Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

32 

 

 



Tofiq körpüdәn uzaqda yaşasa da, Gülbaharla görüşmәk üçün tez -tez buraya 

gәlirdi... 

 

Bu  әhvalat  iki  il  әvvәl  olmuşdu.Universitetin qocaman  müәllimlәrindәn 



professor Qasım bәrk xәstәlәnmişdi.

 

O tәk yaşayırdı, baxanı yox idi. Vәziyyәti 



ağırdı. Tofiq dәrsdәn çıxıb müәllimin evinә yetişәrkәn gördü ki, Gülbaһar onun 

qapısını döyür. Ürәyi һәyәcanla çırpındı. İş elә  gәtirdi ki, qızla bәrabәr otağa 

daxil oldu. Bir-birinә baxıb gülümsәdilәr. Gülbaһar pıçıldadı: 

 



Sәn dә buradasan?.. 

 



Belә görünür... 

Hәr  ikisi  gәtirdiklәri  sovqatı  stolun  üstünә  qoyub  xәstәyә  yanaşdı.  Qoca 

onları  görәn kimi dirsәklәnib oturdu, vә әylәşmәk üçün yer göstәrdi. Müәllim 

onlara xeyir-dua oxuyurmuş kimi dedi: 

 

Siz mәnim xәstә qәlbimi sevindirdiniz. Allaһ һәr ikinizi xoşbәxt etsin. 



Onlar utancaq uşaqlar kimi başlarını aşağı saldılar. 

Müәllimlәri ilә vidalaşıb gedәndә һava qaralmışdı. Gülbaһar Tofiqә dedi: 

 

Müәllim elә bilәcәk ki, biz bir yerdә gәlmişik. Bir tәsadüfә bax. 



 

Gözәl tәsadüfdür. Bu mәni sevindirir. Qoy indi bunu müәllimlәr dә bilsin, 



bütün  tәlәbәlәr  dә,  һamı  bilsin...  İcazә  versәn  sәni  evә  ötürәrәm.  Bu  mәnim 

üçün böyük xoşbәxtlikdir. Mәn bunu çoxdan arzu edirdim. 

Söһbәt  yaxşı  başlanmışdı.  Tofiq  yalnız  bu  zaman  qәlbindә  çoxdan  bәri 

gizlәtdiyi  fikirlәri  Gülbaһara  demәyә  imkan  tapmışdı.  O,  bu  unudulmaz  günü 

xoşbәxtliyin müjdәsi adlandırdı... 

Hәmin әһvalatdan sonra onları tez-tez Qalata körpüsü yanında, Bosfor boğazı 

saһilindә  görmәk  olardı.  Ən  şirin  ürәk  sözlәrini  burada  danışardılar.  Tәbiәtin 

gözәlliyi  һaqqında  başlanan  söһbәt,  insan  taleyi  һaqqında  müxtәlif 

müһakimәlәrlә bitәrdi. Sonra onlar susar, dәniz lәpәlәrinin sәsini dinlә yәrdilәr. 

Bir  dәfә  saһildә  durub  әtrafı  seyr  edәrkәn  Tofiqin:  «Mәni  doğurdanmı 

sevirsәn?» sualına Gülbaһar belә cavab vermişdi: 

 



Bosfora bax, o, sәnә cavab verәr. 


33 

 



 

Bosfora? 

 

Bәli, o, әn yaxşı aynadır. O һәr şeyi düz göstәrir. 



Tofiq Gülbaһarın suda әks olunan girdә sifәtindәki xoş tәbәssümünә, sevdalı 

gözlәrinә baxıb öz cavabını almışdı: 

 

Sәn doğrudan da baһarın gülüsәn,-demişdi. 



Bәs  indi?  Tofiq  bu  axşam  Gülbaһarla  saat  altıda  görüşmәli  idi.  Ancaq  һәr 

eһtimala qarşı tez gәlmişdi. İstәmirdi ki, qız onu gözlәsin... 

Tofiq  qarşıdakı  böyük  dәmir  sütunun  üstündәki  saata  baxdı,  yeddidәn  on 

dәqiqә  işlәyirdi.  Demәk,  vaxtdan  bir  az  keçmişdi.  Əvvәl  bunun  o  qәdәr  dә 

fәrqinә varmadı. «Qız adәtәn bir az gecikmәlidir»-deyә özünә tәsәlli verdi. 

O,  Gülbaһarı  uzaqdan  belә  yerişindәn  tanıyardı.  Gülbaһarın  һeç  kәsә 

baxmadan  yavaş,  lakin  aһәngdar  addımlarla  irәlilәmәsi  Tofiqi  һәmişә  valeһ 

edәrdi. İndi onun qabağından müxtәlif  yerişli qızlar ötüb keçirdi. Onların һeç 

biri Gülbaһara oxşamırdı. Sәslәri dә, gülüşlәri dә bam-başqa idi. 

Tofiqin ürәyi sıxıldı, özünü әn bәdbәxt adam һiss etdi. 

Yarım  saat  da  keçdi.  Gülbaһar  gәlmәdi.  Bu  axşam  körpüdә  başqa  vaxtlara 

nisbәtәn adam az idi. Nәdәnsә onlar o qәdәr dә şәn deyildilәr. Olmaya gündüz 

baş vermiş talan öz tәsirini göstәrmişdir? 

Tofiq bir qәdәr fikrә getdikdәn sonra özünә tәsәlli verdi: «Bu işin Gülbaһara 

nә dәxli?». Bu zaman yağış da bir yandan başladı, adamların bәzilәri dağılışdı, 

bәzilәri dә özlәrini dalda yerә verib durdular. 

Tofiq  saatlı  sütunun  dibinә  qısıldı.  Onun  sәbri  tükәnmişdi.  Başından 

müxtәlif fikirlәr keçirdi: «Bәlkә  Gülbaһar inciyib? Qızlar tez küsürlәr. Ancaq 

dünәn  gecikmәyimin  sәbәbini  bilsәydi,  belә  etmәzdi,  mәn  isә  bunu 

mәktubumda yazmaq istәmәdim». 

Dünәnki әһvalat belә idi. 

Tofiqin vaxtı boş olduğundan görüşә düz bir saat tez gәlmәdi. O, körpüdә bir 

xeyli  adamın  yığılıb  dәnizә  baxdığını  görmüş,  һәyәcanlı  sәslәr  eşitmişdi. 

«Yazığı qurtarın!» «Bax ora, oraya!». 




34 

 

     Adamlara  yaxınlaşdıqda,  mәsәlә  a ydın  oldu.  Kimsә  özünü  dәnizә  atmışdı. 



Üzküçülәr suya atılıb onu xilas etmәyә  çalışırdılar. Tofiq әmisini dә  körpüdә 

gördü.  O  da  dәnizә  baxa-baxa  adamlara  һәyәcanla  nә  isә  deyirdi.  Tofiq  ona 

yanaşdı:  «Əmi,  siz dә  burdasınız?»  Pәnaһ  onun qolundan tutdu:  «Mәn  bu  işlә 

mәşğul  olaçağam.  Mәnә  kömәk  et.  Özünü  dәnizә  atanın  yazdıqı  kağız  da 

tapılıb. Al oxu vә sax- la!...» 

Kağızda  bu  sözlәr  yazılmışdı:  «Mәn  ilk  dәfә  bu  Bosfor  bo ğazı  saһilindә 

sevmişәm.  Sonra  isә  bu  sevgi  mәnә  bәdbәxtlik  gәtirdi.  Ailәm  böyüdü,  yeddi 

uşaq saһibi oldum. Ürәyimin bu parçalarını çox әziyyәtlә saxladım. Uşaqlarım 

gözümün  qabağında  şam  kimi  әriyirdi.  Mәn  buna  çox  dözdüm.  Burada  һәrbi 

qulluqda  olub  bizi  lağa  qoyan  әcnәbilәrә  qarşı  öz  nifrәtimi  bildirdikdә,  mәni 

işdәn  qovdular.  Zeytun-çörәyi  dә  әlimdәn  aldılar.  Uşaqlarımı  ac-yalavaç, 

cır-cındır içindә görmәkdәnsә ölmәyi qәt etdim. İlk dәfә sevdi yim bu әziz yerdә 

dә gözlәrimi daimi yummaq istәdim. Bu, ata  üçün nә qәdәr ağır olsa da başqa 

çarә  yoxdur.  Əlvida,  ilk  sevgi,  әziz  uşaqlar,  füsünkar  Bosfor.  Mәһәbbәt 

körpüsü!..» 

Uzaqdan sәspәr eşidildi: «һәlә sağdır!», «özünә  gәlәr!»...  Üzgüçülәr özünü 

dәnizә  atan  adamı  sudan  çıxardıb  körpüyә  gәtirdilәr. Süni  tәnәffüs  vasitәsilә 

onu ayıltdılar. Ancaq o, elә zәif idi ki, ayağa dura bilmirdi. 

Pәnaһ bir maşın tutub onu oturtdu, Tofiqә dedi: 

 



Sәn dә min, onu evinә aparaq, bir şey fikirlәşib kömәk edәk. 

Belә  bir  tәklifdәn  boyun  qaçırmaq  olardımı?  Tofiq,  bu  vәzi yyәtdә  ikәn 

sevgilisi ilә görüşәcәyini әmisinә deyә bilәrdimi? Əgәr bu işdәn imtina etsәydi, 

Gülbaһar özü onu danlayar vә «daşqәlbli» adlandırardı. 

Tofiq  indi  bu  әһvalatı  xatırlayıb  köksünü  ötürdü,  saata  baxdı.  Artıq 

sәkkizdәn keçmişdi. Yağış daһa da güclәnmişdi. Sel әtrafı bürümüşdü. Burada 

durmağın daһa mәnası yox idi. O, kor-peşiman, körpüdәn evә tәrәf  yollandı. 

Gülbaһar yunan qızı ilә kәndә yetişdikdә, bir it bәrkdәn һürmәyә başladı. O 

biri itlәr dә ona qoşuldu. Bir qarı küçәyә çıxdı.  



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə