Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə3/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

 



2007-ci  ildə  Azərbaycanın  audiovizual  sektorunun  siyasətinin  müasirləşdirilməsi  və 

milli prioritetə çevrilməsi üçün Prezident Sərəncamı verildi. Daha sonra növbəti 10 il 

müddətində bu müasirləşdirmə prosesinin prioritetlərini müəyyən edən ümumi hərəkət 

planı  (Prezidentin  4  avqust  2008-ci  il  tarixli  2961  nömrəli  Sərəncamı  ilə  təsdiq 

edilmişdir) qəbul edildi.  

Proqramın əsas vəzifələri aşağıdakılardır: 

müasir maddi-texniki bazanın yaradılması 



yaradıcılıq  və  kinematoqrafiya  baxımından  ciddi  dəyərə  malik  filmlərin 

dəstəklənməsi 

filmlərin yayımı və nümayişi infrastrukturlarının bərpa edilməsi 



dövlət kinoteatr şəbəkəsinin müasirləşdirilməsi və saxlanması, o cümlədən digər 

kinoteatr məkanlarının özəlləşdirilməsi 

film mütəxəssislərinin təhsil və təlim alması 



filmlərin Azərbaycan dilinə dublyaj edilməsi 

milli və digər filmlərin rəqəmsallaşdırılması 



film irsinin bərpa edilməsi, saxlanması, araşdırılması və təbliğ edilməsi  

milli filmlərin beynəlxalq arenada təbliğ edilməsi və xarici yayım şirkətləri ilə 



əlaqələrin yaradılması 

beynəlxalq əməkdaşlıqların qurulması, o cümlədən müştərək istehsal 



Bu proqram çərçivəsində yerli tele-istehsal sahəsini dəstəkləmək məqsədilə televiziya 

sənayesi  üçün  bir  sıra  tədbirlər  həyata  keçirilib,  ən  əsası  da  Azərbaycanın  bütün 

telekanallarında xarici serialların yayımı qadağan edilib.  

Proqramda konkret yol, vaxt planı və ya məsuliyyət bölgüsü göstərilməsə də, o, son 

illərdə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əsasında durur. Kinematoqrafiya 

infrastrukturunun davamlı müasirləşdirilməsi ilə yanaşı, kinematoqrafiya sənayesinin 

beynəlmiləlləşdirilməsinə  də  sərmayə  qoyulub.  Dövlət  studiyaları  beynəlxalq  film 

festivallarında iştirak etməyə başlayıb, Kann Film Festivalında milli pavilyon yaradılıb 

və  Rusiya,  Türkiyə,  Belarus  və  digər  ölkələrlə  bəzi  müştərək  film  layihələri  həyata 

keçirilib. 

Ən böyük sərmayələrdən biri əsasən film irsinin toplanması və saxlanması üçün arxiv 

kimi fəaliyyət göstərən Dövlət Film Fondunun yeni binasının inşa edilməsinə qoyulub. 

O,  arxivləşdirmə  və  rəqəmsallaşdırma üçün  müasir  texniki  avadanlıqların  satın 

alınmasını nəzərdə tutmuşdur. Təşkilat regionun başqa arxivləri (Rusiya, Gürcüstan, 

Belarus, Litva və digər ölkələrdə) ilə də əməkdaşlıq edir. Son illər ərzində Rusiyanın 

Televiziya  və  Radio  Fondu  ilə  birlikdə  çoxsaylı  filmlər  bərpa  edilib  və  rəqəmsal 

formata  çevrilib.  Bütün  yeni  milli  filmlər  rəqəmsal  formata  salınıb  və  Dövlət  Film 

Fonduna göndərilib. 



2.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun (1996-cı il) 

Bu qanun müəlliflik hüquqlarının beynəlxalq standartlara uyğun olaraq qorunmasının 

əsas prinsiplərini müəyyən edir və audiovizual layihələri də əhatə edir. O, müəlliflik 

hüququnun şəxsi hüquq kimi nəzərdən keçirildiyi kontinental konsepsiyasına əsaslanır 

(müəlliflik hüququnun kommersiya tərəfinin vurğulandığı anqlo-sakson yanaşmasına 

yox).  Burada  "müəllif"  sözü  çox  geniş  mənaya  malikdir  və  müəlliflik  hüququnun 

qorunması  üçün  çox  sayda  tədbirlər  sadalanır.  Audiovizual  sahədə  müəlliflik 



 



rejissorlar, ssenaristlər və bəstəkarlarla məhdudlaşmır, operatorlar və dizaynerləri də 

əhatə edir. 

Qanunda  əlaqəli  hüquqlar  (ifaçılar,  fonoqram  istehsalçıları  və  yayım  təşkilatların 

hüquqları) da müəyyən edilir. Hüquqların irsən alınması müəllifin vəfatından sonra 50 

il  müddətində  mümkündür.  Maliyyə  şərtlərinin  əksəriyyəti  hüquq  sahibi  və  əqli 

mülkiyyət hüququnun istifadəçiləri arasında danışıqların aparılmasına əsaslanır.  

Bundan başqa, Azərbaycanın audiovizual sənayesinə Nazirlər Kabinetinin "Filmlərin 

yayımı  və  nümayişi  Qaydaları"  haqqında  qərarı  (06.07.2006  tarixli  165  nömrəli)  və 

"Dövlət  sifarişi  ilə  istehsal  edilən  kinofilmlərin  yaradıcılarına  ödənilən  müəllif 

qonorarlarının  və  sair  ödənilən  haqların  miqdarı  və  verilməsi  Qaydaları"  haqqında 

qərarı  (11.05.2004  tarixli  65  saylı  və  qərar  və  10  saylı  Əlavə)  da  müəyyən  təsirə 

malikdir. 

 

 

 



 



3. FİLM SEKTORUNA QISA NƏZƏR 

3.1. Film istehsalının strukturu 

Azərbaycanda  dövlət  tərəfindən  maliyyələşdirilən  (və  dövlət  mülkiyyətində  olan) 

kinostudiyalar kinematoqrafiya sektorunda aparıcı rol oynayır. Dövlət bir qayda olaraq 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil edilir. Nazirlik filmləri dövlətin altı 

kinostudiyası  vasitəsilə  çəkir  (bədii  filmlər  "Azərbaycanfilm",  sənədli  filmlər 

"Salnamə" və "Yaddaş", animasiya filmləri "Azanfilm", debütlər "Debüt", satirik və 

qısametrajlı filmlər isə "Mozalan" studiyasında). Son bir neçə il ərzində film istehsalı 

üçün illik büdcə təqribən 6 milyon manat (təqribən 3,2 milyon avro) təşkil etmişdir, bu 

məbləğin  yarısından  çoxu  "Azərbaycanfilm"  kinostudiyasına  verilmişdir.  Dövlət 

büdcəsinə  yaxın  keçmişdə  məhdudiyyət  qoyulması  bu  məbləğin  2017-ci  ildə  xeyli 

azaldılmasına səbəb olub (1 milyon manat). 

 

Filmin çəkilişi prosesi Mədəniyyət və Turizm Nazirliyinin hər il təşkil etdiyi ssenari 



müsabiqələrinə əsaslanır. Nazirlik nümayəndəsinin sözlərinə görə, filmin istehsalı üçün 

plan "dövlətin maraqlarına, eləcə də milli mənəvi dəyərlərə uyğun olaraq, sosial, siyasi 

və  mədəni  prioritetlər  əsasında,  o  cümlədən  bədii  keyfiyyətlər,  orijinal  yaradıcı 

konsepsiyalar  və  aktuallığın  nəzərə  alınması  ilə  hazırlanır".    Bu  proses  xüsusilə 

şəffaflıq  və  dəqiq  meyarların  və  şərtlərin  müəyyən  edilməsi  baxımından 

təkmilləşdirilməlidir.  

 

Ssenarilərin  seçilməsi  "Azərbaycanfilm"  kinostudiyası  yanında  Məsləhət  Şurası 



tərəfindən təşkil edilir. Şura seçilmiş müraciətləri Nazirliyə təqdim edir. Bu Şura eyni 

zamanda növbəti il üçün dövlət sifarişi ilə çəkilən filmlər üçün təklifləri və filmlərin 

istehsal  planını  hazırlayır,  eləcə  də  gələcəkdə  istifadə  edilməsi  üçün  ssenarilərin 

saxlanmasını təmin edir. 

 

Ssenarilər  əsasən  "Azərbaycanfilm"  kinostudiyası  tərəfindən  hazırlanır  (rejissor  işçi 



heyətin  seçilməsinə  və  ya  büdcəyə  nəzarət  etmir).  Müstəqil  studiyalar  layihənin 

xərclərinin  minimum  30%-ni  qarşılaya  bilsələr,  qalan  70%-nin  Nazirlik  tərəfindən 

maliyyələşdirilməsi ilə onlarla da müqavilə bağlana bilər. 

 

Hazırda  Azərbaycanın  kinematoqrafiya  sənayesi  ilə  bağlı  hərtərəfli  statistika  bazası 



mövcud deyil (misal üçün, sektorda çalışan adamların sayı, sektordakı şirkətlərin sayı, 

bazarda  pay,  istehsal  edilən  filmlərin  sayı  və  s.).  Əldə  olan  məlumatların  daha 

keyfiyyətli olması sübutlar əsasında siyasətin hazırlanmasına töhfəsini verə bilər.  

 

Sektorun strukturu aşağıdakılardan ibarətdir: 



Altı  dövlət  kinostudiyası  (ən  böyüyü  "Azərbaycanfilm"dir)  –  dövlət  tərəfindən 

birbaşa  maliyyələşdirilir,  dövlətin  kinematoqrafiya  üçün  maliyyələşməsinin  əsas 

hissəsini istifadə edir 

Təqribən  28  özəl  studiya  –  özəl  resurslar,  fondlar,  digər  iqtisadi  tədbirlərlə 



maliyyələşdirilir; onlar bəzən dövlət maliyyələşdirməsindən faydalana bilir 

Müstəqil prodüserlər – frilans fəaliyyət göstərirlər, əsasən özəl maliyyələşdirmədən 



istifadə edirlər 

Əsasən onlayn yayım üçün həvəskar film istehsalı 



 


Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə