Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

16 

Xəbər


ASB 15 dekabr - Beynəlxalq Çay Günü ilə bağ-

lı “facebook” sosial şəbəkəsi üzərindən müsabiqə 

keçirib. 

Müsabiqənin şərtlərinə görə, istifadəçi  iştirak 

etmək üçün sadəcə müsabiqə postunda hədiyyəni 

bərabər  əldə  etmək  istədiyi  dostunun  adını  qeyd 

etməli idi. 

Müsabiqəyə 11 dekabr tarixində start verilib və 

14  dekabr  tarixində  qalib  müəyyən  olunub.  Onu 

da qeyd edək ki, müsabiqə postu təqribən 45000 

nəfər istifadəçiyə çatıb.

Qalib,  Marketinq  Departamentinin  mütə xəs-

sisi  Aysel  Hətəmova  tərəfindən  “facebook”  sosial 

şəbəkəsində  canlı  yayımda  təsadüfi  seçimlə  ran-

dom.org portalı vasitəsi ilə seçilib və Park Bulvar 

AVM-də  yerləşən  “Nargilə”  kafesinə  2  nəfərlik 

zəngin çay dəsgahına qonaqlıq dəvəti əldə edib.

Hədiyyəni Nuraya Sahil adlı istifadəçi qazanıb.



ASB-dən qazandıran müsabiqə!

Azərbaycan  Sənaye  Bankı 

2017-ci ildə bir sıra uğurlara imza 

atıb.  Belə  ki,  2017-ci  ildə  ban-

kın  korporativ  saytı  yenilənib  və 

istifadəçilərin rahatlığı üçün sayt-

da müxtəlif funksiyalar yaradılıb.  

Asb.az saytı “Milli Net 2017” 

müsabiqəsində 12 peşəkar mün-

sif  tərəfindən  dizayn,  funk-

sionallıq  və  məzmun  olaraq 

dəyərləndirilərək  birinci  yerə 

layiq  görülüb  və  “Ən  yaxşı  kor-

porativ  sayt”  nominasiyasının 

qalibi olub. 2017-ci il 20 dekabr 

tarixində  ölkənin  İnternet  və 

İKT  ictimaiyyəti,  dövlət  və  özəl 

sektor,  vətəndaş  cəmiyyətinin 

çoxsaylı  nümayəndələrinin  işti-

rakı  ilə  Bulvar  Oteldə  keçirilmiş 

təntənəli  təqdimat  mərasimində, 

bank  təşkilatçılar  tərəfindən  ku-

bok,  diplom  və  qiymətli  hədiyyə 

ilə mükafatlandırılıb.

 Qeyd edək ki, “Milli Net” Azərbaycan İnternet 

Forumu  tərəfindən  təsis  edilən  peşəkar  internet 

mükafatıdır və artıq 9 ildir ki, ictimaiyyətə təqdim 

edilir. Bu mükafat hər il sosial, mədəni, elmi, iq-

tisadi,  hüquqi  və  s.  sahələrdə  fəaliyyət  göstərən, 

Azərbaycan  dilində  tərtib  olunan  milli  internet 

resurslarına  və  layihələrinə  müsabiqə  üsulu  ilə 

təqdim edilir. 

2017-ci  ilin  aprel  ayında  kart  sahiblərinin 

sosial  şəbəkələr  vasitəsilə  maarifləndirilməsi  və 

məhsullar  haqqında  ən  yaxşı  təbliğat  işlərinin 

həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Sənaye 

Bankı  VISA  beynəlxalq  ödəniş  sistemi  tərəfindən 

də təltif edilib. Bu, 2017-ci il ərzində bankın Di-

jital Marketinq sahəsində qazandığı ikinci müka-

fatıdır. 

2017-ci  il  ərzində  Azərbaycan  Sənaye  Ban-

kı  Mərkəzi  Bankla  “Maliyyə  savadlılığı”  layihəsi 

çərçivəsində bir neçə dəfə təlimlər keçib və daha 

sonra  təlimdə  iştirak  etmiş  tələbələri  təcrübəyə 

cəlb  edib.  Qeyd  edək  ki,  2017-ci  ildə  10-a  ya-

xın  tələbə  bankın  müxtəlif  departamentlərində 

təcrübə keçiblər.  

Azərbaycan Sənaye Bankının müxtəlif maliyyə 

göstəricilərində  də  2016-cı  illə  müqayisədə  ar-

tımlar  olub.  Belə  ki,  BBN.az  saytı  2017-ci  ilin 

III  rübü  üçün  bankların  aktivlərinin  dinamika-

sına  görə  araşdırma  aparıb  və  ASB  qeyd  olunan 

göstəriciyə  görə  banklar  arasında  1-ci  sıradadır. 

Eyni mənbənin başqa bir araşdırmasına görə yenə 

də  2017-ci  ilin  III  rübü  üçün  banklar  arasında 

ASB  depozit  portfelinin  dinamikasına  görə  2-ci 

yerdədir. Eyni mənbənin başqa bir araşdırmasında 

aktivlərin  həcminə  görə  2017-ci  il  III  rübün  so-

nuna  ASB  banklar  arasında  5-ci  sırada  dayanır. 

Həmçinin 2016-ci ilə nəzərən 2017-ci ilin noyabr 

ayına  qədər  plastik  kart  sayında  təqribən  12%, 

POS terminal sayında 19% artım olub.



ASB il sonunu nailiyyətlərlə 

yekunlaşdırdı


17

 

ASB  əməkdaşları  Yeni  il  öncəsi  ucqar  kəndlərdə 



yaşayan  uşaqları  sevindirmək  məqsədilə  “Şaxta  baba” 

layihəsinə  dəstək  olublar.  Bu  layihə  ucqar  kəndlərdə 

yaşayan uşaqların arzuladığı hədiyyələri onlara çatdır-

maq məqsədilə yaradılıb. 

Belə  ki,  uşaqlar  göstərdikləri  məharətin  əvəzində 

Şaxta babadan hədiyyə istəyirlər.  Müəllimlər çəkdikləri 

videoları layihəyə göndərir, onlar da öz saytlarında bu 

videoları yerləşdirirlər. Nəticədə müxtəlif şəxslər həmin 

uşaqlara hədiyyə alaraq  komandaya təhvil verir və ko-

manda üzvləri bayram öncəsi ucqar kəndlərə gedərək 

hədiyyələri uşaqlara təqdim edirlər. 

“Şaxta baba” layihəsinə dəstək olan ASB əməkdaşları 

tərəfindən13 uşağa hədiyyə alınıb. 

ASB əməkdaşlarından 

növbəti humanist addım

Azərbaycanın  sığorta  sektorunda  aparıcı  möv-

qelərdən birini tutan “Azərbaycan Sənaye Sığorta” 

ASC dekabr ayında 21-ci  illiyini qeyd edib.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC 

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sı-

ğorta xidməti göstərir. Hazırda şirkət nümayəndəlik 

və satış mərkəzləri ilə geniş bir əhatədə müştərilərinə 

operativ xidmət göstərməkdədir.

“Azərbaycan  Sənaye  Sığorta”  ASC  2017-ci 

ildə  kənd  təsərrüfatı  bitkilərinin  sığortası  ilə  bağ-

lı  Ukrayna  ekspert  şirkəti  ilə  əməkdaşlığa  baş-

layıb  və  təkrarsığorta  təminatı  olaraq  xarici 

təkrarsığortaçılarla yeni müqavilələr imzalayıb. Da-

şınmaz  əmlakın  sığortası  növü  üzrə  “Dreamland 

Golf  Resort”u  sığortalayan  şirkət,  həmçinin  Tibbi 

sığorta  və  korporativ  sığorta  xidmətləri  ilə  bağ-

lı  məmnuniyyət  araşdırmaları  da  aparıb.  Habelə 

Azərbaycan  Dövlət  İqtisad  Universiteti  ilə  birgə 

yazı yarışması keçirib, “İkiqat şans” və “Yaya Hazır-

san?”  stimullaşdırıcı  lotereyanın  sığorta  tərəfdaşı 

olub. Bundan başqa, könüllü tibbi sığorta xidməti 

göstərilən  müəssisələrdə,  yeni  sığorta  ili  üçün 

göstərilən  xidmətlərlə  bağlı  təqdimatlar  keçirib, 

yaranan  sualları  cavablandıraraq  irad  və  təklifləri 

diqqətə alıb. 

Fəaliyyətinin 21-ci ilində “Azərbaycan Sənaye 

Sığorta” ASC bir çox yerli və beynəlxalq mükafatla-

ra da layiq görülüb. Mühasibat və vergi sahəsindəki 

şəffaf  fəaliyyətinin  müsbət  nəticəsi  olaraq  şirkət 

Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyor-

luğu statusu”na layiq görülüb. 

2017-ci ilin dekabrında “Global Brands Magazi-

ne” təşkilatı tərəfindən keçirilən beynəlxalq müka-

fatlandırma mərasimində “Azərbaycan Sənaye Sı-

ğorta” ASC ikinci il ardıcıl olaraq sığorta xidmətində 

keyfiyyətin  artırılması  istiqamətində  görülən  işlər, 

müştəri məmnuniyyəti və uzunmüddətli peşəkar iş 

birliyinə  görə “Best Non-Life Insurance Company, 

Azerbaijan” (ilin ən yaxşı qeyri-həyat sığorta şirkəti) 

mükafatına layiq görülüb.  

“Azərbaycan  Sənaye  Sığorta”  ASC  yeni, 

2018-ci  ildə  də  müvafiq  araşdırmaların  və  yeni 

əməkdaşlıqların  həyata  keçirilməsini  davam 

etdirəcəkdir. 

Şirkətlə əlaqə:

AZ1001 Bakı, Azərbaycan, H.Seyidbəyli küç.,122 

Gümüş Plaza

Tel.:     (+99412) 404 13 03 

Fax:     (+99412) 404 13 04

www.aiic.az

“Azərbaycan Sənaye Sığorta” ASC 

21-ci ilini qeyd etdi



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə