62
Bir dәfә Sürmә evdә olmadıqda, Züleyxa kişisi Murada dedi:
—
Qız bu һәrflәri düz demәmәkdә eynәn sәnә oxşayır.
—
Bәs sәn?
'
—
Mәnә nә olub?
—
Öz gözündә tiri görmürsәn, başqa gözdә qıl axtarırsan. Sәn mәndәn
beşbәtәr «b» ilә «p»ı da qarışdırırsan.
Züleyxa bәrkdәn güldü.
—
Düz deyiblәrmiş, su axar, çuxuru tapar. Yazıq qız, nә elәsin? Bizdәn nә
öyrәnsin?
Arvadının bu etirafı kişisinin xoşuna gәldi. Bir söz demәyib susdu. Hәr
ikisinin dili bir-birinin yanında qısa idi. Vaxtında valide ynlәri onlarla mәşğul
olmamış, ibtidai mәktәbdә oxuyarkәn özlәri dә bunu kiçik mәsәlә һesab edib
öyrәtmәyә cәһd etmәmişdilәr.
Murad şoferdi, Züleyxa da fabrikdә dәrzilik edirdi, pis dolanmırdılar. Hәr
ikisi һәlә cavan idi, ancaq öz üzәrlәrindә çalışmırdılar: «Daһa gecdir, bundan
sonra nә öyrәnә bilәrik»-deyә düşünürdülәr.
Bәs indi bu kiçik qız? O da bu sәһvi davam etdirmәlidirmi?
Sinif rәһbәri, valideynlәrinә demişdi ki, Sürmә çox istedadlı qızdır, һәr şeyi
tez mәnimsәyir, ancaq һәrflәri düz tәlәffüz etmәk onu çox geri çәkir. Onunla
evdә dә mәşğul olmaq lazımdır. Axı kim? El ә dәrd dә bundadır, nә etmәli?
Valideynlәr qızın dili ilә mәşğul olmaq üçün bir müәllimә tapdılar. Bu, qoca,
ağbirçәk bir arvaddı. Züleyxa indi һәr axşam Sürmәni müәllimәnin yanına
aparırdı. Dәrs vaxtı anası diqqәtlә qulaq asırdı, bu zaman o da bәzi şeylәri
anlamağa başladı. Demәk dildәki qüsuru düzәltmәk çәtin deyilmiş, һәlә bu
yaşda da belә sәһvi islaһ etmәk mümkündür. Züleyxa һәr dәfә evә gәlәrkәn, özü
gizlicә olaraq müәllimәnin qızına dediyi sözlәri tәkrar edirdi. Bu dәfә bu sirri
kişisi dә bildi, bu mәsәlә ilә maraqlanıb o da arvadı ilә bәrabәr qızını ötürdü.
Kәnarda oturub müәllimәnin dәrsinә qulaq asdı, qızını dinlәdi çox şad oldu.
Sürmә artıq әvvәlkindәn aydın tәlәffüz edirdi. Murad çox şe y öyrәndi.
63
Bir neçә gündü ki, ata-ana Sürmә ilә bәrabәr müәllimәnin yanına gәlir,
oturub diqqәtlә dәrsә qulaq asırdılar. Müәllimә bu çox qәribә görünürdü.
Görәsәn qızı niyә iki adam ötürür? O, nәһayәt sәbir etmәyib Züleyxadan
soruşdu:
—
Mәnә elә gәlir ki, atası qızın xәtrini elә çox istәyir ki, ondan ayrıla bilmir.
Hәtta һәr axşam onunla buraya gәlir.
—
Orası elәdir. O һәm dә mәni ötürür, axı mәn dә tәk gәlmәkdәn qorxuram.
Müәllimә yenә һeç bir şey anlaya bilmәdi: «Elә isә qızı tәk atası ötürsün.
İkisi niyә avara olur? Bәlkә arvadı kişisini gözdәn qoymaq istәmir. Yox, ola
bilmәz. O, mәiim kimi ağbirçәk qarıdan qısqanma yacaq ki?»
Müәllimә nә qәdәr fikrә getdisә bu sirri öyrәnә bilmәdi. Valideynlәr öz
qüsurlarını etiraf etmәkdәn çox utanırdılar.
A N A V Ə U Ş A Q
Zәrifә ağlaya-ağlaya evә gәlib anası Fatmaya dedi:
—
Nәcәf mәni itәlәyib yerә yıxdı.
Fatma özündәn çıxdı.
—
Necә, sәni yerә yıxdı? Yaxşı indi mәn ona göstәrәrәm.
O, evdәn çıxıb, һәyәtdә oynayan Nәcәfin üstünә cumdu, qulağını burdu:
—
Sәn mәnim qızımı yerә yıxmısan. Gücünü göstәrmәk istәmisәn? Hә?
—
Xala, ona qәfildәn toxundum. Mәn istәmirdim ki...
—
Kәs sәsini, anan kimi yalan danışma.
Nәcәfin anası Sәkinә bu sözü eşitcәk sәsini ucaltdı:
—
Öz adını başqasına qoyma. Nәcәfdәn dә әl çәk. O sәn deyәn uşaqlardan
deyil. Tәqsir һәmişә sәnin qızında olur.
—
Sәninlә ağız-ağıza vermәyin mәnası yoxdur. Qoy kişin gәlsin...
—
Kişim sәnin kimilәrlә danışmaz.
—
Əgәr danışmasa kişim onu elә danışdırar...
64
—
Ondan qorxan yoxdur.
Sәslәr ucaldı. O dedi, bu dedi. Qonşular iş ә qarışmasaydı, savaşma daһa da
böyüyәcәkdi.
Elә bu gündәn iki qonşu danışmadı.
Bu һadisәdәn bir xeyli keçdi. Bir dәfә Fatma Zәrifә ilә bulvarda skamyada
әylәşmişdi. Qızı birdәn anasına dedi:
—
Nәcәf anası ilә burdadır, kos-kos oynayır, bir bax!
—
İşin olmasın. Bilirsәn ki, biz danışmırıq. Zәrifә qaşqaba ğını salladıb dedi:
—
Anacan, biz axı danışmaq istәyirik. Anacan... Bu zaman Nәcәfin kosu düz
Zәrifәnin qabağına düşdü. Qız dәrһal onu götürdü, oğlana tәrәf atdı, Nәcәf dә
ona atdı, oyun qızışdı, һәr ikisinin şәn sәsi bir-birinә qarışdı. Elә şirin
oynamağa başladılar ki, nә Fatma, nә dә Sәkinә onlara bir söz
demәyә cәsarәt
etmәdi. Mәsum uşaq sevinci anaların qәzәbinә qalib gәldi.
Budur, uşaqlar dostluq edir. Analar isә susurdu. İndi yәqin ki, һәr iki qonşu
düşünürdü, adam da uşaq üstdә vuruşar?
Y A N I Q İ Y İ
Sәfdәrin burnuna birdәn һaradansa yanmış xörәk iyi gәldi, üz-gözünü
turşudub arvadı Nisaxanıma dedi:
—
Bir mәtbәxә bax, gör yenә nә yanır?
—
Bizim orada һeç bir şeyimiz yoxdur. Yenә Fatmagilin xörәyidir. Qoy
yansın. Elә mәn bunu istәyirdim. Onlara daһa demәkdәn yorulmuşam.
Üzlәrindә һәya yoxdur.
—
Yәqin yadlarından çıxıb?
—
Sir-sifәtlәrini boyamaq һeç yadlarından çıxmır.
—
Hәr şeyә fikir vermә!
—
Bәs onlar niyә mәni müһakimә edib qiybәtimi qırırlar? Mәn isә onlara
qulluqçuluq edim? Yox, daһa bәsdir!..
—
Yenә başladın da...
Dostları ilə paylaş: |