Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə5/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

12 


 

3.2.4. Televiziya bazarı 

Azərbaycanda  qeydiyyatdan  keçmiş  47  televiziya  kanalı  var

2

.  Onların  dördü 



beynəlxalq səviyyədə yayımlanan dövlət kanalıdır. 43 özəl televiziya kanalı 12 milli və 

31  regional  televiziya  kanalına  ayrılır.  Azərbaycan  Respublikasının  Rabitə  və 

İnformasiya  Texnologiyaları  Nazirliyinin  məlumatına  əsasən  2014-cü  ildə 

televiziyanın  yayılma  dərəcəsi  99%  olub.  Azərbaycan  Respublikasının  Dövlət 

Statistika  Komitəsinin  araşdırmasına  görə  2013-cü  ildə  Azərbaycanda  kabel 

televiziyasının  yayılma  dərəcəsi  ümumilikdə  ev  təsərrüfatının  28.1%-ini  təşkil  edib. 

Kabel televiziyası abonentlərinin, demək olar ki, 39 faizi böyük şəhərlərdə cəmlənib. 

Kabel televiziyasının yayılma dərəcəsi 2013-cü ildə Bakıda 59.1% təşkil edib. 

Televiziya  kanalları  klassik  televiziya  proqramları  (seriallar,  sənədli  filmlər,  xəbər 

proqramları,  əyləncə  proqramları,  reklamlar  və  s.)  istehsal  etməyə  davam  edir  və 

prinsip  etibarı  ilə  film  istehsalı  ilə  məşğul  olmur.  Film  istehsalı  sahəsində  dövlətə 

məxsus studiya sistemi tətbiq edildiyindən, bir çox başqa Avropa ölkələrindən fərqli 

olaraq  dövlət  televiziyası  başqa  prodüserlərlə  film  istehsal  etmir.  Televiziya 

infrastrukturu həmçinin təhsil prosesində də mühüm rol oynayır və film mütəxəssisləri 

üçün əmək bazarı yaradır. 

3.2.5. Sektordakı başqa təşkilatlar 

Kinematoqrafiyanın  müxtəlif  altsektorları  üçün  bir  sıra  nümayəndə  orqanları  var. 

Azərbaycan  Respublikasının  Kinematoqraflar  İttifaqı  ənənəvi  peşəkar  birlik  olaraq 

(bütün keçmiş Sovet ölkələrində olduğu kimi) 1963-cü ildən fəaliyyət göstərməkdədir. 

Təşkilat  müstəqillik  əldə  edildikdən  sonra  da  fəaliyyətini  davam  etdirib.  O,  1996-cı 

ildən Bakı Beynəlxalq "Şərq-Qərb" Film Festivalını və başqa film tədbirlərini təşkil 

etməyə  başlayıb. 

Azərbaycan  Respublikasının  Kinematoqraflar  İttifaqının

  alternativi 

keçmiş  təşkilatın  bir  çox  üzvünün  birləşdirilməsi  ilə  2012-ci  ildə  yaradılıb.  Onun 

məqsədi Azərbaycan filmlərini beynəlxalq arenada təqdim etmək, milli filmlər çəkmək, 

beynəlxalq  simpozium  və  konfranslar  təşkil  etmək  və  kino  infrastrukturu 

formalaşdırmaqdan ibarətdir. Birlik Mədəniyyət və Turizm Nazirliyi ilə güclü əlaqələrə 

malikdir. 

Bundan  əlavə,  1999-cu  ildən  audiovizual  sahədə  müəllif  hüquqları  üçün  kollektiv 

idarəetmə təşkilatı olan Kinorejissorlar Gildiyası da təşkil edilib. 

Mövcud məlumata 

əsasən təxminən 200 nəfərdən çox üzvü olan gildiyada müqavilə əsasında müəlliflər, 

təyinatlar  və  prodüserlər  tərəfindən 

5000-dən  artıq  əsərə

  (film,  sənədli  film  və 

animasiyalar)  nəzarət  edilir.  Gildiya  Audiovizual  Müəlliflərin  Beynəlxalq 

Assosiasiyası (AIDAA) və Avropa Kinorejissorları Federasiyasının (FERA) üzvüdür. 

Bu hesabatın müəllifi sektordakı başqa təşkilatlar haqqında kifayət qədər informasiya 

toplaya  bilməyib.  Azərbaycan  Peşəkar  Kinoaktyorlar  Gildiyası,  Azərbaycan  Gənc 

Kinematoqraflar Assosiasiyası və Prodüserlər Gildiyası (18 şirkəti əhatə edir və 2012-

ci ildə yaradılıb) kimi təşkilatların da adı qeyd edilir. 

 

Azərbaycan  Film  Komissiyası



  "Azərbaycanda  filmlərin  istehsalı  və  marketinqi 

sahəsində  SSRİ  iqtisadiyyatının  dağılması  ilə  yaranmış  boşluqları  doldurmaq"  üçün 

mövcud olduğunu bildirir. O, Azərbaycanda film çəkmək istəyən xarici investorlara, 

rejissorlara və prodüserlərə və ya Azərbaycan filmlərini almaq istəyən distributorlara 

2

 https://en.wikipedia.org/wiki/Television_channel 




13 


 

xidmətlər  təklif  edir..  Komissiyanın  internet  səhifəsində

3

 olan  informasiya 



yenilənməlidir və idarə hazırda bağlıdır. Ancaq yaxın gələcəkdə bu sahədə təmin edilən 

effektiv  xidmətlərin  yenidən  təşkil  edilməsi  istiqamətində  cəhdlər  göstərilməkdədir. 

Aİ-Şərq Tərəfdaşlığının Mədəniyyət və Yaradıcılıq Proqramı Azərbaycanda fəaliyyət 

göstərən  Film  Komissiyasının  yaradılması  ilə  əlaqədar  konseptual  sənədin 

hazırlanmasını dəstəkləyib, araşdırmanın nəticələrinin 2017-ci ilin oktyabr ayında dərc 

edilməsi planlaşdırılır.  



3.3. Kino sahəsində təhsil 

Müstəqilliyin  əldə  edilməsindən  əvvəl  Azərbaycanın  kinematoqrafiya  sahəsində 

fəaliyyət göstərən mütəxəssislərin bir çoxu (əsasən rejissorlar və ssenari müəllifləri) 

dünyanın  ən  məşhur  kino  məktəblərindən  biri  hesab  olunan  Moskva  Dövlət 

Kinematoqrafiya İnstitutunda təhsil alırdı. Bu vəziyyət artıq dəyişib və bu günlərdə çox 

az mütəxəssis xaricdə təhsil alır.  

Kinematoqrafiya  sahəsində  universitet  təhsili  təmin  edən  yeganə  təhsil  müəssisəsi 

Bakıda  yerləşən,  Kino  və  Televiziya  Kafedrası  olan  Azərbaycan  Mədəniyyət  və 

İncəsənət  Universitetidir.  Bu  ali  məktəb  rejissorlar,  operatorlar,  ssenari  müəllifləri, 

redaktorlar və tənqidçilər üçün bakalavr və magistr təhsili təmin edir. Xüsusən, film 

istehsalının  sənaye  sahəsi  üçün  tələbələr  hazırlamaq  məqsədilə  istehsalat  və  biznes 

təlimi sahələri üçün təhsil planı hazırlamağa ehtiyac var və kino sənayesinin beynəlxalq 

aspektini  gücləndirmək  üçün  beynəlxalq  mübadilə  proqramları  dəstəklənə  bilər.  

Məktəbə eyni zamanda köhnəlmiş texniki təchizat və avadanlıqlarını yeniləmək üçün 

iri  məbləğli  və  uzunmüddətli  investisiya  lazımdır.  Hazırda  tələbələr 

"Azərbaycanfilm"in avadanlıqlarından istifadə edir, yaxud da dövlət və özəl televiziya 

studiyalarında istehsalat təcrübəsi keçir.  

Kinematoqrafiya  sənayesi  üzrə  texniki  mütəxəssislər  Bakı  şəhərindəki  peşə 

məktəblərində təhsil alır, sözügedən məktəblər avadanlıqlar və müasir texnologiyalar 

baxımından məhdud texnoloji potensiala malikdir. 



3.4. Film İnfrastrukturu və Yayım 

Son onilliklər ərzində film infrastrukturu fəaliyyət modellərinin əhəmiyyətli dərəcədə 

dəyişməsi ilə nəticələnən rəqəmsal dəyişikliklər səbəbindən sürətli dəyişikliyə məruz 

qalıb.  Postsovet  məkanında  bu  proses  filmlərin  yayımında,  habelə,  mədəniyyət 

infrastrukturunun 

böyüklük, 

əhəmiyyət 

və 


idarəetmə 

baxımından 

qiymətləndirilməsində bazar iqtisadiyyatına keçid dövrü ilə üst-üstə düşüb. 

1990-cı  ildə  Azərbaycanda  2164  peşəkar  film  proyektoru  var  idi  (kinoteatrlarda 

bərkidilmiş  proyektorlar  və  mobil  qurğular).  Hazırda  bütün  ölkə  ərazisində  çoxu 

paytaxt  şəhərdə  olmaqla  10  kinoteatr  mövcuddur.  Kənd  yerində  hələ  də  fəaliyyət 

göstərən bir neçə yerli obyektlər tərəfindən bəzi filmlər çəkilsə də, onların çoxu icma 

tədbirləri formasında olur.  



Kinoteatrların sayı 

(ilin sonunda)

 

2005 

2010 

2013 

2014 

Kinoteatrların ümumi sayı 

21 



10 

3

 



www.afc.az

 



Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə