T texniki kolleci


Mövzu 11. Karbon və daimi aşqarların poladın xassələrinə təsiri



Yüklə 210,16 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix22.03.2024
ölçüsü210,16 Kb.
#183427
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
T texniki kolleci

Mövzu 11. Karbon və daimi aşqarların poladın xassələrinə təsiri. 
Polad t
ərkibində 2,14% C və daimi aşqarları olan dəmir-karbon ərintisinə 
deyilir.Əgər poladın tərkibi dəmir, karbon və müxtəlif daimi aşqarlardan Mn 
(0,7%),
Si(0,4%), küküürd (0,06%), fosfor( 0,07%) və qazlardan ibarətdirsə, belə 
poladlara karbonlu poladlar deyilir. 
Poladın xassələrinə daha çox təsir edən element karbondur. Karbonun 
miqdarının artması poladın bərkliyini, möhkəmliyini artırır, plastikliyi və özlülüyü 
azalır. Karbonun miqdarının 0,9% olduğu halda möhkəmlik maksimum həddə 
çatır, lakin karbonun miqdarının sonrakı artımı strukturda 2-ci sementit alınması 
v
ə kövrəkləşməsi səbəbindən möhkəmlik aşağı düşür. 
Poladın tərkibində manqan və silisium faydalı qarışıq sayılır. Polad 
əridilərkən bu elementlər qatılır ki, dəmir oksidləri kənarlaşdırılsın. 
FeO+Mn---- MnO+Fe 
2FeO+Si----SiO
2
+2Fe 
Manqan v
ə silisium ferritdə həll olunaraq onun bərkliyi və möhkəmliyini 
artırır, lakin bu halda plastiklik aşağı düşür. 
Kükürd polada çuqundan, çuquna isə dəmir filizi və koksdan keçir.Kükürd 
poladda isti sınıq xassəsi yaradır. 
Fosfor poladın tərkibinə filizdən keçir.Fosfor da ferritdə həll olaraq onun 
möhkəmliyini və bərkliyini artırır, lakin çox güclü dərəcədə onun plastikliyini aşağı 
salır, adi temperaturda kövrək edir. Bu hala soyuq sınıq xassəsi deyilir. 


Mövzu 12.Poladın tərkibində legirləyici elementlər 
Karbonlu 
poladların əridilməsi zamanı onun tərkibinə yüksəldilmiş 
miqdarda xrom, nikel, volfram, vanadium, manqan, silisium v
ə s. əlavə edilirsə
bel
ə elementlərə legirləyici element, polada isə legirlənmiş polad deyilir. 
Legirl
əyici elementlər dəmirin allotropik çevrilmələrinə müxtəlif cür təsir 
edir, karbit fazasına, poladda isə çevrilmələrinə təsir edir. 
D
əmirin allotropik dəyişmələrinə təsirinə görə legirləyici elementləri 2 
qrupa bölünür: 
1.


fazaya açıq zona verən legirləyici elementlər - Mo,Ni, Co, Cu. 
2. 


fazaya qapalı zona verən legirləyici elementlər – Cr, Y, W, Mo, Si, Ti və s. 

Yüklə 210,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə