Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə9/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

20 


 

rəqabət aparmamaq üçün büdcə vəsaitlərindən istifadə olunmalıdır. Bu sahədə islahat 

aparılmasının məqsədi kinematoqrafiya sənayesi üçün effektiv dövlət-özəl tərəfdaşlığı 

ekosisteminin yaradılmasından ibarətdir. Sözügedən ekosistem məzmun və istehsalat 

baxımından  dövlət  tərəfindən  daha  az  idarə  olunmalı,  beynəlxalq  standartlara  cavab 

verən nailiyyətləri və sənaye uğurunu daha çox dəstəkləməlidir. Siyasət səviyyəsində 

audiovizual  məhsulların  qarşılıqlı  əlaqə  sisteminin  daha  yaxşı  dərk  olunması  bu 

islahatın əsasını təşkil edir. Bu zaman kinematoqrafiya sahəsi yaradıcılıq sahəsi kimi 

müəyyən edilməli, bu sektorda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması 

yolu ilə sahənin ticari hissəsinin inkişafında dövlətin rolu qiymətləndirilməlidir. 

Bu  prosesdə  əsas  vəzifələrdən  biri  dövlət  film  atelyelərini  və  kinostudiyaları 

mərkəzsizləşdirilmiş təşkilatlara çevirməkdən ibarət olacaq. Sənaye yönümlü hazırkı 

əlaqələri  qoruyub  saxlamaq  üçün  bu  prosesə  ehtiyatla  yanaşmaq  lazımdır. 

Azərbaycanda kinematoqrafiya sənayesinin inkişafının hazırkı dövrünü nəzərə alaraq, 

dəyişiklik prosesi studiyanın idarəetmə fəaliyyəti və fəaliyyət sferasının dərin təhlili 

əsasında  dövlət-özəl  sektor  yönümlü  effektiv  həll  yolunun  axtarıb  tapılması  ilə 

müşayiət  oluna  bilər.  Gələcək  fəaliyyət  modelində  əsas  diqqət  sahənin  istehsalat 

gücünə  deyil,  burada  infrastrukturun,  xidmət  və  avadanlıqların  təmin  edilməsinə 

yönəldilməlidir. Bunun üçün beynəlxalq işgüzar mühitdə işləmək imkanı verən peşəkar 

idarəetmənin  mövcudluğu,  onun  hüquqi  statusunun,  şəffaf  idarəetmə  və  nəzarət 

mexanizmlərinin dəyişməsi (bütövlükdə sahəni təmsil edən Direktorlar Şurası, dövlət 

nəzarəti) və kinematoqrafiya sahəsi yönümlü maliyyələşdirmə siyasətlərinin nəzərdən 

keçirilməsi tələb olunur. 

Hökumət  səviyyəsində  kinematoqrafiya  sahəsinə  dair  yanaşmanın  dəyişməsi  daha 

geniş iqtisadiyyatı və digər sahələrdəki siyasətləri özündə ehtiva etməli və yaradıcılıq 

sahələrinin  daha  yaxşı  dərk  edilməsinə  əsaslanmalıdır.    Kinematoqrafiya  sahəsinin 

bütövlükdə  iqtisadiyyata,  beynəlxalq  rəqabətə  davamlılığa  və  ölkənin  brendinq 

fəaliyyətinə göstərdiyi təsirə daha çox diqqət yetirmək lazımdır. 



İlk addımlar:  



Dövlət kinostudiyalarının cari fəaliyyətinin yoxlanılması, sözügedən studiyalarda 



mülkiyyət,  idarəetmə,  onların  sahədəki  rolu  və  əhəmiyyəti baxımından  islahatın 

aparılmasının planlaşdırılması. Onların maliyyələşdirmə və iqtisadi fəaliyyətinin 

liberallaşdırılması. 



Ölçülə bilən göstəricilər vasitəsilə qısa və uzunmüddətli hədəfləri müəyyən etməklə, 



kommersiya və sahibkarlıq fəaliyyətinə istiqamətlənən "Kinematoqrafiya sahəsinin 

İnkişaf Planı"nın toplanmış məlumatlar əsasında işlənib hazırlanması. 

 

4.1.3. Maliyyələşdirmə islahatı  

Hazırkı  sistemə  əsasən,  filmlərin  istehsalı  üçün  dövlət  istehsalat  şirkəti  tərəfindən 

maliyyə vasitələri ayrılır. Bir çox digər Avropa ölkələrində olduğu kimi, incəsənət və 

yaradıcılıq sahələrində mövcud olan ən effektiv və təsirli maliyyələşdirmə sistemləri 

müstəqil  altdövlət  orqanı  çərçivəsində  mütəxəssislər  tərəfindən  maliyyələşdirmə 

qərarlarının qəbulunu nəzərdə tutan müstəqil sistemə (incəsənət şuraları, mədəniyyət 

fondları, film fondları və s.) əsaslanır. Məhz bu səbəbdən Azərbaycan Film Fondunun 

yaradılması  Avropa  miqyasında  müasir  kinematoqrafiya  sahəsinin  rəqabətə 

davamlılığını  təmin  etmək  istiqamətində  atılan  mühüm  addım  ola  bilər.  Yeni 

maliyyələşdirmə  mexanizmlərini  nəzərdən  keçirərkən,  həm  bədii  meyarların 




21 


 

formalaşdırılması,  həm  də  sahəyə  dəstək  (kapitaldan  istifadə  imkanı)  məqsədilə 

maliyyələşdirmənin təmin edilməsi son dərəcə vacibdir. Kinematoqrafiya sənayesində 

paylanma  sxemlərini  (yerli  və  beynəlxalq  miqyasda)  dəstəkləmək  üçün  effektiv 

tədbirlərin işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. 

Effektiv  dövlət  maliyyələşdirməsi  sənaye  və  kommersiya  yönümlü  digər  tədbirlər 

vasitəsilə  dəstəklənməli  olan  sahənin  inkişafına  təkan  verir.    Onlar  kinematoqrafiya 

sənayesinə (vergi güzəştləri, müştərək maliyyələşdirmə, güzəşt layihələri, investisiya 

fondları  və  müştərək  istehsallara  göstərilən  dəstək  vasitəsilə)  sərmayə  yatırmaq 

məqsədilə özəl və xarici kapitalın cəlb edilməsinə istiqamətlənə bilər.  Güzəşt layihələri 

bu baxımdan ən dəqiq vasitələrdən biridir və bir çox Avropa ölkələri xarici istehsalları 

cəlb etmək üçün intensiv layihələrin tətbiq edilməsi istiqamətində rəqabət apardığından 

bu  ehtimalı  Azərbaycanda  da  nəzərdən  keçirmək  lazımdır.  Ölkə  qonşu  ölkələrin 

bəziləri ilə müqayisədə ona rəqabət üstünlüyü qazandıran maraqlı yerləri, mədəni irs 

nümunələrini  və  müvafiq  təhlükəsizlik  imkanlarını  təklif  edə  bilər.  Bununla  yanaşı, 

güzəşt  proqramı  olmadan  bacarıqlar  və  avadanlıqlar  baxımından  digər  ölkələr  ilə 

rəqabət  aparmaq  və  yerli  sənaye  sahəsi  yaratmaq  çətin  olardı.  Digər  ölkələrin 

təcrübələri  göstərir  ki,  yerli  istehsalatda  güzəşt  proqramının  tətbiq  edilməsi  sahənin 

inkişafında iri həcmdə əlavə dəyər yaradır və filmlərin istehsalı prosesinə yerli kapitalı 

cəlb edir.  

İlk addımlar:  



Digər 



ölkələrdən 

gəlmiş 

ekspertlərin 

köməyilə 

audio-vizual 

sahə 

(maliyyələşdirmənin bir neçə modeli mövcuddur) üçün büdcə vəsaitləri ayıracaq 

Azərbaycan Film Fondunun yaradılması məqsədilə planın işlənib hazırlanması. 



Sözügedən  sektora  dövlət  vəsaitlərinin  cəlb  edilməsi  məqsədi  daşıyan  cari 



təşəbbüslərin genişləndirilməsi – investorları sərmayə yatırmağa  (məsələn, gəlir 

vergisinin azaldılması, ƏDV-nin azaldılması, güzəşt layihəsi) təşviq edən mümkün 

vergi güzəştlərinin siyahısını hazırlamaq, məlumatları toplamaq və sahə üzrə bu 

tipli tədbirlərə dair proqnozlar hazırlamaq. 

 

4.1.4. İnfrastruktur  

Sürətli  rəqəmsal  və  texnoloji  dəyişikliklər  səbəbindən  hal-hazırda  kinematoqrafiya 

sahəsində  mövcud  olan  texnoloji  və  fiziki  infrastruktur  müasir  standartlara  cavab 

vermək üçün fasiləsiz investisiyalara ehtiyac duyur. Yerli sahədə bacarıq və imkanların 

sonrakı  inkişafı  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  xarici  istehsalları  və  birgə 

istehsalları  cəlb  etmək  üçün  lazımi  texnologiyaların  tətbiqinə  ehtiyac  var.  Texnoloji 

infrastrukturun yeniləşdirilməsi üçün dövlət tərəfindən istifadə olunacaq əsas vasitələr 

sırasına kiçik miqyaslı dövlət subsidiyaları, əlçatan bank kreditləri və sözügedən sektor 

üçün  təklif  olunan,  infrastrukturun  yenilənməsini  təmin  edəcək  dövlət  zəmanətləri 

daxildir.  Bu maliyyə alətləri bütün sahə üçün əlçatan olmalı və keyfiyyətli və ictimai 

əlavə dəyər meyarlarına əsaslanmalıdır. 

Eynisi  film  infrastrukturunun  ayrılmaz  tərkib  hissəsi  hesab  olunan  kino 

infrastrukturuna  şamil  edilir.  Kinoteatrların  cari  şəbəkəsi  ciddi  yenilənməyə  və 

investisiyaya  ehtiyac  duyur.  Hal-hazırda  Azərbaycanda  istehsal  olunan  filmlərin  bir 

çoxu  böyük  ekrana  çıxmaqda  bir  sıra  çətinliklərlə  üzləşir.  Buna  səbəb  isə  burada 

arthaus və ya niş auditoriya kinematoqrafiyasının tələblərinə cavab verə bilən müvafiq 

infrastruktura,  habelə,  paytaxt  şəhərin  hüdudlarından  kənarda  kino  infrastrukturuna 



22 


 

ciddi şəkildə ehtiyacın olmasıdır. Bütün ölkə ərazisində məşhur kinoteatrların bərpası 

prosesi uzunmüddətli olsa da, mühüm əhəmiyyət kəsb edəcək.   

İlk  addım:  Avadanlıqların  kiçik  miqyasda  satın  alınmasını  və  sahənin 

müasirləşdirilməsini  dəstəkləmək,  bütün  ölkə  ərazisində  kiçik  obyektlərin, 

kinoteatrların,  film  klublarının  və  studiyaların  fəaliyyətini  stimullaşdırmaq  üçün 

proqramın  işlənib  hazırlanması.  Bu,  insanların  audio-vizual  məzmundan  istifadə 

imkanını  artıracaq,  daha  geniş  film  auditoriyası  yaradacaq,  yeni  yayım  modellərini 

işləyib hazırlamaq və sahəni dəstəkləmək imkanı verəcək.  

4.2. Kinematoqrafiya sahəsinin dəstəklənməsi 

4.2.1.  Düzgün  şəkildə  təşkil  olunmuş  güclü  və  müstəqil  kinematoqrafiya  sahəsinin 

yaranması 

Dövlət kinematoqrafiya sahəsində çalışanlar və müstəqil fəaliyyət göstərən prodüserlər, 

kinematoqraflar  və  mütəxəssislər  arasında  tarazlığın  yaradılması  Azərbaycanın 

kinematoqrafiya sənayesinin strateji inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu 

sahədə  baş  verən  dəyişiklik  effektiv,  rəqabətə  davamlı  və  ədalətli  sənaye  mühitinin 

yaradılmasında mühüm rol oynayır. Müstəqil sektorun daha yaxşı tanınması maliyyə 

vəsaitlərindən daha şəffaf şəkildə istifadə edilməsi və mədəniyyət siyasəti çərçivəsində 

onların sahədəki statusunun və yerinin müəyyən edilməsi ilə nəticələnə bilər. Hökumət 

"aşağıdan yuxarıya" təşəbbüslərini dəstəkləməklə bu məqsədə nail ola və onları gələcək 

siyasət ilə bağlı tərəfdaşlıq dialoquna cəlb edə bilər. Hər bir mədəniyyət siyasətində, o 

cümlədən, kinematoqrafiya sahəsi ilə əlaqədar siyasətdə bütün yaradıcı mütəxəssislər 

üçün bədii azadlıqların müdafiəsini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Şəffaf 

və  açıq  maliyyələşdirmə  tədbirlərinin  həyata  keçirilməsi  və  maraqlı,  cəsarətli  və 

innovativ ideyaların hazırlanmasına imkan verən ssenari müsabiqələrinin təşkili yolu 

ilə bu məqsədə nail olmaq mümkündür.  Məhz bu yolla hökumət, müstəqil fəaliyyət 

göstərən  aktyorlar  və  özəl  sektor  arasında  strateji  ittifaqların  və  tərəfdaşlıq 

münasibətlərinin  əsası  qoyula  bilər  ki,  bu  da  öz  növbəsində  müasir  və  effektiv 

siyasətlərin işlənib hazırlanması və rəqabətə davamlı sahənin yaranması ilə nəticələnə 

bilər. 

İlk  addımlar:  Kinematoqrafiya  sahəsində  peşə  assosiasiyalarının,  QHT-lərin  və 

dəstəkləyici  strukturların  yaranmasını,  o  cümlədən,  potensialın  artırılmasını 

dəstəkləmək  məqsədilə  digər  ölkələrdən  olan  tərəfdaşlar  ilə  əməkdaşlıq  şəraitində 

proqramın işlənib hazırlanması. 

 

4.2.2. Təhsil – uzunmüddətli müvəffəqiyyətin açarıdır 

Yaxşı  peşə  təhsili  və  hazırlığı  olmadan  ölkədə  güclü  kinematoqrafiya  sənayesi 

yaratmaq  mümkün  deyil.  Azərbaycanda  hazırkı  avadanlıqların  və  təhsil  planlarının 

yenilənməsinə  ehtiyac  vardır.  Film  təhsili  sisteminin  islahatı  uzunmüddətli 

investisiyadır.  O,  yeni  texnoloji  bazanı,  infrastrukturu  və  təhsil  planlarının  nəzərdən 

keçirilməsi  prosesini  özündə  ehtiva  edə  bilər.  Yaradıcılıq  sahələrinin  yaradıcı  və 

işgüzar bacarıqları özündə ehtiva edən xarakteri təhsil islahatında nəzərə alınmalı və 

kinematoqrafiya  sahəsinin  mütəxəssisləri  üçün  biznes  kurslar  və  təlimlər  təhsil 

planlarına daxil edilməlidir.  




23 


 

Bununla  belə,  qısamüddətli  perspektivdə  bir  çox  işlər  həyata  keçirilə  bilər. 

"Azərbaycanfilm" kinostudiyasının rəhbərliyi altında keçirilən hazırkı təlim kursunun 

əhatə dairəsi genişləndirilməli, bu zaman sektorun tələbatlarına uyğun olaraq diqqətlə 

planlaşdırılmalı və prodüserlərin ssenari yazma bacarıqlarının və səriştəsinin artırılması 

məsələsi  prioritet  təşkil  etməlidir.  Hökumət  tələbələrə  xaricdə  təhsil  almaq  imkanı 

verən təqaüd və təcrübə proqramlarını tətbiq edə bilər, bu zaman onları proqramı başa 

vurduqdan sonra Azərbaycana qayıtmağa və burada işləməyə sövq etmək məsələsinə 

xüsusi  önəm  verilməlidir  (ilkin  qrantlar,  yerli  şirkətlərdə  və  studiyalarda  təcrübə 

keçmələr və s.).  Xarici ekspertlər, müəllimlər, kinematoqrafiya sahəsinin peşəkarları 

və təhsil müəssisələri ilə dəvət olunmuş mütəxəssislərin mühazirələri, seminarlar və 

mübadilə proqramları formasında sistematik əməkdaşlıq əlaqələrinin qurulması daha 

öncə qeyd olunmuş təhsil islahatının əsasını təşkil edə bilər.  

Təhsil  proqramları  mütəxəssislər  üçün  genişləndirilməli  və  auditoriyanın  inkişafı  və 

kino  sənətinin  gənclər  arasında  təbliği  məsələləri  prioritet  təşkil  etməlidir.  Çoxsaylı 

Avropa və dünya kino nümunələrində  alt-yazıların müşayiətinin təmin edilməsinə və 

onların  dublyaj  edilməsinə,  habelə,  ekranlaşdırma  ilə  əlaqədar  maarifləndirici 

tədbirlərin (müzakirələr, mühazirələr, müsahibələr və s.) keçirilməsinə məqsədyönlü 

şəkildə  dəstək  göstərilməsi  əhali  arasında  kinematoqrafiya  sənayesi  baxımından 

savadlılığı artıracaq.  



İlk addımlar: 



Seçilmiş  xarici  tərəfdaşlar,  "Azərbaycanfilm"  kinostudiyası  və  İncəsənət 



Universiteti  ilə  əməkdaşlıq  şəraitində  kinematoqrafiya  sahəsinin  mütəxəssisləri 

üçün səriştənin artırılması proqramının işlənib hazırlanması. 



Kinematoqrafiya  sənayesinin  inkişafı  üçün  pilot  təlim  proqramını  işləyib 



hazırlayacaq və onun həyata keçirilməsini təmin edəcək beynəlxalq mütəxəssislər 

heyətinin seçilməsi.  

4.2.3. Beynəlmiləlləşmə 

Azərbaycanın  kinematoqrafiya  sənayesinin  inkişaf  etdirilməsinin  ən  effektiv 

üsullarından biri beynəlxalq arenaya çıxış imkanından və sərhədlərarası əməkdaşlıqdan 

faydalanmaqdır. Bu addım müxtəlif sahələrdə "nou-hau" tipli çoxsaylı biliklərin tətbiq 

edilməsi ilə nəticələnə və sahənin hazırkı vəziyyətinə təkan verə bilər. Mədəniyyət və 

kinematoqrafiya  sahəsində  sərhədlərarası  əlaqələr  mövcud  olsa  da,  qonşu  ölkələrlə 

qurulan  əməkdaşlıq  əlaqələri  daha  müntəzəm  və  qanuniləşdirilmiş  xarakter  daşıya 

bilər.  Regional  əməkdaşlıq  imkanlarının  araşdırılması  və  regional  birgə  istehsal 

layihələrinin, proqramların və təşəbbüslərin hazırlanması prosesi Azərbaycanda kino 

sənayesinin  və  digər  analoji  regional  təşəbbüslərin  əsasını  təşkil  edə  bilər.  Birgə 

istehsallara  göstərilən  dəstək  regional  miqyasdan  kənara  çıxa  bilər.  "Eurimages" 

fonduna üzv olmaq bu istiqamətdə ilk addım sayıla bilər. 

Ölkənin  xarici  istehsallar  üçün  film  çəkiliş  meydançası  qismində  təbliğ  edilməsi 

məqsədilə effektiv və fəal şəkildə fəaliyyət göstərən Film Komissiyası kinematoqrafiya 

sənayesinin  beynəlmiləlləşməsinə  təkan  verir.  Belə  bir  idarə  yuxarıda  göstərilən 

planlaşdırma  metodlarından  istifadə  etməklə  sahə  və  onun  potensialı  üzrə  aktual 

məlumatlara sahib olmalıdır.  Azərbaycana yeni istehsalların cəlb edilməsi sayəsində 

yerli  sahə  həcm,  bacarıq  və  bədii  keyfiyyət  baxımından  inkişaf  edəcək.  Film 

Komissiyası  və  bütövlükdə  sektor  (xüsusilə,  qeyri-dövlət)  arasında  sıx  əlaqələrin 



24 


 

qurulmasını  təmin  etmək  olduqca  vacibdir.  Film  Komissiyasının  rolu  (ölkəni  film 

çəkiliş  meydançası  qismində  təbliğ  etmək)  və  ölkənin  təklif  etdiyi  vergi  güzəşti 

arasında  sıx  əlaqə  vardır.  Ölkə  daxilində  xərclənmiş  pul  vəsaitlərinin  faizinin 

motivasiya  məqsədilə  xarici  prodüserlərə  geri  qaytarılmasını  nəzərdə  tutan  diqqətlə 

işlənib  hazırlanmış  və  perspektivli  "vergi  güzəştləri"  layihəsi  prosesin  həlledici 

elementi  ola  bilər.  Vergi  güzəşti  yerli  prodüserlərə  yardımçı  ola  və  özəl  sektordan 

sözügedən sahəyə pul vəsaitlərinin və investisiyaların cəlb edilməsini təmin edə bilər. 

Azərbaycan filmlərinin xarici ölkələrə satışını stimullaşdırmaq və dəstəkləmək, habelə, 

inkişaf  etməkdə  olan  sahənin  inkişafına  imkan  yaratmaq  məqsədilə  Kino  haqqında 

Məlumat  Mərkəzi,  Film  Müəssisəsi  və  ya  Film  İxracatı  Bürosu  kimi  bir  müəssisə 

yaradıla  bilər.  Bu  müəssisəni  peşə  assosiasiyaları  və  sahənin  digər  iştirakçıları  ilə 

əməkdaşlıq şəraitində idarə etmək mümkündür. 

Beynəlxalq  film  festivalları  kinematoqrafiya  sənayesinin  beynəlmiləlləşdirilməsinin 

mühüm  hissəsidir.  Festivallar  sözügedən  sahənin  mütəxəssislərini  cəlb  edir  və  ölkə, 

onun kino sənayesi haqqında beynəlxalq məlumatlılığı artırır. Bakı şəhərində ən azı bir 

və bir neçə beynəlxalq film festivalının təşkil edilməsi həm hökumətin, həm də sahənin 

prioritet istiqamətlərindən biri ola bilər. Beynəlxalq komandaya və peşəkar dramatik 

kompozisiyaya yatırılan ilkin investisiyaların əvəzi beynəlxalq ictimaiyyətin tanınması 

və maraqları sayəsində ödəniləcək. 



İlk addımlar: 



Azərbaycan prodüserləri maliyyə resurslarına və beynəlxalq arenaya çıxış imkanı 



ilə təmin edən "Eurimages" fonduna üzv olacaq.  



Regional əməkdaşlığın və ikitərəfli və ya çoxtərəfli maliyyələşdirmə layihələrinin 



potensialının təhlili. 



Film  Komissiyasının  yaradılması,  vergi  güzəştlərinin  tətbiqini  nəzərdə  tutan 



layihənin konsepsiyasının işlənib hazırlanması (beynəlxalq ekspertlərin köməyilə).  



Azərbaycanda  beynəlxalq  film  festivalının  təşkili  üçün  Beynəlxalq  Məsləhət 



Şurasının yaradılması.  

4.2.4. Əsas diqqətin rəqəmsal inkişafa yönəldilməsi 

Rəqəmsal  dəyişiklik  yaradıcılıq  və  yayım  texnologiyalarından,  habelə,  yeni  istehlak 

modellərindən və biznes modellərdən daha asanlıqla istifadə etmək imkanı verməklə 

kinematoqrafiya sənayesinə ciddi şəkildə təsir göstərib.  Bu, sözügedən sahə üçün yeni 

problemlər yaradır, lakin sürətli irəliləyiş hazırda pelotonun ön sıralarında yer almayan 

ölkələr  və  milli  sənaye  sahələri  üçün  xüsusi  imkanlar  açır.  Kino  sənayesi  üçün 

rəqəmsallaşdırma infrastrukturuna və rəqəmsal reklam və paylanma mexanizmlərinə 

(VOD  platformaları,  axın  xidmətləri,  internet-marketinq  və  s.)  sərmayə  yatırılması, 

habelə,  yeni  biznes  modellərin  və  prodüserlərin  səriştəsinin  artırılması  prosesinin 

dəstəklənməsi Azərbaycanda sözügedən sahənin inkişafına əhəmiyyətli dərəcədə töhfə 

verə və onun nailiyyətlərini beynəlxalq miqyasda təbliğ edə bilər. 

Dəstək  dedikdə,  gəncləri  rəqəmsal  film  istehsalı  texnologiyaları  ilə  işləməyə 

həvəsləndirən  və  onlara  film  çəkməyi  öyrədən  proqramların  (bir  dəqiqəlik  video 

müsabiqələr,  onlayn  kurslar  və  s.)  tətbiqi  nəzərdə  tutulur.  Bu  maarifləndirici 

fəaliyyətlər filmsevərlərin sayını artıra, gənc istedadları və kinematoqrafların gələcək 

nəslini tanımaq imkanı verə bilər. 




25 


 

 

 




26 


 

5. XÜLASƏ 

Bu  hesabat  Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi  və  British  Council 

tərəfindən  təqdim  edilmiş  onlayn  məzmun,  yazılı  materiallar  və  Azərbaycanın 

kinematoqrafiya  sənayesinin  çoxsaylı  iştirakçıları  ilə  aparılan  fərdi  görüşlərin  və 

danışıqların bir sıra mərhələləri əsasında tərtib edilmişdir.  

Hesabat Azərbaycanın kino və kinematoqrafiya sənayesinin cari vəziyyətinin icmalını, 

onun güclü tərəflərini, ölkənin sözügedən sahəni müasir və rəqabətə davamlı sektora 

çevirmək cəhdlərində qarşılaşdığı problemləri, tövsiyələrin və mümkün həll yollarının 

kompleks dəstini və yol xəritəsinin ilk addımları ilə əlaqədar təklifləri özündə ehtiva 

edir. 


Azərbaycan  cəmiyyətinin  keçid  vəziyyəti  və  coğrafi-mədəni  mövqeyi  ölkənin 

kinematoqrafiya  sənayesinin  inkişafına  təkan  verən,  onu  vətəndaşların  qürur  və 

mənsubiyyət  mənbəyinə  çevirən  və  beynəlxalq  miqyasda  tanınmasını  təmin  edən 

effektiv  tədbirləri  işləyib  hazırlamaq  üçün  əlverişli  imkan  yaradır.  Yaradıcılıq 

potensialını  üzə  çıxarmaq  üçün  əlverişli  şərait  yaradan  bədii  yaradıcılıq  və 

mükəmməllik,  bədii  azadlıq  və  dövlət  siyasəti  bütün  digər  yaradıcılıq  sahələrində 

olduğu  kimi  burada  da  uğurun  rəhni  sayılır.    Azərbaycan  hökuməti  həll  yollarının 

axtarıb  tapılması  üçün  beynəlxalq  ictimaiyyətin  nümayəndələrinə  müraciət  edə, 

ekspertləri və əməkdaşları dəvət edə, kinoları beynəlxalq miqyasda birgə istehsal edə 

bilər. 


 

 



27 


 

 

 

 

QEYD

 

Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının 

dəstəyi  ilə  tərtib  olunur.    Sözügedən  hesabatın  məzmunu  Avropa  İttifaqının  rəsmi 

nöqteyi-nəzərini əks etdirmir. Hesabatda əksini tapmış məlumatlara və fikirlərə görə 

məsuliyyət tamamilə müəllifin üzərinə düşür.   

 

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının məqsədi 



mədəniyyət  və  yaradıcılıq  sektorlarının  Azərbaycan,  Belarus,  Gürcüstan,  Moldova, 

Ukrayna  və  Ermənistanda  davamlı  humanitar,  sosial  və  iqtisadi  inkişafa  verdiyi 

töhfənin dəstəklənməsidir. 

 

Proqram Avropa İttifaqı 



tərəfindən maliyyələşdirilir 

 

Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə