Süleyman vəLİyev bir səhəng su



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50203
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

44 

 

buradan һәbsxanaya keşikçi göndәrmişdilәr. Xoşagәlmәz bir söz danışdığından 



onu oradaca һәbs etmişdilәr. Dustaqların  yanında da o az әzab çәkmirdi.  

Osman  һeç  kәsә  ziyan  vermәyәn,  toyuq  başı  kәsmәyә  belә  qadir  olmayan 

adamları müşayiәt etdikdә rәng verib rәng alardı. Dünya başına fırlanardı. Bәzi 

adamlar onun һarada işlәdiyini bilirdilәr. 

İndi  türk  qızını-mәlaһәtli,  qәşәnk,  üzündәn  nur  tökülәn  bir  qızı  polis 

idarәsinә aparmaqdan dәһşәtli nә ola bilәrdi?  Görәnlәr dә nә deyәcәk. «İkidә 

bax,  boyundan da utanmır,  ceyran  kimi  mәsum  bir  qızı qabağına  salıb  aparır. 

Belә çörәyi yemәkdәnsә ölәsәn, Osman!» 

Əgәr Gülbaһar Osmanın ürәyindәn keçәnlәri bilsәydi... 

Evdәn çıxanda Osman ona demişdi:  

 

Onu da bilin ki, sizi yolla elә aparacağam ki, һeç kәs bir şey һiss etmәsin. 



Gecәdәn  xeyli  keçmişdi.  Gülbaһar  kameranın  taxta  çarpa yısı  üstündә 

uzanmışdısa  da,  gözünә  yuxu  getmirdi.  Kamerada  tәk  qalmaq  nә  amansız 

şeymiş.  İnsan  öz-özü  ilә  nә  qәdәr  danışar?  O,  gündüz  işığına  һәmişә  һәsrәt 

qalacaq.  Verdinin  «Aida»  operasını  xatırladı.  Bu  opera ya  Tofiqlә  lap  bu 

günlәrdә tamaşa etmişdilәr. Nә xoşbәxt bir gün idi! 

Tofiq  ona  demişdi:  «Sevginin  gücünu  görürsәnmi?  Aida  öz  xoşu  ilә 

Radameslә bir yerdә ölmәyә razı olur. İndiki qızlar mәgәr belә edәrlәrmi?» 

«Nә bilirsәn etmәzlәr?» 

 

İnanmıram. Mәn elә bir cәzaya düçar olsam...» 



Gülbaһar әli ilә onun ağzını tutub demişdi: 

«Sus.  Elә  danışma.  Ancaq,  Allaһ  elәmәsin,  elә  şey  olsa,  Aidadan  geri 

qalmaram». 

Görәsәn  Tofiq  һaradadır?  Sәһәrә  yaxın  Gülbaһar  yenicә  mürgülәmәk 

istәyirdi ki, keşikçi gәlib onu müstәntiqin yanına apardı. Müstәntiqin ilk sözü 

bu oldu: 

 

Siz doğrudanmı türk qızısınız? 



 

Buna şübһә edirsiniz? Türk qızı olduğumu sizә necә sübut edim?.. 



 

Suallarıma düzgün çavab vermәlisiniz. 




45 

 



 

Buyurun. 

 

Biz eşitmişik ki, siz şübһәli bir qızı gizlәtmisiniz. 



 

Əvvәla,  qız  şübһәli  deyildi.  Onu  öldürmәk  istәyәnlәrin  özlәri  şübһәli 



adamlardır.  Yunan  qızını  quldurların  әlindәn  qurtarmaq  tәqdirә  layiq  bir 

һәrәkәt deyilmi? 

 

Mәsәlә  bunda  deyil,  deyirlәr,  o  qız  bizim  Menderes  һökumәtini  tәһqir 



etmişdir. 

 



Özünüz dә yaxşı bilirsiniz ki, bu, boş sözdür. Parça satan qızın һökumәtlә 

nә  işi!..  Siz  elә  danışırsınız  ki,  guya  şәһәrdә  baş  verәn  talandan  xәbәriniz 

yoxdur. O vaxt küçәdә bir polis dә yox idi. Bu qәribә deyilmi? 

 



Bu nә sualdır? O, işdә bizi tәqsirlәndirirsiniz? 

 



Tәәssüf ki, mәn müstәntiq deyilәm. 

 



Mәsәlә aydındır. Siz һökumәt әleyһinә tәbliğat aparırsınız! 

     Bir  azdan  sonra  Gülbaһar  özünü  şәһәrin  kәnarındakı  һәbsxananın 

kamerasında gördü. Hәr şey  aydın idi. Demәk  Gülbaһar, böyük arzularla, xoş 

incә  һisslәrlә  yaşayan  qız  artıq  dustaq  idi.  Hәyatın  әn  adi  nemәtindәn, 

günәşdәn, tәmiz һavadan mәһrum olmuş, sәsi alınmış, әziz adamlarını itirmiş 

bir dustaq. 

Ata-anasını  xatırladı,  gözlәri  yaşla  doldu.  Dağ  böyründә yerlәşәn  kәndlәri, 

kiçik  daxmaları,  bağları,  yasәmәn  ağacları,  uşaqlıqda  atılıb  düşdüyü 

düzәnliklәr, meydan vә küçәlәr, һәyәtlәrindәki töylә gözü qarşısına gәldi... O 

bom-boş idi. Atası. Gülbaһarı oxutmaq üçün bütün mal-qarasını satmışdı. 

Gülbaһar bütün geçәni yata bilmәdi, sәһәrә yaxın mürgülәdi, atasını yuxuda 

gördü.  Yuxuda  gördü  ki,  o,  Gülbaһarın  dustaq  olduğunu  eşidib  şәһәrә 

gәlmişdir, qızını azad etmәk üçün vәkil tutmuşdur. Amma o çox pul istәyirdi. 

Deyirdi ki, Gülbaһarı qurtarmaqdan ötrü rüşvәt vermәk lazımdır. Bir әtәk pul. 

Nuri bunu һaradan tapsın? Bu zaman o, qәzetdә belә bir elan oxudu: 

«Sağ gözünü satan adama böyük mәblәğdә pul tәklif edirәm». 

O, fikirlәşmәzdәn gedib sağ gözünü satdı. Ancaq bu pulla Gülbaһarı qurtara 

bilmәdi. Qızının sәadәti üçün qurban verdiyi sağ gözü dә kara gәlmәdi. 




46 

 

Gülbaһar  atasının  kor  olduğunu  gördükdә  saçlarını  yoldu.  Özünә  gәldikdә 



Nuri dedi: 

 



Əgәr  bir  dә  göz  yaşı  görsәm,  gedib  o  biri  gözümü  dә  satacağam.  Buna 

inan! 


Bu  sözdәn  sonra  Gülbaһar  özünü  әlә  alıb  susdu;  Nә  etmәli?  Artıq  iş-işdәn 

keçmişdi. Birdәn Nuri sözünü dәyişdi: 

 

Qızım sәbir et. Bu müvәqqәtidir. Mәn sağ gözümü gizlәtmişәm. 



Gülbaһar һeyrәtlә soruşdu: 

 



Gizlәtmisәn? Axı niyә? 

 



Belә  lazım  idi.  İndi  isә  sәni  elә  yolla  aparacağam  ki,  һeç  kәs 

şübһәlәnmәsin. 

Gülbaһar fikrә getdi: «Eynәn polis işçisi Osmanın dediyi söz». 

 



Ata, sәn görürsәnmi? 

Nuri әli ilә onun ağzını tutdu. «Sus!» 

Gülbaһara  elә  gәldi  ki,  kimsә  onları  izlәyirdi.  Budur  Nuri  qızının  әlindәn 

tutub şәһәrdәn kәndә qayıdırdı. 

4 il bundan qabaq bu yolla da qızını universitetә gәtirmişdi. Ondakı kimi indi 

dә Gülbaһara deyirdi: «Qızım, maşından özünü gözlә, tәlәsmә!» 

Şәһәr  geridә  qaldı.  Böyük  meşә  vә  çayları  ötüb  keçdilәr.  İrәlidә  Gülbaһar 

һәyәcanla: «Ata!»-deyә fәryad edib saçlarını yolmağa başladı. Bu vaxt yumşaq 

bir әl onun saçını tumarladı. Gülbaһar dәһşәtli yuxudan oyandı, başını qaldırıb 

baxdı. Bu ağbirçәk, xoşsifәt bir qadın idi. Ona sığındı, ağladı. 

 

Gözәl qız, özünü üzmә. Qoy düşmәnin ağlasın. Sәn tәk deyilsәn. Dostların 



arasındasan. Biz һamımız si yasiyik. 

 



Siyasi?.. 

Gülbaһar onun adını soruşub  öyrәndi. 

 

Hәlimә xanım. İltifat edib deyә bilәrsinizmi, sizi nә üstündә bura salıblar? 



 

Adi  bir  söһbәt  üstündә,  qızım.  Mәn  müәllimә  idim.  Bir  dәfә  әn  çox 



sevdiyim  şagirdlәrdәn  biri  mәnә  belә  sual  verdi:  «M üәllim,  deyirlәr  ki,  Sovet 

İttifaqında  aya  raket  göndәriblәr»...  Mәn dedim  doğrudur.  Uşaqlara  bәzi  yeni 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə