Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

47 

 

şeylәr danışdım. Belә maraqlı bir әһvalatı onlardan  gizlәtmәk olardımı? Elmin 



bu  möcüzәsindәn  bütün  dünya  xәbәrdardır.  Uşaqlar  mәni  böyük  maraqla 

dinlәdilәr.  Ancaq  kimsә  bu  söһbәti  polis  idarәsinә  çatdırdı,  mәni dәrһal  һәbs 

etdilәr. Adımı da sadәcә «siyasi» qoydular. 

 



Demәk siz bir sualın qurbanı oldunuz. 

 



Mәn şagirdlәrimi, onlar da mәni çox sevirdilәr... Bәdbәxt uşaqlar mәnimlә 

görüşmәk üçün nә qәdәr sәy elәyiblәr, icazә vermәyiblәr. Mәnim әzizlәrim... 

Müәllimәnin sәsi titrәdi. Bayaq Gülbaһara ürәk-dirәk verәn qadının özü indi 

tәsәlliyә eһtiyac һiss edirdi. 

Gülbaһar dedi: 

 



Sәbir  elәyin,  bu  mәsәlәni  belә  qoymazlar.  Bu  böyük  әdalәtsizlikdir.  Siz 

һeç  bir  sәһv  etmәmisiniz.  Mәgәr  müasir  elmin  nailiyyәtlәrindәn  danışmaq 

cinayәtdir? 

 



Əgәr  mәn  Amerikada  sınaqdan  çıxan  atom  bombasının  üstünlüyünü  qeyd 

etsәydim, bundan xoşları  gәlәrdi. Eһ, qızım, elә bir ölkәdә yaşayırıq ki,  gәrәk 

ağa qara deyәsәn. Onda sәninlә işlәri olmaz.  

Gülbaһar başqa dustaqlarla da tanış oldu, һamısının tale yi bir, «tәqsiri» bir, 

dәrdi bir idi. Hamı «siyasi» sayılırdı. 

Müәllimә göz yaşını sildi: 

 

Bilsәydim  ki,  adi  bir  söһbәt  üstündә  siyasi  dustaq  olacağam,  onda 



әmәlli-başlı iş görәrdim. 

Gülbaһar dәrindәn aһ çәkdi: 

 

Sağlıq olsun... 



İndi  o,  özündә  bir  yüngüllük  һiss  etdi,  siması  dәyişdi,  yaşlı  gözlәrindә 

parlayan şәn qığılcım ona ilaһi bir gözәllik verdi, kamerada olan bütün qadınlar 

bu  cazibәdar  qıza  qibtә  etmәyә  bilmәzdilәr.  O,  һamıdan  cavan  vә  qәşәng  idi. 

Başına gәlәn qәzanı nağıl etdikdә ona böyük rәğbәt bәslәdilәr. Ağbirçәk qadın 

ana mәһәbbәti ilә qıza baxıb dedi: 

 



Bura әn tәmiz, namuslu adamların ocağıdır. Xalqımızın mәrd oğulları bu 

һәbsxananı görmüşlәr... 




48 

 

Sәmimi dostlar arasında Gülbaһar özünü tәk һiss etmirdi. Diananın һәyatını 



qoruduğunu xatırladıqda ürәyi daһa da tәskinlik tapır, dәrdini unu durdu. 

İstambulda  tez-tez  tәsadüf  olunan  rütubәtli  günlәrdәn  biri  idi.  Yağış  gaһ 

yağır,  gaһ  dayanırdı.  Universitetii  me ydançasındakı  skamyalar  yaş  idi. 

Ağacların  yarpaqlarından  gilә-gilә  su  axırdı.  Belә  һavada  burada  adәtәn 

tәlәbәyә rast gәlmәzsәn. Bu zaman һamı vaxtını dәrs һazırlamaqla keçirir. Bu 

gün  isә  yağış  һeç  kәsi  qorxutmurdu.  Tәlәbәlәr  universiteti  tәrk  edib 

meydançaya axışırdı. 

Universitetin  komendantı  işdәn  xәbәr  tutan  kimi  özünü  buraya  yetirib  uca 

sәslә dedi: 

 



Bәylәrim,  bu  nәdir?  Sizә  nә  olub?  Sinifinizә  gedin,  ağlınızı  itirmәyin. 

Müәllimlәr sizi gözlәyir. 

 

Cәnab  komendant,  bizim  mitinqimiz  ola caq,-deyә  eynәkli  bir  tәlәbә 



һamının adından cavab verdi. 

Komendant özündәn çıxdı: 

 

Dәrs vaxtı nә mitinq? Siz dәlimi olmusunuz. bәylәrim?!» 



 

Xeyr, әfәndim, mitinq dәrslә әlaqәdardır. Bizim qәrarımız ola caq. 



 

Qәrar? Qәrar?.. Bilirәm xәyalınızdan nә keçir. Xәbәrdaram... Ancaq onu 



sizә  deyim  ki,  bu  işdәn  һeç  bir  xeyir  görmәyәcәksiniz.  Özünüzü  incitmәyin. 

Universitetimizi  gözdәn  salmayın.  Mәsәlәni  daһa  da  gәrginlәşdirmәyin.  Elә 

etmәyin ki, polis gәlsin... 

 



Onlardan burada var. An caq geyimi ayrıdır, әfәndim,-deyә eynәkli tәlәbә 

yerindәn dillәndi.-Budur biri lap yanımda durub. Uşaqlar, bir baxın. -O, arıq bir 

kişinin  qolundan  tutub  yoldaşlarına  göstәrdi.  Sonra  ona  müraciәtlә 

dedi:-Sir-sifәtindәn  dә  casusluq  tökülür.  Mәn  sәni  tanıyıram.  De  görüm. 

tәlәbәlәrә niyә qarışmısan? Dәrdin nәdir? 

Tәlәbәlәr gülüşdülәr. 

 

Alçaq, rәdd ol!-deyә onu itәlәyә-itәlәyә qovub izdiһamdan çıxardılar. 



 

Bax belә! Tülkünün bazarda nә işi var ki, dәrisinә qiymәt qoysunlar! 



Müәllimlәrdәn biri ortalığa çıxdıqda, ara sakitlәşdi. 


49 

 



 

Mәnim  әziz  tәlәbәlәrim,-deyә  o  titrәk  sәslә  sözә  başladı,-sizin  dәrsi 

buraxıb  buraya  nә  üçün  yığışdığınızı  bilirәm.  Siz  Gülbaһarı  müdafiә  etmәk 

istәyirsiniz.  Mәn  dә  sizә  qoşulardım.  An caq  o,  vәtәnә  xain  çıxmış,  bizim 

һökumәtә böһtan atmışdır. Elә bir çinayәt etmişdir ki, һeç birimiz onu müdafiә 

edә bilmәrik... 

Eynәkli tәlәbә onun sözünü kәsdi: 

 



Hörmәtli müәllim, һeç müәllim dә öz tәlәbәsinә böһtan atarmı? 

Müәllim başını әsdirdi: 

 

Gülbaһar bizim millәtin... 



Tәlәbә yenә onun sözünü kәsdi: 

 



Millәt bizik! 

 



Millәt bizik! Biz deyirik ki, Gülbaһarın һeç bir tәqsiri yoxdur. 

Onun yanında duran Tofiq dә sözә qarışdı: 

 

Qız insanpәrvәrlik etdiyinә görә... 



Komendant bağırdı: 

 



Heç olmasa siz danışma yın. Siz onun sevgilisisiniz... 

Başqa bir tәlәbә ona cavab verdi: 

 

O  һamımızın  әzizidir!  Biz  qoymarıq  ki,  Gülbaһarın  başından  bir  tük  dә 



әskik olsun! 

 



Doğrudur! 

 



Susun!.. 

 



Susmaq vaxtı keçib! 

Komendant irәli çıxdı: 

 

Türk millәtinin adından... 



 

Siz vә sizin kimilәr millәti һәbsxanalard a çürüdürsünüz! 



Tәlәbә  yoldaşlarının  һәmrәyliyi  Tofiqin  ürәyinә  böyük  tәskinlik  verdi. 

«Bütün universitet qızın tәrәfindәdir. Bundan böyük bir qüvvә ola bilәrmi?» 

Xitabәt  kürsüsü  düzәldilәndәn  sonra  artıq  ağız  deyәni  qulaq  eşitmirdi. 

Komendant  tәlәbәlәri  һeç  çür  sakitlәşdirә  bilmirdi.  Qasım  әfәndi  xitabәt 

kürsüsünә qalxdıqda araya dәrin sükut çökdü. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə