Soz metbexi son indd



Yüklə 27,03 Kb.
Pdf görüntüsü
səhifə9/107
tarix15.03.2018
ölçüsü27,03 Kb.
#31567
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

28
Söz mətbəxi
“Qazın kəsilsin”, “Elektrikin kəsilsin” daha başa düşülən olardı. Eynilə “Ana-
mın südü haqqı” andımız artıq “Malış” tipli qidayla böyüyən, ana südündən “ya-
nıq” olan, yəni ana südü içməmiş uşaqlar üçün anlaşılmır. Analar da “Südümü 
sənə haram edərəm” deyə bilmirlər. Amma əvvəllər “Ana mın südü haqqı” andı 
o qədər güclü olub ki, hətta nağıllarımızdakı divlər belə onu poza bil məzdilər. 
İndiyə qədər də bəzi kəndlərdə qızı verəndə “süd haqqı” alınır. 
Hələlik “çörək haqqı” anlayışını başa düşürük, duz çörəyə and içənlər hə-
lə var. Amma çörəyin dükandan alınması, tez xarab olmasıyla zibilliyə atılma-
sı, bədən saxlamaq üçün çörəkdən imtina, bu andın da azalmasına, sıradan 
çıx masına gətirir. 
Bütün bunlara baxmayaraq, dilimizdə, folklorumuzda bir çox möhür lən-
miş, daşlaşmış idiomlar, ifadələr var ki, bu gün də geniş işlədirik. Bu folk-
lor nümunələri, bu deyimlər özlərində indi anlaşılmayan, axıra qədər başa 
düşülməyən məlumatları kodlaşdırıb saxlayırlar. 
Bu məlumatlardan bəzilərindəki mətbəx terminləri bizə aydındır. Məsələn 
“Heç kəs öz ayranına turş deməz”, “Çörək qurandan irəlidir” və s. bu kimi 
anlayışlardakı ayran, çörək, turş kimi mətbəx terminlərini hamı başa düşür. 
Amma elə deyimlər də var ki, oradakı terminlər anlaşılmır. “Bir çətən kül-
fətim var” ifadəsindəki “çətən” sözü kimi. 
Bəzi ifadələrdəki ikinci məna yükü, kodlaşdırılmış məlumat tamamilə iti-
rilib. Məsələn, “Bağda ərik var idi, salam məlik (əleyk) var idi”. 
Biz bu məqalədə  mətbəximizlə bağlı  əmələ  gəlmiş, rastlaşdığımız bəzi 
folk lor  nümunələrində kodlaşmış bilgiləri açmağa çalışdıq. 
Düşünürük ki, yazıya alan zaman folklor nümunələrni olduğu kimi (yazar 
anlamasa belə) saxlamaq lazımdır ki, onların bizə verəcəyi bilgilər də saxlanılsın. 
1. El məsəli: “Qara qoyunun əti, yol qırağının otu”. 
Deyimin kökündə, məntiqində bir elmi əsas var. Qara qoyunun dərisi işığı 
qaytarmır, əksinə udur. Udulan işıq qoyunun ətində, qanında bəzi fermentləri, 
D vitaminini və s. piqmentləşmə ilə əmələ gələn maddələri yaradır ki, bu da 
qoyunu isti havaya və günəş şüalarına qarşı daha müqavimətli edir. 
Ona görə də qara qoyunun əti bizə daha xeyirli, daha dadlı gəlir. Çünki 
günəş radiasiyasına qarşı bizi daha dözümlü edir. 
Yol, daha çox ayaqlanan, tapdalanan, araba keçən yerdir. Burada torpaq 
çox bərkidiyindən zəif, xəstə bitki torpağı deşib çıxa bilmir. Tərkibi vitaminlə, 
minerallarla zəngin, sağlam, güclü ot belə bərk torpağı deşib çıxa bilir. Əlbəttə 


Mətbəxdən gələn deyimlər, yeyimlər, duyumlar və doyumlar
29
ki, belə otlar ərzaq kimi də daha faydalıdır. Bir sıra dərdlərə dərman olan “yol 
otu” da adını buradan alır. 
2. El məsəli: “Bağda ərik var idi, salam məlik (əleyk) var idi, bağda ərik 
qurtardı, salam məlik qurtardı”. 
Bu məsəlin kökündə keçmişdə oturaq yaşayan türklərdə, o cümlədən də 
azərilərdə adət olan bağ qonaqlığı durur. Bağ qonağlığı bağda meyvə yetişən 
zaman başlardı. Bu zaman dəvət olunan qonaqlar ilk öncə bağa keçərdilər. Bağ-
da ev yiyəsi yetişdirdiyi meyvələri qonaqlara tərif edə-edə elə ağacdan meyvə 
yemələrini təklif edərdi. Qonaqlar özləri ağacdan meyvə  dərib yeyərdilər, 
meyvələri tərif edərdilər. Sonra qonaqlar ya elə  ağacların kölgəsində, ya 
evin içərisində açılan süfrəyə oturardılar. Bu adət hələ  də Türkiyənin bəzi 
bölgələrində özünü qoruyub saxlayıb. Bu bağ qonaqlığı daha çox ərik yetişən 
vaxtlarda verilirdi. Həm də məsələ ondadır ki, XV-XVII yüzilliklərdə, köhnə 
türkcədə ərik sözü bir çox meyvələrə aid edilirdi. Məsələn, şaftalıya “tüylü 
(tüklü T. Ə) ərik”, göyəmə “qara ərik” və s. deyilirdi. Bağ qonaqlığında hər 
kəs öz yetişdirdiyi meyvələrlə öyünərdi. Qonaqlıq gah bu evdə, gah o birində 
olurdu, ta ki meyvə bağlardan qurtarana qədər. Bağdan meyvə qurtaranda bağ 
qonaqlıqları başa çatırdı, bir də o biri ilə qədər. Buradan da bu məsəl doğdu 
“Bağda ərik qurtardı salam məlik (əleyk) qurtardı”. Burada ərik sözü meyvəni 
ifadə edir, “məlik” (əleyk) sözü ilə həmahəng qafiyədə səsləndiyi üçün istifadə 
edilib. Bu məsəl əvvəlcə hadisəni ifadə edib, sonra zarafatla işlədilib, daha 
sonra isə məcazi məna kəsb edib. 
3. Daha bir ifadə dilimizdə indi acıqla qarğış kimi səslənir: “Zəhər-zək-
ku tum  ye!”. 
Çox acı şeyə “elə bil zəqqutumdu” deyirik. Bəzən “bir tikə zəhrimar ver 
yeyim” ifadəsini eşidirik. Bu ifadə nə zəhərlə, nə zəhərli zakkım ağacı, onun 
oduncağı, yarpaqları, meyvələrilə bağlı deyil. Süfrə müqəddəs olduğundan 
süfrəylə bağlı belə ifadələr yaranmır. İfadənin kökündə də bir acı məzə du-
rur. Həmin məzənin müxtəlif adları var: zəqqum, zəqqətum, muhammara 
(ilan zəhəri kimi mənasında), “acika” (acı sözündən), “gavurdağı” (kafir dağ 
çək di  yandırdı mənasında). Zəkkum hazırlamaq üçün qoz ləpəsi döyülüb un 
halına salınır, xırdalanmış una döndürülmüş ədviyyatlarla və ən əsası əzilib 
palçıq halına salınmış acı bibər turşusu ilə qarışdırılır. Azca sulu olur, alın-
mış kütlə çox nazik qatla çörəyə sürtülüb yeyilir. Çox acı olduğundan hər 
kəs onu yeməzdi. “Muhammara” sözünün sonundakı “mar” sözü ilanı bildir-


30
Söz mətbəxi
diyi üçün “zəqqum”, “zəkkum”, “zəqqətum” sözüylə  bərabər “zəhər” sözü 
də  işlədilib.  Əvvəllər bu məzə geniş yayılan zaman iştah açmaq üçün “bir 
loxma zəhər ver”, “bir az zəhər-zəqqum gətir” ifadəsi sadəcə acı-məzə gətir 
mənasında işlədilirdi. Hazırda Türkiyədə “zıkkım”, “gavurdağı salatası” adıy-
la, bənzəri isə Gürcüstanda “acika” adıyla hazırlanmaqdadır. Türkiyənin bəzi 
bölgələrində isə “Muhammara” adıyla hazırlanan zəqqum üçün uzun qırmızı 
bibər qaynar suda xaşlanıb  əzilir, üzərinə turşu (alça turşusu, yaxud pomi-
dor turşusu), zeytun yağı, limon, sarımsaq, qoz ləpəsi və  qırmızı toz bibər 
tökülərək qarışdırılır. 
Felipe Fernandez – Armestonun göstərdiyinə görə Efiopiyada “berebere” 
adlı bir kəskin sousdan (xörək əlavəsindən) istifadə edilir. Müəllifin yazdığına 
görə bu sous ikinci loxmada “haradasa insanın qulaqlarından qan fısqırdacaq 
qədər kəskin bir hala” gətirirmiş. Bizdə də belə çox acı “zəqqumu” dadanın 
“tüstüsü təpəsindən çıxır”. 
4. Daha bir ifadəmiz: “Ay mənim gülməşəkər balam” və ya “Atan soğan, 
anan sarımsaq, sən haradan oldun gülməşəkər”. 
Gülməşəkər sözü də mətbəximizlə bağlıdır. Türkcədə bu söz bu gün “gül-
məşəkər” deyil “gülbəşəkər” kimi səslənir və əslində şirniyyatın adını bildirir, 
dilimizdə dəqiq tərcümə etsək “gülvəşəkər” kimi səslənməlidir. Şəkər sözü hind-
cə “sakkara” sözündən gəlmədir. Dilimzdə daha çox qənd sözü işlənirdi. Başqa 
dillərdə şirniyyatçıya verilən kanditer adı da qənd, kand sözündən köklənmişdir. 
Beləliklə, “gülməşəkər”, “gülbəşəkər”, “külvəşəkər” dilimizdə “gül” və “qənd” 
deməkdir ki, bu da çox əziyyətlə və uzun müddətə ha zırladığımız “gülqənd” 
şirniyyatımızdır. Gül mürəbbəsindən fərqli olaraq gülqəndin hazırlanması daha 
çox zəhmət və zaman tələb edir. Ona görə də “gülməşəkər balam”, “ətirli, şi-
rin, əziyyətini çəkib yetişdirdiyim balam” mə na sında yaranmışdır. Gülqəndin 
adı mənbələrdə gülbəşəkər, gülbəşəkər şəm siy yəsi (günəş altında hazırlandığı 
üçün) “küləngü bin” (balla hazırlanan), gül-şəkər, gül şəkəri kimi yazılıb. 
5. “Əşşi yemək deyil ey, məcundur, məcun” ifadəsini hansısa yeməyi çox 
bəyənib tərifləmək üçün işlədirik. Bu söz haradan yaranıb və niyə belə deyirik?
Əvvəllər Şahların, Sultanların, Xanların Saray mətbəxinin ayrıca böyük 
bölümü “halvaxana” adlanırdı. Əslində halva sözü bütün şirniyyatların ümumi 
adı olduğundan, burada bizim indi başa düşdüyümüz kimi təkcə halva deyil, 
başqa bütün şiriniyyatlar bişirilirdi. Halvaxanaya aid ayrıca bir bağça, dirrik 
də (dirilik, həyat sözündən) vardı ki, burada mümkün olan ədviyyatlar, ətirli, 


Yüklə 27,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə