Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə22/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   18   19   20   21   22   23   24   25   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
67
yəni daha çox yedizdirməklə məhv edilirdi (insanları çox acdırdığına görə). 
Ola bilsin ki, “nağara” sözü də “nahar” sözüylə bağlı olsun. Ritmin, nağara-
nın ilk variantı mətbəxlə bağlıdır. Xörək bişirəndə daş, ağac çömçənin ilk daş 
qazanın dibinə, qıraqlarına dəyməsindən yaranıb. Sonralar çömçəni qazanın 
alt tərəfinə döyəcləməklə səslər, ritm ərsəyə gətirilib. Tam-tamlar belə yara-
nıb. Əslində musiqi aləti kimi çömçə-qazandan istifadə günümüzə qədər gəlib 
çıxıb. Fevralın 10-da Xıdır Nəbi bayramında qodu gəzdirənlər qazanın altını, 
ya qazan qapağını çömçəylə döyəcləyə-döyəcləyə ritmik bir mahnı oxuyurlar:
Evdəkilər evdəmi?
Çöldəkilər çöldəmi? və s. 
Ola bilsin ki, qazanın qapağı da, qazandan çıxan ətri, buxarı, daşan xörəyi 
dəf edib geri qaytardığı üçün ona əvvəlcə “dəfedən” deyiblər, sonra o da 
“dəfə” musiqi alətinə dönüb. 
Bu fikri xalq Molla Nəsrəddinin bir lətifəsində  də yaşadır. Soruşan-
da ki, “ay Molla ən yaxşı musiqi çalğı hansıdır?” Nəsrəddin cavab verir ki
“Çömçənin qazanda çalmağı”. 
İndi də toy qurtarandan sonra acmışam deyən ev adamına, toydan sonra 
gəlib çıxan qonağa “Toydan sonra nağara” yəni əslində “Toydan sonra naha-
ra” deyirik. Qazanların dibində qalmış yeməkləri çıxaran çömçə də səs-küy 
çıxarır. 
İçi boş qazan ac adama, qarnı boş adama bənzədiyi üçün ona “Nahar 
adam”, yəni “ac adam” deyiblər sonra “Nahara”, “Nağara” formasına düşüb. 
Dilimizdəki a-ə keçidini nəzərə alsaq, Bəhər sözünü “Bitki əhəri”, “Bitki 
ahar” kimi dəyərləndirmək olar. Hansısa yer haqqında nə “Axarlı-Baxarlı” 
yerdi, yəni nə çörəkli, “Yeməkli-Bəhərli yerdi” deyirik. “Aharlı-Bəhərli” yəni 
“Yeməkli-Bəhrəli” olsun deyə alqış edirik. 
Bəhər mənasında işlətdiyimiz, “Bar” sözü də daha çox yeməklə bağlıdır. 
“Bar”,“Bəhər”,”Bahar” sözlərinin bir əsasdan silsilədən olduğunu görürük. 
Zəhər sözündə “Ziyanlı  əhər” (ahar), “Zərərli  əhər” olduğunu, “Qəhər” 
sözündə “Qəhət əhər” (qıtlıq mənasında) eşidirik, ərzaq yoxa çıxanda aclıqdan 
çəkdiyimiz əzab (balaca uşaqların aclıqdan əziyyət çəkdiklərini görən əlacsız 
ananın əzabını ifadə edir) mənasına gəlib çıxıb “Qəhər” sözü. Dilimizdəki şəkər 
sözünün sanskritdən “sakkara” sözündən gəlməsi dilçilikdə artıq qəbul edilsə də 


68
Söz mətbəxi
cürət edib bir fərziyyəni də ortaya qoymaq istərdim. Əgər ahar, aqar, axar, akar 
(h- q - x- k) keçidi formalarını nəzərə alsaq, Şakar, Şəkər sözünün “şirin akar”, 
“şirin  əkər” fərziyyəsinin də yaşamağa haqqı var. Əgər hələ atəşpərəstlikdən 
əvvəl Türk-Hindistan, İran-Hindistan əlaqələri, bağlılıqları haqqında elmi mə-
lu matları ortaya qoysaq, onda sakkara-şəkər keçidindən başqa  şəkər-sakkara 
ke çidindən də danışmaq olar və hər iki keçidin mümkünlüyü şübhə doğurmur . 
“Ahar” sözünün “əkər” forması əkilmək, becərməklə məşğul olmaq məna-
sına gəlir ki, bu da yeməyin əldə edilməsi yoludur. “Harın” sözünü də “aharı” 
yeməyi çox düşmüş adama deyirlər və ahar sözündən əmələ gəlib. 
95. Türkiyənin  İzmir  şəhərində keçirilən konfransda köhnə  məhkəmə 
dəftərlərində miras qalmış malın içərisində “harın təncərə” olduğunu amma 
bunu anlamadıqlarını söylədilər.  Əslində bunun böyük, iri qab mənasında 
işləndiyini söylədik. 
 Düşünmək olar ki, kökdə əslində “ar”, ya “har” sözü olub. Ədəbi dilimizdə 
“araba” kimi işlətdiyimiz söz bölgələrimizdə haraba, harava kimi işlədilir. Eh-
timal etmək olar ki, sözün ilk forması aharaba, aharava, aharapa formasında 
olub öncə əvvəldəki a hərfi düşüb İrəvən, Uruset sözlərindəki kimi, indi isə 
“h” hərfinin itməsi prosesi gedir və söz həcmini kiçiltməklə araba formasına 
düşür. Aharın yemək olduğunu bilirik “ba”, “va” isə fars dilindən dilimizə 
keçmiş  və sulu yemək, ya yemək mənasındadır və ab-su sözündə  hərflərin 
yerinin dəyişdirilməsindən əmələ gəlmişdir. 
Onda “haraba” “aharaba” “ahar”, “ab” və “aparan” sözlərinin birləş mə-
sin dən  əmələ  gəlib. “Yemək-içmək” daşıyan” mənasındadır. Digər tərəfdən 
söz ilk versiyasında “ahar aparan” – “aharapa” – olub. Hər iki halda araba 
sözünün mətbəxdən çıxdığını düşünməyə əsasımız olur. Beləliklə, dilimizdəki 
səhər, əylənmək, bahar, yaz, novruz, ayaz, sazaq, nağara, axar, zəhər, qəhər, 
şəkər,  əkər, harın, açar, araba sözlərinin də nahar, öynə, ağartı, dahar kimi 
mətbəxdən ahar-yemək sözündən əmələ gəldiyini gördük. 
 Qəribədir ki, giriş, başlanğıc yeməyi ilə ahardan, sübh yeməyindən başqa 
Əhməd Cavid bir ifadənin də açılışını verir. “Açar-mutlaka turşu, reçel, tarator 
və salatadır, gərək (istər T. A) meyvədən və gərək (istər T. A) səbzədən olsun”. 
Beləliklə, söhbət yeməyi açan, indi start yeməyi (rusca-zakuska) deyilən, iştah 
açmaq məqsədilə başlanğıcda verilən yeməyə “açar” deyilib. Bu kəlmə bir 
tərəfdən restoran biznesində çeşninin (menyunun) yazılışında yerinə düşən 
ən gözəl termin kimi işlədilə bilər, digər tərəfdən isə bəzi sözlərimizi də aça 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
69
bilər. Məsələn, “naçar” qalmış adam, müşkülə düşmüş, yəni açarsız, yeməksiz 
adam mənasına gəlir. Bu mənada Na ahar (nahar) və Na açar (naçar) sözləri 
eyni təfəkkür tərzinin məhsullarıdır. 
Meri Priscilla açar sözünü belə açıqlayır: “Açar” – başda turşu olmaqla 
iştah açıcı şeylərı, Mütərcim Asim Efendi, açar olaraq turşudan başqa reçel, 
tarator və salatı hesab edir. İranda teyaçar – şərabla bir yerdə yeyilən məzəyə 
deyilirdi. Bu türkcə kəlmə 15-ci əsrdən əvvəl farscaya, oradan da Hindistanda 
danışılan dillərdən biri olan Portekizcəyə, sonra İngiliscəyə girdi. XIX əsrdə 
bu kəlmə ingiliscədə özünə yer tutandan sonra Crosse and Blackwell qida 
şirkəti istehsal etdiyi turşuları “achar” adıyla bazara çıxartmışdı, h-c keçidini 
nəzərə alsaq ahar və açarın eyni mənada başlanğıc yemək mənasında olduğunu 
da görürük. Əgər dilimizdəki N-M keçidinin olduğunu nəzərə alsaq, “Mahar” 
– (mağar) mərasimində yemək verilən yer. “Mağara” – yemək yeyilən yemək 
olan yaşayış  məkanı, yaxud ovun, yeməyin gizləndiyi (mağara) yer. Maha-
ra–maxara–dilimizdə yemək adı. Mağar-içində yemək verilən yer. Marığda 
durmaq, yəni yeməyi, ovu pusquda gözləmək, marıtlamaq – yemək gözləmək, 
mırıq – bir-iki dişi itirmiş ağız (mırtıq) və s. kimi sözlərin mətbəxdən gəldiyini 
ehtimal etmək olar. 
96. Folklor və etnoqrafiya jurnalında (№1. 2011) Sönməz Abbaslının yaz-
dığı məlumata görə yalnız yeməyinə ayran verilən işçidən niyə pis işlədiyini 
soruşan ağaya işçi belə cavab verir:
Ver quymağı
Gör cana qıymağı;
Ayran içərəm,
Belə biçərəm.
Əslində biçin vaxtı bütün ot, ya taxıl biçənlərə ayran, ya atlama veri-
lirdi. Bu həm tərlə çıxan mayeni bərpa etməyə, həm də günəş istisinə qarşı 
müqaviməti artırmağa kömək edirdi. Bundan başqa ayranaşı, qatıqaşı, doğra-
mac dovğa kimi turş süd yeməkləri, pendir-qarpız və s. biçin yeməkləri idi. 
Gündüz daha yüngül yeməklərə üstünlük verilirdi ki, “biçinçi” süstləməsin, 
iş qabiliyyətini itirməsin. Quymağı isə sübh tezdən, ya axşam yeməyində, ya 
gecə biçinində sərin vaxt vermək olardı. Quymaq yağ, bal, un və ədviyyatdan 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə