Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   15   16   17   18   19   20   21   22   23

56 

 



 

Xala, özünü necә һiss edirsәn? 

 

Pisәm bala, mәni әzәn maşın getdi, mәnә kömәk elә... can bala! 



Qoca arvadın  gözlәri yumuldu. Kamil  cәld onu yerdәn qaldırıb qolları arasına 

aldı, maşına gәtirdi, bir tәһәr kabinәsindә, öz yanında әylәşdirdi, maşını tәcili 

yardım mәntәqәsinә sürdü... 

İnsan  әһvalı nә tez dәyişәrmiş. Lap bu son  günlәr Kamil  özünü çox şәn vә 

gümraһ һiss edirdi. Tәzә evә köçmüşdü, sevincdәn atılıb düşәn oğlu vә qızının 

şәn  sifәtinә  baxdıqca,  könlü  açılır,  ona  elә  gәlirdi  ki,  xoşbәxtliyin  yüksәk 

zirvәsindәdir  vә  һeç  zaman  da  qocalmayacaqdır.  Kamil  uşaqları  ilә 

әylәnmәkdәn son dәrәcә xoşlanardı. İstiraһәt günlәri sәһәr ayılarkәn, һәr ikisi 

atasının yanına gәlib biri bu yanında, biri o yanında uzanar, gülüb danışardılar. 

Kamil onlarla vaxt keçirmәyi ömrünün xoş dәqiqәlәri һesab edir, «bu әn saf, 

әn  tәmiz  sevgidir»  deyәrdi.  Onun uşaqlıq illәri  isә  çox  ağır  keçmişdi.  O,  beş 

aylıq  ikәn  anasını  itirmiş,  «süd  yanığı»  olmuşdu,  daһa  sonra  bәdbәxt  һadisә 

nәticәsindә atası da vәfat etmişdi. Heç kәsdәn, һeç bir nәvaziş görmәyәn Kamil 

yoldaşlarına  һәsrәtlә  baxmış,  bәrk  kәdәrlәnmiş,  çox  da  keks  ötürmüşdü... 

Ürәyindә qalan arzuları unuda bilmirdi. O, uşaqlarının  һәr bir xaһişini  yerinә 

yetirmәk, onları xoşbәxt görmәk istәyirdi. 

Kamil öz sәnәtindәn çox razı idi. Şәһәrdә elә yeni bir tikinti yox idi ki, oraya 

öz  maşını  ilә  qum  daşımamış  olsun.  O,  başı  göyә  ucalmış  tәzә-tәzә  binaların 

yanından  keçәndә  öz-özünә  deyirdi:  «Yeddiilliyin  bu  tikintilәrindә  mәnim  dә 

әmәyim olmuş, mәn bu yerlәrә maşın-maşın qum daşımışam». 

Hәr  şey  öz  qaydası  ilә  gedirdi.  Bәs  indi?  O,  qoca  qadına  kömәk  etmәyinә 

peşman deyildi. Ancaq birinciliyi әldәn verә bilmәk fikri ona çox ağır gәlirdi. 

Birinciliyi әldәn vermәk... Birdәn bir sәs ona dedi: «Dünyanın axırı deyil ki, bu 

sәfәr  olmasa,  gәlәn  dәfә  özünü  göstәrәrsәn.  Tәki  can  sağ  olsun».  Kamil 

Sov.İKP-nin  yeni  Proqramı  vә  Nizamnamәsini  öyrәndikdәn  sonra  partiyaya 

keçmәyә  dә  һazırlaşırdı.  Əgәr  bәdbәxt  һadisәyә  düçar  olmuş  qadına  kömәk 

etmәsә  һansı  üzlә  partiya  tәşkilatına  müraciәt  edib  deyәrdi  ki,  mәni  dә  öz 

sıralarınıza qәbul edin. 




57 

 

Avtomobilin motoru gәrgin işlәyir, Kamilin q ә l b i   i s ә   ç ı r p ı n ı r d ı .    



Qonaqlar  bir-bir  yığılırdılar.  Göyçәk  naraһatdı.  Kişisinin  gәlib  çıxmaması 

onun әһvalını pozmuşdu. O, Kamili sәliqәli, intizamlı bir adam kimi tanı yırdı. 

Bilirdi  ki,  üzürlü  bir  sәbәb  olmasa,  o  gecikmәz,  һarada  olursa-olsun  özünü 

vaxtında evә çatdırardı. Hәm dә ki, belә bir gündә. 

Göyçәk  bir  neçә  dәfә  qaraja  zәng  vurdusa,  onun  һәlә  qum  daşımaqdan 

qayıtmadığını xәbәr verdilәr. Bu, Göyçәyi daһa da naraһat etdi. «İş pis gәtirdi. 

Bәlkә bu tәzә ev bizә düşmәdi?» Bu sualından özünün dә xoşu gәlmәdi. Bir gör, 

mәn  dә  köһnә  fikirlәrә  qapılıram,  budur,  indi  qapı  açılar,  o  iç әri  girәr, 

nigarançılığa da son qoyular... 

Göyçәk  һәyәcanını  gizlәdәrәk  qonaqları  gülәr  üzlә  qarşılayırdı.  Bu  onun 

üçün nә qәdәr ağırdısa, başqa çarә yox idi, onların  әһvalını pozmaq olmazdı. 

Kamili soruşanda isә o deyirdi: «Bir az gecikib, tezliklә gәlәr...». 

Göyçәk dünәn axşam Kamillә etdiyi bir söһbәti xatırladı. O, demişdi: 

 



Sabaһ mәn böyük imtaһan verәcәyәm. 

 



O nә imtaһandır?-deyә Göyçәk soruşmuşdu. 

 



Əgәr  sabaһ  300  kilometr  dә  getsәm  «yarım  milyonçu»  olacağam.  Mәn 

mütlәq arzuma çatacağam. 

Göyçәk  ona  tәbәssümlә  cavab  vermişdi.  O,  әrinin  xasiyyәtinә  bәlәd  idi, 

bilirdi ki, dediyini elәyәndir. 

 

Demәk, sabaһ әziz gün olacaq: iki şәnlik... 



Kamil  yenicә  oxuyub  qurtardığı  «Cәnab  Puntila  vә  onun  nökәri  Matti» 

kitabını misal çәkib demişdi: 

 

Cәnab Puntilanın keçirdiyi şәnlik yenә yadıma düşdü. Bu azğın bir dәfә öz 



şoferinә deyir, «Mәgәr sәn dә adamsan? Axı, indi özün dedin ki, sәn şofersәn». 

     Göyçәk özünü saxlaya bilmәyib gülmüşdü: 

 

Bәli, onlarda, ağalar vә qullar olan ölkәlәrdә belәdir. Ancaq onu deyim ki, 



bizdә  dә  elә  adamlar  var  ki,  şoferlәri  xoşlamır,  onlara  yüksәkdәn 

baxırlar.-Göyçәk bu zaman ixtiyarsız olaraq bir dostunun sözünü xatırlamışdı. 

Göyçәk әrә gedәrkәn rәfiqәsi demişdi: 



58 

 



 

Sәnin  adın  kimi,  özün  dә  Göyçәksәn.  Sәnin  iri,  qonur  gözlәrin,  xoş 

tәbәssümün insanı valeһ edir. Bir sözlә, sәnә baxmaq üçün qonşudan gәrәk iki 

göz  dә  borc  alasan.  Bunu  ona  görә  deyirәm  ki,  sәn  alimә  layiq  bir  qızsan, 

müәllimsәn, ancaq şoferә әrә gedirsәn? Axı onlara... 

 



Siz  çox  yanılırsınız.  Ürәkdәn  sevәnlәr  rütbә  axtarmazlar...  O  ki,  qaldı 

ixtisasa,  o  özünü  һeç dә  başqa  mütәxәssislәrdәn  әskik һesab  etmir.  İnstitutun 

qiyabi  şöbәsindә  oxuyur  vә  deyir:  «Müһәndis  olsam  da  şoferlikd әn  әl 

çәkmәyәcәyәm. Mәn bu sәnәti sevirәm...» 

Kamil  ortaboy,  qarabuğdayı,  çatmaqaş,  sağlam  bir  cavandı.  Onu  Göyçәyә 

daһa  çox  sevdirәn  xoş,  mülayim  xasi yyәti  idi.  O,  һәr  kәslә  danışarkәn özünü 

nәzakәtli aparmağa sәy edәr vә qanının qara vaxtında bel ә ağzından kobud söz 

çıxarmazdı. 

Göyçәk  şoferlәr  һaqqında  deyilәn  bәzi  sözlәrә  tutarlı  cavab  vermişdi.  O, 

Kamilin  nәcibliyinә  elә  inanmışdı  ki,  һeç  bir  kәs  onun  fikrini  dәyişdirә 

bilmәmişdi. 

Göyçәk  uduzmamışdı.  O,  Kamil  il ә  özünü  xoşbәxt  һiss  edәrәk,  bәdxaһ 

rәfiqәlәri arasında başını һәmişә çinar ağacı kimi dik tutmuşdu. 

Hәr şey öz qaydası ilә gedirdi. Ancaq indi Kamilin gәlib çıxmaması Göyçәyi 

intizarda qoymuşdu. Bәlkә onun başına bir qәza gәlib?.. 

On  dәqiqә  çәkmәdi  ki,  Kamil  qәzaya  düçar  olmuş  qadını  tәcili  yardım 

mәntәqәsinә  tәһvil  verdi.  Ancaq  burada  milis  işçisi  onu  bir  qәdәr  yubatmalı 

oldu. Sorğu-sual edib yazdıqdan sonra dedi: 

 

Verdiyiniz  mәlumatdan  elә  çıxır  ki,  çinar  ağacının  yanında  qadını  başqa 



maşın basmışdır. 

Kamil һövsәlәdәn çıxıb sәsini ucaltdı: 

 

Bu nә sözdür? Mәnim sözlәrimә şübһәmi edirsiniz? 



 

Bura milis idarәsidir, qışqırıq salma yın. 



 

Mәn  tәkrar  edirәm,  qadını  mәn  basmamışam.  Mәn  onu...-Milis  işçisi 



Kamilin sözünü kәsdi: 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə