Rəqs söndürənlər: Vaqonun resorüstü kütləsinin dalğalanma pro-
sesinin müqavimət qüvvəsini aradan qaldırmaq və rezonans zamanı
rəqsin amplitudunu azaltmaq üçün, resor asmalarında rəqs
söndürənlər yerləĢdirilir. Bu rəqs söndürənlər dissipativ (səpələnmiĢ)
qüvvələr yaradır, xüsusi rəqslərin enerjisini səpələmək (yaymaq),
vaqonun və ya onun hər hansı bir hissəsinin rəqs amplitudunu
məhdudlaĢdırmaq üçün geniĢ istifadə olunur.
Dissipativ (səpələnmiĢ) qüvvələrin xarakterinə görə vaqonlarda
istifadə olunan rəqs söndürənlər əsas konstruksiyasına görə
aĢağıdakı qruplara bölünürlər:
friksion və hidravliki rəqs söndü- rənlər. Hidravliki rəqs söndürənlər əsasən sərniĢin vaqonların araba-
cıqlarında geniĢ istifadə olunur. Belə rəqs söndürənlər teleskopik
porĢen tipli olub, istismar üçün əlveriĢli hesab olunur. Bu cür rəqs
söndürənlər az kütləyə malik olub, səmərəli texniki xarakteristikaya
qadirdir.
SərniĢin vaqon arabacıqlarında yerləĢdirilən KVZ-LDYMĠ tipli
hidravliki rəqs söndürənlər Sankt-Peterbıırq (Leninqrad) Dəmir -
Yolu Mühəndisliyi Ġnstitutunun konstruksiyası əsasında (Tver)
Kalinin vaqonqayırma zavodunda istehsal olunur.
MDB ölkələrinin dəmir yollarında Rusiyada hazırlanan KVZ -
LDYMĠ tipli hidravliki rəqs söndürəndən baĢqa Almaniyanın “BBW”
və Macarıstanın “Raba” tipli hidravliki rəqs söndürəndən də istifadə
olunur. Bu hidravliki rəqs söndürənləri konstruksiyasına və iĢləmə
prinsipinə görə KVZ-LDYNĠ tipli HRS-nə oxĢayır və bir-birindən az
fərqlənirlər. KVZ-LDYMĠ tipli hidravliki rəqs söndürənlər KVZ-5 və
KVZ-METĠ tipli sərniĢin vaqonlarında yerləĢdirilir. Hidravliki rəqs
söndürənlər arabacıqlarda vertikal, meyilli və horizontal vəziyyətdə
quraĢdırılır. Vaqon arabacıqlarında 45
0
bucaq altında quraĢdırılan
HRS daha səmərəli texniki xarakteristikaya malik olurlar [6,12].