Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə19/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 

          

 

66 


hürriyyət» əsərləri maraqlı quruluşa malikdir. 

«Pirverdinin  xoruzu»  əsərində  əhvalat  Qasım  əmi-

nin  övrəti  Həlimə  xalanın  çörək  yapmasından  başlayır. 

Həlimə  xala  çörək  bişirmək  üçün  Təzə  kənddən  bacısı 

Zibeydəni  mədədçi  çağırır.  Təbii  ki,  onu  gətirmək  üçün 

Qasım əmi getməlidir. Ziddiyyətlər də buradan başlayır. 

Qasım əminin oğlu Pirverdi isə xalası Zibeydədən xoruz 

gözləyir.  İki  saat  yol  gedən  Qasım  əmi  Təzə  kəndin 

prixod  mollası  Axund  Molla  Cəfərə  rast  gəlir.  Bir  sıra 

öyüdlərdən  sonra  molla  Pərinisəni  Qasım  əmiyə  siğə 

edir.  Süjet  xəttinin  inkişaf  mərhələlərini  qrafik  şəkildə 

nəzərdən keçirək: 

 

Kulminasiya 

 

           



           

Zavyazka    

 

 

 



  Razvyazka 

 

 



     

 

             Final  



 

 

 



     Ekspozisiya    

 

 



 

 

 



            

         

             

 

 



 

 

 



 

 

  



      

 

Тязя кяндин приход молласы 



Ахунд Молла Ъяфярин Гасым 

ямийя мяслящят вя тяклифи 

Гасым яминин гоншу кянддян 

Зибейдяни кюмяйя эятирмяк 

цчцн йола дцшмяси вя оьлу иля 

разылашмасы 

Гасым яминин Пяринисяни 

юзцня сиья етмяси 

щадисянин башланьыъы 

Гасым яминин ювряти 

Щялимя халанын чюряк 

йапмаг гайдаларынын 

тясвири 

щадисянин  сону 

Хоруз эюзляйян 

Пирвердинин сарсынтысы 

Мцяллиф истигамяти 

вя йени сонлуг 




 

          

 

67 


Göründüyü  kimi  final  Pirverdinin  sarsıntısı  ilə  ta-

mamlanır:  «Pirverdi  xalası  əvəzinə  yad  övrəti  görüb  göz -

lərini bərəltdi və bir qədər övrətə mat-mat baxandan sonra 

zırınpanı başlayıb özünü çırpdı yerə…» (111, 448-449). 

Təhkiyənin  sonu  psixoloji  gərginlikdir.  Hadisənin 

təlaşını, həyəcanını emossional şəkildə, qabarıq formada 

nəzərə  çatdırmaq  üçün  ədib  yeni  bir  üslubdan  istifadə 

edir:  «Az  qalmışdı  ki,  həmin  hekayəni  tamam  edəm,  yol-

daşım Mozalan gəlib dedi ki, dur ayağa gedək Qasım əmi-

nin  övrətlərinin  dava-mərəkəsinə  tamaşa  edək.  Bu  səbəb-

dən nağılımı tamam edə bilməyib burada qaldım» (111, 449). 

Müəllifin  son  deyimində  eyni  zamanda  şifahi  xalq 

ədəbiyyatımızın,  xüsusən  nağıl  və  dastanlarımızın  təsiri 

bir  daha  hiss  olunur.  Ədib  «nağılımı  tamam  edə 

bilməyib  burada  qaldım»  deməklə  əhvalata  düşünmə, 

mübahisə tərzi vermiş və əsəri daha canlı, daha dəqiq və 

müfəssəl açaraq oxucunun öz düşüncəsinə yönəltmişdir.  

Məntiqli  süjet,  bitkin  kompozisiya  əsərin  ideyasını 

daha  yüksək  səviyyədə  şərh  etməyə  və  ideya-bədii 

keyfiyyətini  daha  da  qabarıq  cilalamağa  xidmət  edir. 

Qeyd  etdik  ki,  ədib  ekspozisiyadan  əvvəl  məkan  təsviri 

ilə  bahəm,  bəzən  insan  təsvirlərini  də  ön  plana  çəkir. 

«İranda  hürriyyət»  əsəri  də  bu  qəbildəndir.  «İranda 

hürriyyət»  istər  yüksək  ideyası,  istərsə  də  bədii  sənət-

karlıq  cəhətdən  ədibin  ən  bitkin  novellalarından  biridir. 

Klassik  novellaları  səciyyələndirən  bir  sıra  xüsusiy-

yətlər  «İranda  hürriyyət»də  qabarıq  şəkildə  nəzərə 

çarpır.  C.Məmmədquluzadə  hekayələri  üçün  səciyyəvi 

olan forma sadəliyi, məzmun dərinliyi və fikri kəskinlik 

özünü  burada  da  qabarıq  şəkildə  göstərmişdir»  (133, 

84). Mövzusu siyasi məqsəd üçün seçilən və ailə-məişət 

məsələləri  ilə  paralel  inkişaf  etdirilən  bu  əsər  süjet 




 

          

 

68 


xəttinin  inkişaf  xüsusiyyətləri  ilə  də  öz  orijinallığı  ilə 

seçilir. Maraqlı süjet xəttinə malik olan bu əsər ekspozi-

siyadan  əvvəl  bitkin  bir  təsvirlə  başlayaraq  ədibin 

məntiqli  təfəkkürünün  nəticəsi  kimi  yüksələn  və  enən 

xətlə inkişaf edir. 

«Cəlil  Məmmədquluzadə  əsas  əhvalatın  təsvirinə 

keçməzdən  əvvəl  hekayəyə  mükəmməl  bir  başlanğıc 

vermişdir. Burada irəli sürülən və əsas əhvalatla bilava-

sitə  bağlı  olan  fikirlər,  bütün  əsər  boyu  inkişaf  edir, 

dərinləşir.  Bu  hissə  sadə  və  yığcam  ifadələrlə  yaradıl-

mış,  ədibin  sənətkarlıq  məharətini  göstərən  kamil  bədii 

lövhədir.  Cəmi  iki  səhifədən  ibarət  olan  bu  girişdə 

müəllif Qafqaz şəhərlərinin küçələrində əyləşib savadsız 

müsəlmanlara  məktub  yazan  mirzələrdən  bəhs  edir. 

Məşədi    Molla  Həsənin  keçdiyi  həyat  yolu,  vəziyyəti, 

düşüncə  və  hərəkəti  elə  təbii  cizgilərlə,  elə  böyük  iste-

dadla  verilmişdir  ki,  onun  canlı  surəti  oxucunun 

yadından heç vaxt çıxmır» (132, 67). 

Məşədi  Molla  Həsən  savadsız  İran  əhlidir.  O,  öz 

mənafeyi  üçün  hər  cür  yarımçıq  peşələrə  əl  atır.  İlkin 

fəaliyyətə  yeddi-səkkiz  müsəlman  uşağını  yığıb  müdər-

rislik  edən  «yarımçıq  alim»  bu  peşədə  uğur  qazana  

bilməyib,  köhnə  cildli  «Gülüstan»,  «Camei-Abbas», 

«Quran»  və  s.  kimi  kitablar  satmağa  başlayır.  Bir  ildə 

yeddi-səkkiz  cilddən  artıq  kitab  sata  bilməyəcəyini 

görən  Məşədi  Molla  Həsən  bu  peşədən  də  əl  çəkib 

güzəranını kağız yazmaqla davam etdirir. 

Ədib Məşədi Molla Həsənin təsvirini dəqiq verməklə 

əsərdəki  hadisələrin  inkişafına,  obrazların  səciyyəsinə, 

mahiyyətinə,  məzmununa  yönəldir.  O,  bədii  mətləbin 

izahında  zahiri  görünüş  əlamətlərindən  köməkçi  bir 

vasitə  kimi  istifadə  etmədən  əsas  sözünü  obyektin  bila-




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə