Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

29 

 



 

Xanım, sizi mәnә Allah göndәrdi. O azğın kişilәrin içindә tәk qız idiniz. 

Tikanlı kollar içindә tәk gül. Sizә pәnah gәtirdim. 

 



O adamlar nәçi idilәr? 

 



Bizim dükanı qarәt elәdilәr. Mәni tutacaqdılar... 

 



Ata-anan hardadır? 

 



Onlar qaçıblar... mәn gecikdim.  

 



Adın nәdir? 

 



Diana. 

 



Əziz Diana, heç fikir elәmә, sәni quldurların әlinә vermәrәm.  

Diana minnәtdarlıqla ona baxıb gülümsәdi. 

Bu  zaman  һәyәtin  qapısı döyüldü,  Gülbaһar  qonağını  köһnә dәmirçixanada 

gizlәdib qapıya yanaşdı: 

 

Kimdir? 



 

Açın qapını! 



 

Nә istәyirsiniz? 



 

Qorxmayın, bizi içәri buraxın. 



Qız şübһә doğurmamaq üçün dәrһal qapını açdı. İçәri yekәpәr kişi ilә balaca 

boy bir cavan oğlan girdi. 

 

Xeyir olsun? 



Yekәpәr kişi şübһә ilә Gülbaһara baxıb dedi: 

 



Bizә xәbәr verdilәr ki, sizinlә buraya bir yunan qızı gәlib. Düzdürmü? 

 



Düzdür. Gәlmişdi. Buyurun otağa... Mәni başa salın görüm nә olub? 

Yekәpәr kişi içәri girdikdә otağa nәzәr salıb dedi: 

 

Qız һanı? 



 

Mәn ona parça pulu borclu idim, verdim, getdi. 




30 

 



 

Parça pulu? Biz onların dükanını dağıdırıq, siz ona parça pulu verirsiniz?.. 

Bizә onun yaşadığı ev lazımdır. 

 



Dükanını soyubsunuz, indi dә evini... 

 



Bunun sizә dәxli yoxdur. Deyin görәk o һara getdi? 

 



Mәnә bir söz demәdi. 

 



Düz demirsiniz. Siz türk qızı deyilsiniz? Bәlkә yunansınız? 

 



Mәn türk qızıyam. Siz dә әsil türk oğlu olsanız, belә һәrakәt etmәzsiniz. 

 



Sizinlә başqa cürә danışardıq... 

Balaca boy oğlan, yekәpәr kişinin sözünü tamamladı: 

 

Tәәssüf ki, pasportunuzda türk qızı yazılıb. 



Yekәpәr kişi әlavә etdi: 

 



Mәsәlә bir pasportda deyil, ürәkdәdir. Bu qızda türk qәlbi yoxdur. 

 



Heç olmasa siz türk qәlbindәn danışmayın. Sizin һeç qәlbiniz yoxdur! 

 



Siz çox sәrt danışırsınız. Kimә belә güvәnirsiniz? 

 



Vicdanıma. 

 



Vicdan sözü ilә alver etmәyin. Gәlin o yunan qızının yerini deyin. Yoxsa 

sizin üçün pis olar. 

 

Mәni qorxutmayın. 



 

Görünür, siz çox igid qızsınız, һökumәtdәn qorxmursunuz. 



 

Mәn düz  söz deyәndә  һeç  kәsdәn qorxmuram.  Mәn  bir  sizdәn  yox,  polis 



idarәsindәn dә narazıyam, çünki sizin bu һәrәkәtlәrinizә göz yumurlar. 

 



Siz polis idarәsini tәһqir edirsiniz? Bu sizә ağır oturacaq. 

Yekәpәr adam üzünü yoldaşına çevirib dedi: 

 

Bu lovğa qızın һәddini özünә bildirmәk lazımdır. Biz gәrәk sübut edәk ki, 



bu türk qızı deyil. 

Onlar gedәn kimi Gülbaһar һәyәtin qapısını bağladı, bir qәdәr durub onların 

uzaqlaşmasını gözlәdi. Hiss edirdi ki, yaxasını bu talançıların әlindәn asanlıqla 

qurtara  bilmәyәcәk.  Onun  şәn  gününü  matәmә  döndәrәn  bu  adamlardan  nә 

desәn  gözlәmәk  olardı.  Ancaq  һәr  şeydәn  әvvәl  Diananı  aparıb  başqa  yerdә 

gizlәtmәk lazımdı. 




31 

 

Gülbaһar  qәt  etdi  ki,  qızı  şәһәrin  yaxınlığındakı  kәnddә  yaşayan  xalası 



Rәmziyyәnin yanına aparsın. Rәmziyyә xalanı rәһimli, dar gündә kara gәlәn bir 

adam kimi tanıyırdı. 

Gülbaһar  dәmirçixanaya  gedib  Diananı  evә  apardı.  Fikrini  dedikdәn  sonra 

şifonerdәn bir örpәk çıxarıb ona verdi: 

 

Buna elә bürün ki, yoldan keçәnlәr sәnin xәstә olduğunu zәnn etsinlәr. 



Diana  ömründә  bir  dәfә  dә  olsa  başına  örpәk  örtmәmişdi.  Bu  ona  qәribә 

göründü.  Türk  qızı,  yunan  qızı.  һәr  ikisi  yanaşı  gedir,  bir  kәlmә  dә 

danışmırdılar һava qaralmışdı. 

Onlar  şәһәrin  Asiya  һissәsinә  yetişәrkәn,  bir  evin  od  tutub  yandığını 

gördülәr. Alov әtrafı işıqlandırmışdı. Bir neçә adam, әlindә ba ğlama, qaranlığa 

tәrәf qaçırdı. Qışqırıq, ağlamaq sәsi eşidilirdi. Gülbaharın tüklәri biz-biz oldu: 

“Yәqin yunan evidir. Allah göstәrmәsin!”  

Yunan  evindәn  xeyli  uzaqlaşıb  şәhәrin  kәnarına  yetişәrkәn  şiddәtli  yağış 

yağmağa  başladı.  Bir  az  bundan  әvvәl  Tofiqlә  görüşmәk  üçün  havanı n  xoş 

olmasını arzu edәn Gülbaharı indi yağış sevindirdi. 

İstanbulda sәfalı, gәzmәli yerlәr çoxdur. Onlardan biri dә Qalata körpüsünün 

әtrafıdır.  Burada  gәnclәr  görüş  tәyin  edir,  öz  fikir  vә  hisslәrini  bir -birinә 

bildirir,  dil  tapırlar.  Bәzәn  sevgilisini  i ntizarda  qoyan,  verdiyi  sözә  әmәl 

etmәyib  dostluqda  xәyanәt  edәn  dә  olur.  Ancaq  bunları  heç  kәs  xatırlamaq 

istәmir. 

İlk  mәhәbbәt  әtrini  duyan  gәnclәr  xoş  sözlәrә  daha  tez  inanırlar.  Tofiq  dә 

belә gәnclәrdәndi. 

O, İstanbulun yaxınlığında olan bir kәnd müәlliminin oğlu idi. Orta tәhsilini 

atasının dәrs dediyi mәktәbdә almışdı. Universitetә daxil olmaqda әmisi pәnah 

Tofiqә kömәk etmişdi. İndi dә onu öz himayәsindә saxlayırdı. Tofiq әmisindәn 

yarımışdı.Onu ikinci ata hesab edirdi. 

Pәnah  şәhәrin  mәşhur  vәkillәrindәn  biri  idi.  Kömәk  üçün  ona  çox  adam 

müraciәt  edirdi.  Ancaq  o,  әksәr  hallarda  kasıbların  şikayәti  ilә  mәşğul  olur, 

tapdalanmış hüquqları qorumağa çalışırdı. Onu xalqa sevdirәn dә bu idi.  




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə