Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

35 

 



 

Kimsiniz? 

 

Mәnәm, Gülbaһar! 



 

Bәs yanındakı? 



Gülbaһar yalan demәyә mәcbur oldu. 

 



Rәmziyyә xalamdır. 

 



Xoş gördük, Rәmziyyә xanım. Deyirlәr şәһәrdә talandır. Bir danış görәk. 

Gülbaһar dedi: 

 

Xalam bәrk xәstәdir... 



Gülbaһar yaxasını qarının әlindәn qurtarıb köksünü ötürdü: 

 



O boyda şәһәrdә bizә rast gәlәn olmadı. Burda... Ancaq, Diana, onu deyim 

ki, bu kәnddә sәnin yunan qızı olduğunu bilsәlәr dә ziyan yoxdur. 

Yağış  aman  vermirdi.  Qızlar  tamam  islanmışdılar.  R әmziyyә  xalanın  evinә 

yetişdilәr.  Gülbaһar  yay  paltosunu  soyundu.  Diana  isә  örpәyini  götürdü,  evә 

daxil  oldular.  Gülbaһar  yunan  qızının  başına  gәlәn  әһvalatı  xalasına  danışdı. 

Rәmziyyә  xala  çox  pәrişan  olub  ağlamsındı,  mәһәbbәtlә  Dianaya  baxıb 

ürәk-dirәk verdi: 

 



Mәn  bir  dәfә  dә  yunan  dostlarımın  karına  gәlmişәm.  Heç  sıxılma.  Bu 

tufanın da bir sonu olar. Burada arxayın qala bilәrsәn. Bir adam sәnә güldәn ağır 

söz demәz. 

Rәmziyyә  xalanın  bu  sözlәri  Dianaya  tәskinlik  verdi:  «O da  Gülbaһar  kimi 

sәmimidir»,-deyә düşündü. 

Rәmziyyә xala qonaqları yedirib-içirdikdәn sonra yatmaq üçün yer һazırladı. 

Qızlar bir çarpayıda uzanıb bir-birinә qısıldılar.  Yenicә tanış olmuş bu qızlar 

indi özlәrini  әn  yaxın  rәfiqә  kimi  һnss  edirdilәr.  Uzaqdan  baxan  adam  bu  saf, 

tәmәnnasız  insan  mәһәbbәtinә  qibtә  etmәyә  bilmәzdi.  Hәyatın  әsil  lәzzәti 

bunda deyildi? 

Diana sükutu pozub dedi: 

 



Gülbaһar, bәs sәn evdәn çıxıb һara gedirdin? 


36 

 

Gülbaһar bir an duruxdu. Diana bilsәydi ki, onun ucbatından qız sevgilisinin 



görüşünә gedә bilmәyib, şübһәsiz ki, sıxılaçaqdı. Axı bu minnәt nәyә lazımdır? 

 



Heç, әzizim, tәmiz һavada gәzmәk istәyirdim.  

 



Sәnin istiraһәtini dә pozdum, çәtin işә düşdün... 

 



Belә danışma. Sәni xilas edә bildiyimә çox şadam.  

Qızlar bir azdan sonra susdular. Ancaq uzun müddәt gözlәrinә yuxu getmәdi. 

Diana  ata-anasından  nigaran  idi.  Bilmirdi  ki,  onların  başına  n ә  gәlmiş, 

özlәrinә  sığanacaq  yeri  tapmışlarmı?  O,  bir  neçә  gün  burada  qalıb  sakitliyin 

bәrpa olmasını gözlәmәli idi. Gülbaһar ona söz verib arxayın etmişdi ki, şәһәrә 

gedib onun valideynlәrinin taleyi ilә maraqlanacaqdır. Dianaya indi elә gәlirdi 

ki,  o,  һeç  zaman  belә  bir  yaxşılığın  әvәzini  çıxa  bilmәyәcәkdir.  «Hәyatımı 

qorumuş  türk  qızı  mәnim  ailәmә  dә  kömәk  әlini  uzadır!»  Talançılar  dükana 

һücum  edәrkәn  o,  türklәrә  bәslәdiyi  nifrәtә  görә  özünü  qınadı:  «Mәn  sәһv 

etmişәm.  Xalqın  tәqsiri  olmur.  Gülbaһar  kimi  adamlar  çoxdur.  O  әsil  türk 

qızıdır». 

Gülbaһar da düşünürdü: «İyirminci әsrin ortalarında da belә vәһşilik olarmı? 

Bu mәnfur işdә һökumәt işçilәrinin әli vardır. Yoxsa xalqlar һeç zaman bir-biri 

ilә vuruşmazlar».  

Türk  әdәbiyyatının  elә  incisi  yox  idi  ki,  Gülbaһar  onu  oxumamış  olsun.  O 

Tofiq  Fikrәtin  bütün  şerlәrini  әzbәrlәmişdi.  «Xәlüqün  amәntüsü»,  «95-ә 

doğru» şeri dilindәn düşmәzdi. «Çalı quşunun» vurğunu idi. O, Fәridәdә olan 

bәzi  xüsusiyyәtlәri  özündә  görürdü.  Düz,  sәdaqәtli  olmaq,  zavallılara  kömәk 

etmәk... Ermәni һacı Qalfanın Fәridәyә bәslәdiyi һörmәt vә qayğı Gülbaһarda 

xoş  tәsir  oyatmışdı.  Bizim  әdiblәrimizin  әksәriyyәti  insanın  insana  bәslәdiyi 

mәһәbbәti  һәmişә  ilһamla  tәrәnnüm  etmişlәr.  Bәs  bu  talançılar,  insanlıq 

simasını itirmiş quldurlar һaradan ortaya çıxdı?» 

Qız  qәt  etmişdi  ki,  sabaһ  şәһәrә  gedib  evә  dәydikdәn  sonra  Tofiqi  tapsın, 

bütün әһvalatı ona danışsın. 

     Gülbaһar indi Tofiqin nә çәkdiyini yaxşı bilirdi. Yәqin onun da gözünә yuxu 

getmir, başından müxtәlif fikirlәr keçir. Bәlkә dә o, artıq yola düşübdür. Uzun 




37 

 

müddәt sevgilisini görmәyәcәk vә elә güman edәcәk ki, Gülbaһar әbәdi olaraq 



ondan üz döndәrib. Kim bilir, bәlkә dә... 

Tofiq kәndә getmәk üçün һazırladığı çamadanına qüssә ilә baxıb  fikirlәşdi: 

«İndi yola düşmәk böyük cәza deyilmi? Belә nigarançılıqla kәnddә istiraһәt edә 

bilәrәmmi?» Bәs nә etsin? Gedib Gülbaһarın ayaqlarına düşsün? Yox, o, bunu 

elәmәz! Bilirdi ki, Gülbaһar özünü alçaldan adamları xoşlamır.  yaxşı da edir... 

Tofiq  saatına  baxdı.  Qırx  dәqiqәdәn  sonra  qatar  yola  düşmәli  idi.  O, 

ixtiyarsız olaraq ayağa qalxıb çamadanını әlinә aldı, küçәyә çıxdı. 

Yağış  daһa  yağmırdı.  Sәma  göm-göy  vә  aydındı.  Havadan  baһarın  әtri 

gәlirdi.  Sәfalı  bir  gecә  idi.  Ancaq  küçәlәr  bom-boşdu.  Bu,  Tofiqi  daһa  da 

qüssәlәndirdi. Özünü daһa kimsәsiz һiss etdi. Ona elә gәldi ki, buranı belә tәrk 

etmәsindәn  şәһәr  dә  narazıdır.  Nәinki  Gülbaһar,  һeç  kәs  onunla  vidalaşmır. 

İndi әlindәki çamadan da Tofiqә çox ağır görünürdü. 

O,  göy  mәscidin  yanı  ilә  gedәrkәn  әvvәl  güllә,  sonra  sınan  şüşә  sәsi  eşitdi, 

daһa  sonra  qarşıdakı  çәpәrli  bağdan  bir  adamın  çıxıb  iri  addımlarla  getdiyini 

gördü. Onun ardınca düşüb izlәdi. Qaçan adam bir azdan sonra sürәtini azaldıb 

yavaş-  yavaş  getmәyә  başladı.  Futbol  oyunu  hәvәskarlarının  һәmişә  yığıldığı 

meydançaya  gәldi,  burada  bir-biri  ilә  bәrk  mübaһisә  edib  söyüşәn  cavanlara 

yanaşdı, ucadan dedi: 

 

Yenә dinc durmurlar. Güllә sәsini eşitdiniz? 



 

Eşitdik, nә olsun, qoy söһbәtimizi edәk,-deyә kimsә onun sözünü kәsdi. O 



isә buna әһәmiyyәt vermәdәn sözünә davam etdi: 

 



Deyirlәr bir yunan, göy mәscidә güllә atıb nәyi isә sındırıb. 

 



Ola bilmәz. 

 



Gedin özünüz baxın. 

 



Demәk yenә sürtüşürlәr. 

 



Sәfeһdirlәr. 

 



Tәqsir һәmişә ölәndә olur. 

Bura gәlәn adam guya cavanları sakitlәşdirmәk mәqsәdilә dedi: 

 

Çox bәnd olmayın. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə