Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə6/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

14 


 

O cümlədən: 

Dövlət 

20 







Qeyri-dövlət 









Yerlərin ümumi sayı 

11 896 

3 378 

5 312 

3 691 

O cümlədən: 

Dövlət 

11 529 

3 032 

2 928 

1 807 

Qeyri-dövlət 

367 

346 

2 384 

1 884 

Ziyarətçilərin ümumi sayı 

115 400 

83 400 

183 900 

235 800 

O cümlədən: 

Dövlət 

79 00 

20 900 

105 500 

154 700 

Qeyri-dövlət 

36 300 

62 500 

78 400 

81 100 

Hər 1000 nəfər arasında kinoya 

gedənlərin sayı 

14 



20 

25 

 

Mənbə: Mədəniyyət və Turizm Nazirliyi, 2015-ci il; Dövlət Statistika Komitəsi, 2015-ci il. 

Cədvəl: Avropada Mədəni Siyasətlər və Tendensiyalar Toplusunda Azərbaycanın Ölkə Profili, Avropa Şurası



 



Dövlət kinoteatrları 

Film infrastrukturunun bir hissəsi dövlət mülkiyyətidir. Bu cür kinoteatrlar Mədəniyyət 

və  Turizm  Nazirliyinin  nəzarəti  altında  fəaliyyət  göstərən  dövlət  müəssisələridir. 

Standart kommersiya xarakterli kinoteatr fəaliyyəti onların fəaliyyətlərinin sadəcə bir 

hissəsini  təşkil  edir,  onlar  eyni  zamanda  festivallar,  iclaslar,  konfranslar  və  s.  kimi 

başqa  tədbirlər  də  təşkil  edir.  Ən  böyük  dövlət  kinoteatrı  Nizami  kinoteatrıdır.  Bu 

kinoteatr kompleksi 75 il əvvəl yaradılıb və dövlət tərəfindən maliyyələşdirilmiş böyük 

yenidənqurma layihəsindən sonra 2011-ci ildə yenidən açılıb. Kinoteatrda 500 yer və 

dünyanın  ən  böyük  ekranı  var.  Nümayiş  proqramı,  demək  olar  ki,  50  faiz  yerli 

filmlərdən,  Türkiyə  istehsalı  olan  filmlərdən,  eləcə  də  rus  və  ya  türk  dilində 

səsləndirilmiş Hollivud filmlərindən ibarətdir. Bütün xarici dilli filmlər qanunvericiliyə 

uyğun olaraq Azərbaycan dilində alt-yazılarla nümayiş etdirilməlidir. Biletlərin qiyməti 

2.50 dollardan (gündüz) 5.00 dollara (axşam) qədər olur. 

Özəl kinoteatrlar 

Özəl kinoteatrlar yeni yaradılmış obyektlər, adətən ticarət mərkəzlərində və ya ticarət 

zonalarında olan çoxzallı kinoteatrlardır. Sahibi yerli investorlar olan bu kinoteatrlar 

müasir  texnologiyalara  və  film  infrastrukturuna  malik  olan  tam  rəqəmsal 

kinoteatrlardır. Ən böyük film şirkəti ilk çoxzallı kinoteatrını 2009-cu ildə açmış "Park 

Cinema" şirkətidir. Hazırda şirkət biri Bakıdan kənarda yerləşən açıq hava kinoteatrı 

olmaqla beş çoxzallı kinoteatr işlədir. Onların nümayiş proqramlarının əsas hissəsini 

ABŞ-ın  böyük  studiyalarının  istehsal  etdiyi  filmlər  (rus  dilində  səsləndirilmiş  və 

Azərbaycan dilində alt-yazılarla təmin edilmiş) və türk filmləri (əsasən komediyalar) 

təşkil  edir.  Onlar  ildə  üç-dörd  tammetrajlı  və  10  qısametrajlı  yerli  film  təqdim  edir. 

Biletlərin  qiymət  intervalı  2-8  ABŞ  dolları  olduğundan  kinoteatra  getmək 

Azərbaycanda təmin edilə bilən və populyar məşğuliyyət hesab edilə bilər. Kinoteatrın 

mənfəət payı biletin qiymətinin 50 faizinə bərabərdir.  

Filmlərin yayımı 

Azərbaycanda  filmlərin  yayımı  əsasən  Rusiyadan  idarə  edilir.  Yerli  distributorların 

olması  kommersiya  baxımından  faydalı  olmadığından  böyük  Hollivud  şirkətlərinin 

bütün  regionu  əhatə  edən  nümayəndələri  var.  Rus  şirkətləri  Avropa  istehsalı  olan 




15 


 

filmlərin yayımı ilə də məşğul olur. Türk filmləri əsasən regionda fəaliyyət göstərən və 

filmlərlə  əlaqədar  çoxsaylı  hüquqlara  sahib  olan  televiziya  şirkətləri  tərəfindən 

paylanır. Az sayda yerli distributor mövcuddur. Onların əksəriyyəti isə böyük xarici 

distributorların  altdistributorlarıdır.  Yerli  filmlər  ya  birbaşa  istehsalçı  şirkətlər 

tərəfindən paylanır, yaxud da heç bir kinoteatrda yayımlanmır. 

Filmlərin kinoteatrlarda yayımı ilə əlaqədar əsas problem dil məsələsidir. Bir neçə il 

əvvəl Azərbaycan Hökuməti tərəfindən qəbul edilmiş qanunvericiliyə görə bütün xarici 

filmlər  Azərbaycan  dilində  alt-yazılarla  təmin  edilməlidir.  Bu  məcburiyyət  filmlərin 

yayımı ilə əlaqədar vəziyyətə öz təsirini göstərib, belə ki, alt-yazıların təmin edilməsi 

ilə  əlaqədar  xərclər  kommersiya  baxımından  daha  az  effektiv  olan,  arthaus  və  ya 

Avropa istehsalı olan filmlərin yayımına təsir edir.  

Orta  dərəcədə  uğurlu  olan  bir  Hollivud  filmi  təxminən  10000  tamaşaçı  cəlb  edir  və 

indiyə qədərki ən uğurlu ABŞ filmi ("Sürətli və Qəzəbli 7") 50000 tamaşaçı cəlb edib. 

Dram  janrında  olan  türk  filmləri  75000-ə  qədər  tamaşaçı  cəlb  edə  bilir.  Uğurlu 

Azərbaycan filmi istehsal edildiyi halda kinoteatrlara 150000-ə qədər tamaşaçı cəlb edə 

bilir, ancaq bu cür filmlər adətən özəl şirkətlər və investorlar tərəfindən istehsal edilən 

televiziya  seriallarının  populyar  aktyor  heyəti  ilə  çəkilən  kommersiya  xarakterli 

komediya filmləri olur.  

Kinoteatrlara  gələn  orta  tamaşaçı  sayı  stabildir  və  hazırkı  yayım  sxemindən  istifadə 

edildiyi  halda  böyük  artım  müşahidə  edilə  bilər.  Auditoriya  üçün  həlledici  element 

filmin  dilidir.  Odur  ki,  filmin  səsləndirilməsi  və  alt-yazılarla  təmin  olunması  yalnız 

tamaşaçıların  sayının  artırılması  üçün  deyil,  eyni  zamanda  yeni  auditoriyaların 

yaradılması  üçün  effektiv  üsuldur.  Yeni  auditoriyaların  yaradılması  yerli  film 

istehsalına da təkan verə bilər.  

3.5. Festivallar 

Azərbaycanda təşkil edilmiş ilk beynəlxalq film festivalı 1991-ci ildə keçirilmiş Bakı 

Beynəlxalq  "Şərq-Qərb"  Festivalı  olub.  Festivalın  məqsədi  beynəlxalq  festival 

səhnəsinin  tərkib  hissəsinə  çevrilmək  və  Azərbaycanı  dünya  kinematoqrafiyası 

xəritəsinə Avropa və Asiya arasındakı film körpüsü kimi daxil etməkdən ibarət idi. O, 

dövlətin  güclü  dəstəyi  ilə  Kinematoqraflar  İttifaqı  tərəfindən  təşkil  edilib.  Festival 

axırıncısı 2009-cu ildə olmaqla 11 ildir ki, keçirilməkdədir. 

 

Bakı  Beynəlxalq  Audiovizual  Festivalı  Azərbaycan  Kinorejissorlar  Gildiyasının 



təşəbbüsü  ilə  keçirilib  və  təşəbbüsün  məqsədi  mütərəqqi  kinematoqrafiya  üçün  yeni 

beynəlxalq tədbirin təşkil edilməsi idi. Sonuncu festival 2007-ci ildə keçirilib.  

 

Son 20 il ərzində bir neçə başqa festival təşəbbüsü də həyata keçirilib, ancaq onların 



heç  biri  müntəzəm  intervallarla  keçirilməyib.  2009-cu  ildən  Bakıda  hər  il  Avropa 

ölkələrinin  mədəniyyət  institutları  (British  Council)  tərəfindən  təşkil  edilən  Avropa 

Kinosu Festivalı istisna təşkil edir. Filmlər ingilis dilində alt-yazılarla orijinal dilində 

nümayiş  etdirilsə  də,  kifayət  qədər  populyar  olan  bu  festivalda  çox  sayda  tamaşaçı 

iştirak  edir  (nümayişlər  ödənişsiz  olur).  Bu  tədbir  əsasən  mədəniyyət  nöqteyi-

nəzərindən mühüm əhəmiyyət kəsb edir, lakin standart sahəvi tədbirləri özündə ehtiva 

etmir.  

3.6. Beynəlxalq kontekst 



Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə