Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

9

 

Dünyanın  40-a  yaxın  ölkəsinə  ixrac  edilən 



Azərbaycanın ilk milli markası “Azerçay” ölkəmizin 

xaricdə təbliğinə növbəti dəfə öz töhfəsini verib. Belə 

ki,  MDB-nin  ən  məşhur  televiziya  layihələrindən 

biri  olan  “Pole  Çudes”  verilişinin  Beynəlxalq  Çay 

Günündə  yayımlanmış  buraxılışı  Azərbaycana  həsr 

edilib. 


Yayım ərzində verilişin çoxmilyonluq auditoriya-

sı Azərbaycanın milli rəqs, musiqi və çay ənənələri 

ilə tanış olub. Studiyanın özü isə Azərbaycanın mil-

li  ornamentləri,  mədəniyyətimizi  dünyada  uğurla 

təbliğ  edən  “Azerçay”  markasının  elementləri  ilə 

bəzədilib.

Verilişdə populyar və sevilən şoumen Murad Da-

daşov,  eləcə  də  “Azərsun  Holdinq”in  ən  təcrübəli 

əməkdaşlarından biri olan Roza xanım Məmmədova 

da iştirak edib. Qeyd edək ki, ölkəmizə həsr edilmiş 

buraxılışın qalibi Murad Dadaşov olub. 

Şounun  efirində,  Azərbaycan  milli  musiqi 

mədəniyyətini beynəlxalq tədbirlərdə uğurla təmsil 

edən  məşhur  tarzən  Şəhriyar  İmanov  və  əməkdar 

artist Həsənağa Sadıqov çıxış edib. Hər iki ifaçının 

musiqi  töhfələri  maraqla  qarşılanıb  və  heyranlıqla 

alqışlanıb.  Bununla  yanaşı,  verilişdə  tanınmış  Ru-

siyalı  müğənnilər  Valeriya,  Taisiya  Povali  və  Valeri 

Syutkin “Azerçay”a olan sevgilərindən söhbət aça-

raq, gözəl musiqili çıxışlarla tamaşaçıların zövqünü 

oxşayıblar. 

Sevindirici  haldır  ki,  Rusiya  bazarında  apardığı 

böyük marketinq mübarizəsində Azərbaycanı uğur-

la  təmsil  edən  “Azerçay”  markası  Rusiya  istehlak-

çılarının sevərək istehlak etdiyi bir çay markasıdır. 

“Pole Çudes”in növbəti buraxılışı 

ölkəmizə həsr edildi



10 

Respublikamızda  ilk  dəfə  olaraq  Lənkəranda 

“Çay, çəltik, sitrus” festivalı keçirilib. Məhsul bay-

ramı xarakterini daşıyan bu festivalda şirkətlər qru-

punun “Azerçay” və “Bizim Tarla”  markaları uğurla 

iştirak edib. Hər iki markaya məxsus stendlər festival 

ziyarətçiləri tərəfindən böyük marağa səbəb olub.

Azərbaycanın  ixrac  potensialının  artırılması  və 

yerli  məhsullarımızın  dünya  bazarlarına  çıxarıl-

ması məsələsinə xüsusi əhəmiyyət verən “Azərsun 

Holdinq”,  çayçılıq  təsərrüfatının  daha  da  inkişaf 

etdirilməsi,  Azərbaycan çayının şöhrətinin dünyaya 

yayılması istiqamətində müxtəlif yerli və beynəlxalq 

layihələr  reallaşdırır.  Masallı,  Lənkəran,  Astara  ra-

yonlarında yerli fermerlərdən ən çox çay satın alan 

şirkət, eyni zamanda özünə məxsus çay plantasiya-

larının sahəsini də ildən-ilə genişləndirir. 

“Made  in  Azerbaijan”  yazısını  üzərində  şə rəflə 

daşıyan  “Azerçay”    yüksək  keyfiyyəti  ilə  Azər bay-

can çayının şöhrətini dünyaya yaymaqdadır. Belə ki, 

dünyanın bir çox ölkələrində böyük məm nuniyyətlə 

istehlak  edilən  və  Azərbaycanın  ilk  milli  markası 

olan “Azerçay” artıq  dünyanın 40-a yaxın ölkəsinə 

ixrac edilir.  

Ən son texnologiyaların tətbiqi ilə yerli və tam 

təbii məhsullardan hazırlanan “Bizim Tarla” marka-

sı  yerli  istehlakçıların  sevimli  seçiminə  çevrilməklə 

bərabər, ölkəmizin hüdudlarını aşaraq xarici bazar-

larda  da  yerini  möhkəmlətməkdədir.  “Bizim  Tar-

la”  məhsullarının    əsas  özəlliyi,  onların  ölkəmizdə 

yetişdirilən  seçmə  meyvə  və  tərəvəzlərdən  hazır-

lanması, yüz faiz təbii,  şəkərsiz  və  konsentratsız 

olmasıdır.

Xəbər


Dekabrın  22-də  Bakı  Biznes  Mərkəzində  döv-

lət  qurumlarının,  beynəlxalq  təşkilatların  nü ma-

yən dələri və iş adamlarının iştirakı ilə 2017-ci ildə 

“Made  in  Azerbaijan”  brendinin  təşviqi  və  sahib-

karlığın  inkişafına  həsr  olunmuş  tədbir  keçirilib. 

Tədbirdə ölkə başçısının rəhbərliyi ilə sistemli isla-

hatların  2017-ci  ildə  də  davam  etdirildiyi,  bu  ilin 

ölkə  iqtisadiyyatı  üçün  uğurlu  keçdiyi,  biznes  və 

investisiya mühitinin yaxşılaşdırıldığı, iqtisadiyyatın 

prioritet sahələrində müsbət nəticələrin əldə olun-

duğu qeyd olunub.

Tədbirdə Azərbaycan Prezidentinin Sərən ca mına 

əsasən Azərbaycan Respublikasının iqtisadi inkişafı-

na verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi 

ilə  bağlı  dövlət  siyasətinin  həyata  keçirilməsində 

səmərəli  fəaliyyətlərinə  görə  “Tərəqqi”  medalı  ilə 

təltif edilən “Azərsun Holdinq”in baş direktoru Sa-

vaş Uzanın medalı təqdim edilib. Eləcə də “Azərsun 

Holdinq” 2017-ci ildə “Made in Azerbaijan” brendi-

nin təşviqi sahəsində səmərəli fəaliyyətinə görə İq-

tisadiyyat Nazirliyi tərəfindən “İlin qida ixracatçısı” 

mükafatı ilə təltif olunub. 

Qeyd  edək  ki,  ölkənin  ərzaq  təhlükəsizliyinin 

təmin  edilməsi  və  milli  markalarımızın  yaradılma-

sında  xüsusi  rol  oynayan  “Azərsun  Holdinq”in  is-

tehsal etdiyi bir çox məhsulların ixrac coğrafiyasının 

genişləndirilməsi, fəaliyyətində prioritet hesab etdiyi 

əsas məsələlərdən biridir. Belə ki, şirkətin istehsal et-

diyi məhsullar “Made in Azerbaijan” brendi adı al-

tında artıq dünyanın 40-a yaxın ölkəsinə ixrac olu-

nur.  Eyni  zamanda  şirkət  Azərbaycan  məhsullarını 

dünyaya  yaymaq  istiqamətində  müxtəlif  yerli  və 

beynəlxalq layihələr reallaşdırır. Bunun müsbət nə-

ti cəsi  olaraq  Azərbaycanın  ilk  milli  markası  olan 

“Azerçay”ı  qeyd  edə  bilərik.  “Azerçay”  markamız 

Al maniyanın “Heinemann” şirkəti ilə əldə olunmuş 

ra zı laşmaya əsasən, dünyanın 50-dən çox hava li-

manında  “Duty  Free”  dükanlarında  istehlakçılara 

təqdim olunur. 

“Azərsun Holdinq” “İlin qida ixracatçısı” 

mükafatına layiq görüldü

“Azerçay” və “Bizim Tarla” markaları  

festivalda böyük marağa səbəb oldular



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə