Sub-Sector Report on Film Sector in Azerbaijan (eng) final



Yüklə 258,14 Kb.
səhifə4/9
tarix25.06.2018
ölçüsü258,14 Kb.
#51761
1   2   3   4   5   6   7   8   9

10 


 

 

3.2. Sektorun əsas iştirakçıları 

 

3.2.1. Azərbaycanfilm 

"Azərbaycanfilm" kinostudiyası Mədəniyyət və Turizm Nazirliyi ilə birbaşa əlaqədar 

olan maliyyələşdirmə baxımından Azərbaycanın ən böyük dövlət studiyasıdır.  

Studiya  90  ildən  çoxdur  ki,  fəaliyyət  göstərir.  O,  Bakıda  böyük,  qədim  kompleksdə 

yerləşir.  Studiyanın  avadanlığının  yenilənməyə  və  davamlı  sərmayə  qoyuluşuna 

ehtiyacı var. Hökumətin fiziki və texnoloji infrastrukturu fransız investorunun yardımı 

ilə yeniləmək planı var, lakin bu plan başlanğıc mərhələsindədir. Studiyanın təxminən 

70 işçisi var və film istehsalı zamanı əlavə işçilərlə müqavilə bağlanılır. Bəzi vəzifələr 

üçün  peşəkarları  tapmaq  çətin  olduğundan  "Azərbaycanfilm"  bəzən  xaricdən  (misal 

üçün,  İran)  olan  peşəkarları  işə  götürür.  Kinostudiya  texnologiya  və  xidmətləri  özəl 

şirkətlərdən də icarəyə götürür. 

"Azərbaycanfilm"  kinostudiyasının    dövlət  maliyyələşdirilməsi  ilə  çəkilmiş  filmlər 

üçün istehsal krediti var. Çəkilmiş filmlər üzrə bütün hüquqları studiya özü idarə edir. 

Filmlərin  yayımı  "Azərbaycanfilm"in  özü,  ya  da  özəl  şirkətlər  tərəfindən  həyata 

keçirilir. Son zamanlar beynəlxalq əməkdaşlıqlara böyük diqqət göstərilir. Birgə kino 

istehsalı haqqında Avropa Konvensiyasının imzalanmasından sonra bəzi filmlər xarici 

film  şirkətləri  ilə  tərəfdaşlıq  şərtlərində  istehsal  edilib  –  Rusiya  ilə  "Qırmızı  bağ", 

Türkiyə ilə "Mahmud və Məryəm", Belarusla "Yarımçıq xatirələr", Fransa, İspaniya, 

Almaniya və Rusiya ilə bir neçə sənədli film, o cümlədən "Hüseyn Xan Naxçıvanski" 

sənədli filmi, Almaniya ilə "Sarılar – Qarabağ atının izi ilə" filmi, italyan kino şirkəti 

ilə "Torre" animasiya filmi.   

Azərbaycan  kinematoqrafiya  sənayesinin  beynəlmiləlləşdirilməsi  potensialı  hələ  də 

açılmayıb  və  bu  məsələyə  daha  çox  diqqət  yetirilməsi  və  ön  plana  çıxarılması  tələb 

olunur. "Azərbaycanfilm" istehsalı olan filmlərin çoxu yerli bazar üçün nəzərdə tutulub 

(bəziləri  məhdud  teatr  buraxılışıdır).  Bir  neçə  film  xarici  TV  kanallarına  satılıb  və 

xaricdə yaşayan azərbaycanlılar üçün bəzi filmlərin məhdud DVD buraxılışı hazırlanıb. 

"Azərbaycanfilm" yaxın keçmişdə gənc kinematoqraflar üçün təhsil və təlim tədbirləri 

də təşkil edib.  



3.2.2. Özəl kommersiya studiyaları 

Özəl  investorlar  əsasən  kommersiya  filmlərinin  istehsalına  sərmayə  qoyur.  Bunlara 

geniş  kütlələr  üçün  nəzərdə  tutulmuş  komediya  şouları,  kommersiya  və  reklam 

videoları  daxildir.  Bununla  belə,  bir  çox  özəl  film  studiyaları  film  istehsalı  üçün 

"Azərbaycanfilm"lə  əməkdaşlıq  edir.  Bu  şablona  daxil  olmayan  studiyalardan  biri 

"Bakı  Media  Mərkəzi"dir.  Bu,  kommersiya  filmləri,  promo-videolar,  sənədli  və 

qısametrajlı filmlər istehsal edən böyük film studiyasıdır. Studiya özəl fond tərəfindən 

üç  il  bundan  əvvəl  təsis  edilib.  Özəl  investorların  sayəsində  studiyanın  beynəlxalq 

standartlara  cavab  verən  çəkiliş  avadanlıqları  var.  Azərbaycanda  yüksək  səviyyəli 

çəkiliş avadanlıqlarının az olması ilə əlaqədar "Bakı Media Mərkəzi" avadanlıqlarını 

dövlət film studiyalarına (Azərbaycanfilm) icarəyə verir. 

 

Başqa bir nümunə 1994-cü ildə təsis edilmiş və kifayət qədər böyük istehsal şirkətinə 



çevrilmiş  “Nərimanfilm”  kinostudiyasıdır.  Studiya  layihələrini  (bədii,  sənədli  və 


11 


 

kommersiya filmləri) əsasən kommersiya bazarı üçün istehsal edir, lakin xarici istehsal 

şirkətlərinə  də  film  istehsalı  ilə  bağlı  xidmətlər  göstərir  (tam  logistika  və  istehsal 

paketi). Bununla əlaqədar olaraq, onlar çox vaxt gələcəkdə Film Komissiyası (hazırda 

bu komissiyanın yaradılması haqqında müzakirələr aparılır) tərəfindən təmin ediləcək 

xidmətləri  təqdim  edirlər.  Studiya  özünün  "sorğu  əsasında  videoçəkiliş"  (VOD) 

xidmətlərini və onlayn film platformasını (

www.azcinemaonline.com

) təşkil edib.  Bu, 

post-Sovet ölkələri arasında ilk belə təşəbbüsdür. 



3.2.3. Müstəqil film prodüserləri 

Son illərdə Azərbaycanda fəal şəkildə Avropada mövcud olan kinematoqrafiya sahəsi 

ilə ayaqlaşmağa çalışan, Avropa və dünyanın arthaus səhnəsində rəqabətə davam gətirə 

biləcək  filmlər  istehsal  edən  müstəqil  prodüser  və  rejissorların  meydana  gəlməsi 

müşahidə olunur.  Tamaşaçıların arthaus filmlərinə olan tələbatının artması, eləcə də 

Avropaya  və  dünyanın  digər  hissələrinə  qapıların  açılması  onlara  dünya 

kinematoqrafiyasının bir hissəsi olmaq imkanı verir.  

Buna  baxmayaraq,  kinematoqrafiya  sahəsi  üzrə  dövlət  maliyyələşdirməsi  zamanı  bu 

potensialdan hələ də istifadə olunmur, daha mütərəqqi layihələrin həyata keçirilməsinə 

şərait yaradılmır və ya çoxsaylı film layihələrinin reallaşdırılmasına, o cümlədən, daha 

cəsur, qıcıqlandırıcı və universal xarakterli ssenarilərin hazırlanmasına imkan verilmir. 

Azərbaycan  kinematoqrafiya  sektorunda  müxtəlifliyin  dəstəklənməsinə,  yerli  film 

istehsalına  beynəlxalq  miqyasda  marağın  artırılmasına,  eləcə  də  beynəlxalq 

əməkdaşlığın stimullaşdırılmasına nəzərəçarpacaq dərəcədə ehtiyac var.   

Müstəqil  kinematoqraflar  hələ  ssenari  müsabiqələrində  və  onlarla  əlaqədar 

maliyyələşdirmə  proseslərində  müvəffəqiyyət  qazanmalı  olduğu  üçün  onlar  adətən 

başqa  iqtisadi  fəaliyyətlər  nəticəsində  əldə  edilən  maliyyə  vəsaitlərindən  və  öz 

resurslarından  istifadə  edir.  Bu  kinematoqrafların  əsas  məqsədi  işlərinin  beynəlxalq 

səviyyədə  tanınmasıdır  və  onlar  bunu  Azərbaycanda  kinematoqrafiya  sənayesinin 

təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi  üçün  yeganə  yol  hesab  edir.  Buna  görə  də, 

Avropada əlaqələr, beynəlxalq proqramlarda (Eurimages kimi) iştirak etmək, eləcə də 

festivallarda olmaq həyati əhəmiyyət kəsb edir. 

Son  bir  neçə  ildə  istehsal  edilmiş  sadəcə  bir  neçə  film  xaricdə  nümayiş  olunub.  Ən 

böyük beynəlxalq nailiyyət 2014-cü ildə Sergey Pikalovun "Sonuncu" adlı qısa filminin 

(Azərbaycan-Rusiya istehsalı) Kann festivalının qısa film müsabiqəsi üçün seçilməsi 

və  eyni  ildə  “Rejissor  həftəliyi”  bölməsində  Elmar  İmanovun  (Almaniyada  yaşayan 

azərbaycanlı rejissor) “Torn” adlı qısa filminin premyerasının keçirilməsi olub. Bədii 

keyfiyyət  baxımından  ötən  illərin  ən  maraqlı  və  beynəlxalq  səviyyədə  bəyənilən 

filmlərindən biri Elvin Adıgözəl və Rüfət Həsənovun 2013-cü ildə Lokarno Beynəlxalq 

Film Festivalının (IFF) əsas müsabiqəsi üçün seçilmiş "Buqələmun" filmidir. 

 

 

 



Yüklə 258,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə