Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə8/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

18 


 

mübadiləsini  dəstəkləməyə  imkan  verir.  Avropa  ölkələri  ilə  əməkdaşlıq 

sayəsində Azərbaycan Avropanın film xəritəsinə daxil edilə bilər.  



Özəl resursların istifadə olunmamış potensialı mövcuddur və həmin resurslar 



ilə dövlət vəsaitləri bir-birindən qarşılıqlı şəkildə asılıdır. Sahənin kommersiya 

hissəsi kifayət qədər inkişaf etmədiyindən kinematoqrafiya sahəsinə şəxsi pul 

vasitələrinin cəlb edilməsi potensialı yüksəkdir. Səmərəli şəkildə istifadə olunan 

dövlət  vəsaitlərini  (yaradıcılığı  və  bədii  keyfiyyəti  dəstəkləmək  məqsədilə)  və 

özəl  sektorun  investorlarının  bu  sahəyə  daxil  olmasını  təmin  edən  stimulları 

özündə  birləşdirən  lazımi  tədbirlərin  həyata  keçirilməsi  kino  sənayesinin 

inkişafını qısa müddət ərzində sürətləndirə bilər. 



Xüsusi  əməkdaşlıq  və  mübadilə  proqramlarının  işlənib  hazırlanması  yolu  ilə 



xaricdən mütəxəssislərin cəlb edilməsi, o cümlədən, yüksək ixtisaslı kadrların 

məqsədyönlü  seçimi  beynəlxalq  miqyasda  rəqabətə  davamlı  kino  sənayesinin 

yaradılması sahəsindəki boşluğu aradan qaldıra bilər.  

Təhlükələr 



Müasir mədəniyyət siyasətləri və kino sektorunun inkişafı üçün başlıca maneə 



mədəniyyət və kino anlayışlarının konkret siyasi maraqlara xidmət edən ideoloji 

vasitə  kimi  dərk  edilməsidir.    Bu  təcrübədən  azad  olmaq  bədii  azadlığı 

genişləndirəcək və sahənin rəqabətə davamlılığını artıracaq. 



Müasir  kinematoqrafiya  sənayesi  ilə  əlaqədar  siyasətlərə  keçid  üçün 



siyasətçilər  müəyyən  dərəcədə  rəhbərlik  və  idarəetmə  bacarıqlarına  malik 

olmalıdır.  Dövlət  idarələrində  bürokratik  idarəetmə  strukturlarının  olması, 

müasir  dövrdə  siyasət  hazırlama  prosesində  lazımi  bacarıqlara  sahib  olan 

insan 

resurslarının 

olmaması 

kinematoqrafiya 

sektorunun 

müasirləşdirilməsinə əngəl törədən əsas maneələrdən biri kimi qiymətləndirilə 

bilər. 



Ştatdankənar  və  özəl  kinooperatorların  qarşılaşdığı  çətinliklər  çoxşaxəli  və 



rəqabətə  davamlı  mədəniyyət  sektoru  üçün  mühüm  əhəmiyyət  kəsb  edən 

"aşağıdan yuxarıya" təşəbbüslərinin effektivliyini təhlükə altına qoya bilər. 



Azərbaycanın  kinematoqrafiya  sahəsində  təcrübəli  mütəxəssislər  yox 



dərəcəsindədir.  Müstəqil  və  təcrübəli  prodüserlərin  fəaliyyəti,  pul 

resurslarından  və  infrastrukturdan  istifadə  imkanının  mövcudluğu  kino 

sənayesinin inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Hazırda Azərbaycanda 

keyfiyyətli  film  materiallarının  işlənib  hazırlanması  üçün  lazım  olan  digər 

xüsusi peşələrlə yanaşı, yuxarıda sadalananlar da mövcud deyil.  

 

 



 


19 


 

4. TÖVSİYƏLƏR 

4.1. Ümumi şərtlərin yaradılması 

 

4.1.1. Uğurlu siyasətlər etibarlı məlumatlar əsasında tərtib olunur 

Yeni,  effektiv  və  dinamik  siyasətlərin  işlənib  hazırlanması  üçün  Azərbaycanın 

kinematoqrafiya  sahəsi  haqqında  lazımi  və  strukturlaşdırılmış  məlumatlar  təqdim 

olunmalıdır.  Etibarlı  məlumatlar  siyasət  hazırlama  prosesinin  uğurlu  təşkilinin  ilkin 

şərtidir  və  sektor  dövlətin  nəzarəti  altında  olan  hissədən  və  tamamilə  fərqli  şəraitdə 

fəaliyyət göstərən müstəqil bölmədən ibarət olduğu təqdirdə daha çox əhəmiyyət kəsb 

edir.      Təəssüf  ki,  indiyədək  Azərbaycanın  kinematoqrafiya  sektorunun  vəziyyəti 

haqqında kəmiyyət və ya keyfiyyət yönümlü az sayda məlumat toplanıb. Sözügedən 

sahəni  bütövlükdə  xarakterizə  edən  statistik  məlumatlar  effektiv,  keyfiyyətli 

planlaşdırmanın  aparılmasına  və  analitik  və  müqayisəli  məlumatların  təqdim 

edilməsinə  gətirib  çıxara  bilər.  Onlardan  effektiv,  xüsusi  siyasətlərin  işlənib 

hazırlanması,  habelə,  təqdim  edildikdən  sonra  göstərilən  təsirin  müəyyən  edilməsi 

məqsədilə istifadə oluna bilər. 

Mövcud  məlumatların  sözügedən  sektor  və  ictimaiyyət  nümayəndələri  üçün  əlçatan 

olmasını təmin etmək son dərəcə vacibdir. Effektiv və əlçatan məlumatların tərkibinə 

dövlət  maliyyələşdirmə  siyasəti  haqqında  şəffaf  məlumatlar  daxildir  və  onların 

qiymətləndirilməsi  sektorun  daha  peşəkar,  şəffaf  şəkildə  inkişaf  etdirilməsinə  və 

beynəlxalq səviyyədə daha cəlbedici xarakter daşımasına yardımçı olacaq. 

Yerli  istehsalın  inkişafını  və  uğurunu  qiymətləndirmək,  habelə,  dövlət 

maliyyələşdirməsinin  və  siyasətlərin  effektivliyini  müəyyən  etmək  üçün  effektivlik 

göstəriciləri (müəllif kinolarının sayı, beynəlxalq miqyasda tanınmış filmlərin sayı, hər 

film üzrə kassa yığımlarının həcmi, hər film üzrə satış həcmi və s.) də toplanılmalı, 

təhlil edilməli və nəşr edilməlidir.  

İlk addım: Uzun müddət ərzində toplanacaq və təhlil ediləcək məlumatlardan ibarət 

külliyyat  yaradın  və  onun  "Eurostat"  statistika  agentliyinin  yaradıcılıq  sahələri  və 

kinematoqrafiya üzrə araşdırmaları ilə uyğunluq təşkil etməsinə diqqət yetirin. 

 

4.1.2. Dövlət və özəl kinematoqrafiya sektorları arasında tarazlığın yaradılması 

Müasir  mədəniyyət  siyasətlərinə  və  kinematoqrafiya  sahəsinin  inkişafına  aparan  yol 

mədəni  yaradıcılıq  prosesində  dövlətin  və  müvafiq  sahələrin  rolunu  yenidən 

müəyyənləşdirməkdən  keçir.  Dövlət  sahəyə  olan  nəzarətini  azaltmalı  və  dövlətin 

vəzifəsi yaradıcı istehsal prosesinə və onun məzmununa müdaxilə etmək əvəzinə, bədii 

yaradıcılıq üçün əlverişli şərait yaratmaqdan və ya kinematoqrafiya sahəsinin inkişafına 

yardımçı olmaqdan ibarət olmalıdır. 

Bununla yanaşı, rəqabətə davamlı sahəvi ekosistemin yaradılması və onun daxilində 

dövlət maliyyələşdirməsindən səmərəli şəkildə istifadə edilməsi ilə nəticələnən standart 

sahibkarlıq  mühitinin  formalaşdırılması  məqsədilə  bazar  iqtisadiyyatı  prinsipləri 

kinematoqrafiya  sənayesinə  tətbiq  edilməlidir.  Dövlət  tərəfindən  maliyyələşdirilən 

istehsalat və yalnız bazar mühitində çalışan özəl prodüserlər arasındakı boşluğu (adi 

bazar və sənaye dövrü xaricində mövcud olan) doldurmaq çox önəmlidir. Bazardakı 

çatışmazlıqları aradan qaldırmaq və onun çərçivəsində əlavə dəyər yaratmaq, onunla 




Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə