Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə2/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   2   3   4   5   6   7   8   9   ...   197

www.vivo-book.com 

 



cənab merin bu əraziləri torpağın özü ağırlığında qızıla satın 

almasıdır.  Məsələn,  Veryerə  ayaq  basan  kimi  sizi  məftun 

eləyən, Dunun sahilindəki o miĢarlama sexi (siz hələ damın 

üstündəki  o  nəhəng  hərflərlə  yazılmıĢ  “Sorel”  adına  fikir 

verməmisiniz)  –  hə,  bax  həmin  miĢar  emalatxanası  indi 

cənab Renalın öz bağlarını hasara aldığı yerdəydi. 

Cənab  mer  nə  qədər  qürurlu  olsa  da,  qoca  Soreli  o 

möhkəm  və  inadkar  kiĢinin  nazıyla  xeyli  oynamalı  oldu. 

Hələ üstəlik, miĢarlama dəm-dəsgahını baĢqa yerə köçürsün 

deyə  ona  xeyli  sayda  cingiltisi  qulaq  batıran  qızıl  pullar 

ödədi. MiĢar dəzgahını iĢə salan ümumi çaya gəlincə, cənab 

Renal  Parisdəki  əlaqələrini  iĢə  salıb,  çayın  məcrasını  baĢqa 

yerə  dəyiĢməyə  nail  ola  bildi.  Bütün  bunlar  1821-ci  ildəki 

seçkilərdən sonra olmuĢdu. 

O, Sorelə bir arpanlıq

2

 ərazisinin əvəzinə Du çayının 



sahilindən  beĢ  yüz  addımlıq  məsafədə  dörd  arpanlıq  ərazi 

vermiĢdi  və  bu  təzə  yerləĢmə  küknar  taxtaları  emal  edən 

                                                 

2

Arpan – qədimdə Fransada uzunluq (1arpan = 58,52m.) və sahə (1arpan = 



3424,5904 m

2

) ölçüsü 



 


www.vivo-book.com 

 



istehsalat  üçün  daha  əlveriĢli  olsa  da,  Sorel  kiĢi  –  o  ahıl 

çağlarına  qədəm  qoyandan  bəri  Soreli  belə  çağırırdılar  – 

mülkiyyətçi  Renalın  hövsələsizliyi  və  ehtirasından  istifadə 

edərək onu altı min franklıq soyub-talamıĢdı. 

Əslində, yerli baĢbilənlər bu razılaĢma barədə elə də 

yaxĢı  qənaətə  gəlmədilər.  Nə  vaxtsa,  bir  bazar  günü  – 

deyəsən, bu dörd  il  əvvəl  olmuĢdu  – təpədən  dırnağa qədər 

mer  libasına  bürünmüĢ  cənab  Renal  kilsədən  qayıdanda 

uzaqdan  Sorel  kiĢini  görür:  sonuncusu  o  vaxt  üç  oğlu  ilə 

dayanıb, merə baxaraq gülümsəyirmiĢ. Bu kinayəli təbəssüm 

cənab  merin  qəlbinə  məkr  iĢığı  salır  –  o  vaxtdan  bəri  mer 

durmadan  düĢünür  ki,  o  torpaqları  daha  ucuz  qiymətə  ala 

bilərmiĢ. 

Veryerdə  ictimaiyyətin  hörmətini  qazanmaq  üçün 

təkcə  bolluca  divarlar  hörmək  kifayət  deyil,  gərək  həm  də 

yaz  aylarında  Yuranın  dəlmə-deĢiklərindən  Parisə 

istiqamətlənən  italiyalı  daĢyonanların  qəribə  hoqqalarına 

uymayasan.  Belə  yeniliklər  ehtiyatsız  sifariĢçiyə  əbədi 

ağılsız  damğası  vurar  və  o  FranĢ-Kontedə  ictimai  hörmət 



www.vivo-book.com 

 



məsələsinə  baxan  təmkinli  adamların  gözündə  öz  nüfuzunu 

birdəfəlik itirmiĢ olardı. 

Ġnsafən,  bu  ağıllı  adamlar  dözülməz  despotçuluq 

göstərirlər  ki,  elə  bu  mənfur  söz  də  Paris  adlı  böyük 

respublikada yaĢamıĢ hər kəsin balaca Ģəhərlərdəki həyatını 

cəhənnəmə  çevirir.  Ġctimai  rəyin  tiranlığı  –  özü  də  necə 

tiranlığı!  –  Amerika  BirləĢmiĢ  ġtatlarında  olduğu  kimi, 

Fransanın  balaca  Ģəhərlərində  də  axmaqlıqdan  o  yana 

keçmir. 

 

 



II 

 

 CƏNAB MER 



 

Nüfuz!  Cənab,  necə  düşünürsünüz,  bunlar  boş 

şeylərdi?  Axmaqların  hörməti,  ağzını  ayırıb  baxan  uşaq-

muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin 

yuxarıdan həqarətlə baxmağı.  

Barnav 




www.vivo-book.com 

 

10 



 

Cənab  Renalın  və  onun  Ģəhər  hakimi  nüfuzunun 

xoĢbəxtliyiydi  ki,  Du  çayından  yüz  metrlik  hündürlükdə, 

təpənin  yamacında  yerləĢən  Ģəhər  bulvarını  dayaq 

divarlarıyla  əhatələmək  lazım  olmuĢdu.  Nadir  hallarda  rast 

gəlinən 


bu  uğurlu  yerləĢmə  Fransanın  ən  gözəl 

mənzərələrindən birini görməyə imkan yaradırdı. Amma hər 

yaz  yağıĢ  bulvarı  yuyub  aparır,  yollar  dağılır  və  bu  yerlər 

gəzinti  üçün  tamamilə  yararsız  hala  düĢürdü.  Hamının 

yaĢadığı  bu  narahatlıq  cənab  Renalın  boynuna  öz 

hakimiyyətini  iyirmi  fut  hündürlüyündə  və  otuz-qırx  tuaz

3

 

uzunluğunda  daĢ  hasarla  əbədiləĢdirmək  kimi  xoĢbəxt  bir 



öhdəçilik  qoymuĢdu.  Cənab  Renalı  üç  dəfə  Parisə  getməyə 

məcbur  eləyən  –  çünki  bundan  əvvəlki  Daxili  ĠĢlər  Naziri 

özünü Veryer bulvarının qatı düĢməni elan eləmiĢdi – bu daĢ 

hasarın parapeti yerdən dörd fut hündürlükdədi. Ġndi elə bil 

keçmiĢ  və  indiki  bütün  nazirlərin  acığına  indi  bu  divarları 

                                                 

3

Metrik sistemin tətbiqindən əvvəl Fransada uzunluq vahidi. 1 tuaz = 1,949 м 



 


www.vivo-book.com 

 

11 



qranit  plitələr  bəzəyir.  Dəfələrlə  olmuĢdu  ki,  sinəmi  bu 

azacıq  maviyə  çalan,  gözəl  boz  rəngli  nəhəng  plitələrə 

söykəyib,  bir  müddət  əvvəl  tərk  elədiyim  Parisdə  keçirilən 

ziyafətləri  düĢünərək,  uzun-uzadı  Du  sahilinə  baxırdım. 

Uzaqda,  sol  sahildə  beĢ-altı  vadi  bir-birinə  dolaĢır,  həmin 

vadilərin  bağrında  enli  Ģırnaqlarla  uzanıb  gedən  çaylar 

dərhal  adamın  gözünə  dəyirdi.  O  xırda  çaylar  orda-burda 

Ģəlalələrlə  bölünür,  axırda  da  axıb  Duya  tökülürlər.  Bizim 

dağların günəĢi adamı yaman yandırır, o adamın düz baĢının 

üstündə  dayanandasa,  bu  meydançada  durub,  xəyallara 

qapılan  səyahətçini  nəhəng  ağacların  kölgələri  qoruyur. 

Münbit  torpağın  hesabına  bu  ağaclar  tez  böyüyür,  onların 

bol-bol  yaĢıllıqları  uzaqdan  gömgöy  göyərir,  çünki  cənab 

mer  göstəriĢ  verib  ki,  bu  möhtəĢəm  dayaq  divarlarının 

dibiylə  uzanan  bütün  ərazini  yaĢıla  tutsun  –  bələdiyyə 

Ģurasının  etirazına  baxmayaraq,  o,  bulvarı  düz  altı  fut 

geniĢləndirməyə  nail  olub.  Buna  görə  mən  ona  –  özümün 

liberal,  onun  ultraroyalist  olduğuna  baxmayaraq  – 

minnətdaram.  Məhz  bu  abadlaĢdırma  iĢlərinə  görə  də,  – 

cənab merin və Veryer xeyriyyəçilik evinin direktoru cənab 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə