur. Ana 
babam dəyirmançı Rza kişinin (Tovuz rayonu Dondorquşçu kəndi) ard unun-
dan bişirdiyi kömbələrin dadı, ətri indi də yadımdadır. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə