Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə116/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   112   113   114   115   116   117   118   119   ...   197

www.vivo-book.com 

 

579 



bilmədi.  O,  cənabın  üzünə  çırpdığı  vizit  vərəqəsini  ona 

uzatdı.  

–  Bu,  doğrudan  da,  mənim  kartımdı,  –  Jülyenin  qara 

kostyumu və səhərin bu çağında gəliĢi onda heç bir xoĢ hiss 

doğurmurdu.  –  Amma  Ģərəfimə  and olsun  ki,  mən  siz  baĢa 

düĢmürəm.  

Onun  sözlərindəki  hansısa  ifadə  tərzi  Jülyeni 

hirsləndirdi.  

– Mən sizi duelə çağırmaq üçün gəlmiĢəm, cənab!  

Və oğlan hadisəni ona qısaca danıĢdı.  

Cənab ġarl de Bovuazi uzun-uzadı baxandan sonra axır 

ki, Jülyenin qara kostyumunun tikiliĢindən razı qaldı.  

“Bu  paltarı  ġtaub  tikib,  burası  aydındı.  –  Oğlanın 

danıĢdığı  hekayətə  qulaq  asa-asa  düĢünürdü.  –  Jilet  də 

zövqlə seçilib, ayaqqabıları da pis deyil. Amma səhərin gözü 

açılmamıĢ  qara  kostyum  geyinmək?  Hə,  yəqin  ki,  güllə 

hədəfi  olmamaq  üçündü!”  –  kavaler  de  Bovuazi  axır  ki, 

məsələni baĢa düĢdü. 




www.vivo-book.com 

 

580 



Oğlanın  izahatını  eĢidəndən  sonra  cənab  de  Bovuazi 

olduqca nəzakətli davranmağa və az qala Jülyeni özüylə bir 

mərtəbədə tutmağa baĢladı. 

Söhbət uzun çəkdi, məsələ də olduqca qıcıqlandırıcıydı, 

amma  axırda  Jülyen  razılaĢası  oldu.  Bu  cavan  adamın  bu 

günlərdə  Jülyeni  təhqir  edən  kobud  kiĢiylə  heç  bir  əlaqəsi 

yoxmuĢ.  

Jülyen  heç  bir  halda  burdan  əliboĢ  getmək  istəmirdi, 

odur ki, söhbəti bacardığı qədər uzatdı. O, söhbət əsnasında 

Jülyenin  ona  “cənab”  deməyindən  tutularaq  “Ģevalye” 

olduğunu  vurğulayan  cənab  de  Bovuazinin  özündən  razı 

sifətini  nəzərdən  keçirdi.  Jülyen  onun  üzünü  bir  an  da  tərk 

etməyən  yüngül  kinayəqarıĢıq,  vacib  adamlara  xas 

davranıĢını  heyranlıqla  seyr  edir,  sözləri  tələffüz  edəndə 

dilini necə tərpətməyinə baxırdı. Bütün bunlarda mübahisəni 

davam etdirməyə əsas verəcək heç nə yox idi. 

Gənc  diplomat  böyük  hörmət  ifadəsiylə  bildirdi  ki, 

Jülyenlə duelə çıxmağa hazırdır. Amma 96-cı alayın düz bir 

saat  ayaqlarını  aralayıb,  əllərini  dizlərinə  dayayaraq  oturan 



www.vivo-book.com 

 

581 



leytenantı dedi ki, onun dostu cənab Sorel heç bir halda vizit 

kartı oğurlandığı üçün bir adamla döyüĢməməlidir. 

Jülyen  Ģevalye  de  Bovuazinin  evindən  çox  pis  bir 

ovqatla  çıxdı.  ġevalyenin  karetası  qapı  ağzında  gözləyirdi. 

Jülyen  baĢını  qaldırıb  baxanda,  qozlada  oturmuĢ 

faytonçunun  kafedə  onu  təhqir  edən  kiĢi  olduğunu  gördü. 

Bir  anın  içində  onun  qaftanından  yapıĢaraq  yerə  saldı  və 

döyməyə  baĢladı.  Xidmətçilərdən  ikisi  yoldaĢlarının 

köməyinə  atılaraq,  Jülyenin  üstünə  cumdular,  amma  o  tez 

tapançasına  əl  atıb  atəĢ  açmağa  baĢladı  –  hamı  qaçıb 

dağılıĢdı. Bütün bunlar bircə dəqiqənin içində baĢ verdi.  

ġevalye  de  Bovuazi  pillələri  düĢə-düĢə  hər  sözünü 

ölçüb biçə-biçə təkrar edirdi, soruĢurdu: 

“Bu nədi? Burada nə baĢ verir?”  

Düzdü, baĢ verənlər ona son dərəcə maraqlıydı, amma 

onun  diplomat  vacibliyi  marağını  göstərməyinə  mane 

olurdu.  O  nə  baĢ  verdiyini  baĢa  düĢəndə,  təntənəli 

sifətindəki vaciblik ifadəsi soyuqqanlı zarafatyanalıqla  əvəz 

olundu.  Nə  baĢ  verirsəversin,  diplomatın  üzündə  bu 

soyuqluq olmalıydı.  




www.vivo-book.com 

 

582 



96-cı alayın leytenantı baĢa düĢdü ki, cənab de Bovuazi 

özü də döyüĢmək istəyir. Buna görə də təĢəbbüsü dostunun 

əlində saxlamaq üçün özü də diplomatik bir gediĢ elədi.  

– Hə, bu məsələdə artıq duellikdir! – o qıĢqırdı. 

–  Hə,  mən  də  belə  düĢünürəm  ki,  duelə  səbəb  var  – 

diplomat  dedi.  –  Bu  fırıldaqçını  qovun,  getsin!  –  O, 

xidmətçilərinə dedi. – Qoy, onun yerinə baĢqası otursun.  

Karetanın qapısını açdılar: Ģevalye öz rəqibinə və onun 

sekundantına  nəzakət  nümayiĢ  etdirməyi  vacib  bildi.  Onlar 

sekundantlıq  təklif  etmək  üçün  cənab  de  Bovuazinin 

dostunun evinə yollandılar. O da öz növbəsində onlara duel 

üçün əla yaraya biləcək bir yer məsləhət gördü.  

Yolboyu  onlar  çox  mehribancasına  söhbət  elədilər. 

Amma  diplomatın  Ģlafroku  bu  söhbətdə  çox  qəribə 

görünürdü.  

– Bunlar da alimənsəb cənablardı, – Jülyen düĢündü, – 

amma bunlar cənab de La-Mollun evinə nahara dəvət olunan 

cənablar kimi darıxdırıcı deyillər. Onlar özlərinə ədəb-ərkan 

qaydalarına uymamağa icazə verirlər. 



www.vivo-book.com 

 

583 



Söhbət  dünənki  baletdə  tamaĢaçıların  xoĢuna  gələn 

rəqqasələrdən  gedirdi.  Cənablar  durmadan  hansısa  ecazkar 

xırdalıqlara  iĢarə  vururdular  ki,  bu  barədə  Jülyen  də,  96-cı 

alayın  sekundantı  da  heç  nə  bilmirdi.  Jülyen  özünü  bu 

sahədə  nəsə  bilən  adam  kimi  göstərəcək  qədər  axmaq 

deyildi  –  o  səmimi  etiraf  elədi  ki,  belə  məsələlərdən 

xəbərsizdir.  Bu  cür  səmimi  etiraf  Ģevalyenin  dostunun  çox 

xoĢuna  gəldi.  O,  bayaq  eyham  vurduqları  hadisələri  bütün 

xırdalıqlarına qədər Jülyenə danıĢdı.  

Bir məsələ Jülyeni olduqca təəccübləndirdi. 

Küçələrdən birində onların karetasını bir neçə dəqiqəlik 

saxladılar  –  burada  dini  bayram  münasibətilə  keçiriləcək 

mərasim  üçün  mehrab  quraĢdırırdılar.  Diplomatla  dostu  bu 

məsələ barəsində bir-iki zarafat elədilər – dedilər ki, buranın 

küresi  arxiyepiskopun  doğmaca  oğludur.  Hersoq  tituluna 

can  atan  markiz  de  La-Mollun  evində  belə  bir  zarafatı  heç 

kim dilinə gətirə bilməzdi.  

Duel  bircə  dəqiqə  çəkdi.  Jülyen  əlindən  yaralandı, 

araqda  isladılmıĢ  dəsmalla  onun  əlini  sarıdılar.  ġevalye  de 

Bovuazi Jülyenə nəzakətlə onları öz karetasıyla ünvanlarına 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə