Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə27/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   23   24   25   26   27   28   29   30   ...   107

82
Söz mətbəxi
Mət – sözü həm də incə  və möhkəmliyi bir yerdə özündə ehtiva edən 
“Mətanət” sözünün və adının kökündə durur. Lət – sözü isə meyvənin ətidir, 
qabıqla çəyirdək yatağının arasındakı hissədir. O da “Lətif”, “Lətafət” – yəni 
incə dadlı zərif anlayışlarını özündə birləşdirir. Beləliklə, “Mətanət”, “Lətif”, 
“Lətafət” kimi adların, anlayışların kökündə durur. Ola bilər ki, sözlərimizin 
bir hissəsi elə bu “kultur – multur” çevirməsi nəitcəsində əmələ gəlib. Bu nöq-
teyi nəzərdən “noğul –moğul” ifadəsi çox diqqətimizi çəkdi. Uşaqlıqdan bir 
oyun saymasında bu ifadəni çox işlətmişik. “Noğul – moğul bilmirəm, mən 
səni dindirmirəm” deyərdik. Burada milli mədəni təfəkkürdən qaynaqlanan 
bir məqam var. Adətimizə görə küsənləri, inciyənləri barışdırmaq üçün şirin-
lik ya qonaqlıq verərdilər. Bu həm də barışmağın şirinliyiydi. Buna görə də 
məcazi mənada “Küsüb barışmağın öz ləzzəti var” deyirik. İnsanlar barışanda 
şirni kimi noğul da verilərdi. 
Burada yaranmış çevirmə söz “moğul” bizim diqqətimizi çəkdi. Bu söz 
XIV əsrdə Arif Ərdəbillinin “Fərhadnamə”sində işlədilib. 
Umub Güüstanın köksündən noğul,
Səpir gözlərindən dörd yana moğul. 
Kitabın tərcüməçisi Xəlil müəllim Yusifli kitabın lüğət hissəsində mo-
ğul sözünü “xal qoymaq üçün istifadə edilən  ətirli qətran” mənasında izah 
edir. Buradan Tovuz bölgəsində daha çox işlədilən yerində durmayan, yayxa-
nan, düz oturmayan adama “Mağıl otur” “Mağıl dur” kimi işlədilən ifadənin 
əmələgəlmə mexanizmi də izah edilə bilər. “Mağıl otur” – yəni yerində bərk 
otur, qurumamış  qətran-moğul kimi yayılma, otur, qoyulmuş  sərhəddini 
keçmə, moğul kimi qoyulan yerdə dur mənasında. 
Bu sözdən görünür ki, ədalı olmaq üçün xanımlar ətirli qətrandan xal qo-
yurdular. Bu xalq mahnısında da özünü göstərir: 
“O xal nə xaldır üzə düzdürmüsən?”
Bu kontekstdə Nizaminin yazdığı 
“Şaha yedirtmək üçün öz halvasını
 Ədası bəzərdi ədəvasını”
sətirlər də yerinə düşür. 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
83
Yəni gözəllik, bəzək üçün işlədilən ədəvalar moğul, sürmə və s. qadının ədası-
nı artırıb onu sevdirmək üçün, şirinləşdirmək üçün istifadə edilirdi. Nəzərə alaq ki
“sürmə” sözünün də bir mənası təmiz distillə edilmiş içki, spirt deməkdir. 
Bununla biz mətbəxlə birbaşa ya dolayısı ilə bağlı bəzi ifadələri, deyimləri 
çözə bildik. Nizami babamızın “əda” ilə “ədəva” sözlərini niyə bağladığını anladıq. 
Başqa belə bir keçidi “Nahar–Mahar” ifadəsində görürük. 94–cü məqalədə 
buradan əmələ gələn Mahara–Maxara (xörək adı), Mağar, Mağara, marıqda 
durmaq və s. sözlər haqqında yazmışıq.  
116. Sərxoş adama tez-tez “lül-qəmbər” deyirik. Burada qəmbər sözü daş 
mənasındadır. Yəni o qədər içib ki, ağıldan çıxıb, ağırlaşıb daşa dönüb. 
Bizim üçün burada daha maraqlı sözün “lül” hissəsidir. Dilimizdə axan 
duru palçığa “lil” deyirik. Lül-sözü bununla bağlı ola bilər, digər tərəfdən içi 
boş, uzunsov şeylərə, boruya bənzəyən  əşyalara biz lülə deyirik. Məsələn, 
lülə-kabab, çaydan lüləsi, boğazı lələksiz və uzun olan beçələrə “lülə beçələr” 
deyirik. Bəzən arıq, boğazı uzun olan yeniyetmələrə  də  məcazi mənadan 
“lülə beçələr” deyirik. Ola bilsin ki, uzun-hündür – böyük-dəyərli mənasında 
işlədilən “lələ” sözü də, ləl (qiymətli daş) sözü də bu düşüncədən yaranıb. 
117. Hərdən kimsə “Qaxıl yerində otur” yaxud kiminsə haqqında “Qaxılıb 
yerində oturmur” deyildiyini eşidirik. 
Qax-qurumuş deməkdir. Biz qurumuş meyvəyə “qax” “qax”, “qaxac 
meyvə” deyirik. Qurudulmuş  ətə  də “qaxac ət” deyirik. Qaxıl – yəni quru, 
cansız kimi yerində otur, səsin çıxmasın, yerindən oynama, sakit dur. 
118. Dilimizdə belə bir ifadə var “xərc” yəni evin xərci, toyun xərci. 
Türkiyə türkcəsində xörəyin bişməsində, istifadəsində işlədilən ərzaqın ümu-
mi miqdarına “xörəyin xərci” deyilir. Rus dilindəki “xarci” (yemək), “xar-
çevat” (qonaq etmək, yemək) də bu sözdəndir. Gürcü mətbəxindəki “xar-
ço” sözü də ehtimal ki, buradan qaynaqlanır. Gürcücə “kəsmik” sözündə 
“Xaça”da da bunu eşidirik “p” hərfinin düşməsi ya tələffüzdə itməsi fransız, 
yəhudi və s. dillərdə özünü daha qabarıq göstərir. “Xarça puri” əslində çörək 
(puri) xərcidir. Pendir, kəsmik çörəyin xərci olduğu üçün ehtimal ki, bu sözlər 
əvvəlcə “Xarça”, “Xarça puri” olub sonralar “p” hərfi düşdüyündən “Xaça”, 
“Xarça puri” formasına düşüb  


84
Söz mətbəxi
Ədəbiyyat
1.  Feilipe Fernandez – Armesto “Yemek için yaşamag. Yiyeceklerle dünya tari-
hi”, İstanbul, İletişim yayıncılık A. S. 2007, 280 səh. 
2.  Önder  Şenyapılı “Damakta qalan tatlıların akılda kalan adları”, Ankara, 
ODTÜ 2010, 556 səh. 
3. Mixel Anxel Asturnas, Pablo Neruda “Вкус Венгрии”, Карвина 1969, 119 стр. 
4.  Priscilla Mary İşin “Gülbəşeker. Türk tatlıları tarihi”, İstanbul, “YKY” 2008, 
359 səh
5.  Gökçen Adar “Ot. Yalan yeşilləriylə 100 nefis tarif”, istanbul, Barış matbaası 
2009, 179 səh. 
6.  Kərəm  Əsədov, Oruc İbadov “Yabanı qida bitkiləri”, Bakı, Azərnəşr, 1989, 
96 səh. 
7.  Q.F.Axundov, B.R.Məhəmmədi, K.S.Əsədov “Faydalı yabanı bitklilər”, Bakı, 
Maarif, 1989, 80 səh. 
8. Deniz Gürsoy “Zevk veren yemekler”, İstanbul, “Oğlak” 2007, 167 səh. 
9. Müjgan Üçər “Anamın aşı, təndirin başı”, İstanbul, 2006, 770 səh. 
10.  Priscilla Mary İşın “Osmanlı Mutfak Sözlügü”, İstanbul, “Kitapyayım evi”, 
2010, 445 səh. 
11.  Solmaz Məhərrəmova, “XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-
şərq bölgəsinin maddi mədəniyyəti və təsərrüfatı”, Bakı, Elm 2007, 208 səh. 
12.  Nadir Mirzə Karnamə risaləsi. (Qacar dövrü yeməkləri). Əlyazma. AMKM-
in arxivi. Rauf Şeyxzamanlının tərcüməsində 187 səh. 
13. Arif Ərdəbili “Fərhadnamə” Bakı “OKA Ofset” nəşr, 2007, 309 səh. 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə