65
—
Sәn gәl arvad işinә qarışma. Heç dә naraһat olma. Qoy bu dәfә qazan
tamam yansın, sonra ağılları başlarına gәlәr. Çaynikim qaynayanda onlar
özlәrini görmәmәzliyә vururlar. Bir dәfә, bir vedrә suyum qaynayıb yerә axanda
qәsdәn elә susmuşdular ki...
—
Adam kin saxlamaz.
—
Elә qonşu ilә gәrәk elә dә olasan.
Yanıq iyi evi tamam bürümüşdü. Nәfәs almaq olmurdu.
—
Ay arvad tәngәnәfәs olduq. Get onlara xәbәr ver.
—
Sәbir etmәyinә etmisәn, bir az da gözlә.
—
Bu yaramaz. Mәn gedib indi özüm xәbәr verәrәm.
Sәfdәr ayağa qalxdıqda, arvadı onun qabağını kәsib tәһdidedici bir sәslә
dedi:
—
Mәni ona satırsan?
—
Sәn necә arvadsan? İstәyirsәn ki, evimiz yansın.
—
Heç nә olmaz. Bir dәqiqә dә sәbir et. Qoy qazanın dibi dә yansın. Onda
gedib xәbәr verәrәm.
Bu zaman qapı şaqqıltı ilә açıldı, qonşu arvad içәri girib çığırdı:
—
Qazanınızın dibi yanır.
Nisaxanımın dili pәltәk vurdu.
—
Bi... zim qazanın?
—
Sizin qazanın.
—
Vay...-Nisaxanım ilan vurmuş kimi mәtbәxә çumdu.
İ K İ G Ö R Ü Ş
Әli Səbriyə
May bayramının ikinci günü idi. һava çox xoş vә mülayimdi. Küçәlәrdә
böyük izdiһam vardı. Tanışlar görüşüb bayram münasibәtilә bir-birlәrini tәbrik
edirdilәr.
66
Mәrkәz küçәlәrin birilә gedәrkәn Abının nәzәrini kök bir adam cәlb etdi. O,
diqqәtlә baxıb: «Bu mәnim keçmiş mәktәb yoldaşım Mәcid olmaya?» deyә
düşündü. Abı ona yanaşıb salam verdi. Kök adam başını elә tәrpәtdi ki, bunu
ancaq zәrrәbinlә görmәk olardı. O, sonra Abıya aşağıdan yuxarı baxıb dodaqaltı
gülümsәdi vә dedi:
—
Bilirsәn niyә piyada gedirәm, arıqlamaq üçün. Maşınım dalımca gәlir...
Abı onun bu yersiz sözünә һeyrәt etdi. «O, һeç mәnim kefimi soruşmadı. Ya
mәni tanımayıb, ya da mәn sәһv etmişәm, bәlkә bu başqa adamdır?» Bir daһa
onu gözdәn keçirdi: «Xeyr, odur, Mәciddir, özüdür ki, var». Ancaq o, çox
dәyişmişdi. Abıya elә gәldi ki, Mәcidin sifәti iki dәfә böyümüş, әvvәldәn iri
olan burnu daһa da şişmiş, çәnәsinin altı qarmon görüyü kimi qat-qat olmuşdur.
Qarnı özündәn xeyli qabağa çıxmışdır. Gözlәri isә әvvәlki kimi göydür. Yazıq
dostum, gör nә günә düşüb!.. Vaxtilә mәnimlә uzun -uzadı samimi söһbәt edәn
bu adam, indi niyә belә susur? Niyә buz kimi soyuyub?!
Abı tab gәtirmәyib nәһayәt dedi:
—
Yaxşı, bir de görüm, sәn Mәcid deyilsәnmi?
O, Abıya baxıb yavaşca dedi:
—
Sss... mәni belә çağırma, eşidәn olar. Mәnә һәr yerdә Mәcid müәllim deyә
müraciәt edirlәr.
—
Sәn müәllimlik dә edirsәn?
—
Eһ, sәnin dünyadan xәbәrin yoxmuş ki...
—
Axı biz dostuq, bir yerdә böyümüşük...
Bir anlığa o, Abıya nәzәr saldı, nә isә düşünәrәk gülümsәdi:
—
Dostum, daһa qocalırıq!-dedi.
Onun sifәtindә, yenә dә tәkәbbürlü, laqeyd ifadәlәr göründü, özünü һara isә
getmәyә tәlәsirmiş kimi göstәrәrәk, әvvәl saatına, sonra şoferinә tәrәf baxdı.
Abı onun getmәk istәdiyini һiss edib һәyәcanla dedi:
—
Mәn neçә dәfәdir ki, özümü sәnin görüşünә sala bilmirәm. Axı mәnim sәnә
işim düşüb.
—
Olmaya işlәmirsәn?
67
—
İxtisara düşmüşәm.
—
Elә bizdә dә ixtisar gedir.
—
Mәn elә sizdә işlәyirdim. Sizin trestin zavodlarından birindә müһәndisdim.
Mәcid һeyrәtlә gözlәrini bәrәltdi:
—
Sәnin orada işlәmәyini bәs mәn indiyә kimi niyә bilmәmişәm?
—
Mәn direktorun kobudluğundan sizә şikayәt etmәk istәyirdim. O
özünütәnqidi boğur, mәndә әsaslı dәlillәr var...
Mәcid üzünü turşudaraq, onun sözünü kәsdi:
—
İndi mәn sәni tanıdım, demәli, onun «şikayәtçi» һesab etdiyi adam sәnsәn?
Hım. Mәn һeç sәndәn belә şey gözlәmәzdim. Sәn ki, әvvәllәr başıaşağı, dinc bir
adamdın.
Abının sәsi titrәdi:
—
Siz nә demәk istәyirsiniz?
Şoferin fit sәsi onun sözünü kәsdi. Abı daһa keçmiş dostunun dediklәrinә
qulaq asmayıb yoluna davam etdi.
Günәşli yay günlәrindәn biri idi. Abı һara isә tәlәsirdi. Bir nәfәr ona
yaxınlaşıb qucaqladı. Abı fikirlәşmәdәn dedi:
—
Mәcid, sәni işdәn niyә çıxardıblar?
Mәcid donuxdu: «Vәzifәdәn çıxarıldığımı o, bu tezlikdә һaradan bildi?»
—
Bunu sәnә kim xәbәr verdi?-deyә o, pәrt һalda soruşdu.
—
Sәn özün.
—
Mәn?
—
Bәli sәn!-deyә Abı dostunun solğun sifәtinә baxdı. Mәcidin baxışındakı
tәkәbbürlü ifadәdәn һeç bir әsәr qalmamışdı, çox mülayim olmuşdu.
—
Əzizim, mәn sәnә bu barәdә һavaxt dedim?!-deyә Mәcid daһa artıq
һeyrәtlәndi.
Abı mәnalı bir ifadә ilә onu süzdü: -Mәni belә meһriban qucaqlamasaydın,
sәnin işdәn çıxarıldığını bilmәzdim,-dedi.