Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə26/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   22   23   24   25   26   27   28   29   ...   107

Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
79
bərkiməyə başlayanda kiçik hissələrə doğranılır. Bəzən də uzunsov 8-10 sm 
uzunluqda kəsilib, üstü rənglənib, ala-bəzək kağızlara bükülür. Bu uzunsov 
konfetlərin içərisinə müxtəlif naxışlar salan ustalarımız hər kəsikdə, məsələn, 
portağal kəsiyinin şəklinin alınmasına da nail olurdular. 
Beləliklə,  əgər bu bayatını biz qazan, samovar qalaylayanların deyil, 
məhz şirniyyat ustalarımızın bayatısı kimi qəbul edib incələrsək, həm bayatı-
nın sözləri daxili bir məna kəsb edər, həm də Muğan zonasında mövcud olmuş 
şəkərçilərimizin, şirniyyatçılarımızın tarixinə işıq salar. 
110. Türkiyə türkcəsində ölkənin idarə  mərkəzi yerləşən  şəhərə “Baş 
kənd” deyirlər. Biz isə bu sözün sinonimi kimi “Paytaxt” sözü işlədirik. Pay-
taxt – bütün vergilərin toplanıb sonra bölüşdürüldüyü yerdir. Əvvəllər bütün 
vergilər natural formada da toplanır, bütün gəlir ağacdan, taxtadan hazırlanmış 
ümumi bir masanın, taxtın üstünə yığılırdı, sonra masanın, taxtın üzərinə yı-
ğılmış var dövlət (pul, qızıl, ərzaq, əşya) paylara bölünürdü, paylanırdı. Hansı 
kəndə quraqlığa görə kömək lazımdı, hansı yetimi evləndirmək, hansı əsgərə 
at almaq və s. üçün. 
Bu masanın, taxtın olduğu yer “Pay taxtı”, “Pay taxtası”, sonralar isə 
“Paytaxt” qəlibinə düşdü. 
Rus dilindəki “Stoliça” (paytaxt) sözü də “stol” (masa, süfrə) sözün dəndir. 
Bir çox orta əsr rus mənbələrində rus dilində “Stolnıy qorod” yəni “Süfrə 
şəhəri”, “Masa şəhəri” kimi səslənən bu söz indiyə qədər işlədilir və “Paytaxt” sö-
zünün kalka tərcüməsidir. Əgər nəzərə alsaq ki, əslində Rusiya dövlətini türklər ya-
radıblar (Cusuy, Batı xan, Toxtamış və s.) bu təbii görünür. Sonralar taxt, taxta sözü 
stol, süfrə mənasında leksikonumuzda bəzən öz sözlərimizlə, bəzən də dilimizdə 
vətəndaşlıq almış başqa sözlərlə birləşərək bir sıra yeni sözlər də yaradıb. 
Məsələn, piştaxta sözündə taxta – “piş” sözüylə birləşib. “Piş” sözünü biz 
“pişvazına çıxmaq” yəni əli dolu nemətlərlə qarşılamaq mənasında, “peşkəş” 
sözündə  də  eşidirik. Kəş, keş  əslində “keşkək” deyilən yemək və “keş” – 
pendir sözüylə burada bağlanıb. “Keşkək” termini indi türklərin qeyri-mad-
di irsi, xörək adı kimi YUNESKO-nun siyahısına alınıb və Ermənilərdə çox 
böyük çaxnaşma yaradıb. Rus dilindəki “kaşa” sözü də “keşkək” sözündən 
qaynaqlanır. Bizdə bu xörəyə Şəkidə “həlimaşı”, Qubada “hambal aşı”, bəzi 
bölgələrdə isə “hərisə” deyirlər. İbn Sina bunu hərisə və həlimaşı adlandırır. 
Özbəklərdə  mərasim yeməkələrindən hesab edilir. Dilimizdə  həm “hərisə”, 
həm də “həlimaşı” adından istifadə edirik. Bütün gecə bişirilən bu xörəkdə 


80
Söz mətbəxi
ət və dənli bitkilər əriyib bir-birinə qarışıb sıyıq əmələ gətirirlər, həlimləşib, 
həlim kimi əriyir və əridikləri üçün ərisəyə, hərisəyə dönürlər. Çox güclü və 
dadlı yeməyə dönən hərisəni çox sevən, ya çox yeyənə buradan “həris adam” 
deyilir və “hərislik” sözü də əslində buradan yaranıb. 
Ermənilər hərisəni nə qədər özününkiləşdirməyə çalışsalar da həqiqət budur. 
Ola bilsin ki, “pəjmürdə” (“pərişan”, “muradına çata bilməyən” mənasında) 
sözü də “peş”, “piş” – sözü ilə bağlıdır. Pay sözü ilə peş, piş sözünün bağlılığı-
nı “pay-puş etmək”, “pay-puş göndərmək” ifadələrindən də götürürük. Digər 
tərəfdən “Baş kənd” sözünü də pay taxtasının arxasında oturmuş Başçı qəbilə, 
Başçı, Lider kənd kimi də yozmaq olar. 
111. Dilimizdə belə bir ifadə işlədirik “Acından günorta durur”. Niyə belə 
deyirik? Bir tərəfdən “yeməyə bir şey olmadığından günorta durur ki, səhər 
yeməyinə qənaət etsin” kimi yumoristik bir fikir ağıla gəlir. Digər tərəfdən ya-
tan adam enerji, qida maddələri çox sərf etmədiyi üçün çox qidaya da ehtiyac 
duymur. Milli təfəkkürümüzdə isə acı, yoxsulu lağa qoymaq, ona yuxarıdan 
baxmaq ehtiyacı yoxdur. Onda bu ifadənin başqa bir izahatı olmalıdı. Əslində 
bu ifadə tənbəl adama, əziyyət çəkib çörək qazanamaq istəməyənə aiddir. 
Zəhmət adamı o başdan durub işinə – gücünə gedir, heyvanı örüşə aparır, 
əkinə – biçinə gedir və s. 
Tənbəl adam isə tezdən durub işə getmədiyindən kasıblayır, sonra da aclıq 
çəkməyə məhkum olur. O, əslində ac olduğu üçün günorta durmur, günorta 
durduğu üçün ac qalır. “Acından günorta durur” ifadəsi də ehtimal ki, bu mən-
tiq dən yaranıb. 
112. Rus dilindən gəldiyini güman etdiyimiz bir söz var “Durşlaq” – 
“Duruşlaq”. Aşsüzənin sinonimi kimi işlətdiyimiz bu söz əslində bizə doğ-
madır və iki sözdən ibarətdir. Duruş və laq. Duruş sözü durmaq, dayanmaq 
mənasını verir. Duruşlağa tökülən qidanın – düyünün, xəngəlin və s. həlimi 
süzülür, əsas hissəsi isə ilişib, dayanıb durur, duruşur, dirənir qalır. Buradakı 
“Duruş” sözü “Dur aş” yaxud “Duru aş” kimi də formalara gələ bilərdi, yəni 
aşın durduğu, yaxud ilkin mənada aşın duru hissəsini ayıran mənasını da verə 
bilərdi. Laq, lağ sözləri də türk dilləri ilə bağlıdır. Məsələn, “laqman” – lağ-
man xəmir xörəyinin adıdır. Buradan “Durşlaq” sözü lağ xörəyini, aşını dur-
duran mənasındadır. Beləliklə “Durşlaq” biz aşsüzən dediyimiz kimi laqman
lağsüzən mənasını verir. Dilimizdə “lağa qoymaq” – yəni adamı süzgəcdən 
keçirib, araşdırmaq mənasındadır. Lağım atmaq sözündə də yerdə deşik aç-


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
81
maq, keçid atmaq mənasını  eşidirik. Duruşlaqda deşiklər, lağımlar olduğu 
üçün sözün mənası  aşı durdurmaq üçün “lağımları, deşikləri olan alətdən” 
söz gedə bilər ki, bu da yenə “Durşlaq” sözünün dilimizdə doğma olduğunu 
göstərir. 
113. Dilimizdə toy – düyün ifadəsi var. Ehtimal ki, toy sözünün kökündə 
“doy”, yəni doyana qədər ye mənası durur. Düyün sözü də toy sözünün sino-
nimi kimi işlədilir. Düyün vurmaq, bəylə gəlini bağlamaq mənasında başa dü-
şülür. Düyün sözünün də “düyü və ün” yaxud “düyü və un” kimi anlaşılması 
ehtimalı mövcuddur. Düyün – ünlü – yəni önəmli, hörmətli vacib olan düyü 
xörəyi (plov, tərək, südlü aş, südlü sıyıq və s.), ya da düyü və un xörəklərinin 
verildiyi mərasim kimi anlaşıla bilər. 
Düyə sözünün də düyü ilə əlaqəsini görmək olar. Cöngədən, erkək dana-
dan fərqli olaraq düyə kəsilmir, toyda təzə ailəyə damazlıq verilə bilər. Düyə 
də düyü kimi artımlıdır, doğardır. Ola bilsin ki, təzə ailəyə toyda, düyündə 
verildiyi, yaxud artımlı olduğu üçün bu adı alıb. Beləliklə, toy, düyün, düyə və 
düyü sözlərinin bağlılığını görürük. 
114. Dilimizdə “mürgüləmək” sözü işlədirik. Yəni yüngülcə ayaqüstü ya 
otu raq  vəziyyətdə yuxulamaq mənasındadır.  İfadə  əslində  həyətdə saxlanan 
quşların tarda, tərəcədə yatma formalarında qaynaqlanır. Toyuqlar ayaqüstə, 
bəzən də bir ayaqları üstə durub çox ayıq yatırlar. Dilimizdə “quş” mənasında 
sinonim kimi hərdən “murqu” sözü də işlədilir. Burdan da “murqulamaq” – 
quş yuxusu, quş kimi yatmaq mənasında “mürgüləmək”, “mürgü vurmaq” 
formalarına düşüb. 
115. Dilimizdə  qəribə bir ənənə var, sözlərin ilk hərfini dəyişib sözün 
önünə qoşuruq. “Bazar-mazar”, “ət-mət”, “noğul-moğul”, “dərd-mərd” və s. 
Hətta rusca belə bir lətifə də danışırlar: Azərbaycanlıdan soruşurlar ki, niyə 
sözləri belə çevirirsiniz, “şaşlıq-maşlıq” kimi sözlər işlədirsiniz? Cavab verir 
ki, “kultur-multurumuz” belədir. Lətifələr boş yerə yaranmır. Başqa folklor 
nümunələri kimi onlar da müəyyən həqiqətləri özündə əks etdirir. 
Elmin, mədəniyyətin hələ fikir vermədiyi bir həqiqəti, yan keçdiyimiz bir 
hadisəni bu lətifə diqqətimizə çatdırır. Lakin bu bizim sahəmiz və mövzu-
muz olmadığı üçün bunu sahə alimlərinin ixtiyarına buraxıb diqqətinizi belə 
ifadələrdən bir neçəsinin üzərində cəmləşdirək. Bunlardan biri “ət-mət”, “ətli-
mətli”, yaxud “lət-mət” kimi ifadələrdir. Bu qoşma sözlərdəki “ət” bizə aydın-
dır. “Mət” sözünü qatı, bərk şirə mənasında işlədirik.


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə