Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə111/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   107   108   109   110   111   112   113   114   ...   197

www.vivo-book.com 

 

554 



–  Buna  baxın,  –  madmazel  de  La-Moll  dedi,  –  bu 

müstəqil adama bir baxın, o ki, cənab Dekulinin qarĢısında 

ikiqat  olur.  Onun  əlindən-ətəyindən  yapıĢır.  Mənə  elə  gəldi 

ki, bir azdan onun əlindən də öpəcək.  

– Axı belə bir ehtimal var ki, cənab Dekuli hakimiyyətə 

biz  bildiyimizdən  daha  yaxındır,  –  cənab  de  Kruazenua 

etiraz elədi. 

– Senkler bura Akademiyaya yol tapmaq üçün gəlir, – 

Norber dedi. 

–  Baxın,  Kruazenua,  görün  o  baron  L.-ə  necə  təzim 

eləyir?  

– Diz çöksəydi lap yaxĢı olardı, – cənab de Lyüuz dedi. 

–  Əzizim  Sorel,  –  Norber  Jülyenə  dedi,  –  siz  ağıllı 

adamsınız,  amma  doğma  dağlarınızı  tərk  eləməyinizdən  o 

qədər  də  çox  vaxt  keçməyib.  Məndən  sizə  məsləhət  –  heç 

kimə,  lap  Allahın  bacısı  oğlu  da  olsa,  heç  kimə  belə  təzim 

eləməyin. 

– Hə! Bu da əvəzsiz ağıl sahibi – cənab baron Baton, – 

madmazel de La-Moll adıçəkilən cənabın gəliĢini elan edən 

xidmətçinin səsini yamsılayaraq dedi. 




www.vivo-book.com 

 

555 



–  Mənə  elə  gəlir ki, hətta sizin  xidmətçiləriniz də  onu 

ələ  salır.  Ada  baxın  ha  –  baron  Baton!  –  cənab  Kelyus 

güldü. 

–  Bu  yaxınlarda  o  bizə  dedi  ki,  “Adın  nə  fərqi  var? 



Təsəvvür edin ki, xidmətçi ilk dəfə sizə hersoq Bulyonskinin 

gəliĢini  xəbər  verir.  Ġnsanlar,  sadəcə,  hələ  mənim  adıma 

öyrəĢməyiblər...” – Matilda dedi.  

Jülyen divanın yanındakı yerini tərk elədi. O yüngülvari 

zarafatların  incəliklərini  tuta  bilmirdi  və  oğlana  elə  gəlirdi 

ki,  ancaq  ağıllı  zarafatlara  gülmək  mümkündür.  Bu  gənc 

adamların  zarafatlarında  o  ancaq  gördükləri  hər  Ģeyin  və 

hamının  kobudca  ələ  salınmasını  hiss  eləyir  və  buna 

qəzəblənirdi. Onun əyalətsayağı, az qala ingilis quruluğu bu 

zarafatlarda nəsə bir həsəd hissi sezir və təbii ki, yanılırdı. 

“Mən  qraf  Norberin  bölük  komandirinə  iyirmi  sətirlik 

məktub  yazanda  üç  qaralama  cırdığını  gözümlə  görmüĢəm. 

– O öz-özünə dedi. – Əgər o cənab Senkler kimi bircə sətir 

yaza bilsəydi, özünü dünyanın xoĢbəxti sayardı”. 

Özünün  xırda  mərtəbəsinə  görə  heç  kimin  diqqətini 

çəkməməyindən istifadə eləyən Jülyen bir dəstənin yanından 




www.vivo-book.com 

 

556 



o birinin yanına keçirdi. O uzaqdan baron Batonu müĢahidə 

edirdi,  oğlan  onun  necə  danıĢdığını  eĢitmək  istəyirdi. 

Bayaqdan  bu  qədər  təriflənən  adamın  nəsə  bərk  qayğılı 

görkəmi vardı və o ancaq iki-üç ağıllı ifadə səsləndirəndən 

sonra dincələ bildi. Jülyenə nədənsə elə gəldi ki, belə bir ağıl 

üçün mütləq geniĢ məkan lazımdır. 

Baron sivri dilli adam deyildi; söhbətdə parlamaq üçün 

o  mütləq  hərəsi  altı  sətir  tutan  dörd-beĢ  cümlədən  istifadə 

eləməliydi. 

–  Bu  adam  danıĢmır,  üyüdüb-tökür,  –  Jülyenin 

arxasında dayananlardan biri dedi. 

O çevrilib baxanda, bunu deyənin qraf ġalve olduğunu 

bildi  və  məmnun  qaldı.  Bu  –  öz  dövrünün  ən  iti  ağıllı 

adamlarından biriydi. Jülyen “Müqəddəs Yelena memorialı” 

və  Napoleonun  məktublarında  dəfələrlə  onun  adına  rast 

gəlmiĢdi.  Qraf  ġalve  fikrini  qısaca  ifadə  edirdi;  onun  sərt, 

dəqiq,  sirayetedici,  dərin  mənalı  cavabları  ildırım  kimi 

çaxırdı.  Əgər  o  bir  iĢgüzar  söhbətə  giriĢirdisə,  insanlar  o 

dəqiqə iĢin irəlilədiyini görürdülər. O tezcə faktlara əl atırdı 



www.vivo-book.com 

 

557 



–  bunları  dinləmək  ayrı  aləm  idi.  Siyasətə  gəlincə  o  sırtıq 

kinayəçinin bir idi.  

–  Bilirsiniz,  mən  müstəqil  adamam,  –  qraf  ġalve 

çənəsinin  altına  salıb,  məzələndiyi,  çiyni  üçulduzlu  cənaba 

deyirdi. – Niyə məndən ay yarım əvvəl fikirləĢdiklərimi indi 

də  tələb  edirlər?  Əgər  mən  ay  yarım  əvvəl  düĢündüyümü 

düĢünsəm, həmin düĢüncə mənim öz tiranım olardı. 

Onun  yanında  dayanan  ciddi  görkəmli  gənclərdən 

dördü  üz-gözlərini  qırıĢdırdı  –  bu  cənabların  zarafatlardan 

xoĢu  gəlmirdi.  Qraf  ifrata  vardığını  baĢa  düĢdü. 

XoĢbəxtlikdən  həmin  vaxt  onun  gözünə  düzgünlük 

məsələsində  əsl  Tartüf  cənab  Ballan  dəydi.  Qraf  onunla 

söhbətə  baĢladı  və  ətrafdakılar  tez  onları  dövrəyə  aldılar  – 

hamı  bilirdi  ki,  yazıq  cənab  Ballan  bu  dəqiqə  yerləyeksan 

olacaq.  

Son  dərəcə  çirkin  olduğuna  baxmayaraq,  cənab  Ballan 

özünün əvəzsiz əxlaqı sayəsində həyatdakı ilk, çətin təsvirə 

gələn  mürəkkəb  addımlarından  sonra  çox  varlı  bir  qadınla 

evləndi  və  arvadı  tezliklə  dünyasını  dəyiĢdi.  Sonra  o  ikinci 

dəfə,  yenə  də  varlı  bir  qadınla  evləndi  ki,  onun  ikinci 




www.vivo-book.com 

 

558 



arvadını  görmək  kübar  cəmiyyətə  nəsib  olmadı.  Əldə 

etdikləriylə kifayətlənmək ona xas olan bir xüsusiyyət idi – 

indi cənab Ballan ildə altmıĢ min gəlir götürürdü – artıq ona 

da yaltaqlananlar vardı. Qraf ġalve bütün bunları acımadan 

onun  üzünə  dedi.  Tezliklə  onların  həndəvərinə  otuza  yaxın 

adam  yığıĢdı.  Hamı,  hətta  əsrin  gələcəyi  olan  ciddi 

görünüĢlü gənclər də gülümsəyirdilər. 

– Axı bu adamlar bura, hamını lağlağı hədəfinə çevirən 

La-Mollun  evinə  niyə  gəlirlər?  –  Jülyen  düĢündü.  Bunu 

soruĢmaq üçün oğlan abbat Pirara yaxınlaĢdı. 

Cənab Ballan bir göz qırpımında yoxa çıxmıĢdı. 

– Əla! – Norber dedi. – Beləliklə, atamın casuslarından 

birinin iĢi bitdi, indi təkcə bu əyriqılça Napye qalıb. 

– ĠĢin kökü bundadı bəlkə? – Jülyen düĢündü. – Amma 

belədirsə, markiz cənab Ballanı qəbul eləyir? 

Qaraqabaq abbat Pirar bir küncdə qaĢqabağını sallayıb, 

xidmətçinin qonaqların adlarını elan etməyinə fikir verirdi.  

– Bu nə biabırçılıqdı?! – o Baziliosayağı təəccüblənirdi. 

– Bura ancaq adı yamana çıxmıĢ adamlar gəlirlər. 



Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə