Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə4/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   2   3   4   5   6   7   8   9   ...   140

"Bir  eşqin  nəticəsi"  komediyasmm  konfliktini  də  yeniliklə  köhnəliyin 

mübarizəsi  təşkil  edir.  Dramaturq,  azyaşlı  qıza  evlənmək  istəyən  qoca  Kərbəlayı 

Nəbi  kimi  tüfeyliləri  gülüş  hədəfi  edir.  Dramaturqun  yeniliyi  ondadır ki,  o,  feodal 

əxlaqmm  gülünclüyünü,  ölümə  məhkumluğunu  komik  vəziyyətlərdə  göstərməklə 

yanaşı, yeni insanm qələbəsini də əks etdirir.

Ailə  və  məişətdə  yeniliklə  köhnəliyin  mübarizəsini  təbii  situasiyalarda,  bitkin 

süjet  xəttində  göstərən  məzhəkələrindən  biri  də  "Yeni  həyat"dır.  Bu  əsərdə 

qaldırılan  məsələlər  də  çox  aktual,  ictimai-siyasi  əhəmiyyətə  malikdir.  Dramaturq 

burada  usta  im anlann  dindarlığmı  tənqidə  tutur,  yeniliyi  qəbul  etməyənləri  acı 

yum orla tənqid edir.

Süleyman  Sani  həm  də  orijinal  nasirdir.  Bizə  məlum  olan  ilk  hekayələri 

bunlardır:  "Qonaqlıq"  (1905),  "Kövkəbı-hümyyət"  (1905),  "Yuxu"  (1905). 

Azərbaycan  ədəbiyyatmda  məzmun,  forma,  üslub  etibarı  ilə  yeni  olan  bu  klassik 

əsərləri  ədib,  1905-ci  il  inqilabmm  təsiri  ilə  yazmışdır.  Professor  M ir  Cəlal 

Paşayevin  dediyi  kimi,  bu  hekayələrdə  inqilabi  nəğmə  ruhu,  tərənnüm  üsulu 

əsasdır.  Bunlarda  qanadlı  bir  qəlb  çırpmır...  Burada  bir  xatirə,  bir  işarə  və  bəzən 

ildırım kimi yanıb-sönən bir işıq verilmişdir.  Lakin yeni işıqda biz bir aləmi, böyük 

gələcəyi  görürük.  Süleyman  Sani  "Lutu  quşu"  (1909)  hekayəsində  də  aktual 

məsələyə  toxunmuşdur.  Ədib  təxminən  bir  səhifə  həcmində  olan  bu  hekayəsində 

təqlidçiləri,  ana dilinə xor baxanları  Lutu quşunun simasmda ifşa etmişdir.

XX əsr Azərbaycan uşaq ədəbiyyatmm formalaşmasmda,  inkişafmda  Süleyman 

Saninin böyük xidməti vardır.  Ədib,  "Qorxulu nağıllar"  (1912-1914) başlığı  altmda 

yazdığı  "Əhməd  və  M əleykə",  "Abbas  və  Zeynəb",  "Nurəddin",  "Qaraca  qız" 

əsərləri  ilə  Azərbaycan  uşaq  ədəbiyyatma  forma,  məzmun,  üslub  yenilikləri 

gətirmişdir.

"Qaraca  qız"  (1913)  ədibin  nəsr  yaradıcılığmm  şah  əsəridir.  Yazıçı  Qaraca 

qızm  simasmda  ədəbiyyatımızda  ilk  dəfə  olaraq zəhm ətkeş  ailəsindən  olan  uşağm 

bitkin,  çox  təsirli,  parlaq,  eyni  zamanda  tragik,  unudulmaz  surətini  yaratmış,  onda 

nəcib  arzular  təcəssüm  etdirmişdir.  Bu  əsərin  m eydana  çıxmasma  qədərki 

Azərbaycan  uşaq  ədəbiyyatmda  belə  bir keyfiyyət müşahidə  etmirik.  "Qaraca  qız" 

klassik  Avropa  və  rus  uşaq  ədəbiyyatı  nümunələri  arasmda  belə  özünəməxsus 

bədii,  ictimai-əxlaqi,  estetik dəyəri ilə  seçilən, fərqlənən sənət əsəridir.

"Qorxulu  nağıllar"  başlığı  altmda  yazdığı  hekayələrindən  biri  də  "Ə şrəf'dir 

(1914).  Bu  hekayəni  ədib,  Əşrəf  adlı  şagirdinə  ithaf  etmişdir.  Hekayənin  süjet 

xəttində balaca Əşrəfin ata-anasmdan didərgin düşdük-



dən  sonra  Nikolay  İvanoviç  adlı  bir  rus  müəlliminin  himayəsinə  almmasmı 

göstərən  canlı,  maraqlı  bədii  lövhələr,  müəllifin,  uşaq  psixologiyasma  dərindən 

vaqif olmasım əks etdirən epizodlar oxucunun yaddaşmda uzun zam an qalır.

Süleyman  Saninin  yazmış  olduğu  "Qan  bulağı"  (1923),  "Ümid  Çirağı"  (1923), 

"Cəhalət qurbanı"  (1923),  "N əüçün?"  (1925),  "Təbrık"  (1925),  "Sonaxala"  (1926), 

"Namus"  (1926),  "M ister  Qreym köpəyi"  (1927),  "Son ümid"  (1927),  "İki  dost,  iki 

düşmən"  (1927),  "Gənc  maşinistka  və  qoca  yazıçı"  (1935)  hekayələri  sovet  dövrü 

Azərbaycan nəsrinin ilk nümunələrindəndir.

Sağlam  qayəli,  eyni  zamanda  aydm,  sadə  üslubda  əlvan  boyalarla  yazılan  bu 

hekayələrdə  ədib,  gənc  sovet  nəsrinin  ideya-estetik tələblərinə  cavab  verən bir  sıra 

aktual  məsələlərə  toxunmuş  və  onlarm  bədii  həllini  verməyə  çalışmışdır.  Zərərli 

adət-ənənələrin  ifşası,  dini  xurafatm  qalıqlanna  qarşı  mübarizə,  azəri  qadmlarmm 

ictimai  həyata  atılması,  yeniliyin  köhnəlik  üzərində  qələbəsi  -  bu  hekayələrdə 

qabanq şəkildə əks etdirilmişdir.

Ədibin  hekayələrini  m övzuca  iki  qismə  ayırmaq  olar:  bunlardan  bir  hissəsi 

keçmiş,  ikinci  qismi isə m üasir həyatdan  alınmış  əsərlərdir.  İstər keçmişdən,  istərsə 

də m üasir həyatdan  aldığı  mövzuları  işlərkən o,  həmişə xəlqiliyə  sadiq idi.  Keçmiş 

dövrdən  yazdığı  hekayələrində  oxucunu  düşündürən,  mühakimə  yürütməyə  sövq 

edən həzin lirika qabarıq şəkildə nəzərə çarpır.

S.S.Axundov  nəsrindəki  lirizm  surətin  hisslərini,  fikirlərini,  vəziyyətini,  təsvir 

etdiyi  həyatm  konkret  nöqtələrini,  çox  yığcamlıqla  əks  etdirməyə  yönəldilmişdir. 

"Cəhalət  qurbanı",  "Ümid  çırağı"  hekayələrində  hadisələr  lirik  tərzdə  hissiyyatla 

əks  etdirilir.  Bu  əsərlərdəki  lirizmdə  ictimai  fikirlə  hissin  ahəngdarlığı  bir 

məziyyətdir.  Lirizm  S.  Sanidə  eyni zamanda  estetik,  tərbiyəvi  qayə  daşıyır.  Yazıçı 

lirikanm  həm  məhəbbət,  həm  də  siyasi  formasma  müraciət  etmişdir.  Qan 

intiqammm,  nəsil  ədavətinin  ifşasma,  saf  m əhəbbətin  tərənnümünə  həsr  edilən 

"Qan  bulağı"nda  məhəbbət,  zəhmetkeşlərin  dözülməz  həyatmı  əks  etdirən  "Nə 

üçün?"  hekayəsində  siyasi  lirizmin  ünsürləri  qabarıq  şəkildə  görünür.  Bu  əsərlərdə 

ədibin təsvir üsulu lirika ilə bağlıdır.

Süleyman  Saninin  keçmiş  həyatdan  aldığı  m övzular  əsasmda  yazdığı 

hekayələrinin  bədii  metodunun  spesifikasmm  mühüm  bir  cəhəti  vardır.  Ədib 

"Qaraca qız",  "Cəhalət qurbanı",  "Ümid çırağı"  hekayələrində  ağıllı,




nəcib,  gözəl  arzularla  yaşayan  Qaraca  qız,  Tamam,  məktəbli  surətlərinin 

faciələrində  belə  bir  fikri  də  açır  ki,  adlarmı  çəkdiyimiz  gözəl  insanlar  ölsələr  də, 

öz  zəngin  mənəviyyatı,  insani  keyfiyyətləri,  xoş  niyyət  və  arzuları  ilə  onları 

müsibətlərə  düçar  edən  ədalətsiz  quruluşdan,  bu  mühitin  çirkin  niyyətli 

adamlarmdan yüksəkdə dururlar.

Obraz və hadisələrin təsvirindəki yığcamlıq,  bitkin xarakterlər, hadisələrin təbii 

inkişafmı  ustalıqla  əks  etdirmək,  oxucunu  düşündürüb  müəyyən  əxlaqi-tərbiyəvi 

nəticəyə  gətirmək,  kompozisiyada  xalq  ədəbiyyatı  nümunələrindən  məharətlə 

istifadə  etmək,  lirik-publisist  ricətlərə  m üəyyən  yer  vermək,  əhvalatçılıqdan 

qaçmaq,  sadə,  aydm,  lakonik dil  -  S.S.Axundov nəsrinin əsas məziyyətlərindəndir.

"İctimai  rəyin  klassik  saydığı"  qüdrətli  sənətkarlardan  olan  Süleyman  Saninin 

ədəbiyyatımızm  inkişafı  tarixində  böyük  xidməti  vardır.  Onun  əsərləri  bütün 

oxucular  kimi,  məktəblilər tərəfindən  də  sevilə-sevilə  mütaliə  edilir.  Ədəbi  irsinin 

təravəti,  ictimai-tərbiyəvi,  bədii,  estetik  məzmunu  solmayan  bu  sevimli  yazıçmm 

parlaq xatirəsi xalqm qəlbində yaşayır.

N adir  Vəlixanov



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə