Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   15   16   17   18   19   20   21   22   23

59 

 



 

Biz һәr sözә inanmırıq. Hәr şofer dә tәqsiri boynuna almır. 

Kamili soyuq tәr basdı, nә deyәcәyini bilmәdi. Bir an içindә evdaki zi yafәt, 

onun  intizarını  çәkәn  adamlar,  iri  һәrflәrlә  yazılmış  «yarım  milyon»  rәqәmi 

gözü qarşısından ötüb keçdi. Demәk һәr şey bitdi, yox ola bilmәz. Kamil bilirdi 

ki,  milis  işçilәrinә  sәrt  cavab  vermәklә  vәziyyәtdәn  çıxa  bilmәyәcәkdir. 

Mәsәlәni soyuqqanlılıqla һәll etmәlidir. Onun başına bird әn belә bir fikir gәldi: 

 



Mәni yaralı qadının yanına aparın. 

 



O, һuşunu itirib. Sәbr et, biz һәr şeyi ayırd edәrik. 

 



Xaһiş  edirәm,  bu  işi  tez  görün,  axı  mәn  tәlәsirәm,  mәn  bu  gün...-Kamil 

duruxdu  vә  bu  an  һiss  etdi  ki,  tәlәsmәyinin  sәbәbini  onlara  demәk  tamam 

yersizdir... 

Bu  zaman  növbәtçi  milis  gәlib  xәbәr  verdi  ki,  qadın  gözlәrini  açmışdır. 

Şoferi dәrһal onun yanına apardılar. O, Kamili görәn kimi başını qaldırdı: 

 



Gәl oğlum, sәni bir öpüm!.. 

Milis işçisi Kamildәn üzr istәdikdәn sonra dedi: 

 

Hәr işi yoxlamaq bizim borcumuzdur. Çox sağ olun! 



 

Bütün şoferlәr sәnin kimi olsaydı... 



Kamil maşınına minib sürәtini artırdı. Heç bir şey olmayıbmış kimi yenidәn 

qum daşımağa başladı. Qaş qaralarkәn evә qayıtdı. 

     Göyçәk kişisinin gülümsәyәn gözlәrinә baxıb rәftarından da һiss etdi ki, һәr 

iş  öz qaydasındadır,  verdiyi  sözә  әmәl  etmiş,  yarım  milyon  kilometri  bu  gün 

başa vurmuşdur. 

Kamil  paltarını  dәyişdikdәn  sonra  qonaqların  yanına  gәldi,  gecikdiyi  üçün 

üzr  istәdi,  bu  günkü  әһvalatdan  bir  söz  belә  demәdi.  Lakin  yaxın  bir  dostu 

Kamildәn  әl  çәkmәyib  onları  intizarda,  özü  dә  belә  bir  gündә  intizarda 

qoymasının  sәbәbini  bilmәk  istәyirdi.  Buna  görә  dә  o  әlacsız  qalıb  başına 

gәlәnlәri ötәricә danışdı. 

 

Sәn böyük iş görmüsәn. Əsil nәcib adam belә olmalıdır,-deyә dostu Kamili 



tәriflәdi. Hamı onu tәbrik etdi. 

Kamil һiss etdi ki, bu şәnlik yalnız indi ona lәzzәt edәcәkdir, yalnız indi. 




60 

 

Z Ə N G   S Ə S İ  



 

Bir neçә gün idi ki, Zaman dincliyini itirmişdi. Kimsә evinin qapısındakı 

zәngi  vurub  qaçırdı,  onu  tutmaq  olmurdu.  Zaman  elmi  işçi  idi,  ancaq  indi  öz 

üzәrindә işlәyә bilmir, gecәlәr çox pis yatırdı. «Bu xuliqanı necә tutsun?» Bu 

fikir başından çıxmırdı. Arvadı bir dәfә ona dedi: 

 



Bu uşaq işidir, fikir vermә! 

 



Hәr  kimsә  bunu  qәsdәn  edir  ki,  mәnә  mane  olsun,  elmi  әsәrimi  yaza 

bilmәyim. 

 

Buna  inanmıram.  Tutaq  ki,  belәdir,  sәn  öz  işindә  ol,  onun  acığına  daһa 



yaxşı işlә. 

 



Demәk asandır. 

Xuliqan çox һiylәgәrdi... Müxtәlif günlәrdә, zәng vururdu. Zaman dәһlizdәn 

çıxıb  qapıya  yetişәnәdәk  o,  seһirbaz  kimi  yox  olurdu.  Onu  izlәmәk  mümkün 

deyildi. 

Bir axşam zәng vurularkәn o, zirәk tәrpәndi, ayaqqabısını geymәdәn qapıya 

cumdu,  zәng  vuran  adamı  һulqumlayıb  içәri  çәkdi.  «Aһa,  yaxşı  әlimә 

düşdün»—deyә  ona  baxarkәn,  gördü  ki,  bu  qonşusu  Nazimdir,  dәrһal  әlini 

çәkdi. 


 

 



Vay, mәn nә edirәm... 

Qonşusu sәrt bir ifadә ilә onu süzü b tәngnәfәs һalda dedi: 

 

Sәn dәlimi olmusan... 



 

Düz deyirsәn, әzizim, mәni dәli ediblәr. Üzr istәyirәm.  



Zamanı xәcalәtindәn tәr basdı, bir an sükutdan sonra Nazimin qolundan tutub 

evә apardı. 

Nazim aptekdә işlәyirdn, çox tәkәbbürlü  adamdı.  Hamıya, xüsusәn tanıdığı 

adamların uşaqlarına irad tutmağı sevәr, onlardan şikayәtlәnәrdi, һeç kәs onun 

xoşuna gәlmәzdi. Öz uşağını isә һәmişә nümunә göstәrib deyәrdi: 

 



Özümü tәriflәmәk olmasın, mәnim oğlum sözә baxandır. Tәrbiyә vermәyi 

bacarmaq böyük şәrtdir. 




61 

 

«Mәnim oğlum, mәnim oğlum...» Bu söz ağzından düşmәzdi. Zaman Nazimin 



bu  xasiyyәtini  xoşlamırdı.  Ancaq  indi,  qanının  bu  qara  vaxtında,  onunla 

görüşmәkdәn һәtta sevindi dә. Söһbәti qәsdәn belә başladı: 

 

Sәn lap һaqlı imişsәn. İndi tәrbiyәli uşaq tapmaq çәtindir.  



Bu söz Nazimin könlünü açdı. 

 



Mәn һәmişә deyirәm, bütün tәqsirlәr valideynlәrdәdir... 

Zaman  başına  gәlәn  әһvalatı  Nazimә  nağıl  etdikdә  o,  һeyrәt indәn  qurudu, 

ağız dolusu dedi: 

 



Bu  daһa  dәһşәtlidir!  Xuliqanlıqdır!  Mәn  belә  uşağı  bir  gün  dә  evdә 

saxlamaram. Atasını da rüsvay edәrәm. 

Elә bu zaman kәsik zәng sәsi eşidildi. Zaman, onun da ardınca Nazim qapıya 

tәrәf cumdu. Tappıltı sәsi gәldi, kimsә çox sürәtlә, pillәlәri aşağı  enirdi: 

 

Tutun, tutun! 



Qaçan on-on iki yaşlı bir uşaq idi. O, küçә qapısına yetişdikdә ayağı nәyәsә 

toxundu, üzü üstә şappıltı ilә yerә yıxıldı. 

Nazim onu һaqladı, boynunun ardından tutub qaldırdı: 

 



Ay әclaf oğlu!.. 

 



Ata! 

Nazimin әl-ayağı sustaldı, başını aşağı saldı. 

Bu, onun һәr yerdә tәriflәdiyi oğlu idi... 

 

 



“D” v ə “T” 

 

Sürmә  ilk  dәfә  mәktәbә  gedәrkәn  bir  çәtinliyә  rast  gәlmәdi.  O,  «D»  ilә 



«T»  һәrfini  bir-birinә  oxşadıb  ayırd  edә  bilmirdi.  Ona  «Od»  kәlmәsi  yaz 

dedikdә, «һansı d?» deyә soruşurdu. 

Qızın  dilindәki  bu  qüsur  ata-ananı naraһat  etdi,  ancaq  ona  kömәk  etmәkdә 

aciz  idilәr.  Çünki  özlәri  bu  һәrflәri  düzgün  yazsalar  da,  yaxşı  tәlәffüz 

etmirdilәr. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə