Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Hərəkət vasitələrinin zərbə-dartı avadanlığı



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə100/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   105
Demir yollari kitab tam — 1

Hərəkət vasitələrinin zərbə-dartı avadanlığı 
və aparatları 
Hərəkət vasitələrinin əsas hissələrindən biri də zərbə-dartı ava-
danlığı və aparatlarıdır. Zərbə-dartı avadanlığı və aparatlarına
birlikdə çox zaman zərbə-dartı cihazları da deyirlər. Zərbə-dartı 
avadanlığı və aparatları vaqonun ən əsas və məsul hissələrındən 


sayılır. Vaqonun zərbə-dartı avadanığı və aparatları (cihazlar) 
birlikdə zərbə-dartı qurğusu da adlanır. Bu qurğuların əsas vəzifəsi 
vaqonların və lokomotivlərın bırləĢməsıni təmin edərək, istismar 
zamanı onları bır-birindən müəyyən olunmuĢ məsafədə saxlamaq və 
istismar zamanı yaranan qüvvələri qəbul edərək hərəkətin səlistliyini 
təmin etməkdir. O, həm də qatarların hərəkəti və manevr 
əməliyyatları zamanı yaranan dartılma və sıxılma qüvvələrini qəbul 
edərək onları yumĢaltmaqdır. Ġstismar zamanı vaqonların etibarlığı və 
uzunömürlüyü və eləcə də qatarların hərəkət təhlükəsizliyi zərbə dartı 
cihazlarının 
konstruksiyasından, 
parametrlərindən 
və 
saz 
vəziyyətindən asılıdır. Hərəkət zamanı yaranan qüvvənin qəbuletmə 
üsulundan asılı olaraq zərbə-dartı cihazları birləĢmiĢ və ayrılmıĢ 
dartı-qoĢqu tipli olurlar. Dartı-qoĢqu cihazları birləĢmə üsuluna görə 
qeyri avtomatik və avtomatik tipli olurlar. MDB ölkələrinin dəmir 
yollarında da avtomatik tipli qoĢqu cihazlarından istifadə olunur.
Hər bir hərəkət təkibi iki avtoqoĢqu cihazından ibarət olub, çər-
çivənin onurğa tirlnin sonluqlarında yerləĢir. AvtoqoĢqular iki əsas 
növdə olurlar: qeyri-sərt və sərt. Bundan baĢqa yarımsərt tipli 
avtoqoĢqulardan da istifadə olunur. 
AvtoqoĢqu cihazlarına (qurğusuna) iliĢmə ötürməsi, gövdə və 
onun daxilində yerləĢən mexanizmlər və yaxud sadəcə olaraq avto-
qoĢqu, zərbə-mərkəzləĢdirici cihaz, qoĢqu ləvazimati, zərbə-udma 
aparatı və dayaq hissələri daxildir. 
AvtoqoĢqu-13 hərəkət vasitəsi vahidlərini (vaqon va ya loko-
motiv) bir-birinə birləĢdirir və zərbə-dartı qüvvələrini qəbul edərək 
öturür. Zərbə-udma aparatı-5 zərbə və təkanları yumĢaldaraq hərəkət 
vasitəsini, yükləri və sərniĢinləri zərərli dinamiki təsirlərdən qoruyur. 
Dartı boyunduruğu-6, paz-8 vasitəsilə avtoqoĢqudan olan zərbə-dartı 
təsir qüvvələrini birləĢmiĢ dayaq üçbucaqları adlanan ön-9 və arxa-1 
dayaqların köməyi ilə qəbul edərək onurğa tirinin divarları ilə 
çərçivəyə ötürür. Müasir vaqonlarda ön dayaq zərbə rozetkası ilə 
birlikdə də hazırlanır. Zərbə-udma aparatından olan dartı qüvvəsi ön 
dayağa dayaq lövhəsi-7 vasitəsi ilə ötürülür. Arxa dayaq zərbə 
yüklərini bilavasitə udma aparatının əsasından (özül) alır (ġəkil 7.21). 


Şəkil 7.21. Hərəkət vasitəsinin (vaqon) avtoqoşqu qurğusu. 
MərkəzləĢdirici cihaz iki kəfkirli asqıdan və mərkəzləĢdirici 
tirdən-12 ibarət olub, avtoqoĢqunu yan meyllənməsindən sonra mər-
kəzi vəziyyətə qaytarır. ĠliĢmə öturməsi avtoqoĢquların bir-birinə 
sərbəst iliĢməsini təmin edir. O, iliĢmə dəstəyi-3, zəncir-14 və 
saxlayıcı detellardan; kponĢteyn-2 və saxlayıcıdan-10 ibarətdir. 
Saxlayıcı detallar çərçivənin sonlu tirində bərkidilir. Saxlayıcı dəstək 
avtoqoĢqunu horizontal vəziyyətdə və müəyyən olunmuĢ 
hündürlükdə saxlayır. Dörd oxlu vaqonun avtoqoĢqu qurğusuna daxil 
olan aparat və cihazların umumi kutləsi m=690 kq bərabərdir. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə