Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

18 

Xəbər / Bazarstore

Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü 

və  Yeni  il  bayramı  münasibəti  ilə  dekabrın  21-də 

Müdafiə  Nazirliyinin  Tərtər  rayonunda  yerləşən  N 

saylı hərbi hissəsində əsgərlərlə görüş təşkil olunub 

və  onlara  bayram  sovqatı  təqdim  edilib.  YAP-ın 

Nizami, Nərimanov və Nəsimi rayon təşkilatlarının 

təşkilatçılığı  ilə  baş  tutan  görüşdə  millət  vəkilləri, 

aprel şəhidlərinin valideynləri, rayon icra hakimiyyəti 

və YAP-ın rayon təşkilatlarının nümayəndələri işti-

rak ediblər. Hər il olduğu kimi, tədbirdə “Azərsun 

Holdinq” də iştirak edib.  

Qonaqlar  əsgərlərimizin  xidməti  və  məişət 

şəraiti  ilə  yaxından  tanış  olub,  əsgər  yataqxanası, 

yeməkxana və digər xidməti otaqlara baxış keçiriblər. 

Sonra Milli Məclisin deputatları Məlahət İbrahimqızı 

və Sədaqət Vəliyeva çıxış edərək qarşıdan gələn bay-

ram münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara 

xidməti  vəzifələrində  uğurlar  arzulayıblar.  2016-ci 

il  aprel  döyüşlərində  şəhid  olmuş  Milli  Qəhrəman 

Çingiz Qurbanovun atası Salman Qurbanov və Milli 

Qəhrəman  Mahir  Mirzəyevin  atası  Sabir  Mirzəyev 

çıxışında oğullarının keçdiyi şərəfli döyüş yolundan 

danışıb, bu gün Azərbaycan əsgərinin döyüş hazır-

lığının, əsgərlərə yaradılan şəraitin yüksək səviyyədə 

olmasının bir daha şahidi olduqlarını ifadə ediblər. 

Nərimanov  RİH  başçısının  müavini,  YAP 

Nərimanov  rayon  təşkilatının  sədr  müavini  İradə 

Mahmudova  və  digər  qonaqlar  çıxış  edərək 

əsgərlərimizə  yaradılan  şəraitə  görə    dövlətimizin 

başçısı,  Ali  Baş  Komandan  İlham  Əliyevə  öz 

minnətdarlıqlarını bildirdilər.  

  Daha  sonra  məktəblilər  tərəfindən  yazılmış 

məktublar  vətənimizin  keşiyində  ayıq-sayıq  daya-

nan əsgərlərimizə paylanılıb. Tədbir iştirakçılarının 

əsgərlərlə görüşü  ön cəbhədə davam edib və təmas 

xəttində  xidmət  aparan  əsgərlərə  bayram  sovqatı 

aparılıb.  Əsgərlərlə  söhbət  edən  qonaqlar,  onlara 

bayram  təbriklərini  çatdırıb,  həmçinin  əsgərlərlə 

birgə  yemək  süfrəsində  iştirak  ediblər.    “Azərsun 

Holdinq”  tərəfindən  əsgərlərə  göndərilən  “Bizim 

Tarla”  kompotları  nahar  zamanı  əsgərlərimizə 

təqdim edilib. Tədbirin sonunda “Azərsun Holdinq” 

və  digər  şirkətlər  tərəfindən  əsgərlərimiz  üçün 

göndərilən sovqatlar hərbi hissəyə təqdim olunub. 

Əsgərlərlə  görüşdə  “Azərsun  Holdinq”  şir kə tindən 

YAP ərazi təşkilatının sədr müavini Murad Nağıyev 

iştirak edib.

“Azərsun Holdinq” cəbhə bölgəsində

Ərzaq təminatı ölkəmizdə iqtisadi sabitliyin və 

sosial dayanıqlığın başlıca şərti, o cümlədən iqtisadi 

təhlükəsizliyimizin mühüm komponentlərindən biri 

hesab edilir. Bu gün ərzaq təhlükəsizliyinin təmin 

edilməsində  rol  oynayan  vacib  amillərdən  biri  də 

əkinə yararlı torpaq sahələridir. Ölkədə aqrar sektora 

yönələn diqqət, əkinə yararsız torpaqların istehsala 

cəlb olunması məsələsini daha da aktuallaşdırıb. 

Belə ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” 

MMC daha 1090 hektar istifadəsiz və az məhsuldar 

hesab edilən ərazini istehsal dövriyyəsinə cəlb edib. 

Torpaqda bütün lazımi aqrotexniki tədbirlər görü-

lüb, başlanğıc olaraq buğda və arpa bitkiləri əkilib. 

Cari  təsərrüfat  ilində  həmin  ərazidə  pomidor  bit-

kisinin  əkilməsi  də  nəzərdə  tutulub.  Həmçinin 

növbəti təsərrüfat ilində müəssisə tərəfindən isteh-

sal  dövriyyəsinə  yeni  cəlb  olunmuş  ərazidə  şəkər 

istehsalını yerli xammalla təmin etmək məqsədi ilə 

şəkər çuğunduru becərilməsi planlaşdırılıb.

Ərazini suvarma suyu ilə təmin etmək məqsədi 

ilə  23  km  uzunluğunda  suvarma  borularının 

çəkilməsinə  və  nasos  stansiyasının  inşasına  başla-

nıb.  Pivot  suvarma  sistemi  layihələndirilib  və  ilin 

ikinci  yarısında  montaj  işlərinin  tamamilə  yekun-

laşması gözlənilir. Yeni isteh-

sal  dövriyyəsinə  cəlb  olun-

muş ərazidə ciddi meliorasiya 

tədbirlərinə ehtiyac olduğunu 

nəzərə alaraq məsələ ilə bağlı 

aidiyyatı strukturlarla görüşlər 

davam edir. 

Qeyd  edək  ki,  meliorasi-

ya  tədbirləri  “Azərsun  Kənd 

Təsərrüfatı  Məhsulları”  MMC-nin  vəsaiti  hesabına 

davam  etdirilir.  Bununla  belə  müəssisədə  ümumi 

ərazi artımını diqqətə alaraq maşın və mexanizmlərin 

sayının artırılması da nəzərdə tutulub. 



İstifadəsiz torpaqlar əkin dövriyyəsinə cəlb edilir


19

 

Qeyri-rəsmi  məlumatlara  görə,  Azərbaycanda 



eşitmə  və  nitq  qüsurlu  şəxslərin  sayı  10  minə 

yaxındır.  Bu  şəxslərin  cəmiyyətə  inteqrasiyası  və 

əhval-ruhiyyələrinin  yüksək  olmasına  dəstək  ol-

maq  hər  birimizin  borcudur.  “Bazarstore”  bu 

xeyirxah  missiyaya  qoşularaq  “Eşitmə  və  nitq 

məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyi 

ilə birlikdə 21-24 dekabr tarixlərində Qara Qarayev 

“Bazarstore”da sərgi-yarmarka təşkil etdi. Yarmar-

kada ictimai birliyin üzvü olan 50-yə yaxın eşitmə 

və  nitq  məhdudiyyətli  şəxsin  əl  işləri  satışa  çıxa-

rıldı.  Tədbirin  keçirilməsində  əsas  məqsəd  həmin 

şəxslərə həm maddi, həm də mənəvi dəstək ola-

raq “Səssizliyin səsi” olmaq idi. Aksiya müştərilər 

tərəfindən böyük maraqla qarşılandı. 

Hər zaman müştərilərinin rahatlığını düşünən 

“Bazarstore”dan daha bir yenilik! Alış-verişini ge-

niş  və  bol  çeşidli  Xırdalan  mağazamızdan  etmək 

istəyən  müştərilərimizə  şad  xəbərimiz  var.  Sizin 

üçün ödənişsiz avtobus xidmət göstərir. Hər gün 

saat  11:00-dan  21:00-dək  xidmət  göstərən  av-

tobusumuz  Xırdalandan  (təzə  bazar)  Hökməli 

dairəsinin  yaxınlığında  yerləşən  “Bazarstore”a  və 

əks istiqamətə hərəkət edir. Artıq rahat şəkildə ma-

ğazamıza gələ, alış-veriş edə bilərsiniz.

Hər il olduğu kimi, bu il də “Bazarstore” Yeni 

il hazırlıqlarına erkən başladı. Artıq dekabr ayının 

ilk  günlərindən  Yeni  il  bəzəkləri  satışa  çıxarıldı. 

Həmçinin hər gün üçün xüsusi məhsullar seçilərək 

çox  sərfəli  qiymətə  “Günün  fürsəti”  kampaniyası 

keçirildi  ki,  Yeni  il  alış-verişi  üçün  bundan  gözəl 

seçim ola bilməzdi. Mağazalaramızdakı Yeni il de-

korasiyaları, bayram ab-havası, super kampaniya-

lar müştərilərimizin tam ürəyincə idi. 

“Bazarstore” və “McDonald`s” birgə kampani-

ya hazırlayaraq mağazalarımızda 15 AZN-lik alış-

veriş edən hər kəsə xüsusi təkliflər kuponu təklif 

edir. 

Kampaniyadakı  kuponlar  28  fevrala  kimi 



“McDonald`s”da keçərlidir.

“Bazarstore”da sosial aksiya - 

Səssizliyin səsi olaq

Xırdalan “Bazarstore”da ödənişsiz avtobus

Yeni ilin bolluğu “Bazarstore”larda

“Bazarstore” və 

“McDonald`s”dan 

birgə kampaniya


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə