Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə24/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
73
deyib bir qırmızı, qızıl alma verərdi ki, bu da dəvətnamə rolunu oynayırdı. 
102. Gözəl bir mahnımız var:
“Gəlir oğlan anası dingildəyə-dingildəyə”
Əfzələddin Xəqaniyə aid edilən bir şeirdə ona bağışlanmış qoca, arıq yabı 
haqqında deyilir:
“Dingidir, dingildədir yabu məni
Ya mən öldürrəm onu, ya bu məni”
Əslində ding düyünü döyəcləməklə qabığını ayıran alətdir. Ayaq və su 
dingləri var idi. Ding (döyəc) çəltiyi döyəcləyəndən sonra çəltiyin qabığını 
sovururdular. Ayaqla işləyən dingdə iki qadın çalışırdı biri dingin qolunda 
ayaq üstə durur, sağ və sol ayağını basmaqla qolu qaldırıb endirirdi. Sanki bir 
növ rəqs edirdi. Toyda oğlan anasına deyilən bu ifadə də buradan yaranmış, 
Xəqani də yabının belində gedişini dingə bənzətmişdir. 
103. Bir bayatımızda deyilir:
   
 
Balvanı yemişəm,
Ürəyimdə yağdı yağ.
Pəhləvan gəlib,
Çiynimdə dağdı dağ.
Balva (balba) məşhur yeməklərimizdəndir, daha çox Qarabağ, İrəvan və 
s. bölgələrimizdə hazırlanır. Məsələn: Şuşada balba üçün ət suyunda soğança 
göyərtilər və düyü ilə bişirilib zoğal axtası vurulur. Xocavənddə isə zoğal ax-
tası əvəzinə əzilmiş qırmızı istiot vurulur. Süfrəyə axta zoğalla verilir. 
103. Dilimizdə belə bir məsəl var:
“Yüz yeyənim olsun, bir deyənim olmasın”. Türkiyə türkcəsində yeyən 
əmi uşaqlarına deyirlər. Burada ola bilsin ki, əmi uşaqları arxa hesab edildikləri 
üçün onlara 100 qohum arzulanıb.  Əmi uşaqları ilə bir ailədə böyüdükləri 
üçün bir yerdə yeyib-içirdilər. Yəni 100 əmi oğlun olsun ki, qorxusundan heç 
kəs sənə söz deyə bilməsin. Dayı uşaqları ana tərəfdən olduqları üçün onlara 
əza deyirlər, çünki qadın kişinin qabırğasının əzası olduqları üçün onlar kişi-
nin əza qohumları hesab olunur. 


74
Söz mətbəxi
104. Var-dövlət içində yaşayana “Yağ içində böyrək kimi saxlayır” kimi 
ifadələr işlədirik. Çox vaxt bu ifadədəki “böyrək” sözünü hərfi olaraq insan 
və ya heyvan bədənindəki “böyrək” orqanı kimi başa düşürük.  Əslində bu 
ifadələr bu bədən orqanı ilə bağlı deyil. Bu ifadələrin mənasını “Yağ–bal 
içində üzür”, “Yağ–bal içində saxlayır” ifadələri ilə identifikasiya etmək, 
eyniləşdirmək olar. Bu da deyimlərin mətbəxlə bağlılığına daha bir eyham 
ola bilər. Zənnimizcə burada “böyrək” yox, əslində ümumtürk, o cümlədən 
də Azərbaycan mətbəxinə xas olan “börək” nəzərdə tutulurb. Mətbəximizdə 
mövcud olan indi daha çox “çeburek” kimi tanınan “çiy börək” bu qəbildəndir. 
Börək sözü müxtəlif mətbəxlərə daxil olaraq rus mətbəxində “piroq”, “pirohi”, 
“pirojki”, ərəb mətbəxində “briki”, “briyatı” və s. formalar kəsb edib. Börək 
sözü börələmək, bürülmək, bürmək, börk (yanınca) sözlərilə eyni kükdəndir. 
İçliyin xəmirə bükülməsilə hazırlanır (bax “Börək haqqında dastan”). Bəzi 
börəkləri bişirmək üçün yağ çox tökülür, qaynayan yağın içərisinə börəklər 
atılır. Məsələn, bizim pirohi rusların pirojki dedikləri börəklər, yaxud çiy 
börək çox yağ içində bişirilir. Hazır börəklər yağın içindən kəfkirlə çıxarılır 
ki, yağı süzülsün. 
Börəklər bu zaman yağın içində üzürlər. Bu formada bişirməyə frütürdə 
bişirmə, dilimizdə isə çim yağda bişirmə deyirlər. Dilimizdə bu “çim yağdı” 
kimi qalıb, börəklər sanki yağda çimib, üzdükləri üçün bu ifadələr yaranıb. 
Bu ifadələrin sinonimləri “cılxa yağdır” (çalxanmış yağdır) və “teyxa yağdır” 
(teyxa büsbütün, saf mənasında işlədilir). 
Beləliklə bu deyimdə əslində söz milli mətbəx nümunəmiz olan börəklər-
dən gedir. 
105. İndi də bölgələrimizdə “hörmətli” sözü əvəzində “urvatlı” sözü iş lə-
dilir. “Uşağı urvatsız etmə”, “işi urvatlı gör” və sair kimi ifadələr işlədilir. Əslin-
də “urvat” sözü “hörmət” sözündən daha geniş  mənada işlədilir, xüsusilə  də 
“hörmət” sözü dilimizdə “rüşvət” mənasında işlədilməyə başlandıqdan sonra. 
Urvat sözü əslində urvanı bildirir, urvalanmış, tarazlaşdırılmış mənasında 
işlədilir və urva sözündən götürülmüşdür (bu barədə “Arvad” məqaləsinə bax). 
Urva əslində yeməyin üzərini örtüb bişiriləndə dağılmağa qoymayan tə bə qə ya-
radan ərzaqdır. Yəni hər hansı hərəkət, hadisə zamanı mahiyyəti bütöv saxlama-
ğa kömək edir. Məsələn, qızın toyunu edəndə cehizi yaxud süd pulunu nəzərdə 
tutaraq “qızı urvatsız eləmə” deyilir. Mahiyyət burada qızın ağlı, gözəlliyi, 
zəhmətkeşliyi və s. olsa da cehiz ona forma verən bir əlavə, qızın urvasıdır. 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
75
Beləliklə, “urvat” sözünün də kökündə mətbəx termini “urva” durur.  
106. Bir gözəl mahnımız var: “Araqçının məndədi ceyran”. Çox qəribə 
gəlirdi mənə bu baş geyiminin adı. Fars dilini bilən bir tanışımızın zarafatı 
da düşürdü yadıma: Biz azərilərlə farslarda olan çox şey tərsinədir. Onlar-
dan fərqli olaraq biz başımıza geyindiyimizə ayaq adlı “papaq” qoymuşuq, 
ayağımıza geyindiyimizə isə baş adı “başmaq” qoymuşuq. Düzdü bizdə başı-
mıza qoyduğumuz başlıq da, ayağımıza geyindiyimiz papış da var. Hətta bir 
ifadəmizdə “şeytana papış tikər” deyirik. Bu baxımdan istəyəndə hərdən düz 
də danışa bilirik. 
Amma araqçının adı dilimizdə heç bir geyimlə, ya bədən üzvünün adıyla 
uyğun gəlmir. Yalnız əvvəllər türk dərvişlərin başlarına qoyduqları “arakiyə” 
ilə araqçının adında bir uyğunluq var. Bizim araşdırmalarımız göstərir ki, araq, 
rakı distillə ilə alınan içki olmaqla bərabər termin kimi də türk mənşəlidir. Rak, 
rakı, araq, uzo, votka və. s. adlarla bütün dünyaya yayılıb. Amma “araqçın” və 
“arakiyə” sözlərində “araq”, “rakı” sözlərini aydınca eşitsək də bu sözün baş 
örtüyü ilə nə əlaqəsi ola bilər? Amma əlaqəsi var. Rakı araq distillə, damıtma 
yolu ilə alınır. Buxar kondesasiyaya uğrayıb damcı-damcı süzülür, necə ki, tər 
süzülür. İnsan isti su içəndə bədənindən tər çıxır, amma yayda isti havada çox 
soyuq su içəndə də dərinin üzərində tər əmələ gəlir. Bu tər bədəndən çıxan 
su deyil, ani olaraq bədənin temperaturu azaldığı üçün dəri üzərində havadan 
kondensasiya edən su damcılarıdır. 
Ona görə də əski türkcədə “rak” həm də “tər” deməkdir. Ola bilsin “rak” 
– tər anlamında rakıdan, “rak” sözündən  əvvəl ya sonra yaransın. Bu söz 
ərəbcəyə  də keçib, ərəbcədə  də  tər rakı isə “tərləyən” mənasında işlədilir. 
Ruscada hərdən tərcümə kimi su damlacığı mənasında “vodka” “voda” – su 
və ka – kiçiltmə mənasında işlədilir. Ola bilsin, bu söz damlacıq yaxud ilkin 
mənada “tər” mənasında işlədilib. Bunu soyuqdan gətirilən arağın şüşəsinin 
ya bardağın tərləməsindən də görürük. Belə  vəziyyətdə olan arağa deyirlər 
“Baş, alın çox tərləyən”, “pucur-pucur tərtökən” orqandır. Buna görə rakını, 
yəni təri götürmək üçün, “rakı”lı, “araq”lı – yəni tərləyən orqan üçün geyim 
“araq üçün”, yəni “araqçın” olub, eyni təfəkkürlə təri götürən digər geyimə də 
“tərlik” deyirik. 
Əski dillərdə araq, rakı saitsiz yazıldığı üçün RK,RQ,RX kimi yazılır-
dı. Bu halda bu söz həm də ƏRİK, ARIQ kimi oxunur. Arıq sözü əti getmiş
yalnız  əsas hissəsi qalmış deməkdir. Araq da elə  ətindən, lətindən ayrılmış 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə