Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə16/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

 

          

 

54 


2) «İkinci dəfə» 

Kulminasiya 

 

 



          Zavyazka  

 

 



 

 

 Razvyazka 



 

 

 



      Ekspozisiya    

 

 



            Final 

         

 

 

 



 

 

3)



 

 «Üçüncü dəfə» 



Kulminasiya 

 

 



          Zavyazka  

 

 



 

 

   Razvyazka 



 

 

 



     

     Ekspozisiya           

 

 

 Final 



 

 

 



Язиз ханын евиндя йени бир 

гонаглыг 

Ханын тяряддцдля пулу 

вермяси 


щадисянин башланьыъы 

Кябля Мяммяд-

щцсейнин 3 манаты 

алыб эетмяси 

Кябля 

Мяммядщцсейнин 



кяшфиййатчылыьы 

щадисянин  сону 

Кябля Мяммядщцсейнин нюкяр 

Вялигулуну ханын йанына пул 

далынъа эюндярмяси 

Кябля Мяммядщцсейнин 

гузунун пулуну Язиз 

хандан истямяси 

Кябля Мяммядщцсейин иля 

Язиз ханын натариус 

дяфтярханасында гаршылашмасы 

Кябля Мяммядщцсейнин 

йаланлары вя ханын ясяби 

щадисянин башланьыъы 

Кябля Мяммядщцсейнин 

гялябяси вя алгышы 

Язиз ханын евиндя гонаглыг вя 

Мяммядщцсейнин тяряддцдц 

щадисянин  сону 



 

          

 

55 


 

Doğrudur  ki,  süjet  xəttinin  ağırlaşdırılması,  əsas 

mövzu  və  obrazların  ağırlıq  altında  müxtəlif  məqam-

larda itməsi heç  də  məqbul sayıla bilməz.  «Süjet  xəttini 

hadisələrlə  həddindən  artıq  ağırlaşdırmaq  olmaz.  Bəzən 

bu artıqlıq mövzunu ancaq yoxsullaşdırır» (24, 87). 

Cəlil Məmmədquluzadə nəsrində isə hekayənin his-

sələrə  bölünməsi,  hər  hissənin  özünün  başlanğıc  və  son 

nöqtəsi  olması  vahid  bir  süjet  xəttinə  heç  də  xələl  gə-

tirmir və yeni bir poetik quruluş kimi orijinal və maraqlı 

görünür. 

Eyni  poetik  forma  əlamətlərini  «Eydi-rəmazan» 

əsərində  də  müşahidə  etmək  olar.  Tədqiqatçılar  tərəfin-

dən  təbliği-publisist  xarakterli  hekayə  kimi  diqqəti  cəlb 

edən,  bədii  cəhətdən  zəif  hesab  edilən  (132,  96)  bu 

hekayə  süjet  xəttinin  inkişaf  mərhələlərində  hadisə 

vəhdətini  orijinal  bir  fonda  şərh  edir.  «Eydi-rəmazan» 

əsəri  süjet  mərhələlərinin  çoxşaxəliliyi  ilə  seçilən  bir 

əsərdir.  Cəmi  dörd  səhifə  olan  bu  hekayə  öz  orijinal 

strukturu,  məntiqli  süjet    və  bitkin  kompozisiya  qurulu-

şu  ilə  ideyanı  şərh  etməyə  xidmət  edir.  Hekayənin  süjet 

mərhələlərini  şərti  olaraq  iki  formada  qruplaşdırmaq 

olar.  «Eydi-rəmazan»  əsərində  süjet  xəttinin  inkişaf 

mərhələsinin  birinci  hissəsi  ədibin  şəxsi  təhkiyəsi  ilə 

tanrıya  dua  ilə  başlayaraq  ilk  baxışdan  klassik  əsərlərin 

başlanğıcını  xatırladır:  «Şükr  və  süpas  haman  pərvər-

digari-aləmə ki, dünyanı altı günün ərzində xəlq etdi: iki 

günün  ərzində  yeri,  iki  gündə  göyü  və  iki  günün  müd-

dətində  də  yer  üzündə  yaşayan  və  göydə  uçan 



 

          

 

56 


heyvanları» (111, 603). 

Müəllif  bu  gözəl  mövzunu,  ideyanı  sanki  bir  az  da 

maraqlı  təqdim  etmək  üçün  süjet  xəttini  dolaşdırmaq, 

bir sıra hadisələri və münasibətləri gizli saxlamaq və bu 

yolla  intizarı  artırmaq  istəmişdir.  O,  məhz  bu  niyyət 

xatirinə «Eydi-rəmazan» əsərini  pərvərdigari-aləmə dua 

ilə  başlamış,  sonra  məqsədini  açıqlayaraq  əsərinə 

məqalə  adı  verir:  «Mənim  bu  şükr  və  sənama  əlbət  bir 

illət  var  ki,  bu  barədə  möhtərəm  oxucular  ilə  bir  qədər 

söhbət  etmək  mənim  indiki  məqaləmin  mövzu  və 

məqsədidir» (111, 603). 

Bu kiçik hissə əsərin ekspozisiyasının ilkin təhkiyə-

sidir. Ədib ekspozisiyada məqsədini açıqlayaraq hadisə-

yə  giriş  vermir,  süjet  mərhələsini  yarıda  qırır,  rəbbül-

aləminə  dua  və  etiqadına  yenidən  başlayır.  Ədib  xüsusi 

təhkiyə  ilə  söylənilən  dualarda  düşdüyü  vəziyyətlərə 

hansı  fikir,  hansı  həyat  meylinin  daha  vacib  olduğunu 

bildirmiş,  fərdi  insan  simasında  tipik  obrazlar  kəşf 

etməyə  nail  olmuşdur:  «Vaqeən,  bu  mahi-mübarəkin 

iyirmi  doqquz  gününün  ərzində  bəndənin  dadü-fəryadı 

yerə  və  göyə  sığışmırdı:  çün  baxırdım  şəhərin  müsəl-

manlarına:  xah  müslimlərinə,  xah  müslimlərinə.  Yəni 

necə  müslimlər?  Cümləsi  binamaz  və  oruc  yeyən!  Yəni 

necə  müslimələr?  Cümləsi  Şərq  qadını  adı  ilə  baş-

layıblar  guya,  nə  bilim  bu  nədir  məktəb,  bu  nədir  klub 

Əli  Bayramov,  bu  nədir  mamalıq  dərsini  təhsil  etmək» 

(111, 603). 

Ədib mühitin insana, digər tərəfdən isə insanın mü-

hitə  təsirini  izləmək  məqsədi  ilə  fikrini  «xülasə» 



 

          

 

57 


deyərək  yarımçıq qoyur. Keçid  yenə əhvalatın başlanğı-

cına, ekspozisiyaya qayıdışdır. Təhkiyəçi mahi-mübarək 

rəmazanın  o  gözəl  günündə,  rəmazanın  gündəlik  nama-

zını məsciddə yerinə yetirmək üçün yola düşür. Məscid-

də baqqalları, hacıları, pinəçi və çarşablı övrətləri görən 

müəllif  öz  fikir  və  suallarına  yenidən  qayıdaraq 

ziddiyyətləri  yüksək  mərhələyə  çatdırır.  Oxumuşları, 

maarifpərvərləri,  ziyalı  müslümləri,  müəllimləri  ittiham 

edən  müəllif  ictimai  sima  və  tipləri  təmsil  edərək 

hadisələrə  ardıcıl  müqavimət  göstərir,  zidd  hadisələrə, 

mürəkkəb  və  ziddiyyətli  həyata  dərindən  nəzər  salaraq 

müəllif  fəaliyyətini  başqalarına  həvalə  etmir.  Oxucuları 

«artıq  dərdi-sərdən  xilas  etmək  istəyirəm  ki,  sözümü 

müxtəsərcə  o  yerə  gətirirəm  ki»  söyləyən  ədib  ziddiy-

yətləri  tədricən  açmağa,  paralel  müqayisənin  davamının 

sona  yaxınlaşmasına  yönəldir.  Təzadlı  müqayisə  islam 

aləminin  parçalanmış  nümayəndələri  arasında  olur. 

Yəni,  bir  tərəfdən  dindarlar  və  oruc  ağızlar  məhəlləsi 

olan  şərq  məhəlləsi,  bir  tərəfdən  də  qərb  məhəlləsi 

(idarələrdə,  mədrəsələrdə  və  mətbəələrdə  çalışan  oruc 

yeyənlər məhəlləsi) adlandırılaraq eyni din qardaşlarının 

birliyi  «övsafi-bəşəriyyətdən  bəri  və  münəzzeh  olan 

həqqi-sübhanə  və  taala»dan  (111,  605)  arzu  edilir.  Ma-

raqlı  faktdır  ki,  dua  ilə  başlanan  bu  hissə  cənabi-allaha 

dua  və  şükr  ilə  bitir.  «Ax,  şükri-bihəd  edirəm  cənabi-

allaha,  ölmədim  və  haman  arzuma  nail  oldum»  (111, 

605). 

Birinci  hissənin  şərti  qrafik  formasını  belə  göstər-



mək olar: 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə