Stendal Qırmızı və qara



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə115/197
tarix30.12.2017
ölçüsü4,36 Mb.
#18756
1   ...   111   112   113   114   115   116   117   118   ...   197

www.vivo-book.com 

 

574 



VI 

 

 ĠFADƏ ÇALARLARI 



 

 Onların  ən  ali  iĢi  –  xalqların  gündəlik  həyatının 

xırdalıqlarını  laqeydcəsinə  müzakirə  etməkdir.  BoĢ 

səbəblərə  və  ya  ağızdan-ağıza  keçərək  inanılmaz  dərəcədə 

təhrif  olunan  hadisələrə  görə  alovlanan  qəzəb  atəĢinin 

qarĢısını  öz  müdriklikləriylə  almaq  da  onların  boynuna 

düĢür.  

 

Horatsi 

 

Adam arasına təzəcə çıxmıĢ və qüruruna sığıĢdırmayıb 



çox sual verməyən bir gəlmə olduğu nəzərə alınsa, Jülyen o 

qədər  də  çox  səhvə  yol  verməmiĢdi.  Bir  dəfə  necə  oldusa 

Sent-Onore  tərəfindəki  bir  kafedə  gözlənilməz  hadisəylə 

qarĢılaĢdı.  Ġri  bədənli,  qalın  mahud  gödəkcəli  bir  adam  bir 




www.vivo-book.com 

 

575 



vaxtlar Bezansonlu gözəl Amandanın məĢuqu sayağı oğlana 

sərt baxıĢlarla baxdı.  

Jülyen  ilk  dəfə  rastlaĢdığı  kobudluğu  cəzasız 

buraxdığına  görə  özünü  o  qədər  danlamıĢdı  ki,  indi 

ikincisinə  dözməyə  halı  yox  idi.  O,  izah  tələb  elədi,  amma 

mahud  gödəkcəli  adam  küçə  söyüĢləriylə  cavab  verdi: 

kafedə  hamı  onların  baĢına  yığıĢdı,  qapının  ağzına  xeyli 

adam  toplaĢdı.  Bütün  əyalət  adamları  kimi,  Jülyen  ehtiyat 

üçün  özüylə  bir  balaca  tapança  gəzdirirdi  –  indi  cibindəki 

silahı  bərk-bərk  sıxmıĢdı.  Amma  o  özünü  saxlayıb,  hər 

dəqiqədən bir kiĢiyə deyirdi: 

– Ünvanınızı deyin, cənab! Mən sizə nifrət eləyirəm. 

Belə  inadkarcasına  təkrar  elədiyi  sözlər  axır  ki, 

baĢlarına yığıĢan dəstəyə də təsir elədi: 

– Doğrudan da, qoy, bu özündən çıxan adam oğlana öz 

ünvanını versin!  

Dəfələrlə inadkarcasına təkrar olunan bu sözləri eĢidən 

mahud gödəkcəli adam Jülyenin sifətinə bir dəstə vizit kartı 

çırpdı.  XoĢbəxtlikdən  bu  kartların  heç  biri  onun  sifətinə 

dəymədi. Jülyen özünə söz verdi ki, adam ona toxunmadığı 




www.vivo-book.com 

 

576 



müddətə qədər  silaha  əl  atmasın.  Rəqibi  çıxıb getdi,  amma 

gedərkən  bir  neçə  dəfə  geri  dönüb  Jülyeni  əl-qol 

hərəkətləriylə hədələyə-hədələyə söydü.  

Jülyeni tər basmıĢdı. 

–  Deməli,  hər  bir  avara  məni  özümdən  çıxara  bilər!  – 

Hirsindən  partlayırdı.  –  Bu  alçaldıcı  həssaslığa  necə  qalib 

gəlim axı?!  

Əgər bacarsaydı, o adamı düĢünmədən duelə çağırardı. 

Onu dayandıran bircə Ģey vardı: bu yad Parisdə sekundantı 

necə  tapsın?  Onun  dostları  yox  idi.  Oğlan  bir-iki  adamla 

tanıĢ  olmuĢdu,  amma  aradan  bir-iki  həftə  keçəndən  sonra 

həmin adamlar Jülyendən uzaqlaĢmıĢdı.  

– Mən ünsiyyətcil deyiləm, – oğlan düĢünürdü. – Buna 

görə belə qəddarcasına cəzalanıram.  

Axır ki, ağlına gəldi ki, 96-cı Lyeven alayının istefada 

olan  leytenantını,  hərdən  qılıncoynatma  dərsində  birlikdə 

məĢq elədiyi fağır oğlanı sekundant çağırsın. Jülyen hər Ģeyi 

ona açıq danıĢdı.  

–  Mən  sizin  sekundantınız  olmağa  hazıram,  –  Lyeven 

dedi, –  amma  bircə Ģərtim  var. Əgər sizi təhqir edən adamı 




www.vivo-book.com 

 

577 



yaralamasanız,  yerinizdən  tərpənmədən  mənimlə  vuruĢmalı 

olacaqsınız.  

– Razıyam! – Jülyen heyranlıqla dedi.  

Oğlanlar  cənab  ġ.  de  Bovuazini  axtarmağa  baĢladılar. 

Vizit kartlarındakı ünvan Sen-Jermen tərəflərdə olmalıydı.  

Səhər  saat  yeddiydi.  Artıq  evə  çatıb,  xidmətçidən  ev 

sahibinə  onların  gəldiklərini  bildirməsini  xahiĢ  edəndən 

sonra  Jülyenin  ağlına  gəldi  ki,  bu  adam  xanım  Renalın 

Roma,  ya  da  Neapolitan  səfirliyində  müĢavir  iĢləyən,  o 

vaxtlar  senyor  Jeronimoya  rəy  məktubu  verən  qohumu  ola 

bilər. 

Jülyen  ciddi  sifətli  xidmətçiyə  bu  günlərdə  üzünə 



çırpılan vizit vərəqələrindən birini verdi. 

Onlara  gözləmələrini  tapĢırdılar  –  Jülyenlə  sekundantı 

düz  iyirmi  dəqiqə  gözləməli  oldular.  Sonra  onları  xüsusi 

zövqlə  bəzənmiĢ  zala  apardılar.  Orada  oğlanları  gəlinlik 

kimi  bəzənib-düzənmiĢ  cavan  bir  adam  qarĢıladı:  onun  üz 

cizgiləri  olduqca  mütənasib  idi,  üzündə  də  əsl  yunan 

gözəlliyinin  soyuq  ifadəsizliyi  vardı.  Ġnanılmaz  dərəcədə 

nazik baĢı gözəl saçların piramidasıyla bəzədilmiĢdi. Saçlar 




www.vivo-book.com 

 

578 



elə  gözəl  burulmuĢdu  ki,  bir  buruq  o  birisindən  zərrəcə 

fərqlənmirdi.  

96-cı alayın leytenantı düĢündü: 

“Deməli, bu lənətə gəlmiĢ cənab bizi bu buruqlara görə 

gözlədirmiĢ”. 

Gözəl  Ģlafrok,  səhər  dizliyi,  tikməli  ayaqqabılar    – 

hamısı  ev  sahibinin  gözəl  zövqündən  xəbər  verirdi.  Onun 

alicənab  və  tamamilə  boĢ  sifəti  son  dərəcə  ədəbli  və  nadir 

fikirləri ifadə edirdi.  

96-cı alayın leytenantı Jülyenə izah elədi ki, üzünə vizit 

kartı  çırpdığın  adamı  bu  qədər  gözlətmək  ikinci  təhqirdir, 

odur  ki,  otağa  girəndə  Jülyen  düĢməninə  daha  qətiyyətlə 

baxdı. Oğlan eyni anda həm düĢmənçiliyini göstərmək, həm 

də yaxĢı ədəb-ərkan nümayiĢ etdirmək istəyirdi.  

Amma  o  cənab  de  Bovuazinin  təmkinliliyindən,  vacib 

və özünə arxayın görünüĢündən, evin zövqlü təmtərağından 

elə  təsirlənmiĢdi  ki,  düĢmənçilik  nümayiĢ  etdirmək  istəyi 

tezcə yoxa çıxdı. Bu, Jülyenin bir neçə gün əvvəl qarĢısında 

gördüyü adam deyildi. Oğlan ogünkü kobud adamın yerinə 

qarĢısında elə zərif bir Ģəxs gördü ki, bircə kəlmə də danıĢa 




Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə