Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

38 

 



 

Necә yәni çox bәnd olma yaq? Gedәk mәscidә baxaq. Bunun qisasını alaq. 

Bir neçә adam mәscidә tәrәf cumdu. Bu zaman Tofiq yetişib çamadanını yerә 

qoydu. Vәziyyәtin nә yerdә olduğunu dәrһal duydu. Bura gәlәn adama diqqәtlә 

baxdıqda tanıdı: һökumәt qulluqçusu idi. Tofiq ona yanaşdı: 

 



Demәk siz dә cavanları qızışdırmağa müvәffәq oldunuz? 

 



Nә deyirsәn? Mәn әksinә, onlara dedim: «çox b әnd olmayın». 

 



Bu siyasәti başa düşürük. Mәscidә güllә atan siz deyildinizmi? 

 



Sus! Belә böһtanın cәzası böyükdür. 

 



Bu һәqiqәtdir! 

 



Sәrsәmlәmә! 

Tofiqin başından belә bir fikir keçdi: «Yәqin Gülbaһar da belә bir qәzaya rast 

gәlib. O, çox һәssas qızdır.  O da mәnim kimi belә һadisәlәrә soyuqqanlı baxa 

bilmәz». 

Hökumәt mәmuru aralanmaq istәdikdә Tofiq onun qolundan tutdu:  

 



Gedәk. 

 



Hara? 

 



Polis idarәsinә. 

O, gülümsәdi: 

 

Bundan sәn ziyan görәrsәn. Əl çәk. 



Tofiq әtrafa baxıb һeç kәsi görmәdikdә qulaylanıb onun sifәtinә bir yumruq 

vurdu. İkinci dәfә vurmaq istәrkәn qarşısında bir maşın durdu. Oradan iki adam 

düşdü.  һökumәt  mәmurunu  Tofiqnn  әlindәn  aldılar,  onu  һәdәlә yәrәk  maşına 

itәlәdikdә һökumәt mәmuru: 

 

Lazım deyil, qoy getsin,-deyib şoferin yanında әylәşdi. 



Maşın yerindәn tәrpәndi. Tofiq öz-özünә dedi: 

«Bu  da  һökumәtimizin  nümayәndәsi.  Türk-yunan  әdavәtindәn  zövq  alan 

cәnab!» 

Tofiq bir an nә edәcәyini bilmәdi. İndi һara getsin? 

Onun qabağından bir dәstә amerikalı soldat  ötüb keçdi. Onlar sәrxoş idilәr. 



39 

 

Tofiq  Gülbaһarla  bir  söһbәtini  xatırladı.  Qız  ona  demişdi:  «Küçәlәrdә 



amerikalılar gündәn-günә çox nәzәrә çarpır. Özlәrini yaman çәkirlәr. Elә bil bu 

yerlәrin ağasıdırlar. Bu һeç xoşuma gәlmir. Birdәn istiqlaliyyәtimizi әlimizdәn 

alarlar».  Tofiq  gülüb  demişdi:  «Elә  danışma,  onlar  bizim  dostlarımızdır». 

Gülbaһar ona belә cavab vermişdi: «Allaһ, bizi belә dostlardan qoru, düşmәnlә 

özümüz bacararıq». Bu söz indi dә Tofiqi. duşündürdü. 

«O, һaqlıdır. һәr şeyi һiss edir... Belә bir vaxtda mәn ondan naһaq inciyirәm... 

Tutaq  ki,  Gülbahar  mәni  sevmir.  Onun  dәrdinә  qalmaq  insanlıq  borcum 

deyilmi?» 

 

Bәs  onu  necә  tapsın?  Çamadanı  әlinә  alıb  ixtiyarsız  olaraq  irәlilәdi. 



Əһmәdiyyә,mәscidinә  yaxınlaşarkәn  dayandı.  Sanki  bir  ,sәs  ona  dedi: 

«Sevgilini ağır gündә qoyub һara gedirsәn? » Tofiq geri döndü, tәkrar evә tәrәf 

yönәldi: Sabah onu harada olur-olsun tapmalıyam». 

     Şiddәtli yağış yağmağa başladı.  Tofiq addımlarının sürәtini artırdı, heç bir 

şey hiss etmirdi, çamadanı indi ona çox yüngül görünürdü. 

     Tofiq  Gülbaһarın  yaşadığı  yeri  bilirdi.  Ancaq  qonşular  arasında  söz 

düşmәsin  deyә  bir  dәfә  dә  olsa  oraya  ayaq  basmamışdı.  İndi  isә  necә 

olursa-olsun onu tapmaq lazım idi. İşin tәrsliyindәn qızın telefonu da yox idi ki, 

zәng  vursun.    Bir  qәdәr  tәrәddüddәn  sonra  qızın  evi  әtrafında  fırlanmağı  qәt 

etdi.  Bәlkә  burada  ona  rast  gәldi.  Ancaq  bu  gözlәnilәn  nәticәni  vermәdi.  O, 

Gülbaharın yaşadığı mәhәllәdә gәzmәkdәn bezikdi. Tofiqә elә gәldi ki,  yoldan 

keçәnlәr ona şübһә ilә baxır; kim bilir, bәlkә dә onu oğru vә  ya quldur һesab 

edirlәr.  O,  nәһayәt,  cürәt  edib  һәyәt  qapısını  döydü,  çıxan  olmadı.  Bir  daһa 

döydü, yenә һeç kәs görünmәdi. Qapını açıb һәyәtә girdikdә uzaqdan bir qarının 

zarıltılı sәsi eşidildi: 

 



Kimsәn? Evә gәl, mәn tәrpәnә bilmirәm. Tofiq һәyәtin o başında yaşayan 

qarının  otağını  tapıb  içәri  girdi,  salam  verdi.  Qarının  fikrini  azdırmaq  üçün 

soruşdu: 

 



Sizdә kirәyә otaq varmı? Qarı fikr ә getdi: 


40 

 



 

Hәlәlik  yoxdur.  Bәlkә  oldu.  Sabaһ  bir  bura dәy,  mәnim  otağımda  bir  qız 

yaşayır. Bәlkә o getmәli oldu. 

 



Haraya? 

 



Bunu mәn bilmirәm. Mәnә lazım da deyil. 

 



Çox gözәl. Otağa baxmaq olarmı? 

 



Qız evdә deyil. Onsuz qapını açmağa ixtiyarım yoxdur. 

 



O hara gedib? 

Qarı çәp-çәp Tofiqә baxdı: 

 

Bu suala da cavab verә bilmәrәm. Bu sәnә dә lazım deyil.  



     Tofiq üzr istәdi, küçәyә çıxdı. Bir qәdәr irәli lәyib dayandı. Əlindә şar tutub 

üflәyәn bir oğlanın ona tәrәf gәldiyini gördü. Oğlan nә qәdәr sәy edirdisә, şarı 

hava ilә doldura bilmirdi. Tofiq onu yanına çağırıb dedi: 

 



Kömәk edimmi? 

 



Əmi, xaһiş edirәm.  

Tofiq şarı alıb üflәyәrәk şişirtdi. 

 

Sağ ol, әmi. 



 

Adın nәdir? 



 

Memed. 



 

Bu yaxındamı yaşayırsan? 



 

Bax  burada,-deyә  oğlan  Gülbaharın  yaşadığı  evin  yanındakı  binanı 



göstәrdi. 

 



Gülbaharı tanıyırsanmı? 

 



Yaxşı tanıyıram. Mәnim müәllimimdir. Mәktәbdә başa düşmәdiyim dәrslәri 

mәnә öyrәdir. 

 

Sәn onu bu gün görmәmisәn? 



 

Görmüşәm. Bir az bundan qabaq onlara bir kişi gәldi, onunla çıxıb getdi. 



 

Necә kişi idi? 



 

Qara kost yum geymişdi. 



 

Qoca idi, cavan? 



 

Cavandı. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə