42
Cəlil Məmmədquluzadə nəsrində epiloq süjet
xəttinin son mərhələsini – finalı təşkil edir. Bu poetik
formaya iki nəsr əsərində – «Danabaş kəndinin əhvalat-
ları» və «Bəlkə də qaytardılar» hekayəsində təsadüf
olunur. Bütün əsər boyu qaldırılan məsələlər epiloqda
yekunlaşır. Ədib əsəri bədii cəhətdən qüvvətləndirərək,
bu formanı süjet xəttinin son mərhələsi, final kimi
səciyyələndirir. «Bəlkə də qaytardılar» əsəri də bu
struktura malikdir. «Axır söz» adlanan ikinci hissə
hekayə süjetinin sonu, finalıdır. Qrafik şəkildə «Bəlkə
də qaytardılar» hekayəsinin süjet xəttini bu şəkildə
qruplaşdırmaq olar:
Kulminasiya
Zavyazka
Razvyazka
Final
Ekspozisiya Epiloq
Мцфлисляшмиш бяйлярин бош
цмидляри
Молла яминин тцрк тянгид-тяблиь
театрынын артисти Балагядяш васитясиля бу
мцсялманларла танышлыьы
Артист Балагядяшин
мясхяряси
Молла яминин Бакы
булварында 4 няфяр
мцсялмана диггят кясилмяси
«Ахыр сюз»
цмидсиз
хяйалларын
хцлйасы
щадисянин башланьыъы
щадисянин сону
43
Ədib bəzi hekayələrində hadisənin başlanğıcını hər
hansı məkan təsviri ilə oxucuya çatdırır. İlk baxışdan
belə təhkiyə tərzi sadəcə təbiət, məkan təsviri kimi
nəzərə çarpır. «Atlar dayandı» əsərində olduğu kimi.
Mirzə Cəlil hekayənin əvvəlində şəhərin təbii
gözəlliyini bir növ vəsf edir, zəngin təbiət təsviri verir.
Xansaray şəhərinin behiştlə, Avropanın Şveytsariyası,
həmçinin başqa ölkə şəhərləri ilə oxşarlığı söylənilir və
müxtəlif görməli yerləri tərənnüm olunur. Bu kimi
təsvirlərdən sonra Doktor Qəbzibəylə birlikdə Xansaray
yaylaqlarında vaxt keçirən müəllifin təhkiyəsi əhvalatın
əsas başlanğıcını təşkil edir. Bu poetik quruluş ədibin
nəsrində azdır. Qrafik şəkildə bu formanı belə qeyd
etmək olar:
Kulminasiya
Zavyazka
Razvyazka
Ekspozisiya
Final
Təsvir
Доктор Гябзибяйин
рявайяти
Доктор Гябзибяйин
Хансарай йайлаьына эялмяси
вя бу ишя танышларын мараьы
Хансарай сяфяри, инсанларын
йарамаз, авара ямялляри
щадисянин башланьыъы
щадисянин сону
Тябият эюзяллийи иля
инсан мцнасибяти
арасында
уйьунсузлуг
44
Qeyd etdik ki, Cəlil Məmmədquluzadə nəsrində
zahiri neytrallıq əsas yer tutur. Bu, əsasən satirik,
ifşaedici nəsr əsərlərində özünü daha qabarıq göstərir.
Tərbiyəvi və maarifpərvər ideyaları əks etdirən bir sıra
realist süjetli əsərlərində yazıçı mətləbi əsərin əvvəlin-
dən müəllif fikri kimi qeyd olunur. Bu formanı belə
xülasə etmək olar:
a) Müəllif fikri ilə başlanıb, müəllif fikri ilə ta-
mamlanan hekayələri; «İki ər», «Qəza müxbiri»
Ekspozisiya
Final
Müəllif fikri
Müəllif fikri
b) Müəllif fikri ekspozisiyadan əvvəl verilən
hekayəsi; «Saqqallı uşaq».
Hadisə başlanğıcı Müəllif fikri Ekspozisiya
c) Müəllif fikri finaldan sonra verilən hekayələri;
«İki alma», «Qoşa balınc», «Qəssab».
Final
Müəllif fikri
Hadisənin sonu
«İki ər» hekayəsi ədibin ictimai məsələləri kiçik
formada, lakonik şəkildə ifadə etmək bacarığını bir daha
təsdiq edir. Əhvalata başlamazdan əvvəl müəllif şahid-
liyi ilə mühit haqqında mənalı işarələr verir:
щадисянин башланьыъы
щадисянин сону
45
«Bu əhvalat ki, aşağıda rəvayət olunur, şayəd
köhnəlmiş və çeynənmiş məsələlər qəbilindən nəzərə
gələ; zira nikah və talaq söhbətləri xah hekayələrdə, xah
məqalələr vasitəsilə bizim türk mətbuatında dəfələrlə
yazılıb, oxunub və eşidilibdir.
Və lakin o əhvalat ki, mən onun barəsində söhbət
açmaq istəyirəm, zənn edirəm az-az ittifaq düşsün və
bəhər hal xeyli maraqlı və eşitməlidir: o dərəcəyə kimi
ki, indi, Oktyabr inqilabının on illiyinin müqabilində
belə bir hadisə xariqüladə və ağla sığmayan bir «nağıl»
hesab oluna gərək və lakin həqiqət dir və bu həqiqətin
şahidi həqir özüdür» (111, 589).
Camaat arasından götürülməsi vacib olan adətlərə
öz münasibətini bildirən bu hissələr heç də artıq deyil,
əksinə, onlar əsərin ictimai mündəricəsini zənginləş-
dirən hissələrdəndir. Hekayənin süjet xətti və mərhə-
lələrini nəzərdən keçirək:
Kulminasiya
Zavyazka
Razvyazka
Final
Ekspozisiya
Müəllif fikri
Müəllif fikri
Шящяр моллаларынын ряйи
Щамамчы Щаъы Рамазан
вя ювряти Шярябанынын
адятэярдя олдуьу бошаныб
барышмаг ящвалаты
Чарясиз Щаъы Рамазан ювряти
Шярябанынын сиьясини
щамамчынын туламбарчысы
Кябля Имамялийя охутмасы
Араз чайына
йахын
щадися
мяканы
Щаъы Рамазанын
Шярябаныны никащ едиб
евиня эятирмяси
щадисянин башланьыъы
щадисянин сону
Dostları ilə paylaş: |