Vaqon arabacıqları oxların sayına, resor asma qurğusuna,
vaqon
kuzovundan olan ağırlığın (yükün) arabacıq çərçivəsinə verilməsinə
və yükün arabacıq çərçivəsindən təkər cütünə ötürməsi üsullarına
görə təsnif olunurlar.
Təkər cütlərinin sayına görə arabacıqlar 2-oxlu, 3-oxlu, 4-oxlu və
çox oxlu olurlar. Oxların sayı vaqonun və daĢınan yükün kütləsindən,
yolun və körpülərin möhkəmliyindən asılıdır.
Təcrübədə ən çox iki
oxlu arabacıqlar tətbiq olunur. Bundan baĢqa yük vaqonları 3 və 4-
oxlu arabacıqlarla da təchiz olunurlar. Böyük yükgötürməli
transporterlər əsasən çox oxlu arabacıqlara malik olurlar. 8-oxlu yük
vaqonlarında bir-biri ilə cütləĢmiĢ iki ədəd iki oxlu arabacıqdan
istifadə olunur. Resor asmalarının quruluĢuna görə arabacıqlar bir
pilləli resor asmalı (mərkəzi və ya buksvari), ikipilləli resor asmalı və
üç (dörd) pilləli resor asmalı sxemlərində olurlar. Üç və dörd pilləli
resor asma sxemləri bəzi yüksək sürətli sərniĢin vaqonlarında və
lokomotivlərdə tətbiq olunurlar.
Dostları ilə paylaş: