Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə2/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

 



Hazırkı  dəyişikliklər  bütün  dünyanın  rəqəmsal  cəmiyyətə  doğru  addımladığı  dövrdə 

baş verir. Bu, cəmiyyətin həyatının bütün aspektlərinə təsir etsə də, kinematoqrafiya 

sənayesinə xüsusilə nüfuz edir. Film istehsalı texnologiyalarının və filmlərin yayımının 

tamamilə  yeni  təkamül  səviyyəsinə  çıxmasına  səbəb  olmuş  vasitələrin  azad  şəkildə 

istifadə  edilməsi  audiovizual  məzmunların  yaradılması  və  istehlakında  böyük 

dəyişikliklərə  aparır.  Bu  o  deməkdir  ki,  Azərbaycanın  kinematoqrafiya  sektorunun 

qarşısında kökündən dəyişmək kimi çox çətin bir vəzifə dayanır, lakin bu eyni zamanda 

bütün sektorun yenilənməsi və müasirləşməsi üçün zəmin yaradır. 

 

2. QANUNVERİCİLİK VƏ STRATEGİYALAR

 

Azərbaycanda  audiovizual  sektora  təsir  edən  əsas  qanun  normaları  Mədəniyyət 

haqqında Qanun, Kinematoqrafiya haqqında Qanun və Azərbaycan kinosunun 2008-

2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramıdır.  



2.1. Mədəniyyət haqqında Qanun (2012-ci il) 

Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət  mədəniyyət  siyasətinin  məqsəd  və 

prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət 

sahəsində  hüquqi,  təşkilati,  iqtisadi  və  sosial  təminatları  müəyyən  edir,  mədəni 

sərvətlərin  yaradılması,  toplanması,  tədqiqi,  təbliği  və  qorunması  sahəsində  yaranan 

münasibətləri tənzimləyir.  Bu qanuna görə, hər kəs yaradıcılıq fəaliyyəti ilə məşğul 

olmaq  hüququna  malikdir  və  hər  kəs  mədəniyyət  və  yaradıcılıq  hüquqlarını  və 

imkanlarını bərabər şərtlər əsasında həyata keçirməlidir. Qanun fərdlərin mədəniyyət 

sahəsində  azadlığının  müxtəlif  məqamlarını  (etnik,  dini,  beynəlxalq  və  s.)  müəyyən 

edir. 


Bu,  mədəniyyət  haqqında  standart  qanundur.  Qanunun  ümumi  müddəaları 

mədəniyyətin  demokratik  cəmiyyətdəki  yeri  haqqındadır.  Qanuna  əsasən,  dövlət 

mədəniyyət sektorunda mərkəzi mövqeyə malikdir, lakin qeyri-hökumət təşkilatları ilə 

əməkdaşlıq edir. Bu qanun bir çox sahələrdə elementar prinsipləri müəyyən edir, lakin 

maliyyə vəsaitlərinin bölgüsü, mədəniyyət infrastrukturunun idarə edilməsi və qüvvədə 

olan qanunvericiliyin əsas xüsusiyyəti hesab olunan digər məsələlər ilə əlaqədar siyasət 

alətlərini  konkretləşdirmir.  O,  mədəniyyət  siyasətlərinin  müvafiq  istiqamətlərini 

konkret  müəssisələr  və  dövlət  orqanları  ilə  əlaqələndirmir,  bu  səbəbdən 

qanunvericiliyin kim tərəfindən hansı qaydada həyata keçiriləcəyi məlum deyil. 

Qanun "Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, 

konstitusiya  quruluşuna,  iqtisadi,  müdafiə,  elmi-texniki  potensialına  və  milli 

maraqlarına zərər vura biləcək təbliğatın aparılmasını" qadağan edir. Lakin bu terminlər 

Azərbaycan  kinematoqraflarının  bədii  azadlığını  qorumaq,  kinematoqrafiya 

sənayesində  müxtəlifliyə  stimul  vermək  və  yüksək  keyfiyyətli  kinematoqrafiyanın 

inkişafını dəstəkləmək üçün daha konkret şəkildə ifadə edilmir. 

2.2. Kinematoqrafiya haqqında Qanun (1998-ci il, yeni versiya hazırlanır) 

Kinematoqrafiya  haqqında  Qanun  Azərbaycan  hökuməti  və  Milli  Məclisi  tərəfindən 

1998-2000-ci  illərdə  mədəniyyət  sahəsində  hüquqi  vəziyyəti  müasirləşdirmək 

məqsədilə qəbul edilib. Bu qanun kinematoqrafiyaya dövlət himayəsinin formalarını, 

kinematoqrafiya  fəaliyyəti  ilə məşğul  olan  fiziki  və hüquqi şəxslərin  hüquq 



 



və vəzifələrini  müəyyənləşdirir,  incəsənətin  spesifik  növü olan  kinematoqrafiyanın 

qorunması və inkişafı sahəsində dövlət  siyasətinin  həyata  keçirilməsinə hüquqi 

təminat yaradır. 

Kinematoqrafiyaya 

dövlət 

himayəsinin əsas 



formaları kinematoqrafiya 

sahəsində qanunvericiliyin  yaradılması,  kinematoqrafiyanın  inkişafı  üçün  mürəkkəb 

bazanın 

təmin 


olunması, 

maliyyələşmə 

və 

 

kinematoqrafiya 



sahəsində beynəlxalq əməkdaşlığa  təminat  verilməsi  kimi  müəyyən  edilir.  Eyni 

zamanda qanunda: 

filmin "milli film" hesab edilməsi üçün hüquqi şərtlər müəyyən edilir



kinematoqrafiya fəaliyyətinin təşkil edilməsi qaydaları (qeydiyyat, əqli mülkiyyət 

hüquqları, kinematoqrafiya fəaliyyətinin formaları) müəyyən edilir

yaradıcılıq azadlığının qorunduğu elan edilir



audiovizual  sektorun  (filmləri  hazırlayan  institutlar  və  dövlət  assosiasiyaları  da 

daxil olmaqla) yaradıcı işçilərinin hüquqları müəyyən edilir; 

audiovizual irsin qorunması üçün təsis edilmiş təşkilatın (aşağıya baxın) – dövlət 



film fondunun səlahiyyəti müəyyən edilir. 

Qanun maliyyələşdirmə mənbələri və maliyyə vəsaitlərinin bölgüsü, habelə, resursların 

idarə  edilməsi  baxımından  lazımi  spesifikaya  malik  deyil.  Burada  dövlət 

kinematoqrafiya  müəssisələrinin  özəlləşdirilməsi  məsələsi  öz  əksini  tapsa  da, 

özəlləşdirmə haqqında başqa bir qanunvericiliyə istinad kimi verilir. Burada sektorun 

təşkil olunma qaydası, yaxud kinematoqrafiya sahəsində siyasətin həyata keçirilməsinə 

görə  məsuliyyət  daşıyan  əsas  müəssisələr  və  orqanlar  haqqında  ətraflı  məlumat 

verilmir. 

Keçən il hökumət bu qanunda düzəliş edilməsi məqsədilə qanunvericilik təşəbbüsü irəli 

sürüb.  Kinematoqrafiya  haqqında  yeni  qanunun  (hazırlıq  mərhələsindədir)  qəbul 

edilməsində  əsas  məqsəd  prodüser  və  kinematoqraflar  üçün  bazar  şərtlərini 

yüngülləşdirmək və film istehsalının ƏDV və gömrük rüsumlarından müvəqqəti olaraq 

azad  edilməsi  ilə  onların  rəqabət  qabiliyyətini  dəstəkləməkdən  ibarətdir.  ƏDV-dən 

azadolmanın  təfərrüatları  hələ  aydın  olmasa  da,  hökumət  sənaye  sahəsində 

maliyyələşdirmənin  həcmini  artırmağa  və  bu  sahədə  çalışan  insanların  iş  şərtlərini 

yaxşılaşdırmağa çalışır.  Sıfır faiz dərəcəli gömrük rüsumu Azərbaycanın audiovizual 

sənayesinin texnoloji bazasının müasir standartlara cavab verməsi üçün yenilənməsi və 

müasir,  xarici  kino  şirkətlərini  Azərbaycanda  çəkiliş  etməyə  cəlb  etmək  məqsədilə 

tətbiq edilir.  

Qanuna  əlavə  ediləcək  yeni  müddəaların  kinematoqrafiya  sənayesinə  daha  çox  özəl 

sərmayələr cəlb edəcəyi gözlənilir. 

Kinematoqrafiya haqqında Qanunun yeni layihəsi Ədliyyə Nazirliyi ilə razılaşdırılıb, 

Nazirlər Kabinetinə təqdim edilib, dövlət orqanlarından rəy alıb, daha sonra 2014-cü 

ilin sentyabrında Milli Məclisin Mədəniyyət komitəsində müzakirə edilib və 2015-ci 

ildə  Milli  Məclisə  təqdim  edilib.  2016-cı  ilin  aprel  və  noyabrında  qanun  layihəsi 

Mədəniyyət  Komitəsində  bir  daha  müzakirə  edilib  və  tezliklə  Milli  Məclisin  plenar 

iclasına təqdim ediləcək. 

 

2.3. Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı 



Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə