Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə7/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

16 


 

Azərbaycan  kino  sənayesinin  əsas  problemlərindən  biri  beynəlxalq  əlaqələrinin  və 

beynəlxalq mühitdə iştirakının gücləndirilməsindən ibarətdir. Başqa ölkələrlə standart 

əməkdaşlıq  tədbirlərinin  yaradılması  əhəmiyyətli  dərəcədə  faydalı  ola  bilər. 

Azərbaycan  hökuməti  bir  neçə  il  əvvəl  Eurimages  fonduna  müraciət  prosesinə  start 

versə də, bu proses hələ tamamlanmayıb. Eurimages fonduna qoşulmaq Azərbaycanda 

kinematoqrafiya sahəsinin beynəlxalqlaşdırılması üçün mühüm dəyişikliklərə səbəb ola 

bilər.  Belə  ki,  fond  əlavə  resurslara  müraciət  imkanı  təmin  etmək,  birgə  istehsalatı 

dəstəkləmək, yeni bədii ideyalar qazandırmaq və yerli kinematoqrafiya siyasətlərinin 

yaradılmasına yaxşı təsir etməklə bu sahəni dəstəkləyə bilər. 

 

Digər  bir  problem  ondan  ibarətdir  ki,  Azərbaycan  kifayət  qədər  inkişaf  etmiş  kino 



sənayeləri  ilə  əhatə  olunub  (Rusiya,  Türkiyə  və  müəyyən  dərəcədə  Gürcüstan).  Bu 

ölkələr bir tərəfdən onun üçün ilhamlandırıcı və hərəkətverici amil rolunu oynasa da, 

digər  tərəfdən  rəqabət  və  bazarda  dominantlıq  probleminin  meydana  gəlməsi  ilə 

nəticələnir ki, bu problemin həlli üçün xüsusi siyasətlər tələb olunur. 



3.7. SWOT (GZİT) Təhlil 

Güclü tərəflər 



Kino hökumətin prioritet sahələrindən biridir. Kino sənətinin inkişafına dair 10 



illik plan qəbul olunub, bəzi sahələrdə (kino infrastrukturu, yeni qanunvericilik, 

beynəlxalq  bazarlara  çıxış  imkanı  əldə  etmək  cəhdləri)  tədricən  irəliləyiş 

müşahidə olunur. Bu, dəyişikliyə meylin olduğunu göstərir. 



Hal-hazırda  beynəlxalq  miqyasda  uğurla  fəaliyyət  göstərməyə  çalışan, 



kinematoqrafiya sahəsinə bədii ruh və yeni nəfəs gətirən kinematoqraflardan, 

rejissorlardan və prodüserlərdən ibarət yeni nəsil yetişir.  



İqtisadi problemlərin olmasına baxmayaraq, ölkənin neft sənayesi ilə əlaqədar 



irihəcmli maliyyə resursları (dövlət və özəl) hələ də mövcuddur. 



Azərbaycanın kinematoqrafiya sahəsinin inkişafını dəstəkləyən bir sıra mühüm 



təşəbbüslər mövcuddur, sözügedən sahədə layihələrin və tədqiqatların həyata 

keçirilməsi məqsədilə "British Council"ın gördüyü işlər və Avropa İttifaqının 

Şərq  Tərəfdaşlığı  Mədəniyyət  və  Yaradıcılıq  Proqramı  çərçivəsində  görülən 

tədbirlər də onların sırasına daxildir.   

Zəif tərəflər 



Mədəniyyətin və mədəniyyət siyasətlərinin əhəmiyyəti haqqında ümumi təsəvvür 



bədii  özünüifadə  azadlığı  üçün  əlverişli  şəraitin  yaradılması  ilə  deyil, 

mədəniyyətin idarə edilməsi və təşkili ilə daha çox əlaqədardır.  



Dövlət studiya sisteminə bir çox aspektlərdən nəzər yetirdikdə onun həqiqətən 



də köhnəldiyi görünür.  Məsələ yalnız bu sistem sahənin standart parametrlərə 

cavab  verməsinə  və  beynəlxalq  mədəniyyət  bazarları  ilə  rəqabət  apara  bilən 

strukturların  yaradılmasına  mane  olmasında  deyil.  Məsələ  ondadır  ki,  ölçü, 

daxili  təşkiletmə  baxımından  olduqca  köhnəlmiş  sistem  müasir  və  bahalı 

texnologiyalara malik olmadığından onun sayəsində əhəmiyyətli nəticələrə nail 

olmaq mümkünsüz hal alır. 



Azərbaycanın  kinematoqrafiya  sahəsinə  əlavə  təcrübə,  aşkarlıq  və  şəffaflıq 



qazandıran  müstəqil  təşkilat  və  ya  maliyyələşdirmə  orqanı  mövcud  deyil. 


17 


 

Burada  dövlət  kinostudiyalarının,  habelə,  özəl  sektorda  çalışan 

kinematoqrafların 

və 

prodüserlərin 

inkişafına 

zəmanət 

verməklə 

kinematoqrafiya  sahəsində  tarazlıq  yarada  bilən  maliyyələşdirmə  sistemi 

mövcud deyil.  



Yüksək  keyfiyyətli  və  perspektivli  təhsil  və  hazırlıq  olmadan  çiçəklənən  və 



rəqabətə  davamlı  kinematoqrafiya  sənayesini  yaratmaq  mümkün  deyil. 

Azərbaycanın kinematoqrafiya sənayesini yüksək ixtisaslı mütəxəssislərlə təmin 

etmək  üçün  mövcud  təhsil  müəssisələrində  sözügedən  sahə  üzrə  yenilənmiş 

təhsil planı və texnoloji baza yoxdur.   



Azərbaycanda  yeni  rəqəmsal  ekranların  sayı  çox  deyil  və  onlar  əsasən  Bakı 



şəhərində  yerləşdirilir,  bu  isə  öz  növbəsində  ölkənin  digər  ərazilərində 

audiovizual  məzmundan  istifadə  imkanının  son  dərəcə  məhdud  olduğunu 

göstərir. 



Özəl  sektor  tərəfindən  kinematoqrafiya  sənayesinə  investisiyaların 



yatırılmasını  stimullaşdıran  (vergi  güzəştləri,  vergi  sığınacağı,  sponsorluq 

haqqında  qanunvericilik),  kinematoqrafiya  sahəsi  üçün  hazırkı  dövlət 

maliyyələşdirməsini şaxələndirən tədbirlər mövcud deyil.   



Hal-hazırda Azərbaycan kinosunun beynəlxalq əlaqələri say etibarilə çox deyil. 



Avropanın  kino  sənayesi  maliyyə  resurslarının  cəlb  edilməsinə,  bazarların 

yaradılmasına  və  satış  ərazilərinin  genişləndirilməsinə  imkan  verən  birgə 

istehsallara daha çox əsaslanır. Azərbaycanda beynəlxalq miqyasda tanınan, 

kinematoqrafiya sahəsinin inkişafına təkan verən və beynəlxalq mütəxəssislərin 

görüş  yerinə  çevrilən  film  festivalının  təşkilinə  zərurət  vardır.  Azərbaycanda 

ölkəni  xarici  istehsallar  üçün  rəqabətə  davamlı  film  çəkiliş  meydançası 

qismində təbliğ etmək məqsədilə fəaliyyət göstərən Film Komissiyası yoxdur.  

Fürsətlər 



Baltikyanı ölkələrin və ya Mərkəzi və Şərqi Avropa (CEE) ölkələrinin post-sovet 



kinematoqrafiya  sahəsində  baş  verən  analoji  dəyişikliklər  ilə  bağlı  bir  sıra 

qabaqcıl  təcrübə  nümunələri  və  hadisələr  mövcuddur.  Onlardan  təcrübə 

mübadiləsi  prosesində  istifadə  etmək  və  bəzi  həll  yollarını  Azərbaycana 

uyğunlaşdırmaq  mümkündür.    Şəxsi  təcrübələrini  bölüşmək  və  dəyişiklik 

prosesinə yardımçı olmaq üçün həmin ölkələrdən ekspertləri və mütəxəssisləri 

dəvət etmək olar.  



Azərbaycanın  kinematoqrafiya  sahəsinin  yenidən  qurulmasına  hazır  olma 



müasir  tendensiyalarla  ayaqlaşmaq  və  yeni  infrastruktur  yaratmaq  imkanı 

verir. Analoji konseptual əsasları və əsasnamələri nəzərdən keçirmək zərurəti 

olmadıqda,  sürətlə  inkişaf  edən  rəqəmsal  texnologiyaların  yaratdığı 

imkanlardan daha tez-tez istifadə oluna bilər.  



Əməkdaşlıq  əlaqələrinin  qurulması  olduqca  əhəmiyyətlidir.  Kinematoqrafiya 



sənayesi  dünya  iqtisadiyyatının  ayrılmaz  tərkib  hissəsidir  və  burada  bazarın 

ölçüsü mühüm əhəmiyyət kəsb edir.  Ölçüsü böyük olmayan bazarların bütün 

mümkün üsullarla əməkdaşlıq etməkdən başqa yolu yoxdur. Azərbaycan kinosu 

birgə  platformaların  və  proqramların  yaradılması  üçün  bir  sıra  unikal 

imkanlara malikdir. Qonşularla regional əməkdaşlıq bazarı genişləndirməyə və 

yeni imkanlar yaratmağa, dəyişiklik prosesində analoji təcrübəyə malik ölkələr 

(Mərkəzi  və  Şərqi  Avropa,  Baltikyanı  ölkələr)  ilə  əməkdaşlıq  isə  təcrübə 


Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə