Tahir göZƏL ÖLKƏ başÇisi təRƏFİNDƏn mükafatlandirildi



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix08.07.2018
ölçüsü4,22 Mb.
#54053
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

11

 



12 

Xəbər


Hər  il  olduğu  kimi,  bu  il  də  İmişlidə  ənənəvi 

“Şəkər  bayramı”  təşkil  edilib.    İmişli  Rayon  İcra 

Hakimiyyəti  və  “Azərsun  Holdinq”in  təşkilatçılığı 

ilə  keçirilən  tədbirdə  millət  vəkilləri,  İmişli  RİH 

və  “Azərsun  Holdinq”in  nümayəndələri,  rayon 

sakinləri, şəkər çuğunduru becərən fermerlər işti-

rak ediblər.

İlk  olaraq  İmişli  Rayon  İcra  Hakimiyyətinin 

başçısı  Vilyam  Hacıyev  və  “Azərsun  Holdinq”in 

nümayəndələri  ümummilli  lider  Heydər  Əliyevin 

abidəsini ziyarət edib, abidənin önünə əklil qoya-

raq ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad 

ediblər.  Daha  sonra  tədbir  rayon  ictimaiyyətinin 

və  geniş  əhali  kütləsinin  iştirakı  ilə  rayonun 

mədəniyyət mərkəzində davam edib. 

Tədbirdə çıxış edən Vilyam Hacıyev dövlət baş-

çısının rəhbərliyi altında ölkədə aparılan quruculuq 

işlərindən və regionların sosial-iqtisadi inkişafından 

danışıb.  V.Hacıyev  çıxışında  ölkə  iqtisadiyyatının 

inkişafına mühüm töhfələr verən və İmişli rayonu-

nun həyatında müstəsna rol oynayan Azərbaycan 

Şəkər İstehsalat Birliyinin fəaliyyətinə də toxunub. 

Qeyd edib ki, məhz “Azərsun Holdinq”in nəzdində 

fəaliyyət göstərən bu müəssisənin sayəsində İmişli 

rayonu özünü maliyyələşdirən rayona çevrilib. 

“Azərsun  Holdinq”in  Məhsul  Qrup  direkto-

ru Mehran Məmmədov çıxışında hər kəsi bayram 

münasibətilə təbrik edib. M.Məmmədov 2003-cü 

ildə  məhz  ulu  öndər  Heydər  Əliyevin  xeyir-duası 

ilə tikintisinə başlanılmış İmişli Şəkər Zavodunun 

2006-cı  ildə  Prezident  İlham  Əliyev  tərəfindən 

açıldığını  bildirib.  AŞİB-in  MDB  məkanında  ən 

böyük  müəssisə  olduğunu,  dünyanın  aparıcı 

dövlətləri ilə rəqabətə davam gətirmək məqsədilə 

bütün texniki qurğularının yenidən qurulduğunu 

vurğulayıb.  İlk  dəfə  olaraq  bu  il  günlük  məhsul 

istehsalının  10  min  tona,  əkin  sahələrinin  14 

min  hektara,  şəkər  çuğundurunun  ortalama 

şəkərlilik  dərəcəsinin  isə  15.1  faizə  çatdırıldı-

ğını  qeyd  edib.  O,  həmçinin  respublikamızın 

40-a yaxın rayonunda 4 min nəfərdən çox fer-

merin şəkər çuğunduru becərdiyini və “Azərsun 

Holdinq”in bu və digər müəssislərində istehsal 

olunan məhsulların “Made in Azerbaijan” bren-

di  adı  altında  dünya  ölkələrinə  ixrac  olunaraq 

ölkəmizi layiqincə təmsil etdiyini söyləyib.  

Daha  sonra  ölkəmizin  tanınmış  incəsənət 

xa dimləri  İmişli  sakinləri  üçün  geniş  konsert 

proq ramı ilə çıxış ediblər. Bayrama İmişli Şəkər 

Za vodunda  təşkil  edilmiş  ziyafətlə  yekun  vu-

rulub.

İmişlidə “Şəkər bayramı” qeyd edildi



13

 

Ölkə iqtisadiyyatında xüsusi rolu olan “Azərsun 



Holdinq”in  ictimai  iaşə  sahəsində  özünəməxsus 

yeri  var.  İctimai  iaşə  iqtisadiyyatın  bir  sahəsidir. 

Yemək  hazırlayır,  realizə  edir  və  istehlakçılara 

xidmət  göstərir.  İctimai  iaşə  şəbəkəsinə  restoran, 

kafe, çayxana, yeməkxana, bufet və s. daxildir ki, 

dövlət qurumları və özəl sektor, bu xidmətlərdən 

insanların yemək ehtiyacını qarşılamaq üçün fay-

dalanır.


“Azərsun  Holdinq”  də  işçilərinin  yemək  ehti-

yacını təmin etmək üçün bu xidmətlərdən istifadə 

edir. Belə mətbəxlərimizdən biri Xırdalan Logistika 

müəssisəmizin  yanında  fəaliyyət  göstərən  “Park” 

restoranıdır.  

Ən müasir avadanlıqlarla təmin edilmiş “Park” 

restoranında gigiyenik qaydalara yüksək səviyyədə 

riayət  olunur.  Müvafiq  sahədə  təhsil  almış, 

təcrübəli işçilərdən ibarət olan restoranda istifadə 

ediləcək  məhsulların  təzə  və  keyfiyyətli  olması-

na  xüsusi  önəm  verilir.  Burada  kalori  əmsalları, 

müxtəliflik, doyma meyarları da nəzərə alınmaq-

la tərtib edilmiş orijinal menyu, həmçinin bişiril-

miş  yeməklərin  təqdim  edilməzdən  əvvəl  ərzaq 

mühəndisləri  tərəfindən  yoxlanılıb  rəy  verilməsi 

xüsusilə diqqətçəkəndir.

“Park”  restoranında  istehlakçıların  məmnunlu-

ğuna  səbəb  olan  xidmətlərdən  biri  də  yeməklərin 

münasib qiymətə gigiyenik termoboks və nəqliyyat 

vasitələri ilə ünvana çatdırılması xidmətidir.   Çünki 

yüksək məsuliyyət hissi və əzmlə çalışan yeməkxana 

işçilərinin hazırladığı dadlı və ləzzətli müxtəlif çe-

şidli yeməklər hər kəs tərəfindən çox bəyənilir.

“Park” restoranın ləziz təamları

Azərbaycanda  ilk  discount  (endirimli)  market 

sisteminin  tətbiqinə  başlamış  “Al”  Marketlər  şə-

bəkəsi    geridə  qoyduğumuz  ili  53  mağazası  ilə 

tamamladı. 

“Yüksək  keyfiyyət,  uyğun  qiymət”  şüarını  əsas 

tutan  “Al”  Marketlərin  sizə  təqdim  etdiyi  xüsu-

si  markalı  məhsullar  bazarda  lider  olan  marka 

məhsullardan  keyfiyyətcə  heç  də  geri  qalmayan, 

qiyməti  isə  büdcənizə  uyğun  olan  məhsullardır. 

Bunlardan “Sərfəli” markasının yağ, çay və kompot-

larını, “Min bir dad” markasının makaron və paxlalı 

məhsullarını misal göstərə bilərik. Məhsul çeşidinin 

daha az olması, əlavə reklam və tanıtım xərclərinin 

olmaması  qiymətlərimizi  daim  aşağı  saxlamaqda 

bizə yardımçı olan ən əsas özəlliklərimizdəndir.

Mağazalarımız  mümkün  olduğu  qədər 

sadə  dekor  edilir,  minimum  rəf  sistemi  tətbiq 

edilərək  gərəksiz  xərclərdən  qaçılır.  Bundan  başqa 

məhsulların qutularda təqdim olunması xərclərimizi 

azaldır ki, bu da öz növbəsində qiymətlərimizi aşağı 

saxlamaqda bizə kömək edir. 

Məhsulların  rəflərdəki  təqdimat  konsepsiyasın-

da  nəzərə  aldığımız  əsas  məqam  müştərilərimizin 

axtardığını  asanlıqla  tapa  bilməsidir.  Məhz  bu 

səbəbdən axtardığınız hər şey sizə “əlinizin altında” 

imiş kimi gələcək. 

Müştəri  məmnuniyyəti  bizim  üçün  çox 

önəmlidir.  Məhz  bu  səbəbdən  “Al”  Marketlərdən 

aldığınız  məhsulları  alış-veriş  qəbzi  ilə  qeyd-

şərtsiz  geri  qaytara  bilərsiniz.  Həmçinin  təklif  və 

şikayətləriniz  üçün  müştəri  xidmətləri  nömrəmiz 

hər zaman sizin xidmətinizdədir.

Günü-gündən mağazalarının sayını artırmaqda 

olan “Al” Marketlər yeni icarə obyektləri axtarışın-

dadır. Gücümüzə güc qatan 200 nəfərdən artıq ma-

ğaza heyətimizə siz də qoşulun ki, birlikdə böyüyək.

Yüksək keyfiyyət, uyğun qiymət



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə