KVZ-5 tipli arabacığı 1960-1962-ci illərdə tikilən sərniĢin vaqon-
larında istifadə olunmuĢdur. Bu KVZ-METĠ tipli arabacıqdan, vaqon
kuzovunun dayağa söykənməsi sxeminə,
mərkəzi və buksvari resor
asmasının yaylarının sərtliyinə görə fərqlənir. Kuzov, dabanlıq vasitəsilə
resorüstü tirin dabanaltısına söykənir və sürüĢkənlərdə müəyyən
araboĢluğu hesabına, horizontal müstəvidə böyük çəpliklər yaratmır. Bu
üstünlüyə görə də, arabacıqda çərçivə ilə resorüstu tir arasında uzununa
boyunduruqlu əlaqə olmur.
Arabacığın mərkəzi resor asması beĢik tiplidir. Lakin beĢiyin yay
komplekti (dəsti) daha sərtdir. BeĢiyin altlığı qaynaqlama üsulu ilə
hazırlanır. KVZ-5-in buksvari asması KVZ-METĠ-də olduğu kimidir,
lakin bir əlavə rezin araqatından və daha sərt yaydan istifadə olunur.
Arabacıqda РУ-950 tipli təkər cütü istifadə olunur. Buks düyünün də
oymaq oturmalı diyircəkli yastıqdan istifadə olunur. Arabacığın
konstruktiv sürəti 140 km/saata bərabərdır. BMK-tipli arabacıq 1950-
1960-cı illərdə istehsal olunan sərniĢin vaqonlarında quraĢdırılmıĢdır.
Öz konstruksiyasına görə o, KVZ-U2 tiplı arabacığa oxĢayır.
Arabacığın mərkəzi resor asması pilləsində ellips Ģəkilli
elastiki
elementdən istifadə olunur.
Buksvarı pillədə isə rəqs söndürücüsü olmur və vaqon kuzovu
resor üstü tirdəki dabanaltıya söykənir. Bundan baĢqa, bu arabacıq
KVZ-U2-dən bazasının böyüklüyü (21=2,7m), buks asmasının
Ģpitonları arasındakı məsəfənin (0,58 əvəzinə 0,64 m) artması və
resor asmasının yüksək elastikliyi (λ=6,661 m/MN) ilə fərqlənir. Bu
arabacığın konstruktiv sürəti 120 km/s, kütləsi 8 ton olmaqla, hal-
hazırda geniĢ istismar olunan KVZ-METĠ-dən 1 ton ağır
kütləyə
malik olması ilə fərqlənir. KVZ-METĠ-M modelli arabacıq KVZ-
METĠ arabacığının modernizasiya olunmuĢ yeni (təkmilləĢdirilmiĢ)
variantıdır. Arabacığın resor asması konstruksiyasının eninə
elastikliyi artırılaraq, vaqonun əyri-üyrü gediĢində hərəkət
səlistliyinin artırılmasını təmin edir.
Buna görə də, indi Rusiya vaqonqayırma sənayesi bu arabacığın
seriyalı istehsalını həyata keçirir. Arabacığın konstruksiyası anoloji
olaraq KVZ-METĠ arabacığına oxĢayır. Bu arabacıqda təkcə buksvari
asmada iki rezin araqatı əvəzinə biri qoyulur.
Ona görə də, buksvari
asmada xarici yayın hündürlüyü böyük olur və resor asmasının
elastikliyi 15 faiz artır. ġpintonun aĢağısında isə nimçəvari yayın
köməyi ilə Ģpinton oymağının yan səthini tam əhatə edən rezin konus
yerləĢir. Buks pilləsinin qalan detallarının konstruksiyası uyğun olaraq
KVZ-METĠ arabacığının detallarına oxĢardır. Arabacığın
mərkəzi
resor asması beĢik tipidir. Lakin onun asqısı iki bəndli olmayıb, bir
bəndlidir. Hal-hazırda MDB dövlətlərinin sərniĢin vaqon parkında
KVZ-METĠ-I tipli arabacıq daha geniĢ istismar olunur (ġəkil 7.20).
Şəkil 7.20. KVZ-METİ-I arabacığının konstruktlv sxemi.
KVZ-METĠ-I arabacığının əsas hissələrinə: dabanalt-4, çərçıvə-5,
sürüĢkənlər-3, rəqs söndürən-8, buksvari asma-2, iki dəst mərkəzi
resor asması-7, dörd dəst buks-6 asması və təkərin hər iki tərəfindən
sıxılan dəstəkli tormoz qəlibi-1 öturməsi aiddir.
TSK-1 ARABACIĞI hərəkət sürəti 200 km/saat qədər olan sürətli
sərniĢin vaqonlarında istifafadə olunur. TSK-1 arabacığı Riqa
vaqonqayırma zavodunda istehsal olunan RT-200 tipli yüksək sürətli
vaqonlarda istifadə olunur. Arabacığın kütləsi 7500 kq, baza
uzunluğu isə 2,5 m bərabərdir [6,29].
7.13.
Dostları ilə paylaş: