Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və dilçilik kafedrası Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası



Yüklə 36,14 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix29.05.2018
ölçüsü36,14 Kb.
#46662
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

Gidi  (s.)  -   etibarsız.  -   A y  gidi  Məhərrəm,  indi  səsiıı  bardan
gəlir.
Gijvəsər  ('sif)  -   gic,  sarsaq.  -   Gijvəsərdən  bəyəm  yaxşı  iş
çıxar?
Gijdəməx  (f.)  -   dəliliyi  tutmaq,  səfehləmək.  -   Ə.  bu  M ansınn 
yetimi yamanca gijdiyif, böyük-kiçik tanımır.
1.  G ülətm əx’  (f.)  -   hellənmək.  -   Təpədəki  daşdan  uşaxlar 
aşşağı gillətdilər.
2.  Gillətməx'  (f.)  -   atmaq,  içmək.  -   Kamal  arağı  elə  gillədir 
kin, elə bil su içir.
G ilif//qılıf  (is.)  -   hasann  altmdan  su  axmaq  üçün  qoyuıan 
deşik. -  Hasarm altmdan gilif qoymasan,  sel-su uçurduf tökər hasan.
Gildir-gildir  (z.)  -  gilə-gilə,  damcı-damcı.  -   Gözünnən  gildir- 
gildir yaş tökdü.
1.  Gir  (is.)  -   q ü w ə.  -   Mehralı  yaman  qocalıf,  girdən  tlişüf 
tamam.
2.  Gir  (is.)  -   ağırlıq  ölçüsü  (7  pud).  -   Babamnanqalma 
əvimizdə 2  gir var.
Girri  (sif.)  -   güclii.  -   Girri  vaxtdanmda  həm  əvdə,  həm  də 
qolxozda isdiyirdim, gənə yorulmurdum.
Girdən  tüşməx'  (f.)  -   zəifləmək,  gücdən  düşmək.  -   Davıt  kişi 
la f girdən tüşüf.
Gird (is.) -  yarı.  -  Arpaçaym əyrisinnən Rəhimnən çoxlu balıx 
tutmuşdux, g ird y an  böldüx'.
Girdin-girdin  (sif.)  -   parça-parça.  -   Ağacı  xizəmən  girdin- 
girdin doğradılar.
Girdə  (sif.) - yumru. -  Sultan girdə bir uşaxdı.
Girdə-girdə  (sif.)  -   yumru-yumru.  -   Tükanda  girdə-girdə 
rakqılar var.
Girinc  (z.) -  bezdirici.  — Axşamatan  telfunun zəngi  bizi  girinc 
qoydu.
Girinc  olmaq  (f.)  -   bezmək.  -   Səhərdən  axşamatan  girinc 
oldux, ambardar gəlmədi.
Girrəməx'  (f.)  -   bir  təhər  baş  dolandırmaq.  -   Çox  çətin 
zamandı, birtəhər girrənirix'.
1.  Girməx'  (f.)  -   qısalmaq.  -   Su  dəyənnən  söram  baidonun 
ətəyi girif.
2.  Girməx'  (f.j  -   yaltaqlanmaq.  -   Solxozun  bu  təzə 
direxturuna bu Hasan yaman girir.
God  (is.)  -   iri  ölçülü  taxta  qab.  -   Bu  meşoya  20  god  taxıl 
töx'düm.
Godu-godu  (is.)  -   mıfoloji  inanc.  -  Kənd  yerlərində  yağam x 
oianda  uşaxlar  çömçüyii  qırmızı  bəziyir,  q-uraqlıq  olanda  isə  göy 
əskiyə  büküb  godu-godu  gəzdirir  və  mahnı  oxuya-oxuya  hər  əvdən 
pay alıllar.
Çömçsni  aırm ızı  əski  ilə  bəzəməklə  isti  gün,  göy  əski  ilə 
bəzəroəklə yağış istəyirlər.
Godu-godu gördiLımii?
Goduya salam verdinmi?
Godu qapıdan keçəndə,
Qırmızı  gün gördünmü,
Yağ verir) yağhyım,
Qatma verin bağlıyım,
Yağ verənin oğlu olsun,
Qatma verənin qızı.
Adı Fatma olsun,
Qaşdan çatma olsun,
Təndirə tüşsün,
Qırmızı pişsin.
Goda  (is.)  -   arabanın  qolunu  boyunduruğa  birləşdirən  qayış, 
zəncir və ya ağac.  -  Haravanın qodasına çox zor tüşür.
Gont  (is.)  -   evin  divanndan  orta atmaya atılan  ağaclar.  -  Ə \rin 
gonddan cannı olmasa, əvin üsttinə çox torpax da verə bilmirsən.
Gors  (is.)  -   torpaqda  edilən  əkinin  səmti.  -   Öküz,  at  və  ya 
traktorla  şum  edilərkən  soi tərəfə fırlanmağa gors dellər.
Gop  (is.)  -   arabanın  yasdığma  bərkidilən  və  qollannı 
bırləşdirən ağac.  -  Gop  qabax təkərdən irəlidə  olur,  enişlərdə öküzün 
arxa k'ıçına dəyərək tormuz rolunu oynuyur;  Öküz zora tüşəndə godu 
bulııyur (atalar sözü).


Gorun-gorun  (z.)  -   yavaş-yavaş.  -   Təndir  gorun-gonm   yanır. 
bu tutuşnan gec qızacax, xamır da acıyıf.
Govdun  (is.)  -   arpa  və  y a  qırmızı  buğdadan  bişirilmiş  boyat 
çörək. -  Arpaçörəyi bir gün qaldımı olur govdun, di gəl ye.
Gödən  (is.) -  mədə. -  M ansınn gödəqi yekədi yaman.
Gödənpəl  (sif.)  -   boğazdı,  qarınqulu.  -   Gödənpəl  adamlar 
toyda-vayda o qərtənə yeillər kin,  5-6 gün nacax qahliar.
Gödəncil  (sif.)  -   qarmqulu,  iştahası  çox  olan.  -   Gödəncil 
adamlar öz tamahlanm saxlaya bilmirlər.
Gödənpəllix'  (sif.)  -   qannqululuq.  -   Gödənpəllix'dən  pis  şey 
yoxdu, belələrini öz yaxm nan da sevmir.
Gönsökən  (sif.)  -   tamahkar.  Biz  də  getdik,  gönsökənnərnən 
qohum oldux.
Gönuqalın  -   bivec.  -   Gönüqahn  adarna  nə  deyirsən  de,  bu 
qulağmnan alıf, o qulağmnan verir.
Görk (is.) -  biabır. -  E1 içində  görk olmaxdan pis şey yoxdu.
Görklü  (sif.)  -  biabırçı.  -  Görklü  olasan  səni,  ay  ölmüş N ann, 
bizi yaman qorxutdun.
Görk  olmax  (f.)  -   biabır  olmaq.  -   A b ım   kişiydi,  Qardaşxan, 
adı bassm oğlunun, onun üzünnən kişi görk oldu.
Görənəx'  (sif.)  -   biabırçı,  rüsvayçı.  -   Ə,  bu  Gülsüm  də 
görənəx' arvatdı ha, gəlni əlinnən zara gəlif.
Görməx'  (f.)  -  kiməsə hörm ət  etmək.  -  Uşağın  müəllimini  bir 
görməh lazımdır kin, uşağı qavaxda oturtsun.
Görümcalik (is.)  -  təzə  gələn gəlinə verilən hədiyyə.  - Ə ləhbər 
kişinin əvinə görümcəliyə gedillər.
Görümcə  (is.)  -  üzgörmə  nəməri  (hədiyyə).  -   Arvaddar 
qonşunun gəlinini görümcüyə getmişdilər.
Gör-eşit  (ara  söz.)  -   çox  güman  ki.  -   Gör-eşit,  Umudun  oğlu 
urusetdən gəlmiyəcəx’, urus qızıynan əvlənif.
Göpbələmgöz  (sif.)  -  dopdolu.  -  Bir  göpbələmgöz  dolu  cınqır 
yağ apardım şəhərə satmağa.
Götürgə(  is.)-  müqavilə  ilə  görülən  iş  (arenda).-  Götürgədə 
işdəmək bir iş dö:l.
Götrüm  tüşm əx'  (f.)  -   illacdan  düşmək.  -   Şərifin  inəyi  götrüm 
tüşüf, qalxammır.
Götürümsüz  (sif.)  -   anlaqsız,  çətin  anlayan.  -   Götürümsüz 
uşağa məllim neyləsin?
Götün-götün  (z.)  -   geri-geri.  -   Murtuzəli  maşmı  götün-götün 
geri verdi.
“Kitabi-Dədə  Qorqud”da  da  həmin  formada  və  semantik 
mənada işlənmişdir (12, 26).
Göyala  (sif.) — yetişməmiş  meyvə.  -  Göyala meyvənin turşusu 
yaxşı olur.
Göyəbaxan  (sif.)  -   lovğa.  -   Əşi,  bu  Göyəbaxan  o  Sahnan  da 
heş kimi bənmir.
Gözəmə  (sif.)  -   ağzmacan  dolu  kisə.  -   D ərm ana  5  gözəmə 
çuval dən aparmışdım, üyütdüm gətdim.
Göydaş  (is.)  -   bazalt  daş,  -   Göydaşm  tufan  möhkəm  olor 
(Q.G.).
Gözgörəti  (z.)  -açıq-aşkar.  -   Xanəhməd  kışinin  danasmı 
gözgörəti eımənilər oğurramışdılar.
Gözə  (is.)  -  çayırhqdan  qaynayıb  çıxan  su  mənbəyi.  -   Dorfun 
gözəsinə mal batıf,  çıxardammıllar.
Belə bir bayatı  da var:
Əzizinəm gözədə,
Kəhlix' otdar gözədə.
Sana da qurvan olum,
Sana baxan gözə də.
Gözəməx  (f.)  -   tikmək.  -   Çuvaldızlnan  çuvahn  ağzmı 
gözədilər.
Gözəx(is)-  Çuvalm  ağzım  tikmək  üçün  işlədilən  ip.  -G özüm  
zəiflədiyinə görəyi çuvaldıza saplıyammıram.
Gözü  alacalanmax  (f.)  — gözünə  başqa  şeylərin  görsənməsi.  -  
Axşamüstü gözüm alacalandı,  qavağımı seçəmmədim.
Gözbağlıca  (is.)  -   oyun  adı.  -   Uşaxlar  xırmanda  gözbağhca 
oynuyullar.
Gupbadan  (z.)  -  birdən,  sürətlə.  -   Uşax  gupbadan  özünü  saldı
içəri.


Yüklə 36,14 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə