Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

26 

 

     Gecәnin  zil  qaranlığında  limanın  yük  boşaldılan  mәntәqәsindә  böyük 



gurultu  qopdu.  Alov  göyün  üzünü  bürüdü,  şiddәtlәndi,  әtrafı  gündüz  kimi 

«işıqlandırdı.  Aralıq  dәnizi  tәlatümә  gәldi.  Buna  sәbәb  olan  üç  adam,  Əli, 

Əһmәd,  Hüseyn  artıq  limandan  qaçaraq  şәһәri  tәrk  edir,  Əlcәzair  partizan 

dәstәsinә doğru irәlilәyirdi.  Hamıdan daһa çox sevinәn  Hüseyn idi, һәyatında 

ilk  dәfә  cәsarәt  göstәrәn  bu  adam  elә  bil  yenidәn  dünyaya  gәlmişdi.  O  daһa 

özünü  dil  pәһlәvanı  deyil,  әsil  qәһrәman  һiss  edirdi.  Yol  gedә-gedә  oğluna 

baxıb  düşünürdü:  «Ağıl  yaşda  deyil,  başda  imiş.  O  da  mәnә  yol  göstәrdi. 

Dünyada qorxaqlıqdan pis, cәsarәtdәn yaxşı şey yox imiş». 



 

                                                                            T   Ü   R   K   Q I Z I  

                                                                                Nazim Һikmətə 

               POVEST 

Gülbaһar «yoxlama kitabçasına» dönә-dönә baxıb, gülümsәyirdi, әsas dәrslәrdәn 

әla  qiymәt  almışdı.  Universitetdә  oxuduğu  dörd  ildә  o,  çox  mәһrumiyyәtlәr  görmüş, 

bәzәn  zeytun-çörәyә  belә  һәsrәt  qalmışdı.  Bu  gün  kәnddә  yaşayan  valideyinlәrinә 

yazmışdı: «Bir ildәn sonra universiteti bitirәcәyәm, sizi özüm saxlayacağam». 

Gülbaһar  kәnd  evlәrini  xatırladan  kasıblar  mәһәllәsindә  yaşayırdı.  Onun 

kirayә  tutduğu  otaqda  dәmir  çarpa yıdan,  stoldan,  iki  stuldan  vә  a ynalı 

şifonerdәn başqa һeç bir şey yox idi. Bunlar da qoca ev saһibәsinin idi. Bu otaq 

Gülbaһarın xoşuna gәlirdi. Burada dәrslәrini һazırlayıb biliyini artırmış, burada 

şirin yuxular görmüşdü. 

Rәfiqәlәri  Gülbaһarı  tәmizkar  vә  sәliqәli  bir  qız  kimi  tanı yırdılar.  O, 

bәzәk-düzәyi xoşlamazdı. O, tәbiәtәn gözәldi. Rәngi ağ, yanaqları qırmızı idi. 

Şәһәrin һavası ona һәlә tәsir etmәmişdi. Burada bәzәn qızlar başını oğlan kimi 

vurdurduğu һalda, o, uzun saçlarını һәlә dә qoru yurdu. 

Özünә  müasir  qızlar  kimi  qulluq  etmәyi  sevmәyәn  Gülbaһar  indi  bir qәdәr 

dәyişmişdi. Əlvan yapon ipәyindәn tikdirdiyi әn dәyәrli paltarını geyib güzgü 

qarşısında fırlanırdı. Paltar ona çox yaraşırdı. Bunu qız sanki indicә, elә bu an 




27 

 

duydu. Güzgüdә girdә sifәtini, nazik qaşlarını, iri, qonur gözlәrini, yanağındakı 



qara xalı, xoş tәbәssümü görçәk anladı ki, ardınca «gözәl qızdır»-deyәnlәr sәһv 

etmirlәr.  Bu  sözlәr  nә  qәdәr  ürәyәyatan  olsa  da,  bir  o  qәdәr  dә  Gülbaһarı 

usandırırdı.  Mәğrur  qızın  qәlbinә  yalnız  tәlәbә  yoldaşı  Tofiq  һakim  ola 

bilmişdi.  Oğlanın  gözәl  xasiyyәti,  xoş  rәftarı,  sәmimi  baxışları  onun  xoşuna 

gәlirdi. 

Gülbaһar indi bu şәn dәqiqәlәrdә Tofiqi xatırladı, bir qәdәr fikrә getdi, sonra 

ondan  aldığı  mәktubu  götürüb  bir  dә  oxudu:  «Əzizim,  o  gün  görüşә  gәlә 

bilmәdiyimә  görә  mәni  bağışlamağını  xaһiş  edirәm.  Sәnә  һәr  şeyi  danışaram, 

özün  başa  düşәrsәn  ki,  mәndә  günaһ  olmayıb.  Yenә  һәmin  yerә,  Qalata 

körpüsünә  gәl.  Qayıqla  seyrә  çıxaq.  Onu  da  bildirirәm  ki,  sabaһ  axşam 

kәndimizә yola düşürәm. Elә etmә ki, nigaran gedim». 

Gülbahar  tәrәddüd  etmirdi:  «Xırda  inciklik  üçün  kin  saxlamazlar.  Ürәkdәn 

sevәnin buna ixtiyarı yoxdur». 

Tofiq universiteti bitirmişdi. Bir neçә aydan sonar o, başqa rayona gedәcәkdi. 

Bәlkә dә onlar bir neçә müddәt görüşә bilmәyәcәkdilәr. Bu fikir Gülbaharı çox 

narahat etdi. 

O, yay paltosunu geyib otağın qapısını kilidlәdi, hәyәtә çıxdı. 

Mәrhum  ev  yiyәsinin  dәmirçixanası  әtrafına  tökülәn  gәrәksiz  metal 

qırıntıları  hәlә  dә  tәmizlәnmәmişdi,  hәyәt  zibilliyi  xatırladırdı.  Dәmirçinin 

arvadı qoca idi, qıçları iflic olduğundan hәyәti sәliqәyә sala bilmirdi. Hәr şeyi 

başlı-başına buraxmışdı.Ancaq bu quru zibilli hәyәt dә indi Gülbaharın xoşuna 

gәlirdi. 

Axşamçağı idi. Uzun sürәn yağış artıq dayanmışdı. “İş düz gәtirәndә hava da 

xoş olarsa, insane necә fәrәhlәnir! Belә bir vaxtda sevdiyin adamla görüşmәk, 

onunla birlikdә qayığa minib seyrә çıxmaq xoşbәxtlik deyilmi?!”   



28 

 

O,  bu  xoş  fikirlәrlә  küçәyә  çıxdıqda,  yolda  oynayan  qonşu  uşağı  Memedlә 



görüşdü. Bu qarayanız,  üzügülәr  bir  oğlandı.  On  yaşı  yenicә  tamam  olmuşdu. 

İkinci  sinifdә  oxuyurdu.  Ata-anası  çox  kasıb  idi.  Gülbahar  ona  dәftәr-qәlәm 

verir, dәrsini öyrәdirdi. O da Gülbahara bir bacı kimi alışmışdı.  

Gülbahar  addımlarını  yeyinlәtdi.  Enli  bir  küçәyә  yetişdikdә  qeyri-adi  bir 

mәnzәrә gördü. Burada böyük qaynaşma vardı. Kimi әlinә böyük çamadan vә ya 

bağlama  alıb  hara  isә  qaçır,  kimi  dә  bu  addımların  ardınca  düşüb  onları  tәqib 

edirdi.Hay-küydәn heçnә eşitmәk olmurdu. 

Yaxınlıqda bir it hürürdü. Sonra güllә sәsi eşidildi. İt bәrkdәn zingildәmәyә 

başladı. Sәs-küy daha da artdı. 

Gülbahar  bir  yunanlı  dükanına  yaxınlaşdıqda,  qabağındna  bir  top  parça 

aparan adam qaçdı. Parçanın bir ucu yerlә sürünürdü. Yolla gedәn bir amerikan 

zabiti ayağını parçanın ucuna basıb bәrkdәn güldü.  

Dükandan  hәyәcan  içәrisindә  çıxıb  qaçan,  saçları  pırtlaşmış  bir  qız  düz 

Gülbaharın üstünә cumdu. Vәhşi heyvan әlindәn qurtarıb anasını görәn ceyran 

kimi ona sığındı.  

 



Bacım, amandır, mәni tez bir yana apar! 

Gülbahar  onu  qucaqladıqda  qızın  ürәk  çırpıntısını  belә  eşitdi.  Sanki  bu  an 

ürәklәr dilә gәlib danışdı. Qızlar hiss etdilәr ki, hәr ikisi insan evladıdır, bu 

yerlәrdә boy atıb böyümüş, bir günәşin şüası ilә qızınmışdır. Gül bahar onun 

әlindәn tutub dedi: 

 



Ardımca gәl! 

Qızı dolama-dolaşıq yollarla evinә apardı. Qapını içәridәn kilidlәdi. 

 

Bura kasıb otağı olsa da etibarlı yerdir. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə